İsmətli
İsmətli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Konstantinovka olmuşdur[3].
İsmətli kəndi | |
---|---|
39°31′57″ şm. e. 48°31′38″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Biləsuvar rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1318[2] |
Tarixi
XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya imperiyası daxilində qalan hissənin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. Elə həmin vaxtlarda hazırkı İsmətli kəndinin ərazisində də Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı və hansısa tanımadığımız rus familiyası ilə adlandırılan "Konstantinovka" kəndi salınmışdir. Sövet dövründə də kəndin adı dəyişilməz saxlanılmışdır. Yalnız Azərbaycan xalqı dövlət müstəqilliyi qazandıqdan sonra – 1993-cü ildə kənd sakinlərinin tələbi və Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə kəndin adı "İsmətli" adlandırılmışdır.
İsmətli Biləsuvar r-nunda kənd. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrdə Rusiyadan köçürülmüş rus kəndliləri Konstantinovka adı ilə salmışdılar. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilmişdir[4].
Mədəniyyəti
Hazırda İsmətli kəndində 1 orta məktəb, 1 həkim-ambulator məntəqəsi və klub fəaliyyət göstərir.
Əhalisi
Əhalisinin ümumi sayı 7000 nəfərə yaxındır.
Tanınmışları
- Ələddin Eyvazov — Azərbaycan alimi.
- Nemət İltifatlı
- Fikrət Cahangirov
- Pərviz Cəbrayıl
İqtisadiyyatı
Əhalisi əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur.
Din
Kənddə "Əbülfəzl" məscidi dini icması fəaliyyət göstərir[5].
İstinadlar
- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=41.
- ↑ https://www.e-gov.az/az/services/readwidenew/3544.
- ↑ "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı qərarı". e-qanun.az (az.). e-qanun.az. İstifadə tarixi: 2014-10-11.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, (az.)
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər. scwra.gov.az (az.)
Biləsuvar rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |