Burkina-Faso

(Burkina Faso səhifəsindən yönləndirilmişdir)

Burkina FasoQərbi Afrikada dövlət. 1984-cü ilin avqustuna qədər Yuxarı Volta adlanırdı. Şimalda Mali, şərqdə Niger, cənub-şərqdə Benin, cənubda ToqoQana, cənub-qərbdə Kot-d-İvuar ilə həmsərhəddir. Burkina Fasonun dənizə çıxışı yoxdur. Burkina Fasonun adı tərcümədə "vicdanlı adamların vətəni" deməkdir. (moore dilində "burkina" -""vicdanlı adamlar", dyula dilində "faso" — "vətən"). Digər tərcüməyə görə Burkina Faso — "ləyaqətli adamların ölkəsi" deməkdir.

Burkina-Faso
fr. Burkina Faso
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Unité, Progrès, Justice"
Tarixi
 • Fransadan müstəqillik 5 avqust 1960
Rəsmi dilləri
Paytaxt Uaqaduqu
İdarəetmə forması respublika, hərbi xunta[d]
Prezident Paul-Henri Sandaogo Damiba
Baş nazir Albert Ouédraogo
Sahəsi
 • Su sahəsi (%) 0,2
Əhalisi
 • Əhali 18,3 milyon nəfər (61-ci)
 • Siyahıyaalma (9.XII.2006) 14 017 262 nəf.
 • Sıxlıq 66 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 29,3 milyard dollar  (124-cü)
 • Adambaşına 1 700 dollar  (212-ci)
İnternet domeni .bf
ISO kodu BF
BOK kodu BUR
Telefon kodu +226
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisi 273 187 km², əhalisi 15,7 mln. nəfərdir.(2009). Paytaxtı — Uaqaduqu şəhəridir.

Siyasi quruluşu

redaktə

Dövlət başçısı — ümumi səsvermənin nəticələrinə əsasən seçilən prezidentdir. (1 noyabr 2014-cü il tarixdən bu vəzifəni müvəqqəti olaraq İsaak Zida icra edir).

Hökumət başçısı — prezident tərəfindən təyin edilən baş nazirdir. (1 noyabr 2014-cü il tarixdən İsaak Zida)

Qanunvericilik orqanı ikipalatalı parlamentdən — Milli Assambleyadan (ümumi səsvermə ilə 5 il müddətinə seşilən 111 deputat) və Nümayəndələr Palatasından (3 il müddətinə seçilən 178 deputat) ibarətdir.

Erkən tarix

redaktə

XI əsrin əvvəllərində Burkina Faso ərazisinə şimal-şərqdən, indiki Qana ərazisindən mosi tayfası gəlmişdir. Mosilər yerli nyenese, qrusi və busa tayfalarını özlərinə tabe etdilər. Doqon tayfası şimala çəkilməyə məcbur oldu. Müasir Furkina Faso ərazisində XIV əsrdə Uaqaduqu, Yatenqa, Tenkodoqo və Fada-Qurma dövlətləri mövcud olmuşdur. XIV əsrdən XVI əsrə qədər Yatenqa dövləti qonşu Mali və Sonqay ərazilərinin bir hissəsini işğal etmişdir.

Müstəmləkə dövrü

redaktə

XIX əsrin sonlarında Burkina Fasonın fransızlar tərəfindən işğalı başlandı. 1895-ci ildə Yatenqa dövlətinin ordusu darmadağın edildi, 1897-ci ildə isə Fada-Qurma Fransanın protektoratlığını tanıdı. 1904-cü ildən 1919-cu ilədək Yuxarı Volta fransız müstəmləkəsi olan Yuxarı SeneqalNiger müstəmləkəsinin tərkibində, sonralar isə ayrıca müstəmləkə olmuşdur. 1947-ci ildə Yuxarı Volta müstəmləkəsi bərpa olunmuşdur. 1947-ci ildən 1958-ci ilə kimi fransız Yuxarı Voltası Fransa dənizarxası ərazisi olmuş, sonralar isə Fransa Birliyinin tərkibində Yuxarı Volta Muxtar Pespublikası kimi təşkil olunmuşdu. 1958-ci ildə Yuxarı Volta 1959–1960-cı illərdə mövcud olmuş Mali Federasiyasına (MaliSeneqal) daxil olmağı planlaşdırmaq arzusunda olsa da, qonşu Fil Dişi Sahili dövlətinin təzyiqi nəticəsində bu federasiyada iştirak etməkdən imtina etdi. 1959-cu ilin dekabrında Yameoqo ölkənin prezidenti oldu. Onun ilk işi öz partiyasından başqa digər partiyaların fəaliyyətini qadağan etmək oldu.

