Peskov: "Rusiya Livandakı partlayışları araşdıracaq"

            Peskov:    "Rusiya Livandakı partlayışları araşdıracaq"
  18 Sentyabr 2024    Oxunub:1220
"Rusiya oxşar hücum ehtimalının qarşısını almaq məqsədilə Livanda peycerlərin partladılmasının səbəblərini müəyyənləşdirəcək".
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Livanda baş verən partlayışlara şərh verərkən deyib.

"Hadisə ilə bağlı hərtərəfli araşdırma aparılmalı, baş verənlərin səbəbləri, şəraiti dəqiqləşdirilməli, məsuliyyət daşıyanlar aşkarlanmalıdırlar", - o vurğulayıb.

O diqqətə çatdırıb ki, istənilən ölkənin ərazisində oxşar riskləri aradan qaldırmaq üçün lazımi tədbirlər görmək vacibdir.
İsrail "Hizbullah"a məxsus peycerləri partladıb: 3 min yaralı - FOTOLAR - YENİLƏNİB

Xatırladaq ki, İsrail kəşfiyyatının Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatına aid peycerlərə yerləşdiyi partlayıcılar ötən axşam işə düşüb. Nəticədə 9 nəfər ölüb, 4 minə yaxın insan xəsarət alıb. Hadisədə İranın Livandakı səfiri Müctəba Əmani də bir gözünü itirib, eləcə də digər gözü ciddi şəkildə yaralanıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani hadisəni "kütləvi qətliam" adlandırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Rusiya   Livan   partlayış   reaksiya  





Xəbər lenti