Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir.[1] Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür.[2][3]

Biseksuallıqheteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir.[1] Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir[4] və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir.[5][6][7] Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır.[8][9] Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil.[10][11][12]

Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də,[13] elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır.[14]

Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir. Bunların ən tanınmış olanları qadın homoseksuallar üçün "lezbiyan" (və ya lezbiyən), kişi homoseksuallar üçün isə "gey" termininləridir. Qeyd olunmuş terminlər hələ də Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə olunmamışdır, bu səbəbdən də yuxarıda qeyd edilmiş terminlərin orfoqrafik baxımdan düzgün yazılışı dilçilərin müzakirə mövzusu qalmaqda davam edir. Bir neçə səbəblərə görə, geylezbiyanların, və ya eynicinsli romantik və cinsi münasibətlərdə olmuş şəxslərin ümumi sayını və faiz nisbətini dəqiq bilmək çətindir. Cəmiyyətdə qərəzlilik, ayrı-seçkilik, diskriminasiya və homofobiya nəticəsində özlərini açıq şəkildə ifadə edə bilmirlər, bu zaman cəmiyyətin təzyiqinə rast gəlirlər.[15] Homoseksual davranış bir çox heyvanlarda da rast gəlinməkdədir.[16]

Gey və lezbiyanların sadiq və uzunmüddətli eynicinsli münasibətlərdə olmaqları nadir hal deyil. Lakin qərb ölkələrində sadəcə XXI əsrdən başlayaraq homoseksual fərdlərin görülməsi və sayılması təmin edilə bilindi, və nəhayət, dövlət eynicinsli evlilikləri tanıdı.[17] Bu, 1960-cı illərdə ABŞ-də genişlənmiş, LGBT fərdlərin öz hüquqları uğrunda mübarizəsi hərəkatı kimi uzunmüddətli siyasi proseslərin nəticəsi idi. Azərbaycanda isə bu gün eynicinsli evliliklər dövlət tərəfindən tanınmır və homoseksual şəxslər üçün bir sıra hüquqi məhdudiyyətlər mövcuddur.[18]

Homoseksual münasibətlər psixoloji açıdan heteroseksual münasibətlərlə bərabərdir.[19] Sənədləşdirilmiş tarix boyu homoseksual münasibətlər düşdüyü mədəni mühitdən və aldığı şəkildən asılı olaraq, ya normal qəbul edilib, ya da kı qınanılıb.[20] Dünyada 20-ci əsrin sonlarından bu günədək, gey və lezbiyanların azadlığı və heteroseksuallarla eyni hüquqlara malik olması üçün geniş hərəkatlar müşahidə olunmaqdadır. Bunun nəticəsi olaraq, bir sıra ölkələrdə cinsi oriyentasiyasına görə sataşmaların qabağını almaq üçün, sataşma-əleyhinə və diskriminasiyaya qarşı qanunlar qəbul edilmişdir. Həmçinin, onlara açıq şəkildə hərbi xidmət etmək, təmənnasız tibbi yardım almaq, valideyn olmaq və evladlığa götürmək, haqları verilmişdir və eynicinsli evliliklərin hüquqi stasusu ənənəvi evliliklə bərabərləşdirilmişdir.

Etimologiya

redaktə

Homoseksual sözü yunan və latın dillərindən alınmış bir sözdür. İlk hissəsi yunan dilində ὁμός homos, "eyni" deməkdir, və beləliklə, "eyni cinsli şəxslər arasında olan cazibə və cinsi münasibət" mənası daşıyır (Latın dilindəki homo – "insan" sözü ilə əlaqəsizdir, məsələn: Homo sapiens).[21] Nəşrdə homoseksual sözünə ilk dəfə avstriyalı yazıçı Karl-Maria Körtbeninin tərəfindən 1869-cu ildə alman dilində tərtib olunmuş və anonim şəkildə dərc edilmiş broşürsında rast gəlinir.[22] Həmin broşürda Prusiya krallığının sodomiya əleyhinə qanun qəbul etməsi Körtben tərəfindən pislənirdi.[23] 1886-cı ildə psixiatr Riçard von Krafft-Ebing homoseksualheteroseksual ifadələrindən həkimlər arasında və cəmiyyətdə mühüm şöhrət qazanmış Psycopathia Sexualis adlanan kitabında istifadə etmişdir. Nəticədə homoseksualheteroseksual ifadələri cinsi oriyentasiyaları tanımlamaq üçün ən çox yayılmış terminlərə çevrilmişlər.[24][25] Beləliklə, indi istifadə edilən bu terminlərin kökü 19-cu əsrədək çatır.

