Araz Əlizadə
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Araz Məmməd Mübariz oğlu Əlizadə (3 noyabr 1951, Bakı – 6 oktyabr 2022, Bakı) — azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 2013-cü il prezident seçkilərində iştirak etmiş namizəd[1].
Araz Əlizadə | |
---|---|
30 iyun 2012 – 6 oktyabr 2022 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
10 dekabr 1989 – 1995 | |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
2015 – 2020 | |
Seçki dairəsi | 2015 — 35 saylı Xətai üçüncü |
Əvvəlki | İqbal Ağazadə |
1995 – 30 iyun 2012 | |
Həmsədr | Zərdüşt Əlizadə (1995-2001) Ayaz Mütəllibov (2003-2012) |
Əvvəlki | Vəzifə təsis edildi. |
Sonrakı | Vəzifə ləğv edildi. |
4 avqust 1991 – 1995 | |
Seçki dairəsi | 223 nömrəli Dəliməmmədli |
Əvvəlki | Əlisaab Orucov |
Sonrakı | Vəzifə ləğv edildi. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 noyabr 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 6 oktyabr 2022 (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Atası | Məmməd Mübariz Əlizadə |
|
|
Təltifləri |
Həyatı
redaktəAraz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulmuşdur[2]. Qardaşı Zərdüşt Əlizadəyə görə Türk əsilli[3] olsa da, özünü Azərbaycanlı[4] hesab edib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975–1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləmiş, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs demişdir.
1985-ci ildə xuliqanlğa[5] görə mühakimə olunmuşdur. 1987-ci ildən Bakıya qayıtmışdır. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılmışdır.
1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra – sədridir. (Partiya 1989-cu il dekabrın 10-da "Villi Brandtın Dostları Klubu"nun – 1970-ci illərin əvvəllərindən Azərbaycan Dövlət Universitetində A. Əlizadənin rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın – bazasında yaradılmışdır.)
1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü olmuşdur. 1988–1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olmuş və onların rəhbərliyinə daxil olmuşdur.
1990-cı ildən çoxsaylı beynəlxalq simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak etmişdir.
6 oktyabr 2022-ci il tarixində onkoloji xəstəlik səbəbi ilə 70 yaşında ölmüşdür.[6]
Ailəsi
redaktəAnası Zinət xanımdır. Atası Məmməd Mübariz Əlizadə dahi "Nizami"nin "Xəmsə"sini Azərbaycan dilinə tərcümə edib. Məmməd Mübariz Əlizadənin oğlu, Nüşabə Əlizadənin və Zərdüşt Əlizadənin qardaşıdır.
İstinadlar
redaktə- ↑ "Araz Əlizadə prezidentliyə namizədliyini verdi". 2013-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.
- ↑ "Araz Məmməd Mübariz oğlu Əlizadə". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-12.
- ↑ Əlizadə, Zərdüşt. "Ana tərəfim də, ata tərəfim də zır türkdür". Xural (az.). 21 iyul 2018. 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 Oktyabr 2022.
- ↑ Əlizadə, Araz. "Feysbukda olanların hamısı avara adamlardır". 17 aprel 2017. 2017-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2022.
- ↑ modern.az. "Araz Əlizadə həbsdə yatdığını ETİRAF etdi". modern.az (az.). İstifadə tarixi: 2023-06-06.
- ↑ "Araz Əlizadə vəfat etdi". Qafqazinfo (az.). 2022-10-06. 2022-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-06.