Xərçəngkimilər

(Crustacea səhifəsindən yönləndirilmişdir)

Xərçəngkimilər (lat. Crustacea) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan yarımtipi.

Xərçəngkimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Xərçəngkimilər
Beynəlxalq elmi adı

Qəlsəməayaqlı xərçənkkimilər, sefalokaridlər, Çənəayaqlılar, çanaqlı xərçənglər, ali xərçənglər, daraqayaqlılar sinifləri var. 20 minədək növü var. Azərbaycan sularında xərçəngkimilərin 43 fəsiləyə mənsub 134 cinsi və 344 növü məlumdur. Bədəni 1 mm-dən 80 sm-dək uzunluğunda olur. Baş, döş və qarıncıqdan ibarətdir. Xitin kutikula ilə örtülüdür. Başında 2 cüt bığcığı, üst çənələri (üyüdücü çənələr) və 2 cüt alt çənəsi (maksillalar) var. Bığçıqlar hiss orqanı, bəzən də hərəkət orqanlarıdır. Ayrıcinsiyyətlidir, lakin oturaq həyat keçirən xərçəngkimilər hermafroditdirlər. Bəzi xərçəngkimilərin yumurtasından formalaşmış xərçəng çıxır. Xərçəngkimilər dənizlərdə yaşayır, planktonun əsas hissəsini təşkil edir. Bir çox növləri quruda yaşamağa uyğunlaşmışdır. Plankton xərçəngkimilərinin əksəriyyəti bakteriyalarla, digərləri detritlə, su hövzəsi dibində yaşayanlar üzvi maddə hissəcikləri, bitki və heyvanlarla, yanüzənlər heyvan cəsədləri ilə qidalanır və su hövzəsinin təmizlənməsinə səbəb olur.

Xərçəngkimilərin mənşəyi aydın deyildir. Bir fərziyyəyə görə xərçəngkimilər qədim nəsli kəsilmiş buğumayaqlılardan, digər fərziyyəyə görə həlqəvi qurdlardan əmələ gəlmişlər. Qazıntı halında Kembridən başlayaraq məlumdur. Onayaqlı xərçəngkimilər insanların qidası olub ov obyektidir. Bir qismi bəzi vətəgə balıqlarının qidasıdır. Parazit kürəkayaqlılar balıqlara böyük zərər verirlər. Digər növləri dənizdə taxta qurğuların dağılmasına səbəb olurlar. Bəziləri parazit qurdların aralıq sahibləridirlər.

Planktonik ibtidai xərçəngkimilər

redaktə

Xərçəngkimilər sinfinə aid olan 2 yarımsinifi (Ayağıqəlsəməlilər –Branchiopoda və Maksillopodları – Macsillopoda) birləşdirir. Ayağıqəlsəməlilər yarımsinfinə daxil olan xərçəngkimilərin fasetli və nauplilal gözləri vardır. Ayaqlarında pərlər vardır, pərlərin bir qismi qəlsəmələrə çevrilib, bir qismi su cərəyanı yaratmaqla qida hissəciklərini ağıza istiqamətləndirir, bir qismi isə hərəkətə xidmət edən kürəklərə çevrilmişdir. Bu yarımsinfin 2 dəstəsi vardır: Ayağı qəlsəməlilər (Anostraca) və yarpaqayaqlılar (Phillopoda). Ayağı qəlsəməlilərin ən məşhur nümayəndəsi duzlu sularda yaşayan Artemia salina növüdür. Duzlu suların səciyyəvi elementi olan bu xərçəng uzunsov bədən formasına malikdir. Mürəkkəb və nauplilal gözləri vardır. Mürəkkəb gözləri saplaq üzərində yerləşir. 2-ci cüt antenalar erkək fərdlərdə daha yaxşı inkişaf etmişdir, cinsiyyət dimorfizmi yaradır. Erkək fərdlərə çox az hallarda və az sayda təsadüf olunur. Bundan əlavə Branchinectella media, Branchinectra ferox, Chirocephalus skorikowi, Ch. weisigi kimi növlər də bu dəstəyə aiddir.

Yarpaqayaqlılar dəstəsinin nümayəndələrində baş-döş, çanaq və bel qalxanının olması onları ayağıqəlsəməlilərdən fərqləndirir. qalxanı Bir başa başın səthində yerləşən 1 cüt mürəkkəb və tək nauplilal gözləri vardır. Bu dəstənin 3 yarımdəstəsi vardır. Qalxancıqlar (Notostraca), canaqlı yarpaqayaqlılar (Conchostraca), şaxəbığcıqlılar (Cladocera). Bu yarımdəstələr içərisində şaxəbığcıqlı xərçənglərin bir çox nümayəndələri planktonda yaşayırlar.

 
Planktonik ibtidai xərçəngkimilər

Şaxəbığcıqlı xərçənglərin bədəni baş, gövdə və postabdomendən ibarətdir. 1 ədəd mürəkkəb, 1 ədəd nauplilal gözləri vardır. İkinci cüt antenalar yaxşı inkişaf etmişdir, 2 şaxəlidir, üzməyə xidmət edir. Dəstənin ən geniş yayılmış nümayəndələri Daphnia pulex, D. magna, Simocephalus vetilus, Moina macrocopa, Ceriodaphnia reticulata və s. növləridir. Maksillopodlar yarımsinfinin xarakterik xüsusiyyəti onlarda fasetli gözlərin olmaması, tək nauplial gözə malik olmalarıdır. Bu yarımsinifin 3 dəstəsi vardır: Kürəkayaqlılar (Copepoda), Bığayaqlılar (Cirripedia), Quyruqqəlsəməlilər (Branchiura). Göstərilən yarımdəstələr içərisində kürəkayaqlı xərçənglərin əksər nümayəndələri pelegialda məskunlaşırlar. Kürəkayaqlı xərçənglərdə birinci cüt antenalar yaxşı inkişaf etmişdir, bəzən bədənin ümümi ölçüsündən 2 dəfə uzun olur, üzmə prosesində iştrak edirlər. Baş döşün ön seqmentləri ilə birləşmiş, lakin baş-döş əmələ gətirməmişdir. Kürəkayaqlılar dəstəsinin 3 yarımdəstəsi vardır: Colonoida, Cyclopoida, Harpacticoida.

Colonoida yarımdəstəsinin nümayəndələrində bədən başdan və abdomendən ibarətdir. Bu yarımdəstənin ən geniş yayılmış nümayəndələri Calanipeda aquae dulcis, Arctodioptomus salinus, Sianodiaptomus sarsi, Metadioptomus asiaticus və s. növləridir.

Cyclopoida yarımdəstəsinin xarakterik əlıaməti furka şaxələrində olan kiçik tükcüklərin yerləşməsidir. Bu növlərin təyinində istifadə olunan təyinat əlamətlərindən biridir. Geniş növ tərkibinə malik olan yarımdəstədir. Ən geniş yayılmış nümayəndələri Macrocyclops fuscus, M. albidus, Eucyclops serrulatus, Paracyclops fimbriatus, Cyclops strennus, Acanthocyclops viridis, A. gigas, Mesocyclops leuckarti və s. növləridir.

Təsnifatı

redaktə


Xərçəngkimilərin bığcıqlarının nümunələri
Kükəkayaqlılar Bərabərayaqlılar Yanüzənlər Onayaqlılar Onayaqlılar Daraqayaqlılar Bığayaqlılar
             
           

İstinadlar

redaktə

Ədəbiyyat

redaktə
  • Qasımov Ə.H. Azərbaycan faunası IV. Xərçənglər (Crustacea)// Bakı, "Elm" 1976, s. 3–160.

Həmçinin bax

redaktə