Hyuston (ing. Houston) — ABŞ-nin Texas ştatında şəhər. Əhalisi 2.144.491 nəfərdir.

Hyuston
Bayraq[d]
Bayraq[d]
29°45′46″ şm. e. 95°22′59″ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub avqust 1836
Sahəsi
  • 1.724,544507 km² (2016)[3]
Mərkəzin hündürlüyü 13 ± 1 m
Əhalisi
Əhalisi
  • 2.304.580 nəf. (1 aprel 2020)[4]
Rəqəmsal identifikatorlar
Telefon kodu 281, 832, 713
Poçt indeksi 77000–77099, 77200–77299, 77000, 77002, 77007, 77009, 77011, 77013, 77015, 77018, 77021, 77024, 77027, 77030, 77034, 77038, 77042, 77045, 77048, 77049, 77052, 77057, 77061, 77065, 77069, 77072, 77075, 77079, 77081, 77083, 77087, 77091, 77094, 77099, 77203, 77206, 77208, 77211, 77216, 77220, 77224, 77228, 77229, 77231, 77233, 77236, 77240, 77243, 77246, 77249, 77250, 77253, 77258, 77260, 77263, 77266, 77268, 77273, 77276, 77279, 77280, 77282, 77285, 77287, 77290, 77291, 77295, 77298
Digər
houstontx.gov
Xəritəni göstər/gizlə
Hyuston xəritədə
Hyuston
Hyuston
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hyuston ölkənin cənubunda yerləşən Texas ştatının ən böyük şəhəri, əhalisinin sayına görə isə ölkənin dördüncü ən böyük şəhəridir. 1836-cı ilin avqust ayında Baffalo Beyu (Buffalo Bayou) çayının sahilində yerləşən torpaq sahələrini satın alan nyu-yorklu Allen qardaşları burada şəhər saldılar və onu cəmisi on il mövcud olan Texas Respublikasının prezidenti Sem Hyustonun şərəfinə Hyuston adlandırdılar. Texas ştatının qəhrəmanı və dövlət xadimi olan Sem Hyuston San Xasinto (Hyuston şəhərinin şərqində yerləşir) döyüşündə Meksika ordusunu məğlub edərək Texas Respublikasını təsis etmişdir. Texas Respublikası 1846-cı ildə tamamilə konfederasiyanın tərkibinə daxil oldu. Ölkə üzrə salınan yeni dəmir yolları və ərazilər körfəzə çıxışı olduğundan Hyustona doğru irəliləyirdi. Bu isə öz növbəsində burada çoxlu sayda limanların tikilməsinə və əhalinin artmasına təkan verdi.

İqtisadiyyatı

redaktə

1901-ci ildə Hyuston və onun ətrafında neft yataqlarının aşkar edilməsi iş adamları və sıravi işçilərin Hyustona köçməsinə stimul verdi. XX əsrin birinci yarısında neft sənayesinin sürətli artımı İkinci dünya müharibəsinin başlanması ilə daha da inkişaf etdi. Neft və neft məhsulları, eləcə də sintetik kauçuka olan tələbat Hyuston dəniz limanı ətrafında neft-kimya zavodlarının tikilməsini sürətləndirdi. Hazırda Hyuston özünü artıq dünyanın enerji paytaxtı kimi təsdiq etmişdir və körfəz sahilinə doğru uzanan Texas magistral yolları boyunca neft emal zavodları yerləşir. Hyuston həmçinin hər il keçirilən və dünyanın ən böyük Ofşor Texnologiya Konfransına (Offshore Technology Conference - OTC ) ev sahibliyi edir. 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sponsorluğu ilə Azərbaycan da bu konfransda təmsil olunmuş, dünyada ilk neft hasil edən ölkə kimi Azərbaycanın nailiyyətləri təqdim edilmişdir. Neft sənayesindən əlavə, nəqliyyat və yükdaşınma, tibb və kosmik kəşfiyyat sənayesinin inkişafı Hyuston şəhərinin uğuruna səbəb olmuşdur.

Ölkənin cənubunda yerləşən Hyuston limanı ABŞ-nin dəniz yükdaşıma tonnajına görə ən iri, ümumi yük tonajı baxımından isə ikinci ən iri limanı hesab olunur. Hyustonda yerləşən Tibb Mərkəzinə isə onlarca xəstəxana, tibbi tədqiqat və inkişaf institutları, tibbi elm ocaqları daxildir. Şəhər səhiyyə mərkəzlərinin sayına görə dünyada birinci yeri tutur. Ən iri həcmli ilk hava təcili tibbi yardım xidməti də məhz Tibb Mərkəzi tərəfindən həyata keçirilmişdir. Burada həmçinin ürək və qaraciyər transplantasiyası əməliyyatı üzrə ən iri mərkəz yerləşir. Milli Aeronavtika və Kosmik İdarəetmə üzrə Conson adına Kosmik Mərkəz (NASA) də Hyustonda yerləşir. 2006-cı ildə Hyuston Forbes jurnalı tərəfindən biznesin inkişafı üçün ABŞ-də ən əlverişli yer hesab olunmuşdur.[5]

Təhsil

redaktə

Qardaş şəhərlər

redaktə

İstinadlar

redaktə

Həmçinin bax

redaktə