Mehranilər
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mehranilər — 330-821-ci illərdə Qafqazın bir neçə bölgəsində hökmranlıq edən sülalə. Onlar Sasani farsəsilli olduqlarını iddia edirdilər, lakin parf mənşəli idi.[1][2]
Mehranilər | |
---|---|
Banisi | Firuz[q 1] |
Sonuncu hökmdar | II Varaz Trdat |
Hazırkı rəhbər | yoxdur |
Əsası qoyulub | 330-cu il |
Milliyyət | parf |
Tarix
redaktəMiladi 591-ci ildə Qafqaz Albaniyası ittifaqına daxil olan Girdiman knyazlığında hakimiyyətə gəlmiş mehranilər sülaləsinin əsası Mehran (Sasani şahının kürəkəni , Moisey Kalankatukluya görə Mehran edam olunmaq təhlükəsindən dolayı miladi tarixlə 591-ci ildə öz nəslinə məxsus 30 min ailə ilə birlikdə Qafqaz Albaniyasının Girdiman vilayətinə gəlmiş, vilayətin 12 əyanını öldürtmüş və Girdimanın sahibi olmuşdur .) tərəfindən qoyulmuşdur.
Moisey (Musa) Kalankatuka görə sülalənin tarixçəsi belədir:
Mehran, Mehranın oğlu Armail, Armailin oğlu Vard, Vardın oğlu Cəsur I Vardan (O, Mehran təki keçmiş yerli hakim sülalənin — Aranilərin 60 nümayəndəsini qətlə yetirdi və Qırdman (Girdiman) qalasını tikdirdi.), Cəsur I Vardanın (600–615) oğulları Varazman (615–628) və Varaz-Qriqor.
Varaz Qriqor (628–642) Alban kotolikosu Vironun himayəsi ilə Sasani şahı II Xosrov tərəfindən "Qırdmanın ağası və Alban ölkəsinin Knyazı" olaraq tanındı. Beləliklə onun zamanında alban dövlətçiliyi faktiki olaraq bərpa olundu (onadək Albaniya yüz ildən artıq müddətdə yəni , 510–628-ci illərdə Sasani mərzbanları tərəfindən idarə edilmişdi). 628-ci ildə Varaz-Qriqor Ktesifonda Viro tərəfindən xaç suyuna salındı və xristianlığı qəbul etdi. 630–642 ci illərdə Böyük Alban Knyazı olan Varaz-Qriqor paytaxtı Bərdə şəhərinə köçürdü. Varaz Qriqorun Varaz Peroz, Cavanşir, II Varazman , İyezut-Xosrov adlı oğulları var idi.
Cavanşir Varaz-Qriqorun ölümündən sonra onun taxt-tacının varisi oldu. 681-ci ildə Cavanşirin Bizanspərəst qüvvələr tərəfindən öldürülməsindən sonra onun qardaşı II Varazmanın oğlu I Varaz-Tiridat Böyük Alban Knyazı oldu . O da əmisi Cavanşir kimi Ərəb Xilafətinin vassalı olmağı qəbul etdi. Böyük Alban Knyazı Şiruyə(699–704) ərəblər tərəfindən Dəməşq şəhərinə aparıldı və o sonradan orada dünyasını dəyişdi . Şiruyədən sonra onun yerinə bir il müddətində (704–705) təkrarən I Varaz-Tiridat (II Varazmanın oğlu) Böyük Alban Knyazı oldu . I Varaz-Trdatın ölümündən (705-ci il) sonra Böyük Alban Knyazlığı ləğv edildi və onun topaqları Ərəb Xilafətinin "Arran" əyalətinin tərkibinə qatıldı . Ancaq I Varaz-Tridatdan sonra bu nəslin nümayəndələri: II Vardan (705–711), Narse (711–740), Qagik (740–770) , I Stepanos (770–800), II Varaz Tridat (800-822) yerli hakimlər olaraq qaldılar. Mehrani sülaləsinin son nümayəndəsi I Stepanosun oğlu II Varaz Trdat 822-ci ildə yerli knyazlardan biri tərəfindən öldürüldü və bununla da Mehrani sülaləsinin hakimiyyətinə son qoyuldu.
Quqark mehraniləri
redaktəGirdiman mehraniləri
redaktə- Firuz (330–361)
- Xurs (361–430)
- Barzabod (430–440)
- Varaz-Bakur (440–450)
- Mihr (450–480)
- Armayel (480–510)
- I Vard (510–540)
- I Vardan (540–570)
- II Vard (570–600)
Qafqaz Albaniyası mehraniləri
redaktə- Varaz Qriqor (628–642)
- Cavanşir (642–681)
- I Varaz Trdat (681–705)
- Şiriuyə (699–704, qəsbkar)
- II Vardan (705–711)
- Narse (711–740)
- I Qagik (740–770)
- I Stepanos (770–800)
- II Varaz Trdat (800–822)
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Bosworth, 1986. səh. 520–522
- ↑ "Encyclopedia Iranica. M. L. Chaumont. Albania". 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-26.
Qeyd
redaktə- ↑ O, yeddi parf qəbiləsindən biri Mehrani sülaləsinin qolu olan Mehranilər xanədanlığın qurucusu idi.
Xarici keçidlər
redaktə
Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |