Şahzadə Əhməd
Şahzadə Əhməd (1466, Amasya ili – 24 aprel 1513, Bursa vilayəti) — 8. Osmanlı sultanı II Bəyazidin oğlu, Osmanlı şahzadəsi.[1][2]
Şahzadə Əhməd | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1466 |
Doğum yeri | Amasya sancaqbəyliyi, Osmanlı imperiyası |
Vəfat tarixi | 24 aprel 1513 |
Vəfat yeri | Bursa, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Fəaliyyəti | siyasətçi |
Atası | II Bəyazid |
Anası | Bülbül Xatun |
Həyat yoldaşları |
Sittişah Xatun Gülçiçək Xatun |
Uşaqları |
Şahzadə Murad Şahzadə Süleyman Şahzadə Ələddin Əli Şahzadə Osman Şahzadə Qasım Qəmərşah Sultan Fatma Sultan Fahrihan Sultan Xanzadə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəUşaqlıq illəri
redaktəŞahzadə Əhməd 1466-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Bülbül Xatundur. Uşaqlıq illəri Amasyada keçən Şahzadə Əhməd 1480-ci ildə qardaşlarıyla birlikdə İstanbula — babası Fateh Sultan Mehmedin yanına göndərildi. Burada qardaşları Qorqud, Aləmşah, Mahmud və Səlim, eləcə də əmisi Şahzadə Cemin oğlu Oğuz xanla birlikdə möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Çorum sancaqbəyi təyin edildi və anası Bülbül Xatunla, bacılarıyla birlikdə Çoruma yollandı. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla atası II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.
Atasının səltənət illərində
redaktəAtasının səltənətinin ilk illərində Amasya sancaqbəyi təyin edildi və ölümünədək bu vəzifədə qaldı. Başda sədrəzəm Xədim Əli Paşa olmaqla, bir çox dövlət adamının dəstəyini qazanmışdı və atasının qeyri-rəsmi varisi olaraq görülürdü. Üstəlik sədrəzəmlə birlikdə Şahqulu üsyanının yatırılmasında mühüm rol oynadı. Osmanlı sarayında gəzən şayələrə görə, üsyanın yatırılmasından sonra Sultan Bəyazid taxtı oğluna təslim edəcəkdi. Ancaq üsyan əsnasında sədrəzəm Xədim Əli Paşanın həlak olması, digər qardaşları Şahzadə Qorqud və Şahzadə Səlimin etirazları buna mane oldu. Qardaşı Şahzadə Səlimin oğlu Süleymanın Şərqi-Qarahisar sancaqbəyi təyin edilməsinə etiraz edən Şahzadə Əhmədin istəyiylə, qardaşı oğlu Boluya təyin edildi. Ancaq bu dəfə də Bolunun İstanbula yaxınlığını bəhanə edən Şahzadə Əhmədin istəyilə, Süleyman Qara dənizin şimal sahilindəki Kəfə sancaqbəyliyinə göndərildi. Bütün bunlar isə Şahzadə Əhmədin atasının gözündə varis olduğunu və sözünün keçərli olduğunu sübut edir.
Qardaşı Şahzadə Səlimin Krım xanı Məngli Gəraya sığınması və digər qardaşı Şahzadə Qorqudun icazə almadan Manisaya gəlməsi onu daha da təlaşlandırdı. Bu hərəkətləri doğru hesab etməyən Şahzadə Əhməd atasına yazdığı məktubla, qardaşları Qorqud və Səlimi öldürtmək üçün icazə istəmiş, ancaq paytaxtdan icazə ala bilməmişdi. Rumeli bəyləri və yeniçərilərin etirazlarına baxmayaraq Şahzadə Əhmədə səltənətə dəvət məktubu yazıldı və paytaxta dəvət olundu. Ancaq Şahzadə Əhmədin hökmdarlığını tanımayan yeniçərilər, bununla qalmayıb aralarında dövlət irəli gələnlərinin evlərinin də olduğu bir çox evi talan etdi. Yeniçərilər, Səlimə sədaqət göstərərək onun gəlməsi və vəliəhd olmasını təkid etdi. Bunu xəbər alan Şahzadə Əhməd Anadoluya döndü. Səlim əleyhdarları bunun üzərinə Şahzadə Qorqudu hökmdar etmə düşüncəsiylə onu tələsik İstanbula çağırdılar. Bunun üzərinə İstanbula gələn Qorquda yeniçərilər hörmət göstərsə də, Səlimdən başqasını istəmədiklərini söylədilər (Yenibağça qiyamı 6 mart-24 aprel 1512). Bu vəziyyət üzərinə çətin vəziyyətə düşən və artıq hökmü və nüfuzu qalmayan Sultan Bəyazid Səlimi İstanbula dəvət edərək taxtdan çəkildi.
