Tüklü mamont

Salam Araz Yaquboglu. Keçmiş bayramınız mübarək! Mən bilmək istəyirəm ki, Tüklü mamont məqaləsi niyə ölü keçidli məqalər kateqoriyasına aiddir? Hörmətlə:--Kim Yushin (talk) 16:29, 3 yanvar 2015 (UTC)Cavabla

Salam həmkar. Sizin də bayramınız mübarək. Ölü keçidli məqalələr fikrimcə texniki məsələdir. Dərindən mənim də məlumatım yoxdur. Onun üçün narahatçılığa səbəb yoxdur. Bəzən belə problemlər öz-özünə də düzəlir. --Araz Yaquboglu (talk) 16:35, 3 yanvar 2015 (UTC)Cavabla

Gümüş qələm nişanı

Hörmətli Kim Yushin. Siz Azərbaycanca Vikipediyanın zənginləşdirilməsində göstərdiyiniz zəhmətə görə Gümüş qələm nişanı ilə təltif edilmisiniz. Təbrik edirəm.--Acategory (talk) 07:05, 4 yanvar 2015 (UTC)Cavabla

2 Dəvətnamə

 
DƏVƏTNAMƏ
Salam Aleykum
Sizi İsa QəmbərƏli Kərimli məqalələrinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Laboratoriya/İsa QəmbərVikipediya:Laboratoriya/Əli Kərimli səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--samral müzakirə 21:12, 5 yanvar 2015 (UTC)Cavabla

Silinməli səhifələr

Salam Araz müəllim. Zəhmət olmasa bu səhifələri silərdiz: Kateqoriya:Materiklərinə görə dinozavrlar, Module:Portal/images/c‎, Module:Portal/images/m, Şablon:Portal sıralaması Module:Portal‎--Kim Yushin (talk) 07:07, 11 yanvar 2015 (UTC)Cavabla

 Ysilindi. --Araz Yaquboglu (talk) 07:12, 11 yanvar 2015 (UTC)Cavabla
Təşəkkürlər.--Kim Yushin (talk) 07:16, 11 yanvar 2015 (UTC)Cavabla

Seçilmiş məqalə !

Salam hörmətli həmkar. Qars vilayəti məqaləsini yazıram. Əgər münkündürsə onu bitirəndə üslub olaraq uyğunlaşdırmağa kömək etməyinizi rica edirəm. İstərdim ki, bu məqalə seçilmiş məqalə olsun. Ancaq nəzərimdə olan həcmin yalnız 15%-ni hazırlamışam-burda. Bitirdikdə mənə kömək edə bilərsizmi: çünki təxmin edirəm ki, bu 50-yə yaxın kitab və mənbədən oxuduğum material məni yoracaq ?--Asparux Xan Bulqar (talk) 18:18, 21 yanvar 2015 (UTC)Cavabla

Əlbəttə. Məqaləni bitirəndə mənə xəbər edin.--Yuşin (münazirə) 18:26, 21 yanvar 2015 (UTC)Cavabla
Minnətdaram !--Asparux Xan Bulqar (talk) 18:30, 21 yanvar 2015 (UTC)Cavabla

2 Dəvətnamə

 
DƏVƏTNAMƏ
Salam Aleykum
Sizi İsa QəmbərƏli Kərimli məqalələrinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Yaxşı məqalə namizədləri/İsa QəmbərVikipediya:Yaxşı məqalə namizədləri/Əli Kərimli səhifəsində keçirilən səsvermələrə dəvət edirəm.

--samral müzakirə 12:48, 13 fevral 2015 (UTC)Cavabla

Salam. Səsvermədə iştirak etsəniz sevinərəm.--samral müzakirə 16:23, 18 fevral 2015 (UTC)Cavabla
Səs verdim ! --Yuşin (münazirə) 16:25, 18 fevral 2015 (UTC)Cavabla

Salam Baskevill. Tüklü mamont məqaləsi iki həftə ana səhifədə ola bilməz. Xahiş edirəm bunlardan birini birini dəyişdirin.--Yuşin (münazirə) 18:26, 4 mart 2015 (UTC)Cavabla