Uzun zaman boyunca, Azərbaycan dilində eynicinsli davranış, cazibə və sevgi üçün "homoseksualizm" ifadəsi tətbiq olunurdu, həmin şəxs isə "homoseksualist" adlandırılırdı. Homoseksualizmhomoseksualist sözləri müasir dilçilər tərəfindən qeyri-korrekt və köhnəlmiş kimi hesab olunurlar, və onların müvafiq olaraq homoseksuallıqhomoseksual sözləri ilə əvəz olunması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) homoseksuallığı xəstəliklər siyahısından çıxarılması ilə bağlıdır. 1977-ci ildə qəbul olunmuş Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT-9) homoseksuallıq xəstəliklər arasında sədalansa da, illər sonra XBT-10 sənədində öz əksini tapmamışdır və siyahıdan çıxarılmışdır. Bu dəyişiklik 43-cü Dünya Səhiyyə Assambleyası tərəfindən 1990-cı ilin may ayında təsdiqlənmişdir. Beləliklə, XBT-10 açıq şəkildə "cinsi oriyentasiyanın öz-özlüyündə bir xəstəlik kimi qəbul edilməməsini tələb etdi".[26]

ABŞ-də bir çox müasir yazı standartları homoseksual sözünün isim kimi işlədilməməsini, əvəzinə gey və ya lezbiyan ifadələrindən istifadə edilməsini məsləhət görürlər. Hətta bəzi yazı standartları bu sözün istifadəsindən boyun qaçırmağı tövsiyə edir, çünki bu sözün artıq neqativ, kliniki tarixi vardır, və romantik hislər müstəsna olaraq, sırf birinin seksual davranışını özündə əks etdirir.[27] Gey və lezbiyan ifadələri işlədilməsi məsləhət görülən ən geniş yayılmış terminlərdir, və həmin sözlərin ilk hərfləri birləşərək LGBT abbreviaturasını yaradır (hərdən GLBT). Abbreviaturada olan B və T hərfləri biseksualtransgender şəxsləri bildirir.

Gey termini xüsusən kişi homoseksuallığını bildirir,[28] amma bəzi hallarda daha geniş şəkildə, bütün LGBT fərdlərini tanımlamaq üçün də istifadə olunur. Cinsi oriyentasiya baxımından, lezbiyan termini sadəcə qadın homoseksuallar üçündür. Lezbiyan sözü poet Sapfonun doğulduğu Lesbos adlı yunan adasından alınmışdır. Sapfo öz əsərlərində əsasən qadınlara qarşı romantik duyğuları haqda yazmışdır.[29]

Əvvəllər yazıçılar homoseksual sifətindən istənilən eynicinsli kontekstə (məsələn, yalnız qızlar təhsil aldığı məktəbə) istinad edərkən istifadə etsələr də, hal-hazırda bu termin sadəcə cinsi oriyentasiyanı, davranışı və ya romantik marağı adlandırmaq üçün istifadədədir. Eynicinsli mənada bu gün homososial termini istifadə edilir və bu söz heç bir seksual məna daşımır (məsələn, yalnız oğlanlar üçün məktəb homososial adlandırıla bilər). Eynicinsli sevgini tanımlamaq üçün isə homofiliya termini mövcuddur.

