Allel
Allel bir genin müxtəlif formalarını ifadə edir.
Ümumi məlumat
redaktəMəlumatı yoxla. |
Bir əlamətin müxtəlif formasına allel əlamətlər və onların inkişafına səbəb olan genlərə allel genlər deyirlər. Allel genlər homoloji xromosomların eyni sahəsində (lokosunda) yerləşir. Allel əlamətlərə misal olaraq insanda qara göz-mavi göz; qara rəngli saç-açıq rəngli saç; qıvrım saç-hamar saç; uza boy-qısa boy; iyi göz-xırda göz; tünd rəngli dəri-açıq rəndli dəri bə i.a. göstərmək olar. Allel əlamət və genləri hərflərlə işarə edilər. Dominant əlamət böyük hərflərlə, resessiv əlamət isə həmin hərfin kiçiyi ilə yazılır. Məsələn, qara gözü A hərfi ilə yazsaq, mavi gözü a ilə yazmaq lazımdır. Başqa allerləri yazanda da bu qayda tətbiq edilir.
F1 -onlardan alınan birinci nəsil (övlad); AA – qara gözlü, aa – mavi gözlü valideyn; A və a – onların cinsi hüceyrələri – qametləri; Aa birinci nəsil (övlad.) Vurma işarəsi (x) – Genetikada çarpazlaşma və evlənməni bildirir. Bu işarə bitkilərdə və heyvanlarda çarpazlaşdırmanı, insanda isə evlənməni, ailə qurmağı, nigahı göstərir.
Qeyd: F1 birinci nəsil (övladlar); F2 – ikinci nəsil (nəvələr); F3 – üçüncü nəsil (nəticələr) və i.a. kimi qeyd edilir [1].
İstinadlar
redaktə- M.Axundov, İnsan genetikasına səyahət, səh. 44, Azərnəşr 1975.
- ↑ M.Axundov, İnsan genetikasına səyahət, səh. 17, Azərnəşr 1975.