 

Müstəqillik dövrü

redaktə

5 avqust 1960-cı ildə Yameoqo tərəfindən Yuxarı Voltanı müstəqil dövlət elan etdi və onun ilk prezidenti oldu. 1966-cı ilin yanvarında başlanan ümummilli tətil nəticəsində Yameoqo hakimiyyətdən devrildi. Hakimiyyət podpolkovnik Sanqule Lamizana başda olmaqla hərbçilərin əlinə keçdi. 1970-ci ildə Burkina Fasoda yeni konstitusiya qəbul edildi, siyasi partiyaların fəaliyyətinə icazə verildi, artıq briqada generalı olmuş Lamizana ümumi səsvermə nəticəsində ölkə prezidenti seçildi, lakin 1974-cü ildə növbəti prezident seçkiləri ərəfəsində hakim partiyanın rəhbərləri arasında ziddiyyətlər kəskinləşdi və 1974-cü ilin fevralında Lamizana hakimiyyəti ələ keçirdi. 1977-ci ildə Lamizana ölkəni mülki idarəetmə formasına qaytardı, lakin 1980-ci ilin noyabrında Yuxarı Voltada polkovnik Saye Zerbonun başçılığı ilə yenidən hərbi rejim quruldu. 1982-ci ilin 7 noyabrında Zerbo növbəti hərbi çevriliş nəticəsində hakimiyyətdən devrildi. Bu hərbi çevriliş nəticəsində prezidentlikdə gözü olmayan Sankara yerinə hakimiyyətə mayor Jan Batista Uedraoqo ölkənin yeni prezidenti oldu. Hərbi idarəetmə yeni bir konstitusiya ilə demokratik bir quruluşa keçməyə hazırlaşarkən, Sankara anti-qərb ritorikası ilə önə çıxan Liviya lideri Muammar Qəddafi ilə yaxın əlaqələr qurmağa başladı. 1983-cü ildə yeni prezident öz hökumətindəki "sollarla" əlaqələri kəsməyi qərara aldı. Həyata keçirilən tədbirlərdən biri də kapitan Tomas Sankaranın solçu baxışlarının davamçılarını Nazirlər Kabinetindən qovulması oldu. 1983-cü ilin 4 avqustunda leytenant Blez Compaorenin başçılıq etdiyi bir qrup hərbçi Sankaranı həbsdən azad etdi və Sankara dövlət başçısı oldu. O, ölkənin adını dəyişərək Burkina Faso adlandırdı və sosial inqilabi dəyişikliklər kursunu elan etdi.

Xarizmatik lider olan Tomas Sankara inqilabın inkişafını yalnız şəxsi nümunədə görürdü. Prezident ordu kapitanı olaraq bu vəzifədən qazandığı əmək haqqı ilə — ayda 450 dollar ilə dolanırdı. Prezidentlikdən aldığı 2000 dollar məbləğində pulu isə kimsəsizlər fonduna bağışlayırdı. Sankaranın vəfatından sonra onun sərvətinin hakimiyyətə gəlməmişdən əvvəl aldığı "Pejo" markalı avtomobildən, buzxanası sınıq olan soyuducudan, dörd velosipeddən ibarət olduğu aşkar olunmuşdu. Onun keçirdiyi islahatlardan biri bütün dövlət məmurlarının gəlirlərinin və hesablarının açıqlanması olmuşdu.

Sankara işçilərinə onun iş otağında kondisioner quraşdırmaqlarını qadağan etmişdi. Bunu o, belə izah etmişdi: "mən dəbdəbəli həyat sürə bilməyən insanların qarşısında utanıram". Həmçinin Sankara öz portretlərini ictimai yerlərdən, ofislərdən asmağa da icazə verməmişdi. O, "Mersedes" markalı avtomobillərdən ibarət olan hökumət avtoparkını satmışdı. Onun əvəzinə nazirləri ölkədə ən ucuz marka olan "Reno" avtomobilləri ilə təmin etmişdi.

Sankara dövlət məmurlarının maaşlarını kəsirdi, onlara şəxsi sürücüdən istifadə etməyə və birinci sinif aviabiletlərlə uçmağı qadağan etmişdi. Məmurlara bahalı qərb kostyumları deyil, yerli əhalinin tikdiyi pambıqdan olan tuniklər geyinmələrini tapşırmışdı. Yeni il qabağı Sankara məmurlara kimsəsizlər fonduna bir aylıq əmək haqqlarını bağışlamaları haqqında göstəriş vermişdi. Bir dəfə Sankara nazirlər kabinetinin yarısını işdən çıxardıb kollektiv şəkildə fermalara göndərmişdi. Ölkə başçısı onların orada çalışaraq daha faydalı olacaqlarını bəyan etmişdi. Sankaranın hakimiyyətə gəlməsindən üç il ötdükdən sonra Dünya Bankı Burkina-Fasoda korrupsiyanın olmadığını qeyd etmişdi.

15 oktyabr 1987-ci ildə Blez Compaorenin rəhbərlik etdiyi hərbi çevriliş nəticəsində çıxan toqquşmada 30 nəfərlə birlikdə ölmüşdür.

Yeni dövr

redaktə

30 oktyabr 2014-cü ildə ordu hakimiyyəti ələ keçirdi və parlamenti buraxdı. Hadisədən bir gün sonra Prezident Compaoré istefa etdiyini və 90 gün ərzində yeni seçkilərin keçiriləcəyini açıqladı. Bu elandan bir müddət əvvəl hərbi komandan Nabéré Honoré Traoré, yeni konstitusiyaya uyğun hökumət on iki ay ərzində yenidən qurulana qədər müvəqqəti bir hökumətin olacağını bildirdi. Bu açıqlama ilə birlikdə Traoré, eyni zamanda konstitusiyaya uyğun olaraq prezidentliyi də icra edəcəyini bildirdi. Bu açıqlamalara əlavə olaraq, prezident qvardiya alayının polkovniki Yaqouba İshaq Zida müvəqqəti hökumət yaratmaq vəzifəsinin ona tapşırıldığını və Traorenin dediklərinin etibarlı olmadığını bildirdi. Noyabrın 1-də ordu rəhbərliyi Zidanın arxasında olduqlarını bildirdilər, rəhbərliyə can atan Traoré isə bəyannaməni imzalayanların arasında idi. Prezident Compaoré ölkəni tərk edərək Fil Dişi Sahilinə qaçdı. Burkina Faso müvəqqəti hökuməti, təxminən 1200 əsgərdən ibarət olan prezident qarovulunun yenidən qurulma planlarını əvvəlcədən açıqladı. Burada üsyanin əsl səbəbi açıqlanırdı. Sentyabrın 23-də nə əhalinin, nə də ordunun dəstəyini almayan üsyançılar üçün çevriliş bitdi, Prezident vəzifəsini icra edən Kafando və Baş nazir Zida öz vəzifələrinə qayıtdılar. Oktyabrın 1-də üsyançıların başçısı Briqada generalı Gilbert Dyendre həbs edildi.

30 noyabr 2015-ci ildə keçirilən qanuni prezident seçkilərdə 29,65% səs toplayan Zefirin Diabré 53,49% səslə üstələyən Roch Mark Christian Kaboré birinci turda Burkina Fasonun prezidenti seçildi. O Maurice Yaméogo-dan sonra Burkina Fasonun müstəqillik əldə etməsindən sonra ikinci sivil prezidentdir.

15 yanvar 2016-cı ildə 30 nəfər silahlı şəxs Burkina Fasonun paytaxtı Uaqaduqunun mərkəzindəki Taxi Brousse barına, Cappuccino restoranına və Otel Splendidə hücum etdi. Bu yerlər əsasən qərblilər tərəfində ziyarət edilən yerlər idi.

Əhalisi

redaktə

Burkina Fasonun yerli xalqları iki əsas etnik qrupa aiddir:qur, ən böyük xalqı moşu də daxil olmaqla (ümumi əhalinin 48,6%), həmçinin sisala, mbuin, qa, bobo (6,8%), lobi (4,3%), qurunsi (6%), qurma (7%), senufo (2,2%); və mande, ona da daxildir buşa (bisa), samo (sanu) 6,5 %, xausa, soninke, dyula, fulbe; şimalda isə sonqay və tuareqlər yaşayır.

Dinlər — müsəlmanlar 60,5%, yerli dinlər 15,3%, xristianlıq (əsasən katoliklər) — 23,2%.

Şəhər əhalisi 20 %-dir. Əhali sıxlığı 48,2 nəfər/km²-dir.

İqtisadiyyatı

redaktə

Mənbə

redaktə
  • Народы мира. Москва,1988.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə