Culyard musiqi məktəbi

Culyard musiqi məktəbi (Juilliard School) — Amerikada ali musiqi-teatr təhsili məktəbi.[3]

Culyard musiqi məktəbi
Juilliard School
Loqonun şəkli
Xəritə
40°46′26″ şm. e. 73°58′59″ q. u.HGYO
Əsası qoyulub 1905
Tip Şəhər
Direktor Josef Ve Polis
Tələbə sayı 800
Ölkə
Sayt juilliard.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Culyard musiqi məktəbinin nəzdində Alis Tölli zalı

Əsası Musiqi Sənəti İnstitutu kimi 1905-ci ildə F. Damroş tərəfindən qoyulmuşdur. 1924-cü ildə O. Culyard (Amerika fabrikantı və mesenatı, 18361919) fondu yaradıldıqdan sonra Culyard musiqi məktəbi adlanmış - dır (1926). Xoreoqrafiya və teatr fakültələri təşkil edildikdən sonra indiki adını daşıyır (1969). 2001-ci ildə caz şöbəsi açılmışdır (Caz Tədqiqi İnstitutu).

Tanınmış şəxslər

redaktə

U. Şumen, V. Persiketti, P. Mennin, U. Berqsma, R. Levina, L. Persinger, R. Mann və b.-ları müxtəlif illərdə Culyard musiqi məktəbində dərs demişlər. Pianoçu V. Klibern, skripkaçılar İ. Perlman, P. Tsukerman, violonçelçalan Y.-Y. Ma, müğənni L. Prays, dirijor C. Levayn, caz pianoçusu və bəstəkarı Çik Koria məktəbin məzunları olmuşlar.

 
Culyard musiqi məktəbi

Bölmələri

redaktə

Culyard musiqi məktəbinin nəzdində Culyard simli kvarteti (1946), Culyard simfonik orkestri (1986), Amerika mis nəfəs alətləri kvinteti (1987), Nyu-York ağac nəfəs alətləri kvinteti (1987), Opera studiyası fəaliyyət göstərir. Tədris ili ərzində illüstrasiyalı “The Juilliard Journal” nəşr edilir. 1985-ci ildən hər il “Focus!” müasir musiqi festivalı keçirilir.[3]

İstinadlar

redaktə
  1. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  2. 1 2 Global LEI index.
  3. 1 2 Culyard musiqi məktəbi// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 403-404.

Xarici keçidlər

redaktə