Çul
Çul — Üstündə oturmaq və ya soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların üstünə salınan tükdən və yaxud yundan toxunma örtük.[1]
Azərbaycanda naxışlı zərif toxuma xalça məmulatı olan çul əsasən atın və yaxud da dəvənin üstünə örtürlər. Adətən Zili (qayıq) şəklində toxuyurlar. Ancaq hərdən xovlu xalça toxunuşu üsulu ilə toxunmuş çullarada rast gəlinir.[2]
Adlı-sanlı adamların atları üçün nəzərdə tutulmuş xalça məmulatı olan çulun ön hissəsi qoşa qanadlarla yekunlaşır. Çulu soyuq havada və ya uzun yoldan sonra tərləmiş atın üstünə atırdılar. Bir çox yerlərdə dəvələr üçün də çul toxunurdu.[3]
İstinadlar
redaktə- ↑ Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. I cild, səh.501.
- ↑ Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.72. (rus.) (ing.)
- ↑ "Çul". 2012-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-28.