Qurban Əli oğlu Xəlilov (2 (15) noyabr 1906, Kəlxoran, Cənubi Azərbaycan20 mart 2000, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1969–1985), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1970–1986), Azərbaycan SSR maliyyə naziri (1958–1969) və Azərbaycan SSR yerli sənaye naziri (1956–1958).

Qurban Xəlilov
25 dekabr 1969 – 30 dekabr 1985
ƏvvəlkiMəmməd İsgəndərov
SonrakıSüleyman Tatlıyev
bayraq
Azərbaycan SSR maliyyə naziri
bayraq2
3 noyabr 1958 – 25 dekabr 1969
ƏvvəlkiRza Sadıqov
SonrakıBaxşəli Baxşəliyev
bayraq
Azərbaycan SSR yerli sənaye naziri
bayraq2
14 iyul 1956 – 3 noyabr 1958
ƏvvəlkiSəlim Qasımov
SonrakıDavud Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 2 (15) noyabr 1906
Doğum yeri
Vəfat tarixi 20 mart 2000(2000-03-20) (94 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Uşağı

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı ulduz" ordeni
İmzanın şəkli

Həyatı

redaktə

Qurban Xəlilov 15 noyabr 1906-cı ildə Cənubi Azərbaycanın Kəhralan kəndində (hazırkı Ərdəbil) fəhlə ailəsində anadan olmuşdur.[1] 1908-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Əmək fəaliyyətinə 1920-ci ildə Keşlədə başlamışdır. 1923-cü ildə fabrik-zavod məktəbinə daxil olmuş və 1926-cı ildə həmin məktəbi bitirərək Montin adına zavodda tornaçı köməkçisi vəzifəsində işləməyə başlamışdır. O, burada Sov.İKP üzvlüyünə qəbul edilmişdir.[2]

Qurban Xəlilov 1928-ci ildə Azərbaycan Neft İnstitutuna daxil olmuş[2] və 1933-cü ildə oranı bitirmişdir. 1932–1935 və 1937-ci illərdə Bakıda S. M. Kirov adına zavodda mühəndis, sex rəisi işləmişdir. 1935–1936-cı illərdə Sovet Ordusunda xidmət etmiş, 1937–1942-ci illərdə leytenant Şmidt, S. M. Kirov, F. Dzerjinski adına maşınqayırma zavodlarının direktoru, 1942–1945-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin katibi vəzifəsində çalışmışdır.[3]

Qurban Xəlilov "Azneft", "Azərneftkəşfiyyat" birliyinin rəis müavini, tikinti trestinin müdiri, Naxçıvan MSSR-də tikinti idarəsinin rəisi, Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin müavini (1945–1955) işləmişdir. 1955-ci ildən Bakı Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1956–1958-ci illərdə[4] Azərbaycan SSR yerli sənaye naziri, 1958–1969-cu illərdə Azərbaycan SSR maliyyə naziri olan Qurban Xəlilov 1969–1985-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, paralel olaraq 1970-ci ildən SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifələrində işləmişdir.[1]

Sov.İKP 24–27-ci qurultaylarının, Azərbaycan Kommunist Partiyasının 13, 14, 19, 22–31-ci qurultaylarının nümayəndəsi olmuşdur. 1970–1986-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının 1985-ci ildəki 31-ci qurultayında Mərkəzi Komitənin üzvü seçilmişdir.[1]

1926-cı ildən Sov.İKP-nın üzvü, 1971–1986-cı illərdə Sov.İKP Mərkəzi Təftiş Komissiyasının üzvü, SSRİ Ali Sovetinin (8–11-ci çağırış)[3], Azərbaycan SSR Ali Sovetinin (2, 5–11-ci çağırış) deputatı olmuşdur.[1]

 
Qurban Xəlilovun Bakıdakı xatirə lövhəsi

Qurban Xəlilov 20 mart 2000-ci ildə Bakıda vəfat edib.[5]

Təltifləri

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 4 Хәлилов Гурбан Әли оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 75.
  2. 1 2 Гурбан Әли оғлу Хәлилов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 273.
  3. 1 2 Халилов Курбан Али оглы // Большая советская энциклопедия[в 30 т.]. Франкфурт — Чага (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1978. ст. 174.
  4. Khalilov, Kurban Aliogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 258.
  5. Xəlilov Qurban Əli oğlu // Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 96.

Xarici keçidlər

redaktə