II İrakli
II İrakli (gürc. ერეკლე II; 7 (18) noyabr 1720, Telavi[1] – 11 yanvar 1798, Telavi[1]) — Gürcüstan dövlət xadimi, diplomat; 1744-cü ildən Kaxeti, 1762-ci ildən Kartli çarı[2]. 11 yanvar 1798-ci ildə vəfat etmişdir.[3]
II İrakli | |
---|---|
ერეკლე II | |
| |
Kaxeti çarı | |
1744 – 1762 | |
Əvvəlki | II Teymuraz |
Sonrakı | XII Georgi |
Kartli-Kaxeti çarı | |
1762 – 1798 | |
Əvvəlki | Titul yaradıldı |
Sonrakı | XII Georgi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Telavi |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Telavi |
Dəfn yeri | |
Fəaliyyəti | Kral |
Atası | II Teymuraz |
Anası | Tamar |
Uşaqları | |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İlkin həyatı
redaktə7 noyabr, 1720-ci ildə Telavidə çar II Teymuraz və Kartli çarı VI Vaxtanqın qızı Tamarın böyük oğlu olaraq dünyaya gəldi. Gəncliyi müharibələrə şahidliklə keçən şahzadə 1737-1739-cu illərdə Hindistanda Nadir şahla birgə döyüşmüşdü. 1747-ci ildə Kartli şahzadəsi Arçilin üsyanını yatırdı. Nadir onun şücaətindən təsirlənərək İraklini Kaxetiya çarı, Teymurazı isə Kartli çarı kimi tanıdı, bacısı Kotevanı isə Adil şahla evləndirdi. Nadir şahın öldürülməsindən sonra ata-oğul müstəqilliklərini elan etdilər.
Hakimiyyəti
redaktə1752-ci ildə II Teymuraz və İrakli Rusiyaya səfirlər göndərdilər ki, onlara 3000 rus əsgəri versinlər ki, İranı ələ keçirsinlər. Rusiya hökuməti isə bu təklifə məhəl qoymadı. 1762-ci ildə atasının ölümündən sonra Kartli-Kaxetiya çarı elan olundu və 300 il sonra ilk dəfə iki Gürcü dövləti birləşdirildi. 1783-cü ildə Georgiyevsk traktatını imzalayaraq Rusiya tərəfindən himayəyə alınmaq hədəfinə nail oldu. Lakin Ağa Məhəmməd şah Qacarın ordusunun hücumu qarşısında Rusiya ona kömək etmədi və Krtsanisi döyüşündə 5000 nəfərlik gürcü bölüyü 35000 əsgərdən ibarət Qacar ordusuna çox ağır şəkildə məğlub oldu. Yeni bir İran hücumunun qarşısını isə Qacarın öldürülməsi aldı. Ondan sonrakı il çar özü də vəfat etdi. Yerinə xəstə oğlu XII Georgi keçdi.
Siyasəti
redaktəHakimiyyətə gələndə Avropalaşmağı özünə məqsəd qoyan çar bu məqsəd üçün ən yaxın yolun Rusiya olduğunu düşünürdü. Eristavların gücünü azaldaraq mərkəzləşmə siyasəti güdən çar Rusiyadan heç vaxt ümidi kəsmədi və bütün müharibələrində Rusiyaya kömək edərək Qafqazdakı İran təsirini həmişəlik rus təsiri ilə əvəz etdi.
Ailəsi
redaktəÇar II İrakli 3 dəfə evlənmişdi. İlk evliliyi Kotevan Pxeidze ilə olmuşdu. Ondan Vaxtanq Baqrationi və Rusudan adlı övladları olmuşdu. Rusudan çox tez ölmüşdü və çariça da 1744-cü ildə vəfat etmişdi. Çar ikinci dəfə 1745-ci ildə Anna Abaşidze ilə evlənmişdi. Ondan olan övladlarından biri XII Georgi, digəri isə sarayın baş sərkərdəsi David Orbeliani ilə evlənəcək olan qızı Tamar idi. Çariça Anna 1749-cu ildə vəfat etdi. Çar bu dəfə 1750-ci ildə, Daria Dadiani ilə evləndi. Ən uzun evliliyi və ən çox övladı onunla oldu:
- Prins Solomon
- Yelena Andronikaşvili
- Mariam Çistişvili
- Sofiya
- Prins Levon Baqrationi
- Prins İulon Baqrationi
- Prins Vaxtanq Almasxan Baqrationi
- Salome
- II Anton
- Anastasiya Ksani
- Kotevan Tamar Andronikaşvili
- Prins Mirian Baqrationi
- Soslan-David Baqrationi
- Prins Aleksandr Baqrationi
- Arçil
- Luarsab
- Yekaterina
- Tekla Cambakurian-Orbeliani
- Prins Parnavoz Baqrationi
İstinadlar
redaktə- ↑ 1 2 Ираклий II // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Иракли ЫЫ // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 501–502.
- ↑ Дубровин Николай Федорович. Закавказье от 1803-1806 года. Издательство: Санкт-Петербург, типография департамента уделов, печатано по сообщению Главного Штаба от 6 сентября 1866 года, стр. 15