Yavuz Sultan Səlimlə mübarizə
redaktəAtası Bəyazid başda olmaq üzrə dövlət adamları tərəfindən gələcək padşah olaraq görülən Şahzadə Əhməd qardaşının səltənətini tanımadı. Konyada hökmdarlığını elan etdikdən sonra, 19 iyun 1512-ci ildə oğlu Ələddini göndərərək Bursanı ələ keçirdi və öz adına xütbə oxutdu. Ancaq Yavuz Sultan Səlimin qoşunları 29 iyulda Bursaya daxil oldu və Şahzadə Əhmədin güclü tərəfdarlarından olan sədrəzəm Qoca Mustafa Paşanı edam etdirdi. Digər dövlət adamlarından aldığı məktublarla həvəslənən Şahzadə Əhməd Yenişəhər yaxınlığında qardaşının birlikləriylə toqquşaraq əsir düşdü. Döyüşün ardından qapıçıbaşı Sənan ağa tərəfindən edam olunan Şahzadə Əhmədin cənazəsi Bursadakı Muradiyə külliyəsinə dəfn olundu. Ancaq onun oğullarından üçü qaçaraq Məmlüklərə, Şahzadə Murad isə Səfəvilərə sığındı.
Ailəsi
redaktəXanımları
redaktə- Sittişah Xatun — Şahzadə Osmanın anası.
- Gülçiçək Xatun — Amasyada dəfn edilib.
Oğul övladları
redaktə- Şahzadə Murad (ö. 1519, Ərdəbil) — Bolu sancaqbəyi idi. Atasının əsir düşməsinin ardından Səfəvilərə sığındı. Şah İsmayılın qızlarından Fülanə Bəyimlə evləndi. Cənazəsi Ərdəbildəki Şeyx Səfi türbəsinə dəfn edildi.
- Şahzadə Mustafa (ö. 14 may 1513, Amasya) — Yavuz Sultan Səlimin əmriylə edam edilmişdir.
- Şahzadə Mehmed (ö. oktyabr 1512, Amasya) — Yavuz Sultan Səlimin əmriylə edam edilmişdir.
- Asitanşah Sultan
- Şahzadə Süleyman (ö. 24 aprel 1513, Qahirə) — 1509–1513-cü illərdə Çorum sancaqbəyi idi. Atasının əsir düşməsinin ardından Məmlüklərə sığındı. 2 qızı vardı. Vəba səbəbilə vəfat etmişdir. Qahirədəki Bucaşi türbəsinə dəfn edilmişdir.
- Şahzadə Ələddin Əli (ö. 14 may 1513, Qahirə) — 1509–1513-cü illərdə Bolu sancaqbəyi idi. Atasının əsir düşməsinin ardından Məmlüklərə sığındı. Bibisi Aynişah Sultanın qızı Nəslihan xanım Sultanla evlənmişdir. Qahirədəki Bucaşi türbəsinə dəfn edilmişdir.
- Hvandi Sultan — Kastamonu sancaqbəyi Sunullah bəylə evlənmişdir.
- Şahzadə Osman (ö. 14 aprel 1513, Amasya) — 1509–1513-cü illərdə Osmancıq sancaqbəyi idi. Yavuz Sultan Səlimin əmriylə edam edilmişdir. Qahirədəki Bucaşi türbəsinə dəfn edilmişdir.
- Şahzadə Qasım (d. 1501, Amasya — ö. 30 yanvar 1518, Qahirə) — Yavuz Sultan Səlimin əmriylə edam edilmişdir. Qahirədəki Bucaşi türbəsinə dəfn edilmişdir.
Qız övladları
redaktə- Qəmərşah Sultan — 1508-ci ildə İsgəndər Paşanın oğlu Midilli sancaqbəyi Kürəkən Mustafa bəylə evlənmişdir.
- Fatma Sultan — 1508-ci ildə Qoca Davud Paşanın oğlu yeniçəri ağası Kürəkən Mehmed bəylə evlənmişdir.
- Fahrihan Sultan — 1508-ci ildə silahdar Kürəkən Süleyman bəylə evlənmişdir.
- Xanzadə Sultan — Kürəkən Əhməd bəylə evlənmişdir.
Mənbə
redaktə- Süreyya Mehmed Bey. Sicill-i Osmani / ed. Nuri Akbayar. — Istanbul: Tarih Vakfi Yurt Yayınlar, 1996. — P. 19. — ISBN 975-333-049-5
- Jorga Nicolae Geschichte des Osmanischen (пер. Epçeli Nilüfer). — Стамбул: Yeditepe yayınevi. — С. 263–264. — ISBN 975–6480-19-x