Mariya Kayetana de Silva Alba
Mariya Kayetana de Silva Alba (isp. María del Pilar Teresa Cayetana de Silva y Álvarez de Toledo; 10 iyun 1762 – 23 iyul 1802)—Alba hersoginyası.
Mariya Kayetana de Silva Alba | |
---|---|
Doğum tarixi | 10 iyun 1762[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 1802[1][3][…] (40 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Fəaliyyəti | sahibə[d], model[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Əsl adı
redaktəisp. Doña María del Pilar Teresa Cayetana de Silva Álvarez de Toledo y Silva Bazán, décimo tercera duquesa de Alba de Tormes, décima primera duquesa de Huéscar, sexta duquesa de Montoro, octava condesa-duquesa de Olivares, décimo primera marquesa del Carpio, décimo tercera marquesa de Coria, novena marquesa de Eliche, décimo segunda marquesa de Villanueva del Río, sexta marquesa de Tarazona, marquesa de Flechilla y Jarandilla, décimo primera condesa de Monterrey, décimo cuarta condesa de Lerín, décimo tercera condesa de Oropesa, décimo cuarta Condestablesa de Navarra, décimo segunda condesa de Galve, décimo cuarta condesa de Osorno, de jure duquesa de Galisteo, décimo primera condesa de Ayala, novena condesa de Fuentes de Valdepero, condesa de Alcaudete, condesa de Deleitosa, señora del estado de Valdecorneja, señora de las baronías de Dicastillo, San Martín, Curton y Guissens.
Həyatı
redaktəBir gün rəssam Fransisko Qoyyanın həyatında iyirmi yaşlı hersoqinya Alba peyda oldu. Alba Qoyyanın ömür boyu ən çox arzuladığı qadın olub. Həyatının ilahəsini rəssam məhz Albada tapmışdı. Təkrarolunmaz rəssamı görmək ümidilə Alba onun emalatxanasına getmişdi. 1795-ci ilin yayında baş verən görüşdən sonra rəssam dostuna demişdi ki, nəhayət, həyatın nə olduğunu anlayıb.
Onların ehtiraslı münasibəti yeddi il davam etdi. Bütün illər ərzində Qoyya başqa qadınları tamamilə unutdu. Onun üçün bir gözəl qadın vardı. O da İspaniyanın ən gözəli, Kaetanya Mariya del Pilar Hersoqinya Alba idi.
Albanı heç də ciddi qadın hesab etmək olmazdı. Onun çoxlu məşuqları vardı. Özü də münasibətlərini gizlətmirdi. On üç il qoca hersoqun arvadı olmuşdu. Gənc qadın gənc münasibətlər, sevgi arzusunda idi. Deyilənə görə, İspaniyanın bütün kişiləri Albanı arzulayırdılar. Deyilənə görə, küçədə gedərkən hər kəs ona baxırmış. Hətta uşaqlar belə oyunlarını dayandırırmışlar. Bədənindəki hər tük belə arzu oyadırmış. Hersoq Alba arvadının məhəbbət macəralarına göz yumurdu. O, 1796-cı ildə isə uzun sürən ağır xəstəlikdən sonra vəfat etdi. Yeddi il sonra Alba Qoyyanı ataraq, gənc və cəsur hərbçinin qollarına atıldı. Qəzəblənmiş, xəyanətə uğramış Qoyya isə onun portretini çəkməkdə davam edirdi, lakin indi o axmaq, dəhşətli ifritə, ya da fahişə görkəmində olurdu. Bu hadisələrdən təxminən iki il sonra Qoyya Avropada məşhur oldu. O krallıq rəssamı adına layiq görüldü və zəngin oldu. Hersoqinya Alba da yenidən ona qayıtdı.
1802-ci ilin yayında Kaetanya Alba Buena Vista Madrid sarayına qonaqlar dəvət etmişdi. O, bacısı qızının toyu münasibətilə tədbir təşkil etmişdi. Tədbirə bütün məşhurlar dəvət edilmişdilər. O cümlədən onların arasında şahzadə Ferdinand və Baş nazir Qoda da vardı. Hersoqinya həmçinin, Qoyyanı dəvət etmişdi. Nahardan sonra hersoqinya qonaqları rəssamın şəxsi emalatxanasına apardı. O qonaqları zallardan keçirir və dayanmadan danışırdı. Hərəkətləri o qədər qəribə idi ki, qonaqlar özlərini itirdilər. Rəsm əsərlərindən, rənglərdən danışarkən Alba zəhərə keçdi. Sonra ölüm haqqında zarafat etdi. Axşam bitib, qonaqlar dağılır. Qoyya evə gedir, lakin səhərə qədər yata bilmir. Dəfələrlə eşitmişdi ki, Alba qocalmaqdan qorxur və gənc ölməyi arzulayır. Rəssamın qorxusu təsdiqini tapır. Albanı səhər ölü tapırlar. Ölümün səbəbi isə hələ də sirr olaraq qalır. Bəziləri hesab edirlər, Alba özü zəhər qəbul edib. Digərləri öldürülüb deyirlər. Onun ölümünü arzulayan çox idi. Eləcə də Kraliça Mariya Luiza onu əsas rəqibi görüb, nifrət edirdi. O cümlədən, məşuqlarının arvadları da intiqam arzusunda idilər.
Sevgilisinin ölümündən on il sonra belə Qoyya özünə yer tapa bilmirdi.
1812-ci ildə Qoyyanın sadiq arvadı vəfat edir. Oğlu köçərək altmış altı yaşlı atasını tək qoyur. Elə həmin vaxt Qoya sanki yenidən və son dəfə cavanlaşır. Bir dəfə kasıb tacir Leokadiya Veysin gənc arvadı ilə tanış olur. Onu ərinə xəyanət etməyə məcbur edərək, ailəsindən uzaqlaşdırır. Doqquz ay sonra gənc qadın rəssama qız hədiyyə etdi. On il sonra isə rəssam qızı və arvadı ilə həmişəlik İspaniyanı tərk edir ki, Fransaya yerləşsin. 1828-ci ilin 16 aprelində isə vəfat edir. Onu Bordoda dəfn etdilər. Sonradan qəbri Madridə köçürüldü və San Antonio de la Florida kilsəsinə yerləşdirildi.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- ↑ 1 2 geboren: // FemBio database (alm.).
- ↑ María del Pilar Teresa Cayetana. Duquesa de Alba (XIII) Silva y Álvarez de Toledo // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
- ↑ María Teresa De Silva álvarez De Toledo // GeneaStar.
- ↑ Royal Academy of History. 1738.