Əlahiddə Ümumqoşun Ordu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu | |
---|---|
Növü | Hərbi birləşmə |
Yaranma tarixi | 18 dekabr 2013 | )
Ölkə | Azərbaycan |
Tabedir | Müdafiə Nazirliyi |
Daxildir | Azərbaycan Ordusu |
Qərargah | Naxçıvan şəhəri |
Döyüşlər |
Qarabağ müharibəsi (2020) • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Komandanlıq | |
Komandir | general-mayor. Kənan Seyidov |
Qərargah rəisi | gen-ley. Fazil Ağalarov |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə1991-ci il sentyabrın 7-də Naxçıvan MR-nın yaranmış vəziyyətdən xilas edilməsi, ərazisini Ermənistan silahlı qüvvələrindən qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə Naxçıvan MR Ali Sovetinin sədri olan Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevin 20 sentyabr 1991-ci il tarixli fərmanına əsasən leytenant Elman Abbas oğlu Abbasov Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir.
1992-ci il sentyabrın 15-də isə Naxçıvan MR ərazisində birinci milli ordu birliyindən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada formalaşdı. 705-ci əlahiddə gücləndirilmiş motoatıcı briqanın uğurlu döyüş yolu olmuş və 21 may 1995-ci ildə motoatıcı diviziyaya statusu almışdır.
8 dekabr 1998-ci ildə isə motoatıcı diviziyanın bazasında 5-ci Ordu Korpusu yaradılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 18 dekabr 2013-cü il tarixli fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır.
Tibb müəssisələri
redaktə2021-ci il mayın 10-da Naxçıvan Qarnizonu Hospitalının açılışı olmuşdur. 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeliyinə verilən Naxçıvan Qarnizonu Hospitalı üçün inşa edilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir.
Komandanların siyahısı
redaktə(1962–) |
||||||
(1962–) |
||||||
(1962–) |
Günnüt əməliyyatı (may, 2018) Qarabağ müharibəsi (2020) • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi | |||||
(1974–) |
Şəhidləri
redaktəVətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Əlahiddə Ümumqoşun Ordunun şəhidləri Anar Əliyev və Nihad Babayev |
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətindən 79 hərbi qulluqçu 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən Qarabağ müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda şəhid olub.[1] Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətindən şəhid olanlardan 14 nəfəri zabit, 4 nəfəri gizir, 4 nəfəri çavuş, 57 nəfəri isə əsgərlərdən ibarət idi.
Şəhid olanlar sırasında Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Əliyev və Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölməsinin Komandir müavini Nihad Babayev də var idi.
Şəhid olan 39 nəfərdən 2-i Vətən Müharibəsi Qəhrəmanı adı ilə, 6-sı "Azərbaycan Bayrağı" ordeni ilə, 25-i 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 39-u "Vətən uğrunda" medalı ilə, 4-ü "İgidliyə görə" medalı ilə, 16-sı "Hərbi xidmətlərə görə" medalı ilə, 39-u "Xocavəndin azad olunmasına görə" medalı ilə, 30-u "Füzulinin azad olunmasına görə" medalı ilə, 32-si "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
- p/leytenant Əliyev Anar Vaqif
- Kapitan Babayev Nihad Akif
- Kapitan Əliyev Rəşad Əmiralı
- Kapitan Mikayıllı Samir Sabir
- B/leytenant Babaxanov Elman Ağamirzə
- B/leytenant Rəhimov Elvin Ehtiram
- B/leytenant Sadıqlı Məmmədhəsən Meydan
- B/leytenant Şirəliyev Sahib Yusif
- leytenant Bayramov Ruslan Azər
- leytenant Əfəndiyev Adil Qədir
- leytenant Ənvərli Aqşin Faiq
- leytenant Feyzullayev Zahir Eyvaz
- leytenant Quluzadə Kamran Pərviz
- leytenant Yaqubov Mayis Rəhim
- gizir Ələkbərov Bağır Əsəd
- gizir İsmayılov Əmrah Xudaverdi
- gizir Novruzlu Ümid Bahadur
- gizir Tahirov Vüsal Mehdi
- çavuş Əliyev Yadigar Səfxan
- K/çavuş Abdullazadə Tağı İlham
- K/çavuş Xəlilli Murad Vəli
- K/çavuş Məmmədov Zaman Habil
- əsgər Alməmmədov İman Tarverdi
- əsgər Babayev Babaxan Əlövsət
- əsgər Bağırov Ramin Nəriman
- əsgər Cəfərov Ruslan Mövlan
- əsgər Cəfərov Ülvi Habil
- əsgər Cəlilov Həsən Məhərrəm
- əsgər Cəlilov Sahil Oqtay
- əsgər Eyvazov İslam Həsən
- əsgər Əhmədov Əhmədxan Məzahir
- əsgər Əhmədov Mərhəmət Adil
- əsgər Əhmədov Rəvan Yafət
- əsgər Əhmədov Tacir Mehdi
- əsgər Əliyev Lətif Oruc
- əsgər Əliyev Məhəmməd Yaqub
- əsgər Əsgərov Təbriz Çapay
- əsgər Əsgərov Vüqar Rza
- əsgər Əzizli Elnur Şahin
- əsgər Göydağlı Ramazan Əbülfət
- əsgər Gözəlov Rüfət Əzim
- əsgər Həsənov Elməddin Elşən
- əsgər Hümbətov İmaməddin Muxtar
- əsgər Xaməmmədov Şirxan Xaməmməd
- əsgər Xudiyev Toğrul Habil
- əsgər İbrahimov Ayaz Sultan
- əsgər İbrahimov İbrahim Etibar
- əsgər İbrahimov Qurban Namiq
- əsgər İbrahimov Ruzi Əliağa
- əsgər İbrahimov Seymur Zamin
- əsgər İlyasov Fərid İbad
- əsgər İsgəndərov Niyaməddin Qulu
- əsgər İsmayılov Bahaləddin Temraz
- əsgər Mahmudlu Babək Süleyman
- əsgər Mədətli Zülal Rəhim
- əsgər Məmmədəliyev Saday Rza
- əsgər Məmmədov Araz Qəhrəman
- əsgər Məmmədov Əli Abbas
- əsgər Məmmədov Kəmaləddin İsrail
- əsgər Mirzəyev Aslan Məqsud
- əsgər Mirzəyev Sarvan Əli
- əsgər Novruzlu Pərviz Qorxmaz
- əsgər Orucov Coşqun Oruc
- əsgər Quliyev Aqil Mətləb
- əsgər Quliyev Kənan Vaqif
- əsgər Qurbanov Xansu Elsevər
- əsgər Ramazanov Rasim İsmayıl
- əsgər Rəhimov Yalçın Elçin
- əsgər Rüstəmov Basid İdris
- əsgər Rzayev Kənan Əbdürrəhman
- əsgər Sadıqov Elvin Namiq
- əsgər Salahov Sərxan Həsənqulu
- əsgər Seyidov Miryasin Mirqafar
- əsgər Səfərov Qəşəm Taməddin
- əsgər Şirbəyli Siruz Hamil
- əsgər Tağıyev Azər Kamil
- əsgər Teymurov Elvin Mustafa
- əsgər Vəliyev Şəmsəddin Aqil
- əsgər Yüzbaşyev İsmayıl Fəzayıl
İstinadlar
redaktə- ↑ Ordu.az. "Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif edib - SƏRƏNCAM". www.ordu.az (az.). 2024-05-14. İstifadə tarixi: 14.05.2024.