Səməd bəy Mehmandarov

Azərbaycan hərb xadimi, tam artilleriya generalı

Səməd bəy Sadıq bəy oğlu Mehmandarov (16 oktyabr 1856, Lənkəran, Lənkəran qəzası12 fevral 1931, Bakı) — Rusiya İmperator ordusunun tam artilleriya generalı;[1] Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü; Azərbaycan Xalq Cümhuriyyəti Hərb naziri; Azərbaycan SSRSovet İttifaqı hərbi xadimi.[2]

Səməd bəy Mehmandarov
26 dekabr 1918 – 30 mart 1920
ƏvvəlkiFətəli xan Xoyski
Sonrakıvəzifə ləğv olunub
bayraq
Azərbaycan Xalq Cümhuriyyəti hərbi nazirinin müavini
bayraq2
1 noyabr 1918 – 26 dekabr 1918
NazirFətəli xan Xoyski
Əvvəlkivəzifə təsis edildi
SonrakıƏliağa Şıxlinski
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1856(1856-10-16)
Doğum yeri
Vəfat tarixi 12 fevral 1931(1931-02-12) (74 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Hərbi xidmət
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı, Rusiya imperiyası
Qoşun növü artilleriya[d]
Döyüşlər
Rütbəsi general

Təltifləri III dərəcəli Müqəddəs Georgi ordeni 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni Order of St. Alexander Nevsky with swords Knight of the Order of St. Alexander Nevsky Müqəddəs Aleksandr Nevski ordeni Ağ Qartal ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni 1-ci dərəcəli "Müqəddəs Anna" ordeni qılınclı 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni qılınclı 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni qılınclı 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni "İgidliyə görə" qızıl qılıncı Medal "For the Conquest of the Khanate of Kokand" "Rus-yapon müharibəsinin xatirəsinə" medalı "III Aleksandrın xatirəsinə" medalı "Çində hərəkata görə" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rus-Yapon müharibəsinin iştirakçısı olan Mehmandarov 1904–1905-ci illərdə Port-Artur qalasında artilleriya divizionuna komandanlıq etmişdir. Birinci Dünya müharibəsi zamanı əvvəlcə piyada diviziyasına, sonra isə ordu korpusuna rəhbərlik etmişdir. Çar ordusundakı xidmətinə görə müxtəlif orden və medallarla, o cümlədən "Müqəddəs Georgi" ordeninin 3-cü və 4-cü dərəcələri və “Şücaətə görə” qızıl silahla təltif olunmuşdur. Böyük Britaniyanın "Müqəddəs Maykl və Georgi" ordeninin "Böyük Xaçı" ilə də mükafatlandırılmışdır.[3][4][5]

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra o, Cümhuriyyət hökumətinə hərbi xidmətə dəvət edilmiş, Azərbaycan hökumətinin üçüncü, dördüncü və beşinci kabinetlərində hərbi nazir vəzifəsində çalışmışdır. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Mehmandarov hərbi məktəblərdə dərs vermiş, Azərbaycan Hərbi və Dəniz İşləri Xalq Komissarlığında xüsusi tapşırıqlar üzrə müşavir kimi çalışmışdır. 1928-ci ildə təqaüdə çıxmışdır.[6]

Ailəsi

redaktə

Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan biri ondan ibarətdir ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi və mülkü vəzifələrdən biri də mehmandar vəzifəsi idi. Onun vəzifəsi xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerinə gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762–1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələri sonralar Mehmandarov soyadını qəbul etmişlər. Mehmandarovların bir qolu sonralar Lənkəran şəhərinə köçmüşdü. Şuşada doğulan Mirzə Sadıq bəy Mehmandarov Peterburqda hüquq fakültəsini bitirmişdi və orada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olmuşdur. Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsində işləməyə dəvət etmiş və sonradan Mirzə Sadiq bəy Talışınskilərlə evlənmişdir.[7][8] Mirzə Sadıq bəy bir müddət sonra burada Lənkəran qəzasının Muğan məhkəmə icraçısı vəzifəsini tutmuş və titul müşaviri rütbəsinə malik olmuşdur.[9]

Səməd bəy Mehmandarov 1844-ci ildə Lənkəranda dünyaya gəlmişdir.[10]

