ABŞ KonqresiAmerika Birləşmiş Ştatlarının ikipalatlı qanunverici dövlət hakimiyyət orqanı, Vaşinqton şəhərində yerləşir (binası Kapitoli adlanır). Senatdan (100 üzv) və Nümayəndələr Məclisindən (435 üzv) ibarətdir. Konqresin Sədri ABŞ vitse-prezidentidir , onun müavini müvəqqəti sədridir.

Birləşmiş Ştatlar Konqresi
United States Congress
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 4 mart 1789
İdarə heyəti
Senat Prezidenti Mayk Pens, Respublikaçılar partiyası
Yanvar 20, 2017 tarixindən
Nümayəndələr Məclisi Spikeri Nensi Pelosi, Demokratlar partiyası
Yanvar 3, 2019 tarixindən
Senatın müvəqqəti Prezidenti Çak Qrasli, Respublikaçılar partiyası
Yanvar 3, 2019 tarixindən
Quruluşu
siyasi partiyalar

     Respublikaçılar (53)
     Demokratlar (45)

     Bitərəf (2)
fraksiyalar

     Demokratlar (232)      Respublikaçılar (196)      Müstəqil(1)

     Vakant (6)
Məclis zalı
{{{konfrans zalı}}}{{{konfrans zalı}}}
Sayt
congress.gov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Kontinental Konqresdən formalaşmışdır. 1776 il iyulun 4-də İkinci Kontinental Konqres ABŞ İstiqlaliyyət Bəyannaməsi qəbul etdi. Konstitusiyaya görə Konqres xüsusilə müharibə elan etməyə, silahlı güvvələri saxlamağa, ittifaq qanunlarının icra etmək üçün milis çağırmağa, vergiləri təyin etməyə və yığmağa, xarici dövlətlərlə ticarəti tənzim etməyə, pul kəsməyə, ölçü vahidlərini, Ali Məhkəmədən daha aşağı məhkəmələri və poçt xidmətlərini müəyyənləşdriməyə bilər. Hər iki palatı məsələlərin əksəriyyətini səsvermə ilə həll edir, üzvlər "aye" yaxud "no" deməlidir. İldə adətən bir sessiya keçirilir, bəzən əlavə sessiya baş verir.

Səlahiyyəti

redaktə

Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Onların arasında ən əsas yeri maliyyə sahəsinə baxmaq tutur. Bu ABŞ-nin "pul kisəsi hakimiyyəti" adlanır.

Konqres ölkənin bütün ərazisi üçün vahid vergini, rüsumları, aksiz rüsumlarını müəyyən edir, federal büdcəni müəyyənləşdirir, dövlət səhmlərindən başqa bütün sahələrə ianələr ayırır, kreditə pul verir. Konqres həm də ABŞ-nin adından borcları ödəyir, xarici ticarəti və ştatlar arasında ticarəti tənzimləyir. Konqres prezidentə bu və digər məqsədlər üçün ianələr ayırmasına təsir edir, hökumət müəssisələrinin və idarələrinin fəaliyyətini də Konqres yoxlayır. Konqres həm də büdcə ianələrinin xərclənmələrini də yoxlayır.

Konqres müharibə elan etmək, silahlı qüvvələri formalaşdırmaq və onların saxlanması üçün pul ayırmaq hüququna malikdir. Konqres həm də quru və dəniz qüvvələrinin idarə edilməsi üçün hüquq vermək səlahiyyətinə malıikdir. Bu səlahiyyətlərlə Konqres hərbi büdcənin formalaşdırılmasına və silahlı qüvvələrin orqanlarına təsir edir, lakin silahlı qüvvələrdən istifadə edilməsi prezident hakimiyyətinə məxsusdur.

Nümayəndələr Palatasının hüququ var ki, seçkilər vaxtı prezidentliyə namizədlərdən heç biri seçicilərin səsinin yarısı ilə seçilməyibsə, ABŞ-nin prezidentini seçsin. (ABŞ tarixində Nümayəndələr Palatası bu hüququndan 2 dəfə istifadə edib: 1801 və 1825-ci illərdə).

Hökumətin rəsmi şəxslərinin təyinatına Senat nəzarət edir. Senat bu təyinatları təsdiq edir: 1) Hökumətin idarə rəhbəri; 2) Diplomatik nümayəndələr; 3) Ali Məhkəmənin üzvləri; 4) Federal məhkəmənin üzvləri; 5) Silahlı qüvvələrin və sərhəd xidmətinin ali rütbəli şəxslərinin irəli çəkilmələri və yerdəyişmələri. Əgər vitse-prezident seçkilər vaxtı seçilmirsə, Senat onu seçir.

Konstitusiyaya görə, Konqres vəzifəli şəxsləri, o cümlədən prezidenti və vitse-prezidenti, əgər onlar satqınlıqda günahkar biliniblərsə, rüşvət almaq və s. əməllər ediblərsə, onları impiçment qaydasına görə vəzifələrindən kənar edə bilər. Bu məsələdə palataların səlahiyyətləri bölünür. Təkcə Nümayəndələr Palatası impiçment qaydasında istintaq qrupu yarada bilər. Senat isə bu halda məhkəmə rolunu həyata keçirə bilər. Əgər məsuliyyətə cəlb edilən şəxs təqsirli bilinirsə, Senat onun haqqında yeganə cəza tədbiri – vəzifədən kənaretməni tətbiq edir.

