Ramil Musayev

Vətən müharibəsi iştirakçısı
Cavadxan1804 (müzakirə | töhfələr) (Səhifə "'''Ramil Musayev'''{{dil-az|''Musayev Ramil Aydın oğlu''}}{{DVTY}}) — Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)|Azərbaycan Xüsusi Təyinatlı Qüv..." məzmunu ilə yaradıldı) tərəfindən edilmiş 12:11, 15 dekabr 2020 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)

Ramil Musayevazərb. Musayev Ramil Aydın oğlu6 may 1991, İsmayıllı rayonu3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin giziri, ikinci Qarabağ müharibəsinin şəhidi

Həyatı

Musayev Ramil Aydın oğlu 1991-ci ildə İsmayıllı rayonunun, Günəşli kəndində anadan olmuşdur.[1]

Ailəsi

Ailə idi. Bir oğlu var.

Hərbi xidməti

2012-ci ildən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi xidmət edib. İkinci Qarabağ müharibəsi başlayan gündən Füzuli-Cəbrayıl istiqamətində döyüşmüşdür. Düşmənə qarşı müxtəlif döyüş əməliyyatlarında iştirak etmişdir. Oktyabrın 3-ü Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Təltifləri


İstinadlar