Blue Exorcist
Blue Exorcist və ya Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoshisuto?, azərb. "Göy ekzorsist") — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 yanvar 2024-cı ilə qədər manqa seriyasının fəsilləri 30 tankobon cildində toplanmışdır.[1] Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir.
Blue Exorcist | |
Birinci cildin üzlüyü. Personaj: Rin Okumura. | |
青の祓魔師 (Ao no futsumashi) azərb. Göy ekzorsist | |
---|---|
Janr | döyüş, fövqəltəbii, komediya |
Manqa | |
Manqaka | Kazue Kato |
Nəşriyyat | Shueisha |
Tərcüməçi nəşriyyat | |
Tərcümə jurnalı | "Weekly Shonen Jump" |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 4 aprel 2009 — hazırda |
Cildlər | 31 (cild siyahısı) |
Fəsil sayı | 150 |
Anime | |
Rejissor | Tensay Okamura |
Prodüsser | Hiro Maruyama |
Ssenarist | Ryoya Yamaquçi |
Bəstəkar | Hiroyuki Savano |
Studiya | A-1 Pictures |
Digər lisenziyalar | |
Kanal | JNN (MBS) |
Digər kanallar | |
Buraxılış tarixi | 17 aprel 2011 – 2 oktyabr 2011 |
Seriyalar | 25 + 1 OVA (seriya siyahısı) |
Anime | |
Ao no Exorcist Gekijouba | |
Rejissor | Atsuşi Takahaşi |
Ssenarist | Reyko Yoşida |
Bəstəkar | Hiroyuki Savano |
Studiya | A-1 Pictures |
Digər lisenziyalar | |
Vaxt | 90 dəq. |
Manqa | |
Salaryman Exorcist: The Sorrows of Yukio Okumura | |
Yazıçı | Kazue Kato |
Rəssam | Minoru Sasaki |
Nəşriyyat | Shueisha |
Demoqrafiya | Şonen |
Nəşr tarixi | 19 aprel 2013 - 3 aprel 2020 |
Cildlər | 4 |
Anime | |
Blue Exorcist: Kyoto Saga | |
Rejissor | Koyçi Hatsumi |
Ssenarist | Toşiya Ono |
Bəstəkar | Hiroyuki Savano Kota Yamamoto |
Studiya | A-1 Pictures |
Digər lisenziyalar | |
Kanal | MBS, TBS, CBC, BS-TBS |
Digər kanallar | |
Buraxılış tarixi | 7 yanvar 2017 — 25 mart 2017 |
Anime |
Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir.[2] Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanacaq.
Həm manqa seriyası, həm də anime serialı müsbət rəylər almışdır. Manqa nəşriyyatları "Blue Exorcist" manqasını digər şonen manqaları ilə müqayisə etmişdir. Amma manqanın hekayəsi və stili hələ də bəyənilir.
Məzmun
redaktəHadisələr anormal gücə və dayanıqlığa malik olan Rin Okumura adlı yeniyetmə ətrafında cərəyan edir. Rin Okumura əkiz qardaşı Yukio və ekzorsist olan ögey atası Şiro Fucimoto ilə birlikdə yaşayır. Bir gün Rin onun və Yukionun ən güclü iblis olan Şeytanın oğulları olduqlarını öyrənir. Şiro Rini qorumaq istəyərkən ölümcül vəziyyətə düşür. Buna görə də Rin Şironun ondan heç vaxt etməməsi istədiyi şeyi edir: iblis doğrayan qılıncı Kurikaranı qınından çəkir və iblis gücləri oyanır. Bu andan etibarən Rin nə vaxt bu qılıncı çəksə, iti dişlərə, ucuiti qulaqlara, eləcə də, özünü alovlandıraraq mavi alovlar saçmaq gücünə malik olur.