Mehmandarov Kiyev zadəganlarından olan Yelizaveta Nikolayevna Teslavla ailə həyatı qurmuş, lakin cütlüyün uzun müddət övladı olmamışdır. 1908-ci ilin noyabr ayının 18-də Mehmandarovun uzun illərdən sonra bir oğlu olmuşdur. Mehmandarovun oğlunun adını Pir qoymuşdur. Hərb tarixçisi Şəmistan Nəzirli Pir (sonradan İqor adını almışdır)[a] Mehmandarov ilə Bakıda görüşmüşdür. Məlum olmuşdur ki, İqor və anası Yelizaveta Nikolayevna 1930-cu illərin əvvəllərindən sistemli şəkildə Sovet İttifaqı tərəfindən təzyiqə məruz qalıb. Ailə birinci 1930-cu ildə Sankt-Peterburqa köçməyə məcbur olsa da, burada polis və gizli polisin təzyiqlərinə məruz qalırlar. Ailə 1937-ci ildə Saratova, 1941-ci ildə isə Sibirə sürgün edirlər. Sibirə sürgünə gedərkən Yelizaveta Mehmandarova almanlar tərəfindən partladilan qatarda vəfat edir. Sürgündən sonra İqor uzun müddət Kalininqradda yaşayır və 1977-ci ildə Azərbaycan rəhbərliyinin dəvəti ilə Bakıya dəvət edilmiş və burada yaşamağa başlamışdır. Azərbaycan müstəqilləşdikdən sonra həm İqor, həm də anası üçün Sankt-Peterburq və Saratov prokurorluğu ilə əlaqə saxlanılıb və onlara rəsmi sənəd alınmışdır.[11][12] İqor Mehmandarovu Bakıya dəvət edən Heydər Əliyev ailənni yaşaması üçün ev də vermişdi. Səməd bəyin yeganə övladı olan İqor ilə həyat yoldaşı İza Polaginanın övladı olmamışdır. İqor 1989-cu ildə vəfat edib və Yasamal qəbirstanlığında bastırılmışdır. Özü də general-mayor İvan Kulaqinin qızı olan İza Şəmistan Nəzirlinin 2017-ci ildə verdiyi məlumata görə yaşamaqda idi.[13][14] Onun atası İvan Kulaqin Aprel işğalını həyata keçirən XI Qızıl Ordunun tərkibində olmuş, II Dünya müharibəsi zamanı 35-ci Lozovski atıcı diviziyasına komandanlıq etmiş, müahribə bitdikdən sonra isə Sovet Azərbaycanında xidmət etmişdir.[15]

Hərbi karyerası

redaktə

İlkin dövr

redaktə

Səməd bəy Mehmandarov Qarabağın nüfuzlu bəy nəslindən idi. Atası, Mirzə Sadıq bəy Mehmandarov, xidmətlə əlaqədar olaraq 1840-cı illərin əvvəlində Şuşadan Lənkərana köçmüş, burada Lənkəran qəza idarəsinin Muğan pristavı vəzifəsini tutmuş və titul məsləhətçisi rütbəsinə sahib olmuşdur. 16 oktyabr 1855-ci ildə Lənkəranda anadan olan Mehmandarov ümumi təhsilini Bakı gimnaziyasında almışdır. 1 sentyabr 1873-cü ildə Sankt-Peterburqda yerləşən 2-ci Konstantinov Hərbi Məktəbinə yunker kimi hərbi xidmətə başlamışdır.[16] Məktəbi bitirdikdən sonra 1875-ci ildə praporşik rütbəsi ilə 1-ci Türküstan artilleriya briqadasına göndərilmiş, burada 3-cü batareyada dağ taqımına komandanlıq etmiş,1875-ci ilin noyabrından 1876-cı ilin fevralına qədər Kokand xanlığına yürüşdə qatılmışdır. 12 oktyabr 1876-cı ildə "Matçin dağlılarına qarşı yürüşdə göstərdiyi xidmətlər və zəhmətə görə" 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunmuşdur. Kokand xanlığının fəthinə görə medala layiq görülmüşdür. 1876-cı ilin dekabrında podporuçik, 1877-ci ilin dekabrında isə poruçik rütbəsinə yüksəlmişdir. 1879-cu ilin payızında Səməd bəy Sankt-Peterburqda yerləşən 2-ci artilleriya briqadasına ezam olunmuşdur. 13 mart 1881-ci ildə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmiş, 25 oktyabr tarixində 2-ci artilleriya briqadasına keçirilmişdir. 29 noyabr 1882-ci ildə ştabs-kapitan rütbəsinə yüksəldilmişdir. 17 iyun 1885-ci ildə Qafqazda yerləşən 38-ci artilleriya briqadasına köçürülmüş və burada doqquz il xidmət etmişdir. 8 iyuldan 8 noyabr 1887-ci ilə qədər Qafqaz Hərbi Dairə Məhkəməsinin üzvü olmuşdur. 31 avqust 1889-cu ildən 2-ci yarımbatareyanın komandiri və 4-cü batareyanın təsərrüfat işləri üzrə müdiri vəzifəsini icra etmişdir. 16 dekabr 1890-cı ildə kapitan rütbəsinə layiq görülmüş, qısa müddət sonra, yəni 21 may 1891-ci ildə 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdir.[17]

30 sentyabr 1894-cü ildə 38-ci artilleriya briqadası Varşava Hərbi Dairəsinə göndərilmiş, 12 noyabr 1894-cü ildən 25 fevral 1895-ci ilə qədər briqada məhkəməsinin üzvü, 25 fevral 1895-ci ildən 22 mart 1896-cı ilə qədər isə briqada məhkəməsinin sədri olmuşdur. 22 yanvar - 1 iyun 1896-cı illərdə müvəqqəti olaraq Varşava Hərbi Dairə Məhkəməsinin üzvü olmuş, 14 may 1896-cı ildə 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdir.[18] 22 iyul tarixində "xidmətdə faydası üçün" 6-cı batareyaya ezam olunmuş, 11 noyabrda isə 3-cü batareyaya göndərilib batareya təsərrüfatının müdiri təyin olunmuşdur. 22 aprel - 26 sentyabr 1897-ci illərdə müvəqqəti olaraq 3-cü batareyaya komandanlıq etmişdir. 1 yanvar 1898-ci ildə Səməd bəy podpolkovnik rütbəsinə yüksəlmiş və 3-cü atıcı artilleriya divizionunun 2-ci batareyasına komandir təyin edilmişdir.[1]

1-ci batareyanın Zabaykalyaya köçürülməsi və adının dəyişdirilərək 2-ci Zabaykal artilleriya divizionu adlandırılması ilə əlaqədar olaraq, 17 aprel 1898-ci ildə Səməd bəy batareya ilə birlikdə Zabaykal artilleriya divizionuna ezam olunmuşdur.[19] 23 avqust 1898-ci ildə batareyası ilə xidmət yeri olan Zabaykal vilayətinin Nerçinsk şəhərinə gəlmişdir. 24 sentyabr 1899-cu ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni ilə təltif olunmuşdur.[1][2][16]

1900–1901-ci il Çində İxetuan üsyanının yatırılmasında iştirakı

redaktə

1900-cü il iyulun 2-dən 1901-ci il martın 26-dək Mehmandarovun batareyası general-mayor P. Rennenkampfın ümumi komandanlığı altında olan dəstənin tərkibində Zabaykal artilleriya divizionuna aid edilərək "Çin yürüşü" adlandırılan və “Boksçulər üsyanını” yatırmaq məqsədi güdən kampaniyada iştirak etdi. Əliağa Şıxlinskinin xatirələrinə görə, bu kampaniya zamanı Mehmandarov Rennenkampf tərəfindən mühasirədə olan Tsiqitsar şəhərinin cənub qapıları qarşısında dayanaraq çıxmağa cəhd edən qoşunları məhv etmək əmri almışdı, lakin Çin qoşunları silahsız çıxırdılar:[20]

Mehmandarovun yanından keçən Çin qoşunları silahsız idi. Rennenkampfın onları atəşə tutmaq əmri aldıqdan sonra Mehmandarov cavab verdi ki, silahsız insanlara qarşı atəş aça bilməz. Lakin əmri pozacağı təqdirdə hərbi məhkəmə ilə təhdid olunan yeni bir əmrlə üzləşdi. Mehmandarov bir neçə dəfə atəş açdı, lakin silahsız insanların başı üzərindən. Çinlilər dərhal şəhərə geri qayıtdılar...