Məlumat üçün təşəkkür edirəm sizə. Düzünü deyim yeni seçilmiş məqalələrin Ana səhifədə daha tez-tez görünməsini arzu edirəm. Sizin məqaləni 27-ci həftə üçün Ana səhifəyə əlavə etməyinizdən xəbərim yox idi. O zaman mən 11-ci həftəni geri qaytarım. Belə bir maraqlı məqalənin daha tez kütləvi görünməsini istəmişdim. :)) Hörmətlə:--Baskervill müzakirə 18:34, 4 mart 2015 (UTC)Cavabla
Birdə sizdən bir məsələ barədə məlumat almaq istərdim. Tərəfinizdən təkminləşdirilən Mars planetiMakedoniyalı İsgəndər məqalələrin istinad bölməsində problemlər var. Bir çox istinad pozulub. Mümkündürsə bu barədə məlumat verərdiniz. Hörmətlə:--Baskervill müzakirə 18:40, 4 mart 2015 (UTC)Cavabla
Eyni problem Velosiraptorda da var. Hər üç məqalədə istinadlar "ref name=weishampeletal2004" kimi şəkillərdə verilib. Mən də hələ istinadın özünün olduğu hissələri tərcümə edə bilməmişəm. Məqalələr bitəndən sonra problemlər də düzələcək.--Yuşin (münazirə) 18:55, 4 mart 2015 (UTC)Cavabla
Məlumat üçün təşəkkür edirəm. Hörmətlə:--Baskervill müzakirə 08:46, 5 mart 2015 (UTC)Cavabla

Yüz İllik Kosmos Uçuşu layihəsi

Salam, Cekli829. Yaratdığınız bu məqalə envikidəki en:100 Year Starship məqaləsinə uyğundur? Adları tam eyni olmadığı üçün başa düşə bilmədim. --Yuşin (münazirə) 18:02, 5 mart 2015 (UTC)Cavabla

 Y Məlumat verdiyiniz üçün təşəkkür edirəm. Vikidata elementlərini birləşdirdim. Hörmətlə, --►Cekli829 04:41, 6 mart 2015 (UTC)Cavabla

Makedoniyalı İsgəndər

Salam. Hazırda üzərində işlədiyiniz Makedoniyalı İsgəndər məqaləsi ilə bağlı bəzi məsələləri dəqiqləşdirmək istərdim. Məqalə üzərində ciddi işləyirsiz və düşündü ki, bir qədər ətraflı işləyib status almasına da nail ola bilərik. Hazırda məqalədə yerləşdirdiyiniz yarımbaşlıqlarda mövzu ilə bağlı bəzi məsələlər nəzərdə tutulmayıb (İsgəndərin ölümündən sonra imperiyasının parçalanması, məzarı, şəxsiyyəti (sərkərdəliyi, cinsi oriyentasiyası, dini baxışları), müasir avropa mədəniyyəti və şərq ənənəsində İsgəndər obrazı, müasir mədəniyyətdə İsgəndər obrazı). Bilmək istərdim, məqalədə bu mövzularla bağlı işləməyi nəzərdə tutmusunuzmu ya yox. Hörmətlə --sefer azeri 19:03, 11 mart 2015 (UTC)Cavabla

Salam. Mən envikidəki müvafiq məqaləyə uyğun məqaləni yazıram. Altbaşlıqları əlavə etmədiyimdən sizə elə gələ bilər ki, mövzunu tam əhatə etmir. Ancaq sizin yuxarıda qeyd etdiyiniz bütün mövzular işlənəcək. Hörmətlə:--Yuşin (münazirə) 19:10, 11 mart 2015 (UTC)Cavabla