Fucimotonun dəfnində Rin Fucimotonun yaxın dostu Mefisto Feles ilə qarşılaşır. Mefisto Rinin daha güclü olması və Şeytanı məğlub etməsi üçün ekzorsizm təhsili almasına icazə verir. Bu məqsədlə Rin Yaponiyada insanların diyarı olan Assiyanı iblislərin diyarı olan Qeenadan qorumaq üçün qurulmuş Düzgün Xaç Akademiyasına yazılır. O, çox az adamın bildiyi ekzorsist kursuna qatılır. Bu zaman Rin qardaşı Yukionun ekzorsist olduğunu və kursun müəllimlərindən biri olduğunu öyrənir. Beləliklə, Rinin ekzorsist olma macərası başlayır, tezliklə kursun digər tələbələri ilə dostlaşır.
Terminlər
redaktə- Yerlər
- Assiya — insanların yaşadığı diyar.
- Qeena — iblislərin yaşadığı diyar.
- Düzgün Xaç Akamediyası — ekzosistlər üçün akademiya.
- Lənətli məbəd — Mavi gecədən sağ çıxan bir rahibə məxsus məbəd. Rahiblərinin naməlum səbəbdən ölümlərinə görə bu adla tanınır.
- Amahara bağçası — əfsanəyə görə bütün bitki və güllərin bitdiyi tanrı bağçası. Şieminin görmək arzusunda olduğu yer.
- Draqun laboratoriyası — iblislərə qarşı silahların istehsal olunduğu fabrik.
- Kokitus — Vatikan qərargahının altında yerləşən həbsxana.
- Yoşikuni — Kurikaranın hazırlandığı yer.
- Əşyalar və alətlər
- Kurikara — Rinin qılıncı. "İblis doğrayan qılınc" ləqəbini daşıyır.
- Kiriqakure — Şuranın qılıncı.
- Məsih — Qeenanı məhv etmək üçün hazırlanmış silah.
- Qeena qapısı — Assiya ilə Qeena arasında, məkan—zaman boşluğundakı keçid.
- Qan əmici silah — insan qanı əmən silah növü.
- Qrimuar — sehrbazların istifadə etdiyi qara sehr kitabı.
- Süleyman açarı — XVII əsrdə kral Süleyman tərəfindən yazılan qrimuar.
- İblislər
- Ev iblisi — ekzorsistlərin təlim keçdiyi iblislər.
- Kuro — Şironun keçmiş, Rinin isə hazırkı ev iblisi, pişik pəri. Telepatik yolla Rin və Yukio ilə danışa bilir.
- Ukobax — Rin və Yukionun evində aşbazlıq edən iblisin adı.
- Ni — Yaşıl adam növündən iblis, Şieminin ev iblisinin adı.
- Uko və Mike — Kimikanın tülküyə bənzər ev iblislərinin adları.
- Behemot — Amaymonun ev iblisinin adı.
- Fırtına — qarğaformasında olan və Nekonu ələ keçirmiş iblisin adı.
- Yaşıl adam — bitkiyə bənzər, zərərsiz, kiçikboylu iblis növü. Əsasən Şieminin sözünə qulaq asırlar.
- Kraken — nəhəng dəniz iblisinin adı.
- Hop — qurbağayabənzər, nəhəng, nisbətən zəif iblis növü.
- Xortdan daşları — daşabənzər, tutduqca ağırlaşan, aşağı səviyyəli iblis növü.
- Pişik pəri — pişiyəbənzər iblis növü.
- Mara — aydınlığa çatmaq üçün buddaların ağıllarını ələ keçirən iblis növü.
- Qardan adam — iblis növü.
- Digər
- Ruh yarası — bir iblisin insanda səbəb olduğu yara.
- Mavi gecə — 16 il öncə Şeytanın ən tanınmış rahibləri öldürdüyü gecə.
- Mütəxəssislik sahələri — ekzorsist sahələri. Beş mütəxəssislik sahəsi var: həkim, cəngavər, tərbiyəçi, duacı və tüfəngçi.
- Paladin — ən yüksək ekzorsist dərəcəsi.
- Şeytan çarmıxı əməliyyatı — bütün iblisləri dünyadan silmək üçün Papa Ernst tərəfindən tərtib olunmuş plan.
- Süni həyat təcrübələri — Vatikan tərəfindən qadağan edilmiş canlılər üzərində təcrübələr.
İstehsal
redaktəKazue Kato manqanı yaradarkən rejissor Terri Qilliam tərəfindən 2005-ci ildə çəkilmiş "Qrim qardaşları" filmindən ilhamlanmışdı. Manqa üçün ilk konsepsiya iblislərə qarşı döyüşən qardaşlar idi. Lakin elə ilk fəsildə kimlərin "pis" olduğunu aydınlaşdırmaq çətin olduğundan Kato düşünmüşdü ki, bu oxuyucularla əlaqə saxlamaq üçün çətin olacaq. Buna görə də ideya bir az dəyişdi: iblisləri məğlub edənlər ancaq ancaq yaxşılar — ekzorsistlər ola bilərdilər. Beləcə, "yaxşılar" ilə "pislər" arasındakı xarakteristika fərqləri aydın görünürdü. Kato manqa yazarkən müxtəlif iblislərdən bəhs edən ensiklopediyadan istifadə etdi.[3]
Kato Rin ilə Yukionun şəxsiyyətlərinin çox fərqli etməsinin səbəbini bundaq xoşuna gəlməsi ilə əlaqələndirirdi.[3]
Ekzorsizm manqanın əsas ideyası olduğundan manqada Bibliyaya bir çox istinadlar vardır. Anime News Network-ə verdiyi müsahibədə Kato demişdir: "Əgər mən ekzorsizm haqqında iş işləyirəmsə, bu cür istinadlardan gərək qaçmayım".[4] Kato artıq manqanın sonluğunu üçün planlar qursa da, manqa seriyasının uzunluğu manqanın Yaponiyadakı populyarlığından asılı olaraq dəyişəcək.[5] 2016-cı ilin iyulunda Kato Anime News Network-a verdiyi müsahibədə bildirmişdi ki, hələ ki, manqanın bütün hekayəsinin yarısının tamamlandığını bildirmişdi.[3]
Media
redaktəManqa
redaktə"Blue Exorcist" manqa seriyası Kazue Kato tərəfindən yazılıb çəkilmişdir və 2009-cu ilin aprelindən Shueisha nəşriyyatının aylıq manqa jurnalı "Jump Square"-də nəşr olunur.[6] İlk tankobon cildi 4 avqust 2009-cu ildə nəşr olunmuşdur.[7] 4 iyun 2024-cü ilə qədər isə 31 cildi çapdan çıxmışdır.[1] Manqanın "Miyamauguisu House Case" (深山鶯邸事件, Miyamauguisu-tei Jiken?) adlı one-shot-u "Jump Square" jurnalının sentyabr 2008-ci il buraxılışında nəşr olunmuşdur.[8]
Manqa seriyası Şimali Amerika regionu üçün Viz Media tərəfindən lisenziyalaşdırılmışdır və ilk cildi 5 aprel 2011-ci ildə nəşr olunmuşdur.[6] 2014-cü ilin 4 noyabrına qədər isə 20 cildi çapdan çıxmışdır.[9] "Blue Exorcist" həmçinin 5 aprel 2011-ci ildən başlayaraq "Shōnen Jump Advance" imprinti altında nəşr olunmuşdur.[10]
Manqa seriyası Kazé Manga tərəfindən Fransa üçün (ilk cildi 27 may 2010-cu ildə çapdan çıxmışdır[11]), Waneko tərəfindən Polşa üçün lisenziyalaşdırılmışdır.[12]
Rinin qardaşı Yukiodan bəhs edən "Salaryman Exorcist: The Sorrows of Yukio Okumura" (サラリーマン祓魔師 奥村雪男の哀愁, Salaryman Futsumashi Okumura Yukio no Aishū?) adlı spin-off manqası "Jump Square" jurnalında nəşr olunur. Bu manqa Kazue Kato tərəfindən yazılır, lakin şəkilləri Minoru Sasaki çəkir.
Anime
redaktə27 noyabr 2010-cu ildə Shueisha nəşriyyatının "Jump Square" jurnalının rəsmi saytında manqa seriyasının anime adaptasiyanın istehsal olunacağını açıqlanmışdır.[13] Anime serialı Hitoşi Okamuranın rejissorluğu ilə A-1 Pictures studiyası tərəfindən istehsal olunmuşdur. Əslində MBS kanalında "Star Driver: Kagayaki no Takuto" anime serialını əvəzləyərək 10 aprel 2011-ci ildən yayımlanmalı olsa da, 2011-ci ildəki Tohoku zəlzələsinə görə bu tarix 17 aprellə əvəz olunmuşdur.[14] Animenin sonuncu seriyası 2 oktyabr 2011-ci ildə nümayiş olunmuşdur.
"Blue Exorcist" animesi üçün 4 parça mahnıdan istifadə olunmuşdur: iki açılış və iki bağlanış mahnısı. İlk 12 seriya üçün Uverworld rok qrupunun "Core Pride" (azərb. "Əsas ləyaqət") mahnısından,[15] qalan 13 seriya üçün isə ROOKiEZ is PUNK'D rok qrupunun "In My World" (azərb. "Mənim dünyamda") mahnısından istifadə olunmuşdur. Animenin ilk 12 seriyası boyunca bağlanış mahnısı kimi Cənubi Koreya musiqi qrupu 2PM tərəfindən ifa olunan "Take Off" (azərb. "Çıxar") mahnısı,[16] qalan seriyalar boyunca isə bağlanış mahnısı kimi Meysa Kuroki tərəfindən ifa olunan "Wired Life" (azərb. "Naqilli həyat") mahnısı səsləndirilmişdir.
Aniplex 20 aprel 2011-ci ildən başlayaraq animenin seriyalarını Hulu, Crunchyroll, Anime News Network və Netflix video saytları vasitəsilə Şimali Amerikada yayımlamışdır.[17] Aniplex of America animeni 4 dəstdə DVD şəklində buraxmışdır və ilk DVD 18 oktyabr 2011-ci ildə satışa buraxılmışdır.[18] 2011-ci ildə "Ao No Exorcist: Kuro no Iede" adlı OVA seriyası istehsal olunmuşdur. 2 oktyabr 2012-ci ildə Viz Media-nın onlayn şəbəkəsi Neon Alley vasitəsilə anime ABŞ və Kanadada göstərilməyə başlamışdır.[19] "Blue Exorcist" 23 fevral 2014-cü ildən 10 avqust 2014-cü ilə kimi Adult Swim-in Toonami blokunda göstərilmişdir.[20]
7 yanvar 2017-ci ildən MBS-nin Animeism veriliş bloku vasitəsilə anime serialının ikinci mövsümü yayımlanmağa başlayacaq.[21][22][23] Yeni mövsüm "Blue Exorcist: Kyoto Saga" adlanacaq. Koyçi Hatsumi rejissor, Toşiya Ono ssenarist, Keyqo Sasaki personaj dizayneri və Hiroyuki Savano ilə Kota Yamamoto bəstəkar olacaq.[24] Anime serialı manqanın 5-ci cildini ələ alacaq.[25] İkinci mövsümdə bir neçə yeni personajın olacağı təsdiqlənmişdir.[26] Açılış mahnısı Uverworld tərəfindən, bağlanış mahnısı Rin Akatsuki tərəfindən ifa olunacaq.[23] Aniplex of America 15 oktyabr 2016-cı ildə Los-Ancelesdə baş tutmuş Akiba Fest tədbirində ikinci mövsümü Şimali Amerikada lisenziyalaşdırdığını açıqlamışdır.[27]
4 aprel 2017-ci ildə buraxılacaq 19-cu cildlə birlikdə OVA seriyası buraxılacaq.[28]
Drama CD
redaktə31 dekabr 2016-cı ildə manqanın 18-ci cildi ilə birlikdə Aya Yacimanın "Blue Exorcist: Bloody Fairy Tale" ranobesinə əsaslanan "Money, Money, Money" adlı drama CD buraxılacaq. Drama CD üçün ssenari Yuuiçiro Kido tərəfindən yazılır.[28]
Digər
