Qubadlı
Bu məqalə Qubadlı haqqındadır. Rayon üçün Qubadlı rayonu səhifəsinə baxın. |
Qubadlı — Azərbaycanın Qubadlı rayonunun inzibati mərkəzi, Qubadlı şəhər inzibati ərazi dairəsində şəhər.[1]
800 kvadrat kilometr ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Şəhər Bərgüşad çayının hər iki
sahilində yerləşir. İşğaldan əvvəl rayon əhalisi 94 kənd və bir şəhərdə
məskunlaşmışdı. Rayonun əhalisi, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
Şəhər | |
Qubadlı | |
---|---|
39°20′38″ şm. e. 46°34′47″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 477 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 3900 |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktə"Qubadlı" eyni adlı türk tayfasının adıdır. Həmin tayfa hazırda İranda yaşamaqdadır.[2]
Coğrafiyası
redaktəRayon ərazisi Qarabağ yaylasının cənub-şərqində, Həkəri və Bərgüşad çayları hövzəsində yerləşir. Qərbdən Ermənistanla (120 kilometr), şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəddir.
Tarixi
redaktəQubadlı Rusiya imperiyası dövründə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur.[3] Sovet dövründə Qubadlı əvvəlcə Azərbaycan SSR-in Zəngilan rayonunun bir hissəsi idi, sonra isə Qubadlı rayonu yaradılmış və onun inzibati mərkəzi təyin edilmişdir. Şəhər 1923-cü ildən 1930-cu ilə qədər Kürdüstan qəzasının tərkibində olmuşdur. 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində olmuşdu.[4]
Qubadlıya 1962-ci ildə şəhər tipli qəsəbə,[5] 24 iyul 1990-cı ildə şəhər statusu verilmişdir.[6] Burada asfalt zavodu, quşçuluq fabriki, daş karxanası, üç məktəb, iki xalq kitabxanası, mədəniyyət evi, kinoteatr və xəstəxana yerləşirdi.[5] Qubadlı şəhəri Birinci Qarabağ müharibəsi zamanı, 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş, oranın azərbaycanlı əhalisi məcburi köçkün olmuşdur.[6] Azərbaycan şəhəri İkinci Qarabağ müharibəsi zamanı, 25 oktyabr 2020-ci ildə azad etmişdir.[7]
Əhalisi
redaktə"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Qubadlıda hamısı tatar (sonradan azərbaycanlı) olmaqla 326 nəfər yaşayırdı.[3] Hər halda, XIX əsrin ikinci yarısında Qacar hakimiyyətinin təqibindən qaçmış və burada yaşayan qohumlarına sığınan kürdlər Qubadlıya axın etmişdir.[8] 1912-ci il "Qafqaz təqvimi"nə görə, Qubadlı əhaliis 672 nəfər idi və bunların əksəriyyəti tatar idi.[9] 1933-cü ildə Qubadlı Zəngilan rayonunun eyniadlı kənd sovetinin tərkibində idi; Gödəklər, Mahmudlu və Qayalı kəndlərinin daxil olduğu kənd sovetinin əhalisinin 97,1 faizini azərbaycanlılar təşkil edirdi.[4] 1989-cu il SSRİ siyahıyaalınmasına görə şəhərin əhalisi 5,508 nəfər idi.[10]
Tanınmış şəxsiyyətləri
redaktə- Mamed Qəmbərov — Azərbaycan SSR Ali Sovetinin Deputatı. Sosialist Əmək Qəhrəmanı. Xarici Əlaqələr Komissiyasının üzvü. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin XXV qurultayının nümayəndəsi. Lenin Ordeni mükafatçısı. Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978).
- Çingiz İldırım — Azərbaycan SSR Hərbi və Dəniz İşləri Xalq Komissarı (1920).[11]
- Vasili Əliyev — Azərbaycanın Milli Qəhrəmanı[12]
- Niyaməddin Paşayev — Taekvondo, Dünya və Avropa çempionu[13]
- Heydər Məmmədəliyev — Güləş üzrə Dünya Çempionu, 2004-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı
- Şükür Həmidov — Azərbaycanın Milli Qəhrəmanı
- Əliyar Əliyev — Azərbaycanın Milli Qəhrəmanı
- Mais Bərxudarov — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 101
- ↑ 1 2 Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Tiflis: Transcaucasian Statistical Committee. 1893. səh. 251.
- ↑ 1 2 Административное деление АССР [Administrative divisions of the ASSR] (rus). AzUNKHU. 1933. səh. 101.
- ↑ 1 2 ГУБАДЛЫ // Azerbaijani Soviet Encyclopedia. 3. Baku. 1979. səh. 254.
- ↑ 1 2 "Rayon haqqında". Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti (az.). 1 February 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 June 2022.
- ↑ "Минобороны Армении признало потерю Кубатлы" (rus). BBC Russian Service. 26 October 2020. 30 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2020.
- ↑ Həmid, Tural. "Azərbaycan kürdləri". AzLogos. 12 iyun 2020. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2022.
- ↑ Кавказский календарь на 1912 год [Caucasian calendar for 1912] (Russian) (67th). Tiflis: Tipografiya kantselyarii Ye.I.V. na Kavkaze, kazenny dom. 1912. 174. 11 December 2021 tarixində arxivləşdirilib.
- ↑ "Всесоюзная перепись населения 1989 г." www.ethno-kavkaz.narod.ru. 2006-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.
- ↑ Активные борцы за советскую власть в Азербайджане. Азербайджанское гос. изд-во. 1957. 226.
- ↑ Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 90.
- ↑ "TaekwondoData". TaekwondoData. 2019-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.