Qəbristan mahalı
Qəbiristan mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri.
Mahal | |
Qəbristan mahalı | |
---|---|
Daxildir |
Şirvan bəylərbəyliyi Şirvan xanlığı |
Naib | Məlik Baxış |
Əhalisi | |
Əhalisi | 1172 ailə nəfər |
|
Mahalın adı çox güman ki "məzarlıq" mənasındakı "qəbristan / qəbiristan" sözüylə əlaqəli deyil - adın kökündə "gəbr"[1] sözü durur ki, əvvəllər, ilkin olaraq "atəşpərəst", daha sonralar isə "qeyri-müsəlman", həmçinin "kafir" mənalarını qazanmışdır. Azərbaycan dilindəki "gavur"[2] sözü də elə həmin "gəbr" sözündən qaynaqlanır.
Vaxtilə Orta Şərqin müsəlman əhalisi arasında həmin qeyri-müsəlman əhalinin yığcam şəkildə, müsəlmanlardan nisbətən aralıda yaşadıqları yerlər üçün "gəbristan" adı istifadə edilirdi. [3]Fərziyyə etmək olar ki, ola bilsin elə Qobustan adı da əslində bu ifadədən yaranıb.
Tarixi
redaktəQobustan, Şamaxı, Hacıqabul, Göyçay və Ağsu rayonlarının ərazisindəki obaları əhatə etmişdir.
Mahalın naibi Məlik Baxış idi.
Əhalisi
redaktə1821-ci ildə 27 obada (Ərəbqədim, Ərəbbalaoğlan, Şıx Zahirli Çul, Şıx Zahirli Şəkər, Kəlağaylı / Kalağaylı, Xilə / Əmircan, Təklə Səfi, Yekəxana Talıb, Qaracagözlü, Ərəbcəbrəli, Təklə Hacı Məmməd Hüseyn, Cəmcəmli, Kürdəmiç / Kürdəmiş, Ərəbşahverdi, Təklə Mirzəbaba, Mərəzəli, Kürkəndi, Qurbançı, Təsin, Yekəxana İbrahim, Həmyə / Həmyəli, Xıdırlı, Şorbaçı, Siyəzənli, Poladlı, Çaylı, Udulu) 1172 ailə yaşayırdı.
İqtisadiyyatı
redaktəQəbiristan mahalının sakinləri əkinçilik və maldarlıqla məşğul olurdular.
İstinadlar
redaktə- ↑ https://obastan.com/az/search/?q=g%C9%99br
- ↑ "Arxivlənmiş surət". 2017-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.
- ↑ https://doi.org/10.1080%2F0959641032000127597
Xarici keçidlər
redaktə- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03.[ölü keçid]
- Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Salyanlı xanım Pyotrun zabitlərini necə qətlə yetirdi" (az.). axar.az. İstifadə tarixi: 2017-04-10.