Əliqulu Cabbadar

Əliqulu Cabbadar (fa. علی قلی جبه‌دار; gür. ალი-ყული ჯაბადარი) və ya tam adı ilə Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar - gürcü əsilli İran rəssamı. XVII-XVIII əsrlərdə yaşamışdır.[1]

Əliqulu Cabbadar
fa. علی قلی جبه‌دار
gür. ალი-ყული ჯაბადარი
Əliqulu Cabbadar
Əliqulu Cabbadar
Doğum adı Məhəmməd Əli İbn Abdul Bəy İbn Əliqulu Cabbadar
Doğum tarixi
Doğum yeri İsfahan, Səfəvilər İmperiyası.
Vəfat tarixi
Vəfat yeri Mazandaran.
Milliyyəti gürcü
Fəaliyyəti rəssam
Stil Avropa stili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Qərb tərzində rəsm əsərlərini ilk çəkənlərdən biridir. Xüsusən Səfəvi sarayının həyatı ilə bağlı çəkdiyi rəsmlərlə tanınır. O, rəsmdəkilərin fiziki quruluşu və geyim detallarını diqqətlə ifa etməsi ilə seçilməkdədir. Onun adına hal-hazırda dördü Rusiyada Ermitajda, dördü də ABŞ-nin Metropolitan İncəsənət Muzeyində saxlanılan rəsm əsərlərində rast gəlmək mümkündür. Rəsm əsərlərində o özündən Frank deyə bəhs etməkdədir. Çox gümanki, o, bununla özünün gürcü və ya xristian köklərini bildirmək istəməkdədir. Bundan başqa, onun iki rəsm əsərində gürcü hərfləri də vardır. Onun özünü digər təqdim etmə şəkilləri belədir: ghulāmzāda-i qadimi ("keçmiş qul"), beg ("bəy"), naqqaş-başı ("nəqqaşların rəhbəri") and cabbadār ("sursatxana gözətçisi"). Göründüyü kimi, o, Səfəvi sarayına qul kimi daxil olmuş və yüksəlmişdir.[2][3]

Şirazlı şair Lütfəli Bəy Ədhar "Ateşkede" adlı əsərində Əliqulu Cabbadarın "Əli Firəngi" adıyla tanındığını yazmışdır. Eyni mənbənin məlumatına görə Əliqulu İsfahanda xristian məhəlləsində anadan olmuşdur.

Mənbəyə görə Əliqulu Cabbadar II TəhmasibNadir şah Əfşar dövründə "nəqqaş başı" olaraq işləmiş, daha sonra gözləri artıq əvvəlki kimi olmamağa başladıqdan sonra 1750-ci ildə Mazandarana gedərək orada ölmüşdür.

İncəsənəti

redaktə

Əliqulu Cabbadan rəsm çəkməyə 1660-cı illərdə Süleyman şah Səfəvi dövründə başlamışdır.

Səfəvi təsvir incəsənətinə Avropa tərzi, mövzuları gətirmişdir. Məhəmməd Zamanla birlikdə XVII-XVIII əsrlərdə Səfəvi incəsənətinə Avropa incəsənətinin stlini gətirmişdir.

Günümüzə qədər çatan rəsm əsərləri 1660-1717 illərinə aidir. Toxunduğu mövzular da müxtəlifdir. Əsərləri arasında Süleyman şaha həsr olunmuş rəsm əsərləri ilə birlikdə "Yatan Nemf" (1673), "Rus səfirinin portreti" (1717) kimi əsərlər də var.

Əsərləri

redaktə

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. Амиранашвили Ш. Я., История грузинского искусства, М., 1963
  2. Bloom və Blair, 2009. səh. 55-56
  3. Soucek, 1985
  4. Adamova, 2008. səh. 79

Mənbə

redaktə
  • Jonathan M. Bloom və Sheila S. Blair. ‘Aliquli Jabbadar. The Grove encyclopedia of Islamic art and architecture - Oxford University Press. 2009. ISBN 0-19-530991-X.
  • P. P. Soucek. ʿALĪ-QOLĪ JOBBA-DĀR. I. Encyclopaedia Iranica. 1985. 872–874.