Rüstəm xan Sipəhsalar
Rüstəm xan Bicən bəy oğlu Saakadze (gürc. როსტომ-ხან სააკაძე) (d. 1588 — ö. 1643) — Təbriz bəylərbəyi, Səfəvilər ordusunun komandanı.
Rüstəm xan Sipəhsalar | |
---|---|
Rüstəm хan Bicən bəy oğlu Saakadze gürc. როსტომ-ხან სააკაძე | |
Vəzifədədir | |
1630-cu ildən | |
Əvvəlki | Zaman bəy |
Sonrakı | Mirfəttah Qumaşei |
1631 – 1643 | |
Əvvəlki | Zeynal xan Şamlı |
Sonrakı | Murtuzaqulu xan Qacar |
1635 – 1643 | |
Əvvəlki | II Pirbudaq xan Pörnək-Türkman |
Sonrakı | II Pirbudaq xan Pörnək-Türkman |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Səfəvilər dövləti |
Vəfat səbəbi | edam |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Bican bəy Saakadze |
Uşaqları | Səfiqulu xan, Bican bəy |
Dini | şiəlik |
Rütbəsi | general |
Həyatı
redaktəRüstəm xan Bicən sultan oğlu 1580-ci ildə anadan olmuşdu.
Rüstəm xan 1635-ci ildə Şah Səfi tərəfindən Azərbaycana bəylərbəyi təyin edilmişdi.
ХVII yüzilin 30-cu illərinin əvvəllərində Osmanlı dövlətinin də Şərq sərhədlərində vəziyyət o qədər yaxşı deyildi. Sərhəd mahallarının hakimlərində mərkəzdənqaçma meyli olduqca güclənmişdi. Bu mahalların bəzilərində yaşayan kürdlər belə bir iç durumdan istifadə edərək Osmanlı və Səfəvi dövlətləri arasında manevr edib onların hər ikisinə zərbə vururdular. Osmanlı dövlətinə tabe olan Həkkari kürdlərinin xəyanəti və öyrətməsi ilə Azərbaycan bəylərbəyi Rüstəm xan Vanı mühasirəyə aldı, ancaq Diyarbəkir hakimi Murtuza paşa və Ərzurum hakimi Xəlil paşanın köməyə gəlməsi ilə mühasirədən əl çəkib geri döndü.
Sipəhsalar Rüstəm xan, Molla Kamal, qullarağası Rüstəm bəy də güclü ordu ilə Tiflis şəhərinə daxil oldular. Təhmuraz bu xəbəri eşidib Davud xanla Başıaçığa qaçsa da, Başıaçığın sərhəd-dində Rüstəm xanın ordusu onlara çatıb əsgərlərinin çoxunu qətl edilər və xeyli əsir ələ keçi-rərək geri, Kaxetə qayıdıb vilayətin idarəsini qullarağası Rüstəm bəyə tapşırdı. Alvar və Qori qalalarında tikinti-təmir işləri aparılıb daha da möhkəmləndirildi. Qoridə on iki top yerləş-dirib, qalaya Səfiabad adı verildi. Sipəhsalar Rüstəm xanın başçılıq etdiyi ordu Şahın əmri ilə h.1043-cü ildə Gürcüstandan Vana doğru yola düşdü[1]
Molla Kamal yazır ki, Sipəhsalar Rüstəm xan da 1633-cü ilin iyulunda Gürcüstandan çıxıb, Vana gəlmişdi, 1633-cü ilin avqust ayının ortalarında Van qalası muhasirəyə alındı. Sipəhsalar Rüstəm xanın əmrilə İsfahan tüfəngçilərinin minbaşısı Mir Fəttahın tüfəngçiləri yayılmış atəş ilə Osmanlılardan min nəfəri yaraladılar. Ilk uğurlu zərbələrdən istifadə edən şah qoşunları Qotur qalasını ələ keçirib, oraya bir dəstə tüfəngçi yerləşdirdilər. Yüksək rütbəli əmirlər Rüstəm xan Sipəhsalar ilə birlikdə 1633-cü il dekabr ayının 21-də Təbrizdə Şah Səfəvinin yanına gəlib, yeni hərbi əməliyyat tapşırıqları aldılar. O cümlədən Çuxursəd əmir-ül-ümərasının qardaşı Qacar qorçularının yüzbaşısı Hüseynəli bəy və bir çox başqa əmirlər vuruşmada səhlənkarlıq etdikləri üçün şahın əmri ilə öldürüldülər. Səfəvilərin orduda yaratdıqları ciddi intizam uğurlarına çox böyük təsir etdi. Nəhayət, Van qalası ətrafında vuruşmada Osmanlı ordusu məğlub olub, Qarsa tərəf geri çəkildilər.
H.1043-cü ildə Tiflisdə olan sipəhsalar Rüstəm xan Gürcüstanın döyüş sursatını, ərzaq ehtiyatını qeydiyyata alaraq, Qori və Aladerd qalasında yerləşdirdi, qalalarda tikinti-bərpa işləri görərək, onları möhkəmləndirdi. Mərkəzdən göndərilən buyruğa əsasən vilayət Səlim xan Şəmsəddinliyə tapşırıldı. Şəmsəddinli əmirləri, əsgərləri Azərbaycan mahalında yurt və məqamları olan Silsüpür, Şahsevən, Şamlı, Avşarın bir çox obaları da Kaxetə göndərildilər. Onlar Gürcüstanda yerləşibsabitlik yaratmalı, Van istiqamətindən Naxçıvan və Şərur tərəfə qarət məqsədilə yürüşlər edib sərhəd münaqişəsi törədən kürdlərin də qarşısını almalı idilər. Gürcüstandakı ixtişaşlara son qoyulub sabitlik yaradıldıqdan sonra Rüstəm xanın ordusuna Vanın tutulması tapşırılmışdı[2].
H.1044-cü ildə Dadyan vilayətinin valisi Ləvənd xan bacısı Titifalini Rüstəm xana nişanlayıb sədaqətli bəndə zümrəsinə daxil olub dövlətə sığındıqda, Başıaçıq hakimi Təhmurazla ittifaqa girib bu nikah müqaviləsini pozmaq üçün Dadyana hücum etməyi qərara aldılar. Rüstəm xan bu hadisədən xəbərdar olduqda dərhal Qarabağ, Şirvan və Kartli əmirləri ilə birlikdə bu fitnəni dəf etmək üçün Başıaçığın əsas dayaq məntəqəsi Altunqalaya hərəkət etdi. Bu zaman Ərdəhan hakimi Səfər paşanın Başıaçığa kömək üçün göndərdiyi ordu da gəlib çatmış və ilk döyüş əməliyyatında Rüstəm xanın qoşunu pərişan olsa da, döyüşün sonrakı ge-dişində qələbə çalmışdılar. Dadyan ordusu da döyüşə girdikdən sonra əks tərəfin bir çox sərkərdəsi, 2–3 min əsgəri öldürüldü. Qələbədən sonra Ləvənd xan bacısını yaxınları və müha-fizə dəstəsi ilə Rüstəm xanın ordugahına yola saldı. Ona fəxri xələt və yüyəni, yəhəri qızılla işlənmiş at hədiyyə göndərildi. I Şah Səfinin buyruğu ilə Təbrizdə Ləvənd xanın adına Dadyan valisi olması haqqında yeni fərman yazılıb göndərildi[3]
Sipahsalar, divanbəyi, tüfəngçiağası Rüstəm xanın yerinə Şahbəndə xanın oğlu Pirbudaq xan Azərbaycan bəylərbəyi təyin edildi və ona yüksək əmir (sərkərdə) rütbəsi verildi. Divanbəyi vəzifəsi isə Rüstəm xandan alınaraq qardaşı Əliqulu bəyə tapşırıldı[4]
H.1044-cü (m.1634) ildə IV Sultan Muradın top, mancanaq, qoçbaşı ilə təchiz olunmuş ordusunun əsas məqsədi ilk növbədə Təbrizi fəth etmək olsa da, Van qalasını tutduqdan sonra ordu İrəvana doğru hərəkət etdi. Bu barədə Səfəvi sarayına xəbər verildi və dərhal göstərişə uyğun olaraq səfərbərlik keçirildi, qorçular, qulamlar, tüfəngçilər Təbrizdə sipahsalar Rüstəm xanın düşərgəsinə gələrək onun başçılığı altında birləşdilər. Bütün istiqamətlərdə Osmanlı or-dusunun qarşısının alınması barədə qərar qəbul olundu[5]
Sipahsalar Rüstəm xanın ordusu Təbrizə yaxınlaşıb osmanlılarla savaşa girdikdə, qızılbaş qazilərindən ehtiyat edən Sultan Murad Təbrizdə üç gündən artıq qala bilmədi. Səlmas istiqamətində geri çəkilməyə məcbur oldu və İstanbula qayıtdı[6] İ. K. Pavlovanın yazdı-ğına görə, İran ordusunun Təbrizi mühasirə etməsi nəticəsində şəhərdə aclıq başlanmış və bu da osmanlıları qalanı təslim etməyə məcbur etmişdi[7]
II Şah Abbas Səfəvi 1643-cü ildə Rüstəm xanı vəzifədən çıxarıb öldürdü.
Ailəsi
redaktəRüstəm xanın Bicən sultan, Tağı sultan adlı oğulları vardı.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Do ketabe nəfis əz mədareke əvvəliyye. Tarix-i Səfəviyyan, Xülasət ət — təvarix. Tarix-i Molla Kamal, Ərak, h.1334, 127 s. səh. 87.
- ↑ İsgəndər bəy Münşi Turkman və Məhəmməd Yusif Movərrex. Zeyl-i tarix-i alamara-yi Abbasi. Tehran: Çarxane-yi İslami, h.1317, 420 s. 134
- ↑ İsgəndər bəy Münşi Turkman və Məhəmməd Yusif Movərrex. Zeyl-i tarix-i alamara-yi Abbasi. Tehran: Çarxane-yi İslami, h.1317, 420 s. 158, 159
- ↑ İsgəndər bəy Münşi Turkman və Məhəmməd Yusif Movərrex. Zeyl-i tarix-i alamara-yi Abbasi. Tehran: Çarxane-yi İslami, h.1317, 420 s. səh. 161, 165, 166.
- ↑ İsgəndər bəy Münşi Turkman və Məhəmməd Yusif Movərrex. Zeyl-i tarix-i alamara-yi Abbasi. Tehran: Çarxane-yi İslami, h.1317, 420 s. səh. 168.
- ↑ İsgəndər bəy Münşi Turkman və Məhəmməd Yusif Movərrex. Zeyl-i tarix-i alamara-yi Abbasi. Tehran: Çarxane-yi İslami, h.1317, 420 s. səh. 172.
- ↑ Павлова И.К. Хроника времен Сефевидов (Сочинение Мухаммед Масума Исфахани "Хуласат ас-сияр"). Москва: ВО "Наука", Издателъская фирма "Восточная литература", 1993, 120 с. səh. 69.