Kəmankeş Qara Mustafa Paşa

Kəmankeş Qara Mustafa Paşa (1592, Vlyora31 yanvar 1644, İstanbul) — IV MuradI İbrahim dövrlərində ümumilikdə 5 il 1 ay 7 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Kəmankeş Qara Mustafa Paşa
كارا مصطفى باشا مع الكمان
24 dekabr 1638 – 31 yanvar 1644
ƏvvəlkiTəyyar Mehmed Paşa
SonrakıSultanzadə Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1592
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Uşağı Fatma xanım
Dini islam
Hərbi xidmət
Döyüşlər
Rütbəsi Admiral

Həyatı

redaktə

Vlyorada dünyaya gəlmiş, əslən albandır. Kiçik yaşlarında İstanbula gələrək yeniçəri ocağına daxil oldu və burada Qara Həsən ağanın yanında yetişdi. Ox atmaqdakı qabiliyyəti səbəbi ilə “Kəmankeş” ləqəbi ilə anılır. Qısa zamanda yeniçəri ağalığına yüksəldi. IV Muradın əmriylə yeniçərilər arasındakı üsyançıları aradan qaldırdı. Bu vəzifədə ikən qatıldığı İrəvan səfərindəki xidmətləri səbəbilə kaptan-ı dəryalığa gətirildi. 1637-ci ilin fevralında kaptan-ı dəryalığa əlavə olaraq sədarət naibi də seçildi. Bu vəzifədə ikən bir yandan dövlət gəlirlərini artırmaq üçün maliyyə planları hazırlamış, digər yandan isə donanma üçün yeni gəmilər inşa etdirmişdir.

1638-ci ilin yazında IV Muradla birlikdə Bağdad səfərinə qatıldı. Səfər əsnasında şəhid düşən sədrəzəm Təyyar Mehmed Paşanın yerinə 24 dekabr 1638 tarixində sədarətə gətirildi. Bağdada daxil olduqdan sonar Səfəviləri sülhə məcbur etmək üçün sərdar-ı əkrəm olaraq orduyla birlikdə burda qaldı. Bir müddət buradakı qala divarlarını və önəmli binaları təmir etdirən Mustafa Paşa buradakı nizam-intizamı təmin etdikdən sonra Səfəvi şahı Şah Səfiyə məktub göndərərək Sultan SüleymanŞah Təhmasib dövründəki sərhədləri bərpa etməyi təklif etdi. Ancaq cavab gəlmədi və bu halda Osmanlı ordusu İranın mərkəzinə doğru irəlilədi. Nəhayət 17 may 1639 tarixində imzalanan Qəsri-Şirin sülhü ilə illərdir davam edən Səfəvi-Osmanlı müharibələri sona çatdı. Buradakı işlərini tamamladıqdan sonra 1640-cı ilin yanvarında İstanbula gəldi və möhtəşəm bir mərasimlə qarşılandı.

IV Muradın son dövrlərində dövlət işlərinə müdaxilə edən padşah müsahibi Silahdar Mustafa Paşa ilə münasibətləri korlandı. Buna baxmayaraq I İbrahim dövründə də vəzifəsini qorudu. Əsas rəqibləri olan Silahdar Mustafa Paşa və Dəli Hüseyn Paşanı mərkəzdən uzaqlaşdıran Qara Mustafa Paşa yeni padşahın dəstəyi ilə nüfuzunu artırdı. Hətta o illərdə Qalata səmtində çıxan yanğın əsnasında üzünün bir hissəsi yanmış, bu səbəblə 3 ay divan məclislərində iştirak etməmişsə də, vəzifədən alınmamışdır. Səhhəti düzəldikdən sonra, Venesiyanın aylardır göndərmədiyi xəracı almaq, bir neçə aydır rusların işğalında olan Azov qalasını geri almaq, Lehistanla sülhü təmin etmək, Avstriya ilə Zitvatorok sülhünü yeniləmək kimi yığışıb qalan bəzi xarici məsələləri həll etdi. Bu əsnada kaptan-ı dəryalıq vəzifəsini də öz üzərinə götürən Qara Mustafa Paşa yeni gəmilər inşa etdirərək donanmanı gücləndirdi. Bundan başqa yeniçərisipahilərin sayını 2/3 qədər azaldaraq, dövlət xərclərini azaltdı. Əyalətlərdə islahatlar apararaq vergi sistemini tənzimlədi. Qara Mustafa Paşanın bu fəaliyyəti daha sonra Tarhuncu Əhməd Paşa tərəfindən davam etdirildi. Onun yürütdüyü bu islahatlar nəticəsində bazarlarda bolluq və ucuzluq müşahidə olundu. Dövlət büdcəsi nəinki dolub-daşdı, hətta illik 6000 kisə qızıla da qənaət edildi.

Buna baxmayaraq Qara Mustafa Paşanın bu fəaliyyəti bəzi şəxslərin narazılığına səbəb olurdu. Xüsusilə də, yeniçərisipahilərin sayının və maaşlarının azaldılması, yeni vergilərin alınması və bu kimi məsələlər narazılıqla qarşılandı. Digər yandan Silahdar Mustafa Paşa ilə olan düşmənliyi səbəbilə Validə Kösəm Sultanla da arası açıldı. Əyalətlərdəki vəzirlərə möhür istifadə etməyi də qadağan etməsi ayrı bir narazılıq səbəbi olmuşdu. Hətta Ərzurum bəylərbəyi Nasuhpaşazadə Hüseyn Paşa “möhür vurmaq mənə mirasdır, bunu mənə mərhum Sultan Murad əmr verib” deyərək ayaqlanmış, güclü ordu toplayaraq İstanbula qədər gəlmişdir. Nəticədə zorluqla da olsa, Hüseyn Paşa ələ keçirilib aradan qaldırıldı. Beləliklə, önəmli bir təhlükəni də ortadan qaldıran Qara Mustafa Paşa bu dəfə də Sultan İbrahimin müsahibi Yusif Paşa (Səfəvi qaynaqlarında bu şəxs Təhmasibqulu xan Ağcaqoyunlu-Qacar olaraq qeyd olunur) və lələsi Cindar Hüseyn Əfəndiylə düşmən oldu. Rəqiblərini aradan qaldırmaq üçün yeniçəriləri üsyana təşviq etməyi planlaşdıran Mustafa Paşa apardığı islahatlar səbəbilə axtardığı müttəfiqləri tapa bilmədi. Bununla da qalmayan yeniçərilər Mustafa Paşanın planını padşaha xəbər verdilər. Ardından toplanan divan məclislərinin birini qəfəs ardından izləyən Sultan İbrahim Mustafa Paşanın sərt danışığına qəzəblənərək onu yanına çağırdı. Sədarət möhürünü təslim edən Mustafa Paşa saraydan ayrılıb köşkünə çəkildi. Ancaq həmin gün 500 nəfərlik dəstə ilə köşkü mühasirəyə alındı. Paltarını dəyişib qaçmağa çalışan Mustafa Paşa bazar meydanında ələ keçirildi və cəllad Qara Əli tərəfindən edam olundu (31 yanvar 1644). Cənazəsi öz adına inşa etdirdiyi türbəsinə dəfn olundu. Malları müsadirə edilən Mustafa Paşanın evində aparılan axtarış nəticəsində 30 min qızıl sikkəsinə əl qoyuldu. Fatma xanım adında bir qızı olduğu məlumdur.

Mənbə

redaktə
  • TSMA, nr. E 4551, E 6523;
  • BA, İbnülemin-Hariciye, nr. 18;
  • BA, MD, nr. 89, s. 111;
  • BA, Ali Emîrî, Murad IV, nr. 767;
  • Suver-i Hutût-ı Hümâyûn, İÜ Ktp., TY, nr. 6110, tür.yer.;
  • Feridun Bey, Münşeât (ilâve kısım), II, 296 vd.;
  • Topçular Kâtibi Abdülkadir Efendi, Târih (haz. Ziya Yılmazer, doktora tezi, 1990), İÜ Ed. Fak. Genel Kitaplık, nr. TE 80, s. 791, 814, 822, 824, 830, 842, 866 vd., 876 vd., 887, 889, 893-894, 902, 910;
  • Kitâb-ı Müstetâb (nşr. Yaşar Yücel), Ankara 1974, s. 3;
  • Kitâbü Mesâlihi’l-müslimîn ve menâfii’l-mü’minîn (nşr. Yaşar Yücel), Ankara 1980, neşredenin girişi, s. 5;
  • Peçuylu İbrâhim, Târih, II, 437, 461;
  • Kâtib Çelebi, Tuhfetü’l-kibâr (nşr. O. Şaik Gökyay), İstanbul 1973, s. 165-166;
  • a.mlf., Fezleke, II, 172, 173, 174, 192, 200 vd., 216 vd., 222-230, 232-234, 284;
  • a.mlf., Düstûrü’l-amel (nşr. M. Tayyib Gökbilgin), İstanbul 1979, s. 120, 132;
  • Solakzâde Mehmed Hemdemî, Solakzâde Tarihi (haz. Vahid Çabuk), Ankara 1989, II, 549-560;
  • Karaçelebizâde Abdülaziz Efendi, Ravzatü’l-ebrâr, Bulak 1248, s. 589, 592, 600, 601-608, 611, 614, 615, 617-619;
  • a.mlf., Zafernâme, İÜ Ktp., TY, nr. 2288/1, tür.yer.;
  • Mehmed Halîfe, Târîh-i Gılmânî (nşr. Buğra Atsız), Münih 1977, vr. 8a, 11a, 12a, 14b;
  • Vecîhî, Târih (nşr. Buğra Atsız), Münih 1977, vr. 3a, 5b, 8b, 9a-b vd., 16a vd., 17a-b, 18a-b, 20a-21a, 22a-b, 23a-27a;
  • Abdurrahman Hibrî, Defter-i Ahbâr, Beyazıt Devlet Ktp., Veliyyüddin Efendi, nr. 2418, vr. 25b-26a, 29b, 30a, 37a-38b;
  • Evliya Çelebi, Seyahatnâme (nşr. O. Şaik Gökyay), İstanbul 1996, I, 107, 108, 110;
  • Hezârfen Hüseyin Efendi, Telhîsü’l-beyân fî Kavânîn-i Âl-i Osmân (nşr. Sevim İlgürel), Ankara 1998, s. 52, 58, 105, 190;
  • Müneccimbaşı, Sahâifü’l-ahbâr, III, 672, 674, 679-680, 681, 682-683;
  • Naîmâ, Târih, III, 200, 329, 435, 458, 459-460; IV, 5, 13, 20 vd., 47-48, 51, 55, 58, 79;
  • Hadîkatü’l-vüzerâ, s. 81-84;
  • Şeyhî, Vekāyiu’l-fuzalâ, I, 70, 72, 73, 88, 151; II, 395;
  • Ayvansarayî, Camilerimiz Ansiklopedisi: Hadîkatü’l-cevâmi‘ (haz. İhsan Erzi), İstanbul 1987, II, 11-12;
  •  a.mlf., Mecmûa-i Tevârîh (haz. Fahri Ç. Derin - Vahid Çabuk), İstanbul 1985, s. 140, 242, 413-414;
  • Sefînetü’l-vüzerâ, s. 30-31;
  • Râmizpaşazâde Mehmed İzzet, Harîta-i Kapûdânân-ı Deryâ, İstanbul 1285, s. 50-51;
  • Hammer (Atâ Bey), IX, 253-254, 255 vd., 259, 264-272, 281;
  • X, 8, 10 vd., 25 vd.;
  • Osmanlı Müellifleri, III, 74-75;
  • İbrahim Hilmi Tanışık, İstanbul Çeşmeleri, İstanbul 1943-45, I, 76; II, 83, 494;
  • Uzunçarşılı, Osmanlı Tarihi, III/1, bk. İndeks;
  • Dânişmend, Kronoloji2, III, bk. İndeks;
  • Mübahat S. Kütükoğlu, Osmanlılar’da Narh Müessesesi ve 1640 Tarihli Narh Defteri, İstanbul 1983, s. 33, 90, 288;
  • Ömer Lütfi Barkan, “Osmanlı İmparatorluğunda Bir İskân ve Kolonizasyon Metodu Olarak Vakıflar ve Temlikler I, İstilâ Devirlerinin Kolonizatör Türk Dervişleri ve Zâviyeler”, VD, II (1942), s. 356-357;
  • Faik Reşit Unat, “Sadrazam Kemankeş Kara Mustafa Paşa Lâyihası”, TV, I/6 (1942), s. 443-480;
  • M. Münir Aktepe, “Mustafa Paşa”, İA, VIII, 730-732.