Çinlilərə qarşı döyüşlərdə göstərdiyi fərqlənmələrə görə 1901-ci il yanvarın 31-də Mehmandarov ən ali fərmanla polkovnik rütbəsinə yüksəldi.[21] Həmin ilin avqustun 18-də Priamur hərbi dairəsinin qoşunlarının komandanının sərəncamı ilə Xulançen şəhərinə göndərildi və burada Zasunqariya bölməsinin hissələrinə komandanlıq etdi. 1902-ci il mayın 14-dən iyulun 17-dək müvəqqəti olaraq Zabaykaliya artilleriya divizionuna rəhbərlik etdi. 1903-cü il fevralın 1-də isə Çarskoe Seloda yerləşən Zabitlərin Artilleriya Məktəbinin dəyişən tərkibinə daxil edildi. Mehmandarovun batareyasına onun olmadığı dövrdə müvəqqəti olaraq kapitan Əliağa Şıxlinski rəhbərlik edirdi. Zabitlərin Artilleriya Məktəbində kursu fərqlənmə ilə başa vurduqdan sonra Mehmandarov 1903-cü il oktyabrın 1-də Zaboykaliyaya qayıtdı və 2-ci batareyaya yenidən rəhbərlik etməyə başladı.[22] Oktyabrın 14-də “Çinlilərə qarşı döyüşlərdə fərqləndiyinə görə” “Şücaətə görə” yazılı qızıl silahla təltif edildi.[23]

Rus-Yapon müharibəsində iştirakı

redaktə
 
Mehmandarov 1904-cü ildə.

1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib, "Retvizan", "Sesareviç" zirehli gəmilərini və "Pallada" kreyserini yandırdılar. Müharibə başlandı. Səhərisi, Səməd bəy Mehmandarovu yeddinci Sibir atıcı topçu divizionun komandiri təyin etdilər. Bu quru qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi.[24]

Rus-yapon müharibəsi başladıqdan sonra, 1904-cü il fevralın 18-də ali fərmanla Səməd bəy Mehmandarov 7-ci Şərqi Sibir atıcı artilleriya divizionunun komandiri təyin edildi.[25] Onun bioqrafiyasında Port-Arturun qəhrəmancasına müdafiəsi xüsusi yer tutur. Bu əməliyyat zamanı quru müdafiə xətti üç cəbhəyə bölünmüşdü. Artilleriya atəşinin idarə edilməsini təkmilləşdirmək məqsədilə hər cəbhəyə artilleriya komandirləri təyin edilmiş və onların nəzarətində qərargahlar yaradılmışdı. Polkovnik Mehmandarov Şərq cəbhəsinin artilleriya rəisi təyin edildi və Port-Arturun müdafiəsi boyunca ön mövqelərdə iştirak etdi. Bura, Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar ən güclü qüvvəni də buraya yeritmişdilər.[24] Port-Artur qəzetinin ("Yeni Krai") əməkdaşı P. N. Larenkonun gündəliyindən:[26]

Polkovnik Mehmandarov (sağ cinahın bütün artilleriyasının komandiri) və podpolkovnik Stolnikov şəxsi təhlükəyə qarşı təəccüblü bir laqeydlik göstərir, bombardmanlar zamanı toplar arasında gəzərək partlayan mərmiləri sanki görmür, bununla digərlərinə də ruh verirdilər. Birincisi, bir Qafqazlı kimi cəsur, ikincisi isə dindar insan kimi tale ilə sakit və fədakarcasına barışıqdır.

1904-cü il oktyabrın 13-də, növbəti yapon hücumu zamanı üçüncü istehkamda olan polkovnik Mehmandarov kontuziya aldı. P. N. Larenkonun gündəliyindən:[27]

Yaralı zabitlərlə söhbətdən polkovnik Mehmandarov haqqında bir sıra məlumatlar öyrəndim. O, özünə tələbkar, cəsur və tabeliyində olanlara qarşı ciddi olan bir insandır, onlara şəxsi cəsarət nümunəsi göstərməyi tapşırır. Temperamentli biri olaraq, özünü olduqca sərt ifadə edir. O, yalnız əsaslı şəkildə qürurlu, şücaətlərə qadir olan insanlara dəyər verdiyini və karyerist zabitlərin əsas arzusunun canlarını qurtarmaq və ləyaqətsiz orden almaq olduğunu deyir. Tolstoyun ‘zülmə müqavimət göstərməmə’, ‘öldürməmək’ kimi ideyalarını bəhanə edib qorxaqlığı ört-basdır edənlərə nifrət edir və bu cür şəxslərin hərbi xidmətə daxil olmasından narazıdır.

Əliağa Şıxlinski Mehmandarovun qorxmazlığı barədə yazırdı:

  Oktyabrın on dördündə qala top atəşinə tutulan zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe yaponlar tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetrlik xırda dəniz topuna qədər müxtəlif toplarla atəşə tutulmuşdu. Həm də bu mövqe yaponların tüfəng və pulemyot atəşi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altıdüymə mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma yaralanmadı. Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük bir soyuqqanlılıqla cibindən ağ dəsmalını çıxarıb, təzə paltosunun üzərinə sıçrayan palçığı silməyə başladı.  

