Nauru
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir. Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada-dövlət, Avropadan kənarda ən kiçik dövlət və rəsmi paytaxtı olmayan dövlətdir. Bu ölkə həm də Vatikan və Tuvaludan sonra ən az əhaliyə malik dövlətdir.
Nauru | |||||
---|---|---|---|---|---|
Repubrikin Naoero Republic of Nauru | |||||
| |||||
God’s Will First Tanrının iradəsi hər şeydən vacibdir |
|||||
Himn: Nauru Bwiema Nauru nəğməsi |
|||||
Rəsmi dilləri | |||||
Paytaxt | Rəsmi paytaxtı yoxdur (de-fakto: Yaren) | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Prezident | Lionel Ainqimea | ||||
Parlament spikeri | Markus Stepen | ||||
Sahəsi | Dünyada 240-cı | ||||
• Ümumi | 21 km² km² | ||||
Əhalisi | |||||
• Əhali | 11,000 nəfər (226-cı) | ||||
• Siyahıyaalma (2002) | 10 065 nəf. | ||||
• Sıxlıq | 455 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 60 mln $ dollar (223-cü) | ||||
• Adambaşına | 5 000 $ dollar (158-ci) | ||||
Valyuta | Avstraliya dolları | ||||
İnternet domeni | .nr | ||||
ISO kodu | NR | ||||
BOK kodu | NRU | ||||
Telefon kodu | +674[2] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d][3] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Nauru ilk olaraq ən az 3000 il əvvəl Mikroneziya və Polineziyalılar tərəfindən məskunlaşma yeri olaraq istifadə edilmişdir. Keçmişdə Nauru üzərində 12 qəbilə var idi və indi rəsmi bayraqlarındakı 12 bucaqlı ulduz da bu qəbilələri təmsil edir.
Nauru iqtisadiyyatı, 1980-ci illərin əvvəllərində yüksəlmişdir. Nauru'da dəniz quşlarının nəcislərində ibarət guano ehtiyatları mövcuddur və bu ehtiyatlar fosfat və kalium baxımından zəngindir. Nauru iqtisadiyyatı bu guano ehtiyatlarına bağlıdır. Əhəmiyyətli ehtiyaclar idxal edilir. Kiçik ölçülü mədənçilik hələ Nauru fosfat Şirkəti olaraq bilinən RONPhos tərəfindən edilməkdədir.
Tarixi
redaktəNauruya ilk məskunlaşma Mikronezyalılar və ya Polinezyalılar tərəfindən ən az 3000 il əvvəl edilmişdir. Ənənəvi olaraq Nauruda 12 qəbilə mövcuddur və bu qəbilələr ölkənin 12 ulduzu olan bayrağında təmsil edilir. Naurulular soy ağaclarını anasoyluluk əsasında çıxarırlar.
Coğrafiyası
redaktəNauru Sakit Okeanın cənub-qərbində oval formalı adadır, sahəsi 21 kvadrat kilometrdir.Ekvator xəttindən 42 kilometr (26 mil) cənubda yerləşir. Ada mərcan rifi ilə əhatə olunub hansıki adada bir dəniz limanının yaradılmasına imkan vermir. Buna baxmayaraq rifdə olan kanallar vasitəsiylə kiçik qayıqlarla adaya getmək mümkündür. Adada ən yüksək nöqtə Command Ridge adlanır və dəniz səviyyəsindən 71 metr hündürlükdədir.
İnzibati ərazi bölgüsü
redaktəNauru 14 inzibati bölgəyə bölünür. Ən çox əhalisi olan Denigomodu bölgəsidir (1,804 nəfər).
N | Bölgə | Ərazi, ha | Əhali (2011) | Sıxlıq
Nəfər/ha |
Yaşayış
məntəq ələrinin sayı |
---|---|---|---|---|---|
1 | Ayvo | 1 | 1,220 | 11.1 | 8 |
2 | Anabar | 1 | 452 | 3.0 | 15 |
3 | Anetan | 1 | 587 | 5.9 | 12 |
4 | Anibar | 310 | 226 | 0.7 | 17 |
5 | Baitsi | 120 | 513 | 4.3 | 15 |
6 | Boe | 50 | 851 | 17.0 | 4 |
7 | Buada | 260 | 739 | 2.8 | 14 |
8 | Denigomodu | 118 | 1,804 | 15.3 | 17 |
9 | Eva | 120 | 446 | 3.7 | 12 |
10 | Iyuv | 110 | 178 | 1.6 | 13 |
11 | Meneng | 310 | 1,380 | 4.5 | 18 |
12 | Nibok | 160 | 484 | 3.0 | 11 |
13 | Uaboe | 80 | 318 | 3.0 | 6 |
14 | Yaren | 150 | 747 | 4.0 | 7 |
Nauru | 2,120 | 10,084 | 4.8 | 169 |
Mədəniyyəti
redaktəİdmanı
redaktəİqtisadiyyatı
redaktəƏhalisi
redaktəNaurunun qarışıq əhalisi naurululardan (58%) ibarətdir. Əhalinin 26 %-i digər Okeaniya adalarından gəlmişdir , çinli və avropalılar hər biri 8 % təşkil edirlər.
Din
redaktəÖlkədə rəsmi din Xristian dinidir. Xristianların 3-də 2-si Protestant, qalanı isə Katolikdir. Bundan başqa Naurunun 8 %-i Buddist, 2 %-i isə müsəlmandır.
Şəkillər
redaktəMənbə
redaktəİstinadlar
redaktəXarici keçidlər
redaktəHəmçinin bax
redaktə- ↑ Central Intelligence Agency, Center N. F. A. The World Factbook (ing.). Washington, D.C.: Central Intelligence Agency, U.S. Government Printing Office, 1981. ISSN 0277-1527; 1553-8133
- ↑ Vikisəyahət. 2006.
- ↑ http://chartsbin.com/view/edr.