Mişel Ney
Mişel Ney (d. 10 yanvar 1769, Saarlui – ö. 7 dekabr 1815, Paris) — Fransa marşalı (1804).
Mişel Ney | |
---|---|
fr. Michel Ney | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Saarlui |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Paris |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Fəaliyyəti | zabit |
Hərbi xidmət | |
Mənsubiyyəti | Fransa |
Qoşun növü | süvari, piyada |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
redaktə1788-ci ildən kavaleriyada qulluq edir, 1794-1795-ci illər inqilabi müharibələr dövründə önə çıxır. Döyüş nailiyətlərinə görə 1796-cı ildə briqada, 1799-cu ildə diviziya generalı rütbələrini alır. Bütün Napoleon müharibələrində iştirak edir. 1800-cü ildən diviziyaya, 1802-ci ildən İsveçrədəki qoşunlara, 1803-1814-cü illərdə korpusa başçılıq edir. Onun başçılığı ilə korpus Ulm yanında Elhinqendə (1805), Yen (1806) və Fridland (1807) döyüşlərində uğurla hərəkət edir. 1808-1811-ci illərdə İspaniyada bir sıra məğlubiyətlərə uğrayır. Borodino döyüşü vaxtı Neyin korpusu fransızların döyüş qaydalarının mərkəzində yerləşir, Semyönov fleşlərinə hucum edirdi. Fransızlar geri çəkiləndə, ruslar tərəfindən Krasnı yanında tamamilə məhv edilən, aryerqarda komandanlıq edirdi. 1813-1814-cü illər kampaniyalarında iştirak edirdi. I Napoleonun taxtdan imtina etməsindən sonra Burbonlara xidmət etməyə başladı, Fransa peri və Hərbi şuranın üzvü oldu. Yüz gün vaxtı Napoleonun tərəfinə keçir və döyüş əməliyatlarında fəal iştirak edir. Vaterloo vuruşmasında Napoleon ordusunun mərkəzinə komandanlıq edir. Burbonların ikinci bərpasından sonra həbs edilir və məhkəmənin hökmü ilə güllələnir.
Mənbə
redaktə- Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 5 səh. 568.
İstinadlar
redaktə- ↑ 1 2 различные авторы Энциклопедический словарь (rus.). / под ред. И. Е. Андреевский, К. К. Арсеньев, Ф. Ф. Петрушевский СПб: Брокгауз — Ефрон, 1907.
- ↑ C.-P. Arnaud Recueil de tombeaux des quatre cimetières de Paris (fr.). 1817.
- ↑ Aubin P. P. d. S. Promenade aux cimetières de Paris, aux sépultures royales de Saint-Denis, et aux catacombes (fr.). Paris: 1826. P. 60.