Bəzi alimlər homoseksuallıq termininin qədim mədəniyyətlərə tətbiq olunmasını problematik hesab edirlər, çünki, məsələn, nə qədim yunanlar, nə də ki romalılar bugünkü mənasında olan "homoseksuallıq" konsepsiyasına sahib idilər.[30] Bundan əlavə, qədim dünyada homoseksual həyat tərzinin xüsusi şəkildə təsniflənmirdi. Amma, məkanından və zamanından asılı olaraq, cəmiyyətin qəbul edib-etmədiyi bir neçə müxtəlif cinsi əlaqə növləri mövcud idi. Məsələn, Qədim Yunanıstanda yeniyetmə oğlanların yaşca daha böyük kişilərlə cinsi əlaqəyə girirdilər və bu cəmiyyət tərəfindən normal qarşılanırdı. Bu, onların cinsi oriyentasiyalarının göstəricisi deyildi, çünki bu onların həyatında müvəqqəti bir dövr idi, və zaman sonra həmin yeniyetmələr qadınla evlənib nəsil artırırdılar. Bir sıra alimlər isə hesab edirlər ki, qədim və müasir homoseksuallığın arasında qırılmaz bir bağ müşahidə etmək mümkündür. Müasir cinsi oriyentasiya anlayışına əsaslanaraq, bir çox tarixi şəxsiyyətləri, məsələn, Sokratı, Corc Bayronu, II EduardıAdrianı gey və ya biseksual hesab etmək olar, amma müasir homoseksuallıq anlayışını keçmişə tətbiq etmək cəhdləri çox vaxt uğursuz olduğundan, həmin tarixi şəxsiyyətlərin cinsi oriyentasiyası müasir alimlərin və tarixçilərin müzakirə mövzusu olaraq qalır.

İbrahimi dinlərin təsirində olmuş mədəniyyətlərdə, qanundin sodomiyanı təbiətin qanunlarının pozuntusu və ilahi qanunlara ziddiyyət olaraq əsaslandırdılar. Kişilər arasında anal seksin qınanması xristian dinindən qaynaqlanır. Qədim Yunanıstanda da qınanma halları nadir deyildi, məsələn, Platon iki kişi arasında anal seksi qeyri-təbii olaraq təsvir edirdi, amma əvvələr Platonun özü homoseksual münasibətlərin müsbət tərəfləri haqda yazmışdır.

Orta Şərq

redaktə

Avropada 19-cu əsrin ortalarında olmuş ərəb səyyahlarının çox sayda əl yazıları günümüzədək çatmışdır. Bu səyyahlardan ikisi öz əl yazılarında, Rifa`ah əl-Tahtavi və Muhəmməd əs-Səfər, sosial normalar və əxlaqi səbəblərdən fransızların bəzən cavan bir oğlan haqda yazılmış sevgi poemasının tərcüməsində onu cavan bir qıza qəsdən dəyişmələrini təəccüblə qarşılayırlar.[31]

Bu gün İsrail Orta Şərqdə homoseksuallar üçün ən tolerant ölkə hesab edilir, bununla yanaşı, Təl-Əviv şəhəri dünyada geylərə ən hörmətcil şəhərlərdən biri olaraq,[32] hal-hazırda "Orta Şərqin gey paytaxtı" sayılır.[33] Təl-Əvivdə Qürur Paradı homoseksuallığın dəstəyi olaraq hər il keçirilir.[34]

Buna baxmayaraq, Orta Şərqin bir çox hökumətləri homoseksuallığın varlığını inkar edir, buna göz yumur və ya qanundan kənar hesab edir. Demək olar ki, bütün müsəlman ölkələrində homoseksuallıq qeyri-qanunidir.[35] Eynicinsli intim əlaqə Səudiyyə Ərəbistanında, İranda, Mavritaniyada, şimali NigeriyadaYəməndə rəsmi şəkildə ölüm ilə cəzalandırılır.[36] 2007-ci ildə, Kolumbiya Universitetində çıxışı zamanı İran Prezidenti, Mahmud Əhmədinejad, "İranda geylərin olmadığını" vurğuladı. Amma, həqiqət odur ki, onlar öz cinsi oriyentasiyalarını dövlətin tətbiq edəcəyi ölüm cəzasından qorxduqları üçün və ailələri tərəfindən rədd ediləcəklərindən çəkinərək, bunu bir sirr olaraq saxlayırlar.

İslamdan əvvəlki dövr

redaktə

Qədim Şumerdə, gala adlandırılan keşişlər İnanna ilahəsinin məbədlərində yas mərasimləri keçirib, elegiyalar oxuyaraq xidmət etmişlər.[37] Galalar çox zaman qadın adlarını götürərək, adətən qadınların istifadə etdiyi eme-sal ləhcəsinə keçərək, eynicinsli əlaqədə olurmuşlar.[38] Növbəti İkiçayarası mədəniyyətlərində, İştar ilahəsinin kurgarrūassinnu adlandırılan xidmətçiləri, onun məbədlərində qadın geyimlərində döyüş təsvirini edən rəqslər etmişlər. Bir neçə Akkad dilində mövcud olmuş atalar sözlərinə əsasən, onlar da eynicinli əlaqələrdə olmuşlar.

