Ələşrəf Əlizadə

Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə (11 (24) aprel 1911, Şamaxı22 mart 1985, Bakı) — Azərbaycan-sovet geoloqu, geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971). Azərbaycan KP MK-nın ikinci katibi

Ələşrəf Əlizadə
Əlizadə Ələşrəf Əbdülhüseyn oğlu
Doğum tarixi 11 (24) aprel 1911
Doğum yeri
Vəfat tarixi 22 mart 1985(1985-03-22) (73 yaşında)
Vəfat yeri
Elm sahəsi Geologiya
Elmi dərəcəsi geologiya-mineralogiya elmləri doktoru
Elmi adları Akademik
Professor
İş yerləri
Təhsili
Tanınır Azərbaycan-sovet geoloqu,
Üzvlüyü
Mükafatları SSRİ Dövlət mükafatı — 1946
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Ələşrəf Əlizadə 24 aprel 1911-ci ildə Şamaxıda anadan olmuşdur. 1930-1935 illərdə M. Əzizbəyov adına Qırmızı Bayraq Ordenli Azərbaycan Neft İnstitutunda geoloji - kəşfiyyat fakültəsində təhsil almışdır. 1942-1944-cü illərdə Azərbaycan KP MK katibi, 1944-cü ildə Azərbaycan KP MK ikinci katibi seçilmişdir. 1938-19461954-1959-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) dərs demişdir. 1945-ci ildə Azərb. SSR EA həqiqi üzvü seçilmişdir. Azərb. SSR EA-nın yaradıcılarından biridir.[1] 1946-1948-ci illərdə "Azneft" və "Azneftkəşfiyyat" birliklərinin rəisi, 1949-1954-cü illərdə M.Qorki adına Türkmənistan Dövlət Universitetində kafedra müdiri və Türkmənistan SSR EA faydalı qazıntılar bölməsinin müdiri vəzifələrində çalışmışdır.[2] 1959-1970-ci illərdə Az-ETİ (NÇ)-nın, daha sonra 1970-1977 illərdə AzETLİ-nin direktoru olmuşdur. 1977-1985 illərdə Azərbaycan SSR EA İ. M. Qubkin adına Geologiya İnstitutunda "Regional geologiya və tektonika" şöbəsinin müdiri olmuşdur. Ələşrəf Əlizadə 1985-ci il 23 martda Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

redaktə

Akademik Ə. Əlizadə 1938-1948 illərdə Azərbaycan SSR EA akad. İ. M. Qubkin adına Geologiya İnstitutunun Elmi Şurasının üzvü olmuşdur. 1944 ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi almaq üçün "Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi" mövzusunda dissertasiya müdafiə edib. Böyük alim 1943-cü ildə yeni neft yataqlarının kəşfinə və mənimsənilməsinə görə, 1946 ildə isə kiçik həcmli-elektroperforator cihazını işləyib hazırladığına görə SSRİ Dövlət mükafatına layiq görülüb. Ə. Əlizadə Azərb. SSR-in əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparmış, bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Sanqaçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak etmişdir. Mezozoy çöküntülərinin neftlilik problemi ilə məşğul olmuşdur. Türkmənistan SSR-də apardığı tədqiqatlar nəticəsində Pliosen çöküntülərinin stratiqrafik sxemini tərtib etmiş, Akçaqılın faunasını öyrənmişdir. Elmi kadrların hazırlanmasında xidmətləri var. Akademik Ə. Ə. Əlizadə regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid 500-dən artıq elmi əsərin müəllifidir.[3] "Yer və zəlzələlər", "Azərbaycanın Açıqgölü", "Türkmənistanın Açıqgölü", "Azərbaycanın Sarmatı", "Azərbaycanın paleogen yataqları" və s əsərlərin müəllifidir. Ümumittifaq paleontologiya cəmiyyətinin fəxri üzvü (1976), Qubkin adına mükafatın laureatıdır (1973). SSRİ Ali Sovetinin (2-ci çağırış, 1946) deputatı olmuşdur. İki dəfə Lenin ordeni (1942, 1946), Qırmızı Əmək Bayrağı ordeni (1966) və medallarla təltif edilmişdir.

Əsərləri

redaktə
  1. Майкопская свита Азербайджана и ее нефтеносность. Баку: 1945
  2. Палеогеновые отложения Азербайджана. Баку: 1947
  3. Акчагыл Туркменистана. т. 1-2. Москва: 1961-1967
  4. Апшерон Азербайджана. Москва: 1973
  5. Самрат Азербайджана. Москва: 1974

İstinadlar

redaktə
  1. Azərbaycanın geoloq və geofizik alimləri. Bakı: "Nafta -press", 2004. səh. 126
  2. Azərbaycan Sovet Ensiklopediyası, IV cild, Bakı-1980, səh. 170-171
  3. Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə, biblioqrafiya / AMEA Geologiya İn-tu ; red. A. Əli-zadə. - Bakı : "Nafta-press", 2011

Həmçinin bax

redaktə