Xəbərdarlıq

Kim Yushin, siz dünən Nuxa qalası məqaləsində VP: 3GD qaydasını pozaraq 24 saat ərzində qəsdən dörd dəfə geri alma əməliyyatı etmisiniz!!!. Sizin nə Nuxa qalası məqaləsində redaktəniz var, nə də Müzakirə:Nuxa qalası səhifəsində bir şey yazmısınız?! Amma ki mənim redaktəmi geri qaytarırsınız. Mənim redaktəm, müzakirənin nəticəsinə əsaslanır. Siz iddia edirsiniz ki, müzakirə bitməyibdir. Mən də deyirəm ki, heç bir müzakirə bitmir, bitmiş görünən hər hansı müzakirə, istənilən anda, cəmi 1 istifadəçinin istəyi ilə davam etdirilə bilər. Sizə təklif edirəm ki, Müzakirə:Nuxa qalası səhifəsində "Şəki qalası" adı üçün mənbələrin nəyə görə silinməsinə qarşı olduğunuzu əsaslandırın. Həmin mənbələri məqaləyə yerləşdirən adam, onların silinməsinə etiraz etmir, siz isə VP: 3GD qaydasını da pozaraq qarşı çızırsınız?! Əsaslandıra bilməsəniz, həmin mənbələri siləcəyəm. Buyurun. --Hörmətlə, Aydın Məmmədov (talk) 16:37, 14 mart 2015 (UTC)Cavabla

Afrasiyab, siz kiminlə müzakirə eləmisiz? Sefer azeri, Samral kimi istifadəçilərdən hansı deyib ki, Şəki qalası adına aid mənbələr silinməlidir. Məncə abidənin bütün adlarının özü və mənbəsi saxlanılmalıdır. --Yuşin (münazirə) 18:12, 14 mart 2015 (UTC)Cavabla

Aydın Məmmədov siz heç nəyi silə bilməyəcəksiniz, bunu bir dəfəlik yadınızdan çıxarın. İstifadəçilərlə də bu cür kobud və təhdid yönlü tonla danışsanız bloklanacaqsız.--sefer azeri 04:17, 15 mart 2015 (UTC)Cavabla
Cənab sefer azeri. Mən burada sizinlə yox, Yuşinlə danışdığımı güman edirdim. İndi deyəsən başa düşməyə başlayıram ki, Yuşin əslində sizsinizmiş? Amma bunun mənim üçün əhəmiyyəti yoxdur. Yuşin Nuxa qalası məqaləsində VP: 3GD qaydasını pozaraq 24 saat ərzində qəsdən dörd dəfə geri alma əməliyyatı etmisdir!!!. Qaydanı pozduğunu göstərmək və ona haqlı xəbərdarlıq etmək isə nə kobudluqdur, nə də təhdid yünlü danışma. Bloklayacaqsınız, Metaya yazacağam, blokumu açacaqlar. Silməyə gəlincə isə mübahisə etməyinizi məsləhət görmürəm. Mənimlə bütün mübahisələri uduzduğunuz kimi, bu mübahisəni də uduzacaqsınız. Çünki mən vikipediya qaydalarını əsas götürürəm. Mənim başqa bir məqsədim yoxdur.

İndi keçək əsas məsələyə. Məqalədə "Şəki qalası" adı üçün istinad etdiyiniz mənbəyə baxaq:

  • "İbrahim Peçevi - История: извлечения по истории Азербайджана и сопредельных стран и областей периода 1520-1640 гг, Bakı, Elm, 1988, səh. 37". 1765-ci ildə tikilmiş qalanın adı üçün, 1520-1640-cı illərdən bəhs edən kitaba istinad nə deməkdir?!
  • Yenə eyni ad üçün, göstərdiyiniz digər mənbə: "Путешествие в Шеки с Гюльнарой Халиловой - уникальный памятник истории, Trend İnformasiya Agentliyi, 30 июля 2014"?! Siz bunu akademik mənbə hesab edirsinizmi?!
  • O cümlədən digər bir belə mənbə: "Şəkinin mədəni-tarixi abidələri. Zaman, 2013.-24 oktyabr.-S.6.", bunu da akademik mənbə hesab edirsiniz?! Təklif edirəm ki, 'vvəlcə, həmin mənbələri özünüz siləsiniz, əgər mənim silməyimi istəmirsinizsə. --Hörmətlə, Aydın Məmmədov (talk) 10:30, 15 mart 2015 (UTC)Cavabla

