Abadan
Abadan (fars. آبادان) — İranın Xuzistan ostanında yerləşən liman şəhəri. Şəttülərəb çayı sahilində portdur. Əhalisi 415 min (2005) nəfər. Avtomobil yolları qovşağıdır, beynəlxalq aeroporta malikdir. Ölkənin iri neft emalı və neft-kimya sənayesi mərkəzidir. Tehran və İsfahan boru kəmərlərinin başlanğıc məntəqəsidir. Xam neft və neft məhsulları ixrac edilir.[5]
Abadan | |
---|---|
آبادان | |
30°20′21″ şm. e. 48°18′15″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 6 m[2] |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98 631 |
Digər | |
abadan.ir | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞəhər 8-ci əsrdən məlumdur. Abbasilər dövründə liman şəhəri kimi fəaliyyət göstərirdi. 1980-ci ildə İran-İraq müharibəsi zamanı bu şəhərin ərazisində döyüşlər baş vermişdi. Abadanın yaxınlığında Dəclə və Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr və Abadanın yerləşdiyi şərq sahillərinə iddia edirdi. İran isə sərhəddin talveq xətti, yəni çay yatağının orta xətti boyunca çəkilməsinin tərəfdarı idi.
İstinadlar
redaktə- ↑ 1 2 The World Atlas (rus.). 3-е Москва: Федеральное агентство геодезии и картографии, 1999.
- ↑ GeoNames (ing.). 2005.
- ↑ Ābādān (Ābādān, Khuzestan, Iran) - Population Statistics, Charts, Map, Location, Weather and Web Information.
- ↑ جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN 978-9952-441-02-4.
Həmçinin bax
redaktə İran ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |