Mərifət Nəsibov
Mərifət Əhməd oğlu Nəsibov (22 may 1972, Məzəm, Qazax rayonu – 28 yanvar 1992, Quşçu Ayrım, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Mərifət Nəsibov | |
---|---|
Mərifət Əhməd oğlu Nəsibov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 may 1972 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1992 (19 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru qoşunları |
Xidmət illəri | 1991-1992 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
redaktə22 may 1972-ci il Qazax rayonunun Məzəm kəndində anadan olmuşdur. 1979-1989-cu illərdə Qazax rayon kənd məktəbində təhsil almışdır. 1990-cı il hərbi xidmətə çağırılır. Sovet ordusunda xidmət edir və 1 ildən sonra Vətənə qayıdır. Mərifət könüllü olaraq Milli Orduya yazılır və onun cəbhə həyatı başlayır.
Döyüşlərdə iştirakı
redaktəİlk gündən qorxmazlığı, mərdliyi cəbhədə ona hörmət qazandırmışdı. Döyüşlərdə ön cərgədə olar, rəşadətlə vuruşardı. 1992-ci il 28 yanvarda Mərifətin son döyüşü oldu. Qazax rayonunun Quşçu Ayrım kəndində gedən qanlı döyüşdə qəhrəmancasına həlak oldu.
Ailəsi
redaktəEvli deyildi.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 7 iyul 1992-ci il tarixli 833 saylı fərmanı ilə Nəsibov Mərifət Əhməd oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Qazax rayonunun Məzəm kəndində dəfn edilmişdir.
Xatirəsi
redaktəQazax rayonundakı Heydər Əliyev adına parkda onun adına bulaq tikilmişdir.
2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman - Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən "Qartal yuvası" sənədli-bədii filmi çəkilmişdir[1].
2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının xatirələrinə yer verilib.[2]
İstinadlar
redaktə- ↑ Milli Qəhrəmanlara həsr olunmuş film çəkilmişdir. Arxivləşdirilib 2013-09-25 at Archive.today AzərTAc, 25.09.2013. (az.)
- ↑ ""Ölümə qənşər"". anl.az. Mədəniyyət. 5 avqust 2015. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 227.
- “Ölümə qənşər”: Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmin təqdimatı: [Gəncə şəhərində] //Mədəniyyət.- 2015.- 5 avqust.- S.4.