Bayburdlu oymağı
Bayburdlu oymağı — Cənubi Azərbaycanın bölgələrindən biri olan Qaradağ vilayətində yaşamış olan türk tayfalarından biri.
Tarixi
redaktəTayfanın adından bəlli olur ki, onlar ilk öncə Şərqi Anadoluda, Ərzurumdan şimal-qərbdə yerləşən Bayburddan köçüb bu bölgəyə gəlmişdirlər. Bu tayfa Səfəvi imperiyasını yaradan Qızılbaş tayfalarından biri olmuşdur.[1] Bu tayfanın başçısı olan Qaraca İlyas Bayburdlu I Şah İsmayılın Ağqoyunlu hökmdarı Əlvənd Mirzə ilə döyüşdüyü Şərur döyüşündə iştirak etmiş, Qızılbaş ordusunun komandanlarından biri kimi olmuşdur. Bu döyüşdə I İsmayıl Əlvənd Mirzəni darmadağın etmiş və bir qədər sonra Təbrizə daxil olaraq özünü şah elan etmişdir.[2] I Şah İsmayıl və oğlu I Şah Təhmasib (1524-1576) hakimiyyət illərində Bayburdlu eli Osmanlı sınır-sərhədlərində uc gözətçisi idi. Çuxursəd əyalətinin Şuragil mahalı bu el başçısının tiyul mülkü idi. Qaraxan bəy Bayburdlunun başçılığı ilə bayburdlular Çuxursəddən köçüb Azərbaycana – Qaradağ vilayətinə gəldilər. Onlar Qaradağ və Savalan arasında yerləşən kəndlərdə sakin oldular. Qaraxan bəy və başqa böyüklər Əhər şəhərinə yerləşdilər. Bayburdluların Əhər mahalında öz kəndləri bunlardır: Təzəkəndi Təhmasib, Şəmsabad, Yüzbaşılı, Qalabaşı Şahverdi qışlağı, Alpavut, Qorçu kəndi, Səfixanlı, Nəcəfxanlı, Xızır kəndi, Uluxanlı və s.[3][4]
I Abbasın dövründə də bu tayfadan görkəmli sərkərdələr çıxmışdır:[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Le Strange, 1926. səh. 45-46
- ↑ Sarwar, 1939. səh. 38
- ↑ 1 2 Oberling, 1988
- ↑ Ənvər Çingizoğlu. "Qaradağ elləri: beloğludan eloğluya qədər". reyting.az. 24 iyul 2021. 3 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2023.
- ↑ Monshi, 1978. səh. 1084-1085
- ↑ Monshi, 1978. səh. 1312
Mənbə
redaktə- P. Oberling. BĀYBŪRTLŪ. iranicaonline.org. 1988.
- G. Le Strange. Don Juan of Persia. London. 1926.
- Eskandar Beg Monshi. The History of Shaah ‘Abbās the Great (Tārīkh-e ‘Ālamārā-ye ‘Abbāsī), 2 vols. Boulder: Westview Press. R.M. Savory (trans.). 1978.
- Ghulāṃ Sarwar, History of Shāh Ismaʿīl Ṣafawī, Aligarh, 1939. History of Shāh Ismaʿīl Ṣafawī. Aligarh. 1939.