Qədim Assuriyada homoseksuallıq mövcud və normal idi. Bu heç bir şəkildə əxlaqsızlıq və pozuntu kimi hesab edilmirdi, beləliklə də qadağa edilmirdi və qınanmırdı. Bəzi dini mətnlərdə hətta eynicinsli münasibətlərə xeyir dua oxunurdu. Almanax Sehrlərində kişinin qadın üçün, qadının kişi üçün və kişinin kişi üçün sevgisi alqışlanaraq, xeyir dua ilə qarşılanırdı.

Cəmiyyət və sosiologiya

redaktə

İctimai münasibət

redaktə

Homoseksuallıqın qəbulu AfrikaAsiya ölkələrində az, Avropa, AvstraliyaAmerika ölkələrində isə yüksəkdir. Onu vurğulamaq lazımdır ki, cəmiyyətlər içində homoseksual fərdlərin sayı eynidir — məhz onların nə dərəcədə cəmiyyət tərəfindən qəbul olunub-olunmaması öz cinsi oriyentasiyasını açıq şəkildə bildirən fərdlərin sayına təsir edir. Bu səbəbdən, Qərb ölkələrində homoseksuallığın daha çox olması düşünülür. Homoseksuallıq bütün ölkələrə və cəmiyyətlərə eyni dərəcədə xasdır.

Dinlər ümumi olaraq, homoseksuallıqa pis olaraq yanaşırlar. Bəzi dinlərdə homoseksuallıqın qadağan olduğu,[39] bəzilərində isə qadağan olunmadığı bildirilir.

Azərbaycanda homoseksuallıq

redaktə

Azərbaycan, Avropanın ən homofobik ölkəsi seçilmişdir.[40]

Bəzi ölkələrdə eynicinsililərin seksual münasibəti qadağandır. 2007-dən günümüzə 70 ölkədə homoseksuallığın qadağan olunduğu bilinir.

İstinadlar

redaktə
  1. 1 2 https://web.archive.org/web/20130808032050/http://www.apa.org/helpcenter/sexual-orientation.aspx
  2. "Arxivlənmiş surət". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  3. "Arxivlənmiş surət" (PDF). 2022-07-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-03.
  4. "Arxivlənmiş surət". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  5. "Arxivlənmiş surət". 2020-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  6. "Arxivlənmiş surət". 2021-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  7. "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  8. https://doi.org/10.1177%2F1529100616637616
  9. "Arxivlənmiş surət". 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  10. "Arxivlənmiş surət". 2016-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  11. "Arxivlənmiş surət". 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  12. "Arxivlənmiş surət". 2015-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  13. "Arxivlənmiş surət". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  14. https://web.archive.org/web/20120523040848/http://new.paho.org/hq/index.php?option=com_content&task=view&id=6803&Itemid=1926
  15. "Arxivlənmiş surət". 2017-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  16. "Arxivlənmiş surət". 2009-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-03.
  17. "Arxivlənmiş surət". 2016-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  18. "Arxivlənmiş surət". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  19. Amer_Psychological_Assn_Amicus_Curiae_Brief.pdf
  20. "Arxivlənmiş surət". 2012-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  21. https://archive.org/details/studentsdictiona0000stat/page/93
  22. https://web.archive.org/web/20120927020758/http://www.glbtq.com/social-sciences/kertbeny_km.html
  23. https://doi.org/10.1300%2Fj082v19n01_02
  24. "Arxivlənmiş surət". 2012-04-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  25. "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  26. "Arxivlənmiş surət" (PDF). 2014-03-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-07-04.
  27. "Arxivlənmiş surət". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  28. "Arxivlənmiş surət". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  29. "Arxivlənmiş surət". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-04.
  30. https://archive.org/details/homosexualitygre00hubb
  31. https://archive.org/details/beforehomosexual00elro
  32. "Arxivlənmiş surət". 2022-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  33. "Arxivlənmiş surət". 2022-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  34. "Arxivlənmiş surət". 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  35. "Arxivlənmiş surət". 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  36. [1]
  37. "Arxivlənmiş surət". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  38. "Arxivlənmiş surət". 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-05.
  39. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
  40. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.

Xarici keçidlər

redaktə