Mehmed Burhanəddin Əfəndi (II Əbdülhəmidin oğlu)
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, İstanbul – 5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi.
Mehmed Burhanəddin Əfəndi | |
---|---|
محمد برهان الدين أفندي | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ulduz sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | bəstəkar |
Atası | II Əbdülhəmid |
Anası | Məzidə Qadınəfəndi |
Həyat yoldaşları |
Hidayət xanım Aliyə Mələk Nazlıyar xanım Georgina Leonora Mosselmans Elsie Deming Lackson |
Uşaqları |
Mehmed Fəxrəddin Əfəndi Ərtoğrul Osman Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Həyatı
redaktəAtası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Nuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu.
Ailəsi
redaktə- Hidayət xanım — 1908-ci ildə evlənmişdir. Övladı olmamışdır.
- Aliyə Mələk Nazlıyar xanım (d. 13 oktyabr 1892, İstanbul — ö. 31 avqust 1976, Ankara) — 7 iyun 1909-cu ildə Nişantaşı köşkündə evlənsələr də, 1919-cu ildə ayrıldılar. 2 övladı oldu. Ancaq daha sonra ayrıldılar. Aliyə xanım 1921-ci ildə Cavid bəylə evləndi və bu nigahdan 1 oğlu daha oldu.
- Mehmed Fəxrəddin Əfəndi (d. 26 noyabr 1911, İstanbul — ö. 13 iyul 1968, Nyu-York) — 1933-cü ildə Parisdə əslən yunan olan Lili adlı bir xanımla evlənmişdir. Xanımı İkinci Dünya müharibəsi əsnasında Afinada baş verən bombardman zamanı həlak olmuşdur. Fəxrəddin Əfəndi bir daha evlənməmiş, övladı olmamışdır.
- Ərtoğrul Osman Əfəndi (d. 31 avqust 1912, İstanbul — ö. 26 sentyabr 2009, İstanbul)
- Georgina Leonora Mosselmans (d. 23 avqust 1900, Niderland — ö. 1969) — 29 aprel 1925-ci ildə Parisdə evlənsələr də, həmin il ayrıldılar.
- Elsie Deming Jackson (d. 6 sentyabr 1879, Nyu-York — ö. 12 may 1952, Nyu-York) — 3 iyul 1933-cü ildə evləndilər.