22 oktyabr 1904-cü ildə yaponlara qarşı göstərdiyi xidmətlərə görə Mehmandarov general-mayor rütbəsinə yüksəldildi.[28] 24 oktyabr 1904-cü ildə o, yaponlara qarşı göstərdiyi igidlik və cəsarətə görə 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edildi. Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Rusların inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular. İkinci ağır zərbə isə dekabrın ikisində oldu. Komandan general Roman Kondratenko həlak oldu. Onun yerinə general Fok komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll edən Drakonovıy Xrebet dağını ələ keçirdilər. Port-Arturun komendantı general Stessel qalanı dərhal düşmənə təslim etmək üçün hərbi şuranın iclasını çağırdı. Şurada iştirak edən bəzi komandirlər Stesselin təklifinə şərik oldular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və bir qrup zabitlər təslim olmağa qəti etiraz etdilər. Bu zabitlər bildirirdilər ki, yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar.[24][29][16][30] Lakin qalanın 20 dekabrda təslim edilməsindən sonra bütün Rusiya qarnizonu əsir götürüldü. Yaponlar general və zabitlərə döyüşdə iştirak etməmək şərti ilə vətənə qayıtmağı təklif etdilər. Çoxları bu şərti qəbul edib geri qayıtdı, lakin aralarında Səməd bəy Mehmandarovun da olan bir qrup zabit bu şərti rədd edərək əsgərlərlə taleyi bölüşməyə üstünlük verdi. P. N. Larenkonun gündəliyindən:[31]

Dünən yapon artilleriya rəisi qərargahı ilə birlikdə qalaya gəldi və mühasirə zamanı general-mayor rütbəsinə yüksəlmiş polkovnik Mehmandarovla görüşdü. Onlar Mehmandarov haqqında çoxlu xoş sözlər söylədilər. Bildirdilər ki, Port-Artur döyüşlərində böyük itkilər veriblər – təxminən 25 min nəfər, çoxlu yapon silahları məhv olub və onların işini yalnız [rus ordusunun] mərmilərin azlığı asanlaşdırıb. General Mehmandarov əsirliyə yollandı; o, qətiyyətlə təslim olmanın və “evə” qayıtmanın əleyhinə idi.

 
General-mayor Səməd bəy Mehmandarov

23 dekabr 1904-cü ildən 18 noyabr 1905-ci ilədək Mehmandarov Naqoyada əsirlikdə idi. 1905-ci il yanvarın 4-də yaponlara qarşı döyüşlərdə göstərdiyi xidmətlərinə görə 1-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edildi. Yapon əsirliyindən Vladivostoka 20 noyabr 1905-ci ildə "Tambov" paroxodu ilə geri qayıtdı. Əsirlikdə keçirdiyi müddət xidmət vaxtı hesab olundu.[32]

13 dekabr 1905-ci ildə 75-ci artilleriya briqadasının, daha sonra 7-ci Şərqi Sibir atıcı artilleriya briqadasının komandiri təyin edildi. 1906-cı ilin fevralında Mehmandarov Port-Artur üzrə təltiflərin nəzərdən keçirilməsi komissiyasının işində iştirak etmək üçün Sankt-Peterburqa göndərildi. 1906-cı ilin iyulundan 1907-ci ilin iyulunadək 7-ci Şərqi Sibir piyada diviziyasının komandiri vəzifəsini və 3-cü Sibir ordu korpusunun artilleriya rəisi vəzifəsini icra etdi.[25] 1907-ci il iyulun 15-də 3-cü Sibir ordu korpusunun artilleriya rəisi vəzifəsinə təsdiq edildi.[33] Sentyabr 1907-ci ildən Sankt-Peterburqda altı aylıq məzuniyyət dövründə hərbi nazirin əmri ilə Port-Arturun təslim edilməsi üzrə Ali hərbi-kriminal məhkəmənin iclaslarında iştirak etməsi tapşırıldı. 1908-ci il iyulun 13-də xidmətdəki fərqlənmələrinə görə general-leytenant rütbəsinə yüksəldildi və 3-cü Sibir ordu korpusunun artilleriya rəisi vəzifəsinə təsdiqləndi.[25] 1910-cu il mayın 24-də 1-ci Qafqaz ordu korpusunun artilleriya inspektoru təyin edildi.[16] O, dəfələrlə korpus komandiri vəzifəsini icra edib. 6 dekabr 1911-ci ildə 1-ci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif edildi. 1913-cü il dekabrın 31-də 3-cü Qafqaz ordu korpusunun 21-ci piyada diviziyasının komandiri təyin edildi.[34]

 
Port Artur müdafiəsinə görə Səməd bəy Mehmandarova verilən xatirə medalı. Azərbaycan Tarixi Muzeyində saxlanılır.