Afrasiyab, hamı sizin kimi "düzgün insan" deyil ki, min dənə hesab idarə etsin. Birdəki sizə kim deyib ki, mənbə akademik olmalıdır? Ancaq əgər burda belə israr edirsizsə, məsələni Kənd meydanında müzakirəyə çağırın. Hamının fikri alınsın. Ancaq mən yüz faiz əminəm ki, hamı silinməyə qarşı çıxacaq. Siz bunu bilirsiz, ona görə xəlvətcə mənbələri silmək sizə sərf eliyir.--Yuşin (münazirə) 10:46, 15 mart 2015 (UTC)Cavabla

Cənab, sizə vikipediya qaydasını pozmağınızla bağlı xəbərdarlıq etdim, lakin siz yenə də qaydanı pozmaqda davam edirsiniz və məni Afrasiyab adlandırırsınız. Nədir buna sizi məcbur edən? Mənim adım da məlumdur, şəxsiyyətim də, ünvanım da, telefonum da İP- də. Niyə mənə Afrasiyab deyirsiniz? Sonrası isə niyə məni təhrik edirsiniz ki, məsələni Kənd meydanında müzakirəyə çıxarım? Mənə həddindən artıq müzakirələrdə iştirak edir iradının tutulması üçünmü? Nəyi xəlvəti silmişəm? Məqalənin müzakirə səhifəsində qeyd etmişəm ki, əgər etiraz edən yoxdursa, həmin mənbələri silim. Budurmi xəlvəti silmək? Məqalənin müzakirə səhifəsi ola-ola, məsələ niyə Kənd meydanında müzakirə edilməlidir? Amma sizin istəyinizi nəzərə alaraq, Kənd meydanında da məsələni müzakirə etmək olar. Siz bu işi etsəniz, etiraz etməyəcəyəm. 1 həftə ərzində vaxt tapsam, həmin müzakirədə məmnunuyyətlə iştirak edəcəyəm və burada yazdıqlarımı yazacağam, indi vaxtım yoxdur. Sağ olun. --Hörmətlə, Aydın Məmmədov (talk) 11:12, 15 mart 2015 (UTC)Cavabla
Hörmətsiz Aydın Məmmədov, mən sizinlə ünsiyyət saxlamaq istəmədiyim üçün sizin bulaşdığınız bütün müzakirələrdə iştirak etməməkdən imtina etmişəm. Sizin əxlaqsız və tərbiyəsiz bir adam olduğunuzu düşünürəm. Bu sözlərimi heç kim təhqir kimi qiymətləndirə bilməz. Çünki idarəçilərin istifadəçi səhifələrinə yazdığınız əxlaqsız küçə sözləri sizin necə insan olduğunuzu göstərir və lazımdırsa link verərək işlətdiyiniz ifadələri yadınıza sala bilərəm. Əgər belə bir məxluq kimi tanınmağı qələbəniz kimi qiymətlənirirsinizsə, bəli siz qalibsiz. Sizin blokunuz açaraq üzərinə məsuliyyət götürmüş Cekli829nin lazım bildiyi vaxt sizinlə bağlı bir tədbir görəcəyini düşünürəm.--sefer azeri 11:28, 15 mart 2015 (UTC)Cavabla

Cənab! Burada siz əvvəl gəlib hədə qorxu gəldiniz ki, "İstifadəçilərlə də bu cür kobud və təhdid yönlü tonla danışsanız bloklanacaqsız". Halbuki, mən burada nə hansısa idarəçi ilə danışmışdım, nə təhdidə yol vermişdim, nə də ki bir kobudluq etmişdim?! Elə buradan açıq-aşkar sizin təfəkkürünüzdə qüsurun olması hiss olunur. Həm də əlavə edim ki, sizə kifayətlə hörmətlə, nəzakətlə müraciət etdiyim halda, cavabinızdə məni təhqir etməyə çalışmağınız, "məxluq", "tərbiyyəsiz" kimi işlətdiyiniz küçə sözləri mənə yox, məhz sizə daha çox yapışmaqdadır!