redaktəManqa seriyası əsasında hazırlanmış "Live Act Ao no Exorcist ~Mashin no Rakuin~" adlı 9 teatr tamaşası 11-17 may 2012-ci il tarixlərində Tokionun Şincuku xüsusi rayonundakı "Nippon Seynenkan" zalında tamaşa qoyulmuşdur. Əsas personajlar Rin və Yukio Okumura Ryo Kimura və Kimito Totani tərəfindən canlandırılmışdır.[29] "Ao no Exorcist: Weekend Hero" adlı ranobe Aya Yacima tərəfindən yazılmış və Kato tərəfindən çəkilmişdir. Ranobe 2 sentyabr 2011-ci ildə Shueisha nəşriyyatı tərəfindən nəşr olunmuşdur.[30] PlayStation Portable platforması üçün istehsal olunmuş "Ao no Exorcist: Genkoku no Labyrinth" vizual romanı Bandai Namco Games tərəfindən 26 aprel 2012-ci ildə yayımlanmışdır.[31] Manqa və anime serialı əsasında çəkilmiş anime filmi 28 dekabr 2012-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
Qəbul
redaktəManqa Yaponiyada xeyli məşhurdur. Manqanın yeddinci cildinin çapdan çıxan nüsxələrinin sayı 1 milyona çatmış və bu uğura çatmış ilk "Jump SQ" manqası olmuşdur. Anime serialının istehsalından sonra manqanın satışları daha da artmışdır.[30] Tənqidçilər manqanın ünvanına xoş fikirlər səsləndirmişdirlər. Otaku USA-dan Danika Devidson qeyd etmişdir ki, hekayə "narahat" şəkildə nəql olunsa da, baş qəhrəman Rinin Şeytanın oğlu olmasına baxmayaraq, qəhrəmanlıq keyfiyyətləri oxucuların diqqətini çəkir.[32] Anime News Network-dan Karlo Santos Katonun əsərini tərifləmişdir və hər personajın fərqli xüsusiyyətə malik olduğunu, arxaplanın yaxşı dizayn olunduğunu bildirmişdir.[33] Hekayədə bir neçə şablonun istifadə olunduğunu qeyd etsə də, eyni saytın əməkdaşı Karl Kimlinqer anime serialında personajların yaxşı ifa olunduğunu, beləliklə, əyləncəli epizodların, xüsusilə, döyüş səhnələrinin ortaya çıxdığını vurğulamışdır. O, bunun animenin ən güclü nöqtəsi olduğunu demişdir.[34]
İstinadlar
redaktə- ↑ 1 2 "青の祓魔師 31" (Japanese). Shueisha. 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2024.
- ↑ "Blue Exorcist/Ao no Exorcist Anime Film Green-Lit". Anime News Network. September 30, 2011. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ 1 2 3 "Interview: Blue Exorcist Mangaka Kazue Kato". ANN (ingilis). 22 iyul 2016. 2022-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyul 2016.
- ↑ Bertschy, Zac. "Interview: Blue Exorcist mangaka Kazue Kato". Anime News Network. April 8, 2011. 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ "Interview: Kazue Kato". Manga News (French). November 18, 2010. June 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ 1 2 "News: Blue Exorcist Manga Listed by Viz's Distributor". Anime News Network. October 19, 2010. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ "青の祓魔師1" (Japanese). Shueisha. 2013-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ "One Shot of Blue Exorcist" (Chinese). 2012-07-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ "Blue Exorcist, Volume 12". Viz Media. 2015-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ "Viz Media Announces New Manga Acquisitions for Spring & Summer 2011". Anime News Network. November 15, 2010. 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ "Blue Exorcist – Tome 1" (French). Kazé Manga. 2012-07-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ Melmothia. "Ao no Exorcist tom 1". Tanuki.pl (polyak). Małgorzata Kaczarowska. 240 (2905). October 1, 2013. ISSN 1898-8296. May 29, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2016.
