Hektor Berlioz: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 4:
==Həyatı==
Fransanın cənub-şərqində yerləşən Kot-Sent-Andre (İzer) şəhərciyində həkim ailəsində anadan olmuşdur. 1821-ci ildə tibb təhsilini almaqda olan Berlioz valideynlərinin etirazına baxmayaraq tibbi dayandırıb özünü musiqiyə həsr etmişdir. 1825-ci ildə [[Paris]] şəhərində onun ilk iri tutumlu əsəri olan "''[[Təntənəli messa]]''"({{lang-fr|La Messe Solennelle}}) ilk dəfə publika qarşısında tamamilə müvəffəqiyyətsiz ifa edilmişdir. 1826-1830-cu illərdə Berlioz Paris konservatoriyasında Jan Fransua Lesuer və A.Reyxidən dərslər almışdır. 1828-1830-cu illərdə ifa olunan Berliozun daha bir neçə əsəri - "''Vverley''" uverturası, "''Framcs-juges''" və "''[[Fantastik simfoniya]]''" ''(artistin həyatından epizod)'' da xüsusi müvəffəqiyyət qazanmasa belə ictimaiyyətin diqqətini gənc bəstəkara yönəldmişdir. 1828-ci ildən başlayaraq Berlioz musiqi kritiki olaraq da fəaliyyətə başlamışdır.
 
 
"''[[Sardanapal]]''" kantatasına görə 1830-cu ildə Roma mükafatını almış bəstəkar İtaliyada stependiat olaraq yaşamasına baxmayaraq, 18 aydan sonra oradan İtaliya musiqisinin qəti əleyhdarı olaraq qayıdmışdır. Öz səfərindən Berlioz "Kral Lir" uvertyurasını və "[[Fantastik simfoniya]]"nın davamı olan "Le retour à la vie" simfonik əsərini gətirmişdir. 1932-ci ildə Parisə qayıdaraq, bəstəkarlıq, dirijorluq və kritik fəaliyyəti ilə məşğul olmuşdur.
 
 
1834-cü ildən Berliozun Parisdəki vəziyyəti xüsusilə yenidən qurulmuş "Gazette musicale de Paris"də, daha sonra isə "Journal des Débats"da işə başlaması ilə yaxşılaşmışdır. Bu nəşrlərin hazırlanmasında 1864-cü ilə qədər iştirak edən Berlioz sərt və ciddi kritik şöhrəti qazanmışdır. 1839-cu ildə o konservatoriyanın kitabxanaçısı vəzifəsinə, 1856-cı ildən isə Akademiyanın üzvlüyünə qəbul olunmuşdur.
 
 
Onun şəxsi həyatını bədbinləşdirən bir sıra qəmgin hadisələr haqqında isə o təfərrüatları ilə öz "Memuarlar"ında (1870) nəql etmişdir. Onun ilk nigahı irlandiyalı aktrisa Qarriet Smitson ilə olmuş və 1843-cü ildə boşanma ilə başa çatmışdır. Onun ölümündən sonra Berlioz müğənni Mariya Resio ilə nigah bağlamış lakin o da 18540-cü ildə qəfildən vəfat etmişdir. Berliozun ilk nigahından olan oğlu isə 1867-ci ildə vəfat etmişdir. Bəstəkarın özü 8 Mart 1869-cu ildə tək-tənha vəfat etmişdir.
Sətir 13 ⟶ 16:
==Yaradıcılığı==
Berlioz - musiqidə romantizmin parlaq nümayəndəsi, romantik proqramlı simfoniyanın yaradıcısıdır. Onun incəsənəti ədəbiyyatda [[Viktor Hüqo|V.Hüqo]]nun və ya rəssamlıqda [[Delakrua]]nın yaradıcılığı ilə bir çox cəhətdən oxşarlıq təşkil edir. O, cəsarətlə musiqi forması, harmoniyası və ifası sahələrində yenilikləri tətbiq etmiş, simfonik musiqinin teatrallaşdırılmasına və əsərlərin nəhəng miqyaslara gətirilməsinə can atmışdır.
 
 
[[File:Berliozs manuscript of first page of Symphonie Fantastique.jpg|thumb|200px|left|Berliozun [[Fantastik simfoniya|"Fantastik simfoniyası"]]nın ilk səhifəsinin əlyazması]] 1826-cı ildə yunanların [[Osmanlı imperiyası]]na qarşı azad edilmə uğrunda mübarizəsinə həsr olunmuş "[[Yunan inqlabı]]" [[kantatası]] yazılmışdır. 1830-сu il "[[Böyük iyul inqlabı]]" zamanı inqilabı mahnılarla, xüsusilə də onun tərəfindən orkestr və [[xor]] üçün təkmilləşdirilmiş "[[Marselyoza]]" ilə geniş şəkildə məşğul olmuşdur. Bəstəkarın bir sıra iri tutumlu əsərlərində inqilabi mövzu öz əksini tapmışdır:
"Rekviyem"(1837) - İyul inqilabının qəhrəmanları xatirəsinə yaradılmışdır.
"Matəm-triumfal simfoniya"(1840)- İyul hadisələrinin qurbanlarının külünün rəsmi köçürülmə mərasimi üçün yazılmışdır.
 
 
Hektor Berliozun tərzi artıq onun [[Fantastik simfoniya|"Fantastik simfoniyası"]]nda (1830, altbaşlıq - "Rəssamın həyatından epizod") müəyyən olmuşdur. Bestəkarın bu məhşur əsəri - ilk romantik proqramlı simfoniyadır. Burada öz dövrünün tipik əhval ruhiyyəsi əks olunub (reallıqla barışmamazlıq, yüksək emosionallıq və həssaslıq). Rəssamın subyektiv təəsüratları simfoniyada ictimailəşdirilir, uğursuz məhəbbət faciə səviyyəsində dəyərləndirilir.
 
 
Hektor Berlioz musiqinin inkişafına sadəcə olaraq bəstələri ilə deyil, eyni zamanda ifa etmə incəlikləri və dirijorluq sahəsində tətbiq etdiyi yeniliklərlə önəmli xidmət göstərmişdir. Onun yaratdığı instrumentovka bir çox dilə tərcümə edilərək bu gün də aktuallığını itirməmişdir. [[Vaqner]]lə birlikdə Berlioz yeni dirijorluq məktəbinin banilərindən hesab olunur.
 
 
[[File:Beatrice and Benedict.ogg|thumb|right|"[[Béatrice et Bénédict]]dən [[Duet]], 1862"]]
 
 
[[File:Hector Berlioz - roman carnival overture, op. 9.ogg|thumb|right|"Roma [[karnaval]] uvertyurası op.9"]]