Gəlin əyri oturaq, düz danışaq. Siz nəyə görə məni təhqir etməyə çalışdınız? Hər bir şeyin səbəbi və vəsiləsi olur. Burada səbəb odur ki, mən burada mənimlə etdiyiniz bütün mübahisələri uduzduğunuzu vurğuladım. Vəsilə isə budur ki, kimsə nə vaxtsa və haradasa sizin haqqınızda "əxlaqsız küçə sözləri" yazmışdır. Cənab! Düz demirəmsə, deyin düz demirsən? İndi keçək, sizin haqqınızda yazılan "əxlaqsız küçə sözləri"nin yazılmasının səbəbinə. Bunun da bir səbəbi var axı? Niyə bunun səbəbini demirsiniz? Siz nə etmişdiniz ki, sizin haqqınızda belə şeylər yazırlar? Əgər unutmusunuzsa, yadınıza sala bilərəm. Siz nə yox, nələr etməmisiniz?!

Cənab, mənimlə bütün mübahisələri uduzduğunuzu deməyim, sizi özünüzdən çıxardı! Halbuki, doğru sözdür. Pislik etmək istədiniz, bloklamaq istədiniz, gördünüz heç bir səbəb yoxdur, keçdiniz təhqirə. Kişi kimi, düz demirəmsə, de itin oğlusan! Bəs, heç bir əsas olmadan siz istifadəçilərin yazdıqlarını pozanda, dəyişəndə, yüklədikləri şəkilləri siləndə, yəni siz istifadəçilərlə açıq-aşkar məzələnəndə onlar nə etməlidirlər? Təbii ki sizə söyəcəklər, hətta əllərinə keçsəniz, sizi döyə, hətta öldürə də bilərlər. Bəs niyə belə işlər edirsiniz? Bu yaxında mənim yüklədiyim cəmi bir şəkli ziyankarlıq məqsədi ilə silməyinizə görə, bir anın içində 10 məqalənin vizual görünüşünü bərbad hala saldınız!

Cənab! Mənim vikipediyada işlədiyim mövzular dairəsi, bildiyiniz kimi məhduddur. Hal hazırda cəmi 2 məqalədə redakə edirəm. 2 gündən bir isə həmin məqalələri mühafiz edirsiniz və məni işləməyə qoymursunuz. Mən sizdən fərqli olaraq heç vaxt gedib Amerikadakı kilsə haqqında, qala haqqında məqalə yaratmayacağam və redaktə etməyəcəyəm. Mən vikipediyadan maaş almıram, könüllü şəkildə burada fəaliyyət göstərirəm. İstəsəm bir məqaləni redaktə edərəm, istəmərəm yox. Lakin 1 məqaləni belə imkan vermirsiniz işləməyə. Düz bir aydır ki, Nuxa qalası məqaləsindəki qeyri-akademik, doğru olmayan və şübhəli mənbələri oradan götürə bilmirəm. İndi isə məqaləni mühafizə etmisiniz, heç redaktə də edə bilmirəm. İndi gərək Kənd meydanında müzakirə başladım və s. Görürsünüzmü ki, mənim vikipediyada fəaliyyətimə nə boyda əngəllər yaradırsınız.

Hesab edirəm ki, yazdıqlarımı doğru başa düşəcəksiniz, Nuxa qalası məqaləsinin mühafizəsini götürəcəksiniz və məqalədəki yoxlanılması mümkün olmayan, doğru olmayan və qeyri-akademik mənbələri orandan özünüz götürəcəksiniz, yaxud onların saxlanılması üçün əsas göstərəcəksiniz.

--Hörmətlə, Aydın Məmmədov (talk) 9:41, 17 mart 2015 (UTC)

Rica

Salam bəy. Əgər zamanınız olsa gələcək həftə üçün olacaq bilirsinizmi bölməsinin zənginləşdirilməsində mənə yardım edərdiniz. Hər səfərində standart məlumatların olması bir az monoton təsiri bağışlayır. Yeni yazdığınız məqalələrdə inanıram ki, maraqlı məlumatlar vardır. Hörmətlə:--Baskervill müzakirə 16:23, 16 mart 2015 (UTC)Cavabla


Əlbəttə, bu şənbə-bazar yazaram.--Yuşin (münazirə) 16:35, 16 mart 2015 (UTC)Cavabla