Birinci Dünya müharibəsi illərində

redaktə

Birinci Dünya Müharibəsi başlayan zaman general Mehmandarov Qafqazdan Varşava Hərbi Dairəsinə köçürülmüş 3-cü Qafqaz ordusu korpusunda xidmət etməkdə idi. Mehmandarovun komandanlığı altında olan 21-ci piyada diviziyası Rusiya ordusunun ən yaxşı hissələrindən biri kimi şöhrət qazanmışdı, xüsusilə 81-ci piyada Abşeron və 83-cü piyada Samur alayları fərqlənirdilər.[35] 1914-cü ilin 27–29 sentyabr döyüşlərinə görə, o, 3-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olundu. Təltifnamədən bildirilirdi:[36]

Kozenice döyüşləri zamanı, düşmənin güclü atəşi altında, ona tabe olan diviziyanın 2-ci briqadası ilə birlikdə Visla çayından keçərək üç gün ərzində çayla hər cür dəstəkdən ayrılmış vəziyyətdə sol sahildə möhkəmlənib Alman Qvardiya Korpusunun bir neçə hücumunu dəf edib, briqadasının hər tərəfdən amansız atəşə tutulmasına baxmayaraq, öz birlikləri ilə güclü süngü zərbələri endirib özü hücuma keçdi.

1914-cü ilin 11 dekabr tarixində general-leytenant Mehmandarov 2-ci Qafqaz ordusu korpusunun komandiri təyin olundu.[37] 21-ci piyada diviziyasına 10 dekabrda verdiyi son əmrində o qeyd edirdi:[38]

Şərəfli 21-ci diviziya.

Ali Baş Komandanın göstərişi ilə… mən 2-ci Qafqaz ordusu korpusunun Komandanı təyin olunmuşam.

Bu yüksək və məsuliyyətli vəzifəyə təyin olunmaqla mən igid diviziyanızın sıralarını tərk etməliyəm. Sizinlə, şərəfli qəhrəmanlar, vidalaşaraq, sizə öz vida sözlərimlə müraciət edirəm.

11 aydır ki, xüsusilə son 5 ayda döyüş şəraitində sizə komandanlıq edirəm. Bu müddət ərzində, xüsusən döyüş şəraitində sizləri yaxından tanıdım…

Sizin xidmətiniz bir çox xoş münasibətlərlə qeyd olunub və bütün Rusiyaya məlumdur. Ölkəmizin geniş ərazisinin elə bir guşəsi yoxdur ki, bizim korpus və xüsusilə 21-ci diviziya orada tanınmamış olsun.

Sizə, şərəfli qəhrəmanlara komandanlıq etməyi şərəf sayıram. Sizi kədərlə tərk edirəm, əziz dostlarım…

Sizlərlə vidalaşaraq, ürəkdən səmimi olaraq diviziyanın şərəfli hissələrinə fədakar xidmətləri üçün təşəkkür edirəm.

Almanların hücumu zamanı Rusiya İmperator Ordusunun korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə düşərək Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğunu telefonla xəbər aldı. Səməd bəyin telefonda verdiyi qısa cavabı belə oldu: "Vəziyyət ağırdır. Hücuma keçirəm!". İki böyük ordu birləşməsinin geri çəkildiyi ağır bir vaxtda Mehmandarovun diviziyası böyük bir sürətlə irəliləyən alman ordusuna ağır zərbə vurub onu geri oturtmağı bacardı. Üçgünlük ağır döyüşlərdən sonra İvanqorod şəhərinin hüdudlarına çatıb ona həmlə etdi. Birinci dünya müharibəsi tarixində Mehmandarovun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin sürətli hücum planlarını puça çıxartdı. Eyni zamanda Mehmandarovun uğurlu hücumu ilə geri çəkilən iki rus ordusu mühasirəyə düşmək təhlükəsindən də xilas edildi.. Həmin əməliyyat zamanı general Əliağa Şıxlinski Ali baş komandan tərəfindən səhra toplarının baş müfəttişi yanında xüsusi tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı:[39]

  O zaman rus ordusunda yeni bir silah olan ağır səhra toplarının vəziyyətini yoxlamaq və bu sahədə fəaliyyətə istiqamət vermək üçün qərb cəbhəsinə çağırıldım. Mən yeddi korpusu gəzdim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandarovun korpusunda ağır topların vəzifəsi düzgün başa düşülmüş və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş korpus top müfəttişinin təşəbbüsü yox, məhz mahir topçu olan Mehmandarovun şəxsi təşəbbüsünün nəticəsi idi.  
 