- ↑ "News: Blue Exorcist Manga Gets TV Anime Green-Lit". Anime News Network. November 27, 2010. 2017-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "News: Anime/Manga Releases Delayed After Quake: Part III". Anime News Network. March 19, 2011. 2011-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "UVERworldの新曲が、注目アニメのテーマ曲に決定". Oricon (Japanese). April 5, 2011. October 23, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "アニメ「青の祓魔師」テーマソングはUVERworld&2PM" (Japanese). Natalie. March 9, 2011. March 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "Aniplex to Stream Blue Exorcist In U.S., Canada". Anime News Network. April 8, 2011. 2017-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- ↑ "Aniplex of America Adds Madoka Magica, Blue Exorcist on Home Video". Anime News Network. 2011-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "Viz Media to Stream Dubbed Blue Exorcist on Neon Alley". Anime News Network. 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "Arxivlənmiş surət". 2015-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.
- ↑ Skot Qrin. "2017 "Blue Exorcist" TV Anime Announcement Spotted". Crunchyroll (ingilis). 29 iyun 2016. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2016.
- ↑ "Blue Exorcist: Kyoto Impure King Arc Anime Reveals January Premiere, More Cast". ANN (ingiliscə). 2 oktyabr 2016. 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ 1 2 Green, Scott. ""Blue Exorcist -Kyoto Saga-" Visual Spotted Along with Theme Song Performers". Crunchyroll. November 29, 2016. September 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 29, 2016.
- ↑ "New Blue Exorcist TV Anime's Returning Cast, New Staff, Plot, 2017 Premiere Revealed". ANN (ingilis). 3 iyul 2016. 2019-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
- ↑ "Blue Exorcist: Kyoto Impure King Arc Anime's 1st Promo Video Introduces New Cast". ANN (ingiliscə). 2 oktyabr 2016. 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2016.
- ↑ "Ao no Exorcist Kyoto Fujouou-hen Confirms January 2017 Air Date, Releases PV and Key Visual". Nagame Digital. October 11, 2016. October 12, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2016.
- ↑ "Aniplex USA Licenses Blue Exorcist: Kyoto Saga Anime Series". ANN (ingiliscə). 15 oktyabr 2016. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2016.
- ↑ 1 2 "Blue Exorcist Manga Gets Unaired Anime DVD, Drama CD". Anime News Network (ingiliscə). 1 dekabr 2016. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2016. (#apostrophe_markup)
- ↑ "Blue Exorcist Stage Play Cast Photographed in Costume". Anime News Network. April 25, 2012. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ 1 2 "Blue Exorcist's Latest Manga Book, 1st Novel Top Charts". Anime News Network. September 7, 2011. 2022-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ "Blue Exorcist: Genkoku no Labyrinth PSP's 3rd Promo Streamed". Anime News Network. March 13, 2012. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ Davidson, Danica. "Blue Exorcist vol. 1". Otaku USA. May 13, 2011. September 21, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ Santos, Carlo. "Blue Exorcist GN 5". Anime News Network. December 11, 2011. March 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
- ↑ Kimlinger, Carl. "Blue Exorcist Episodes 1–6 Streaming". Anime News Network. June 3, 2011. November 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2016.
Xarici keçidlər
redaktə- ao-ex.com — Rəsmi saytı (yap.)
- Rəsmi ingilis saytı
- PSP Game rəsmi saytı (yap.)
- Blue Exorcist (manqa) Anime News Network Ensiklopediyasında