Ekspedisiya — xüsusi olaraq elmi və ya hərbi məqsədlə təyin olunmuş səyahət.[1] və ya idman ekspedisiyası (alpinistlərin dağ ekspedisiyası).

Ekspedisiya – [lat. expeditio – qaydaya salma] 1) göndərmə, yollama; 2) poçtda: mətbuatı, məktub və teleqramları göndərən şöbə; 3) dövri mətbuatı abunəçilərə göndərən; 4) bəzi idarə və müəssisələrdə rəsmi məktubları qəbul edən və göndərən, həmçinin malları yola salan şöbə; 5) elmi-tədqiqat və başqa məqsədlərlə edilən səyahət, səfər; 6) uzaq rayonlara axtarış, kəşfiyyat, təhqiqat məqsədilə yollanan bir qrup şəxs; 7) mülki hüquqda müqavilə növü, bu müqaviləyə görə bir tərəf (ekspeditor) digər tərəfin (müştərinin) hesabına və onun adından müştəriyə məxsus olan yükləri göndərməyi, yaxud onun ünvanına daxil olmuş yükü almağı, müştəri isə bu iş üçün müəyyən haqq verməyi öhdəsinə götürür.

Ədəbiyyat

redaktə
  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.

İstinadlar

redaktə
  1. Dietmar Henze: Enzyklopädie der Entdecker und Erforscher der Erde. 5 Bände. ADEVA, Graz 1973–2004, ISBN 3-201-01835-X