Qonaqkənd (Quba)

QonaqkəndAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbədir.

Qonaqkənd
41°04′27″ şm. e. 48°36′32″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.076 m
Saat qurşağı
Digər
[http:// ]
Xəritəni göstər/gizlə
Qonaqkənd xəritədə
Qonaqkənd
Qonaqkənd

Qubanın qədim kəndlərindən biri hesab olunur. Qədim tarixə malik olan bu kənd Sasanilər İmperiyası zamanında İrandan bura köçürülən tat mənşəli əhali burada hələ də yaşayır. SSRİ dövrundə bura ən mühüm hərbi-strateji mövqelərindən biri olmuşdur.

1959-cu ilin dekabr ayına qədər Qonaqkənd rayon mərkəzi olmuşdur. İndiki qəsəbədə vaxtilə bütün dövlət strukturları fəaliyyət göstərib. Hətta "Staxanovçu maldar" adlı qəzet də nəşr edilmişdir.[1]

Coğrafiyası

redaktə

Qəsəbə çayın içində — vadisində yerləşir. Yaşayış məntəqəsinin arxasındakı dağlardan axıb gələn sel suları da qəsəbə üçün həmişə təhlükə yaratmışdır.[1]

2013-cü ildə altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılmışdır.[2]

Təhsil və səhiyyə

redaktə

Hazırda burada 6 məktəb, 2 feldşer-mama məntəqəsi, 1 xəstəxana fəaliyyət göstərir.[1]

Əhalisi

redaktə

Əhalisi tatlardan ibarətdir. Tat dilinin xüsusi ləhcəsində – Qonaqkənd ləhcəsində danışırlar.

Şəxsiyyətləri

redaktə

Vətən müharibəsi şəhidləri

redaktə

Antiterror əməliyyatı şəhidi

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 Qonaqkəndə qonaq gəlin. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine azerbaijan-news.az 10.01.2013  (az.)
  2. "Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (az.). e-qanun.az. 24-09-2013. İstifadə tarixi: 2014-09-14.[ölü keçid]

Xarici keçidlər

redaktə