Bomarsund döyüşü

Bomarsund döyüşü — Aland adalarında yerləşən Bomarsund qalasında, müttəfiq BritaniyaFransa qüvvələri ilə Rusiyafin qoşunlarından ibarət qarnizon arasında döyüş. Döyüş Krım müharibəsi zamanı, 3–16 avqust 1854-cü ildə baş vermiş, 2 sentyabr 1854 -cü ildə qalanın tutulması və dağıdılması ilə başa çatmışdır.

Bomarsund döyüşü
Tarix avqust 1854
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nəticəsi

redaktə

Qala ələ keçirildikdən və Aland adalarının faktiki işğalından sonra müttəfiqlər İsveçə adaları sahiblənməyi təklif etmişdir. Buna baxmayaraq, sonuncular bitərəf qalmış və təklifdən imtina etmişdir. 2 sentyabr 1854-cü ildə qala dağıdılmışdır. Əməliyyatın reallaşdırılması üçün 15 gün və 6 ton barıt lazım gəlmişdi. Bu müddət ərzində qaliblərin düşərgəsində daha 800-ə yaxın insanın həyatına son qoyan vəba epidemiyası başlamışdı. 1856-cı ildə Krım müharibəsi başa çatdıqdan sonra Paris müqaviləsi ilə Aland adalarına silahsızlaşdırılmış zona statusu verilmişdir. Bu, indiki dövrə qədər də qalmaqdadır. Bu müqavilə Aland servitutu kimi tanınır.[1]

İstinadlar

redaktə
  1. Бомарзунд // Военная энциклопедия : [в 18 т.] / под ред. В. Ф. Новицкого … [

Xarici keçidlər

redaktə