Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir.
Xalça | |
Palaz | |
---|---|
Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur.
Ümumi məlumat
redaktəAzərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi. Çiyi palaz texnikasında arğac iplər üzərində saya iplərlə romb və kvadrat formalı relyefli naxışlar toxunur.
Bədii analiz
redaktəXalçanın istehsalı prosesi naxışın sadə üsulla əsas hissədən keçirilməsindən ibarətdir. Xalçaçılar palazı bütün Azərbaycanda qəbul olunmuş üfiqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzəyirlər. Ancaq hər bir xalçatoxuyan usta xalçanın koloritini və kopmozisiyasını özü qərərlaşdırırdı. Xalçatoxuyan qadınlar zolaqların ölçülərini dəyişməklə, rəng uyğunluqlarını də dəyişirdilər və nəticədə gözəl palazların saysız-hesabsız növlərini yaradırdılar. Bir qayda olaraq, xalçalar köbələnmir. "Çiy" adlanan palazlar original emal texnikasına malikdirlər. Burada xalçanın fonu digər palazlarda olduğu kimi sadə üsulla yerinə yetirilir, eyni zamanda "sancma" üsulu ilə naxışşəkilli saplarla xırda həndəsi naxış vurulur. Bu toxuma naxış effekti yaradır.
Texniki xüsusiyyətlər
redaktəXarakterik xüsusiyyəti kilimdə olduğu kimi hər iki üzündən istifadə olunmasıdır, ancaq kilimdən fərqli olaraq palaz asan üsul ilə toxunur, yun ilə yanaşı pambıq və bəzən ipəkdən hazırlanır.