Mehmandarovun şəxsi əşyaları (yəhər çantası və boşqab). Azərbaycan Tarixi Muzeyi (Bakı)

2 yanvar 1915-ci ildə general Mehmandarov 2-ci dərəcəli və qılınclı "Müqəddəs Vladimir" ordeni ilə təltif edildi. 14 fevral 1915-ci ildə Ali fərmanlı və brilyantlarla bəzədilmiş Georgi silahı ilə təltif olundu:[8][40]

1914-cü il 9 və 10 oktyabr tarixlərində, korpus qoşunlarının tərkibində İvanqorod yaxınlığında darmadağın edilmiş Alman ordusunu izləyərək və Poliçno-Boquçinski meşəsində ona köməyə gələn üstün Avstriya qüvvələri ilə qarşılaşdıqda, bizim döyüş mövqeyimizin cinahını mühasirəyə almağa cəhd göstərən düşməni bir neçə süngü zərbəsi və qətiyyətli hücumlarla dayandırmış, şəxsi olaraq döyüş xəttində iştirak edərək dəfələrlə həyatını açıq təhlükə altına atmış və düşmənin cinahına zərbə endirərək onu qaçmağa məcbur etmişdir. 11, 12 və 13 oktyabr 1914-cü ildə isə düşmənin sağ cinahımızı mühasirəyə almağa yönəlmiş çoxsaylı hücumlarını dəf edərək düşmənin bütün cəbhə boyunca təcili geri çəkilməsinə nail olmuşdur. 11 oktyabr 1914-cü il tarixində bir gün ərzində 1 qərargah zabiti, 16 kiçik zabit, 670 aşağı rütbəli əsgər əsir almış və 1 pulemyot ələ keçirilmişdir.

Bu təltif çox nadir verilənlərdən idi və Birinci Dünya Müharibəsi ərzində belə bir mükafata yalnız səkkiz nəfər layiq görülmüşdü.[41]

22 mart 1915-ci ildə Səməd bəy Mehmandarov artilleriya generalı rütbəsinə yüksəldildi.[42] Onun korpusu Alman qoşunlarına qarşı ən ağır döyüşlərdə, o cümlədən Prasnış, San, Xolm və Vilnüs yaxınlığında, həmçinin Svençyanı bölgəsində alman qoşunlarının cəbhənin yarılması üçün etdiyi hücumun qarşısının alınmasında iştirak etdi. 2-ci Qafqaz ordusu korpusu iki əlavə piyada diviziyası ilə gücləndirildi və bu birləşmə "Mehmandarovun qrupu" adlandırıldı. General Mehmandarovun qrup qoşunlarına verdiyi əmrdən:[43]

...bütün komandir heyətindən iradənin möhkəmliyi, cəsarət, qətiyyət, çeviklik, şəxsi təşəbbüs və düşünülmüş idarəçilik tələb edirəm;

qrupun bütün bölmələrinə təhkim edilmiş müdafiə sahələrini tam güc səviyyəsinə qədər müdafiə etmələrini və bütün vasitələrin tükənməsinə qədər müqavimət göstərmələrini tapşırıram;

məsuliyyəti bölmə komandirləri və diviziya komandirlərinin üzərinə qoyuram;

bölmələrdə nizam-intizamın gücləndirilməsinə və qaydanın saxlanmasına xüsusi diqqət yetirilməlidir, çünki bunlarsız heç bir uğur mümkün deyil; polk komandirlərinə öz bölmələrinə yaxın olmağı və mümkün qədər tez-tez səngərləri ziyarət etməyi tövsiyə edirəm;

döyüş zamanı qarışıqlıq yaranarsa, nizamı bərpa etmək üçün dərhal diviziya komandirləri və ya briqada komandirləri hərəkətə keçməlidirlər.