Konqresin komitələri

redaktə

Senatda 16 daimi və 4 xüsusi komitə var. Daimi komitələr:

  1. Kənd təsərrüfatı, ərzaq və meşə təsərrüfatı üzrə;
  2. İanələr üzrə;
  3. Silahlı qüvvələrin işi üzrə;
  4. Bank işi, ev tikintisi və şəhərlərin problemi üzrə;
  5. Büdcə;
  6. Ticarət, elm və nəqliyyat üzrə;
  7. Enerji və təbii ehtiyatlar üzrə;
  8. Ətraf mühitin problemləri və ictimai iş üzrə;
  9. Maliyyə;
  10. Xarici işlər üzrə;
  11. Hökumət məsələləri üzrə;
  12. Hüquq üzrə;
  13. Əmək və əhali ehtiyatları üzrə;
  14. Senatın reqlamenti və administrasiyası məsələləri üzrə;
  15. Xırda biznes məsələləri üzrə;
  16. Veteranların işi üzrə.

Xüsusi komitələr:

  1. Kəşfiyyat üzrə;
  2. Hindu məsələləri üzrə;
  3. Etika üzrə;
  4. Yaşlıların işi üzrə.

Nümayəndələr Palatasında 22 daimi və 5 xüsusi komitə var. Daimi komitələr:

  1. Kənd təsərrüfatı üzrə;
  2. İanələr üzrə;
  3. Silahlı qüvvələrin işi üzrə;
  4. Bank işi, maliyyə və şəhərlərin problemləri üzrə;
  5. Büdcə üzrə;
  6. Kolumbiya dairəsinin işi üzrə;
  7. Təhsil və əmək üzrə;
  8. Enerji və ticarət üzrə;
  9. Xarici işlər üzrə;
  10. Hökumət əməliyyatları üzrə;
  11. Palatanın administrasiya məsələləri üzrə;
  12. Daxili və adalar işi üzrə;
  13. Hüquq üzrə;
  14. Dənizçilik ticarəti və balıq yetişdirmə üzrə;
  15. Poçt işləri və vətəndaş xidməti üzrə;
  16. İctimai işlər və nəqliyyat üzrə;
  17. Qanunlar komitəsi üzrə;
  18. Elm, kosmos və texnika üzrə;
  19. Xırda biznes məsələləri üzrə;
  20. Rəsmi şəxslərin xidmət hərəkətləri standartları üzrə;
  21. Veteranların işi üzrə;
  22. Mədaxil və məxaric üzrə

Xüsusi komitələr:

  1. Kəşfiyyat;
  2. Ahılların işi üzrə;
  3. Uşaq, gənclər və ailə işləri üzrə;
  4. Aclıq problemi üzrə;
  5. Narkomaniya problemi və narkotiklər üzərində nəzarət üzrə.

Komitələrin sədrləri konqresdə seçilən fiqurlar hesab edilirlər. Xüsusi komitələr palatalar tərəfindən müəyyən bir məqsədi yerinə yetirmək üçün yaradılır, lakin praktikada onların çoxu konqresin bir neçə çağırışları müddətində fəaliyyət göstərir, öz səlahiyyətləri və iş metodları ilə faktiki olaraq daimi komitələrdən fərqlənmir.

Həm də hər iki palatanın birləşmiş komitələri də mövcuddur. Belə komitələr dörddür:

  1. İqtisadi;
  2. Vergi qoyuluşu;
  3. Konqresin kitabxanası üzrə;
  4. Nəşriyyat üzrə.

Demək olar ki, bütün daimi komitələr alt komitələri yaradırlar. Alt-komitələr komitələrin kompetensiyası çərçivəsində daha xırda problemlərlə məşğul olurlar.

Konqresin vəzifəli şəxsləri

redaktə

Hər iki palatanın öz vəzifəli şəxsləri var. Nümayəndələr Palatasının spikeri ən mühüm təsiredici şəxslərindən biridir. Spiker vəzifəsinə namizəd palatada çoxluğun fraksiyası tərəfindən irəli sürülür və palatanın iclasında təsdiq edilir. Spikerin prezident administrasiyası ilə əlaqələrinin rolu o vaxt yüksək olur ki, prezident bir partiyadan, Nümayəndələr Palatası isə digər partiya tərəfindən idarə edilir.

Senatın sədri vitse-prezident hesab olunur, amma səsvermə hüququ olmur. Çoxluğun fraksiyasının irəli sürməsi şərti ilə Senat öz yaşlı və hörmətli şəxslərindən birini müvəqqəti sədr seçir. O, sədr funksiyalarını yerinə yetirir, səsvermədə iştirak edir və Senat tərəfindən qəbul edilən qanunları imzalayır. Senatın sədrinin funksiyaları və səlahiyyətləri vacibliyinə görə Nümayəndələr Palatasının spikerinin funksiyası və səlahiyyətlərindən aşağıdır.

Bəzi səlahiyyətlərə yalnız Senat malikdir, o cümlədən Kabinet, hakimlər və prezidentlə imzalanmış müqavilərin təsdiq etməsi. Senatda hər bir ştat iki üzvlə təqdim edilir.

Nümayəndələr Palatası

redaktə

Başçısı spikerdir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə