Mehmed Zəki Paşa

türk komandanı, marşal

Mehmet Zəki Paşa (1846, İstanbul - 1929, İstanbul) — türk komandanı, Osmanlı İmperiyasının muşiri (marşal), süvari Həmidiyə Alaylarının yaradıcısı.

Mehmet Zəki Paşa
türk. Mehmed Zeki Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul, Osmanlı İmperiyası
Vəfat tarixi
Vəfat yeri İstanbul, Türkiyə Cümhuriyyəti
Milliyyəti çərkəz
Hərbi fəaliyyəti
Mənsubiyyəti Osmanlı İmperiyası
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1860 — 1913
Rütbəsi muşir (marşal)
Vəzifəsi Bağdad valisi
Döyüşlər Rusiya-Osmanlı müharibəsi (1877-1878)

Həyatı

redaktə

Mehmet Zəki Paşa 1846-cı ildə İstanbulda anadan olmuşdur. Şimali Qafqazdan köç etmiş mühacirlərin nəslindən idi. Hansı millətə mənsub olması haqqında müxtəlif fərziyyələr vardır. Bir sıra mənbələrə görə, ya çərkəz, ya da Berzek qəbiləsindən olan bir ubıx və ya İmam Şamilin qohumu idi. Hər halda, Mehmet Zəki Paşanın Şimali Qafqaz mənşəyi şübhəsizdir.

Hərbi xidmət

redaktə

1860-cı ildən 14 yaşında özünü hərbi xidmətə həsr etmişdir. O, bu ildə Mektebi- Harbiyyəyə daxil olmuşdur. 1878-ci ildə ferik rütbəsinə yüksəlmişdir. Yıldız Sarayında mühafizə alayında xidmət keçmiş, LiviyaBalkan yarımadasındakı döyüş əməliyyatlarında iştirak etmişdir. Sultan II Əbdülhəmidin etibarını qazanmış və onun müşaviri olmuşdur. 1887-ci ildə Sultan II Əbdülhəmid tərəfindən feldmarşal (muşir) rütbəsinə layiq görülmüş və qərargahı Ərzincanda yerləşən 4-cü Ordu qrupunun komandanı təyin edilmişdir. Bu vəzifədə olarkən Həmidiyəni - yeni bir qoşun hissələrinin yaradılması layihəsini təklif etmişdir. Həmidiyə Alayları daimi olmayan yüngül silahlanmış süvari dəstələrdən ibarət idi. Sultanın icazəsi ilə 1890-cı ildə Zəki Paşa bu layihəni həyata keçirməyə başlamışdır. Əsasən sünni kürd[1] eyni zamanda türk, Şərqi Anadoluda yaşayan qarapapaq türkləri (tərəkəmə), çərkəz,[2][3][4] türkmənlər, [5] yörük[6][7]ərəblərdən ibarət olmuş, Osmanlı İmperatorluğunun cənub şərq vilayətlərində xidmət çəkmişdilər.[8] Alaylar Sultan II Əbdülhəmidin şərəfinə adlandırılmışdır. Mehmet Zeki Paşanın alayları təşkil etmək layihəsi Rusiya-Osmanlı və Osmanlı-İran sərhədində keşik çəkmək üçün Rus kazak birləşmələrini nümunə götürərək verilmişdir.[9] Onu da qeyd edək ki, osmanlılar ərəb və türkmən tayfalarını da süvarilərə qatmağı düşünsələr də, qoşulan tayfaların əksəriyyətini kürdlər təşkil edirdi.[1] Alaylar 1894-96-cı illərdə erməni qiyamlarının yatırılmasında mühüm rol oynamışdı. Xüsusən də Sasundakı erməni qiyamının yatırılması zamanı (1894), erməi milətçi "Hnçak" partiyasının pozucu əməllərinin qarşısının alınmasında fəaliyyət göstərmişdir. Lakin son araşdırmalar Həmidiyənin qiyamların yatırılmasında əvvəllər düşünüləndən daha az əhəmiyyətli bir rol oynadığı bəlli olur.[10][11] Altayda xidmət edən zabitlər çərkəs paltarı geyinirdilər.

İstefası və ölümü

redaktə

İkinci Məşrutiyyətin elanından sonra ittihadçılarla çalışa bilməyəcəyini düşünərək istefa vermişdir. Əslində İkinci Məşrutiyyətin elan edilməsindən əvvəl vəzifəsindən azad edilməsini istəyən bəzi nüfuzlu şəxslər olsa da, sultan bu insanlarla razılaşmırdı və paşanın xidmətlərindən razı idi. II Konstitusiya Monarxiyası elan edildikdən sonra iqlim şəraitini, sağlamlıq şərtlərini və bəzi ailəvi səbəbləri əsas gətirərək Hərbiyə Nazirliyindən yerinə başqa birinin təyin edilməsini tələb etmişdir.

11 avqust 1908-ci ildə tələbinin təsdiqlənməsindən sonra Abuk Əhməd Paşanı müavin olaraq tərk edərək 12 avqust 1908-ci ildə İstanbula yola düşmüşdür. 15 avqust 1908-ci ildə yerinə Köləmən Abdulla Paşa təyin edilmiş və 11 sentyabr 1908-ci ildə komandanlıqdan azad edilmişdir. İstefaya çıxdıqdan sonra bir müddət sərəncamda qalmışdır. 5 Mart 1911-ci ildə 7500 kuruş təqaüd təyin edilərək vəzifəsindən azad edilmiş və təqaüdə göndərilmişdir.

Əhməd Muxtar Paşanın sədrəzəmliyi dövründə 1912-ci ildə Mehmet Zəki Paşa yenidən xidmətə çağrılmışdır. Belə ki, avqustun 25-də Camal bəyin istefası ilə boşalan Bağdad valisi vəzifəsinə təyin edilmişdir. Ancaq dərhal bu mövqeyi tutmağa razı olmamış və əvvəlcə həm mülki, həm də hərbi rəhbərliyin əlində birləşdirilməsini tələb etmişdir. Bu geniş səlahiyyətlər ona Bağdad və İraqda asayişi təmin etmək və müntəzəm olaraq vergi yığmaq üçün lazım idi. Tələbi hökumət tərəfindən qəbul edildikdən sonra 1912-ci il sentyabrın 21-də Sultanın iradəsi ilə yeni Bağdad valisi və 6. Ordu Müfəttişi vəzifəsinə təyini təsdiqlənmişdir. Beləliklə istədiyini əldə etdikdən sonra Mehmet Zəki Paşa Bağdada yola düşmüşdür. Ancaq İstanbulda baş verən siyasi qarışıqlıq (paytaxtda onun əsas dayağı Əhməd Muxtar Paşanın sədrəzəmlikdən istefa verməsi) Bağdadda yerli qarşıdurmalar səbəbindən Mehmet Zəki Paşanın yeni vəzifədəki xidməti cəmi yeddi ay sürmüşdür.[12] Bundan sonra o, nəhayət birdəfəlik təqaüdə çıxmışdır.

Feldmarşal (Muşir) Mehmed Zəki Paşa 1929-cu ildə İstanbulda vəfat etmişdir.[13]

İstinadlar

redaktə
  1. 1 2 Eppel, Michael. A People Without a State: The Kurds from the Rise of Islam to the Dawn of Nationalism, page 81 (ingilis). University of Texas Press. 13 September 2016. ISBN 9781477311073.
  2. Eppel, Michael. A People Without a State: The Kurds from the Rise of Islam to the Dawn of Nationalism (ingilis). University of Texas Press. 2016-09-13. ISBN 9781477311073. 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-15.
  3. Palmer, Alan, Verfall und Untergang des Osmanischen Reiches, Heyne, München 1994 (engl. Original: London 1992), pp. 249, 258, 389. ISBN 3-453-11768-9.
  4. Van Bruinessen, Martin. Agha, Shaikh and State - The Social and Political Structures of Kurdistan Arxivləşdirilib 2015-05-09 at the Wayback Machine. London: Zed Books, 1992, p. 185. Van Bruinessen mentions the "occasional" recruiting of a Turkish tribe (the Qarapapakh)
  5. Shaw, Stanford J. and Ezel Kural Shaw, History of the Ottoman Empire and Modern Turkey. Cambridge: Cambridge University Press, 1977, vol. 2, p. 246.
  6. Öhrig, Bruno, Meinungen und Materialien zur Geschichte der Karakeçili Anatoliens, in: Matthias S. Laubscher (Ed.), Münchener Ethnologische Abhandlungen, 20, Akademischer Verlag, München 1998 (Edition Anacon), zugleich Inaugural-Dissertation zur Erlangung des Doktorgrades der Philosophie an der Ludwig-Maximilians-Universität zu München, München 1996, p. 36, ISBN 3-932965-10-8. U. a. mit Verweis auf Ş. Beysanoğlu, Ziya Gökalp´in İlk Yazı Hayatı - 1894-1909 [Ziya Gökalp's First Writing Life, 1894-1909], Istanbul 1956, pp. 164-168.
  7. Vgl. deutschsprachige Wikipedia, Artikel "Yörük", Abschnitt "Herkunft und Einwanderung nach Kleinasien Arxivləşdirilib 2023-07-21 at the Wayback Machine", Versions-ID 31139363
  8. Jongerden, Joost. Jorngerden, Joost; Verheij, Jelle (redaktorlar ). Social Relations in Ottoman Diyarbekir, 1870-1915. Brill. 2012. 61. ISBN 9789004225183.
  9. HAMİDİYE ALAYLARI TEŞKİLİNDE YER ALAN AŞİRETLERİN DETAYLI BİR LİSTESİ. Y.PRK.BŞK.31/107.1310(1892).
  10. "Verheij, Jelle (1998). Les Frères de terre et d'eau: sur le role des Kurdes dans les massacres arméniens de 1894-1896, in: Bruinessen, M. van & Blau, Joyce, eds., Islam des Kurdes special issue of Cahiers de l'Autre Islam". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-15.
  11. Jongerden, Joost; Verheij, Jelle, eds. (2012-08-03). "Social Relations in Ottoman Diyarbekir, 1870-1915": p. 94
  12. http://www.jasstudies.com/DergiPdfDetay.aspx?ID=2860 (#bare_url_missing_title). (#first_missing_last)[ölü keçid]
  13. Sinan Kuneralp, Son Dönem Osmanlı Erkân ve Ricali (1839-1922), Prosopoprafik Rehber, İstanbul 1999, s. 106.

Ədəbiyyat

redaktə