9 aprel 1915-ci ildə Səməd bəy Mehmandarov qılınclı "Ağ Qartal" ordeni, Rusiyanın ali “Ağ qartal” ordeni ilə birinci dəfə azərbaycanlılardan 1888-ci ildə ilk vitse-admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov (1822-1900), ikinci dəfə tam süvari generalı Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski (1863-1919), sonuncu – üçüncü dəfə isə Səməd bəy Sadıq bəy oğlu Mehmandarov təltif olunmuşdur[44]}} həmin ilin 15 oktyabrında isə qılınclı "Müqəddəs Aleksandr Nevski" ordeni ilə təltif edildi.[45]

Bütün müharibə ərzində Mehmandarovun korpusu düşmənə bir dənə belə top təhvil vermədi. Mehmandarov Böyük Britaniya, FransaRumıniyanın ən yüksək hərbi ordenlərinə layiq görüldü.[46]

Mayor Hacıağa İbrahimbəyli Mehmandarovun Birinci Dünya müharibəsindəki iştirakı barədə yazırdı:[47]

  General Mehmandarov birinci dünya müharibəsi zamanı çox böyük şöhrət qazanmışdı. Vuruşmaların ən qorxulu dəqiqələrində onun misilsiz soyuqqanlılığı və hədsiz qoçaqlığı rus ordusunda məşhur idi. O, təbiətən ədalətli, namuslu, düz danışan adamları sevir, onlara kömək göstərir, ürəyi düz olmayanlara qarşı isə amansız idi. Ona tabe olanların hamısı ondan çəkinər, lakin onu sevər və ona inanardılar...Rəsmən hərbi akademiya təhsili almayan bir zabit yalnız böyük bacarığı sayəsində, hərbi xidməti çox sevdiyinə, döyüşlərdə misilsiz qoçaqlıq və hərbi məharət göstərdiyinə, işinə can yandırdığına və son dərəcə təmiz adam olduğuna görə bu qədər böyük rütbə sahibi ola bilərdi. Səməd bəy Mehmandarov da belə bir zabit idi.  

Fevral inqilabından sonra orduda sürətlə tənəzzül başladı. Fərarilik kəskin şəkildə artdı, komandirlərin idarəedən özbaşına şəkildə əsgər komitələri tərəfindən vəzifədən uzaqlaşdırılması adi hala çevrildi. 28 mart 1917-ci ildə artilleriya generalı Mehmandarov zabitlər və əsgər nümayəndələri komitəsi tərəfindən korpus komandanlığından uzaqlaşdırıldı.[48] 18 aprel 1917-ci ildə Minsk hərbi dairəsinin qərargahına tabe olan ehtiyatda olan zabitlərin sırasına daxil edildi və 7 avqust 1917-ci ildə Yaralılar üzrə Aleksandr komitəsinin üzvü təyin olundu. Həmin ildə Mehmandarov hərbi xidmətdən ayrıldı, Vladiqafqazda dostu, çar ordusunun polkovnik-leytenantı İrzabəy Axundova (Mirzə Fətəli Axundovun qardaşının nəvəsi) məxsus Vorontsov küçəsindəki malikanədə yaşadı.[49]

Azərbaycanda fəaliyyəti

redaktə
 
1918-1931-ci illərdə Mehmandarovun Bakıda yaşadığı bina.

AXC dövründə fəaliyyəti

redaktə

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra o, ölkə hökumətində xidmətə dəvət olunmuşdur. 1 noyabrda Nazirlər Şurasının qərarı ilə hərbi nazirlik təsis edildi. Nazir portfeli Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə tapşırıldı, onun köməkçisi isə artilleriya generalı Səməd bəy Mehmandarov təyin olundu.[50] Əslində, məhz bu tarixdən etibarən milli ordunun yaradılması üzrə planlı və məqsədyönlü fəaliyyətə başlanıldı. 15 noyabrda hərbi nazir müavini general Mehmandarovun əmri ilə Baş Qərargahın və Hərbi Nazirliyin Katibliyinin formalaşdırılmasına başlandı. 25 dekabr 1918-ci ildə artilleriya generalı Mehmandarov hərbi nazir təyin edildi.

1918-ci il noyabrın 17-də Müttəfiq dövlətlər adından Bakıya daxil olan ingilis qoşunlarının komandanlığı Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrinin, o cümlədən Hərbi Nazirliyin Bakıdan çıxarılmasını tələb etdi. Bununla əlaqədar, nazirlik Gəncəyə köçürüldü və 1919-cu ilin ortalarına kimi orada fəaliyyət göstərdi. Məhz onun təşəbbüsü ilə Gəncə hərbi məktəbinin bazasında əvvəlcə Praporşiklər məktəbi, sonra isə Hərbiyyə məktəbi açıldı. Eyni zamanda, İstehkamçılar məktəbi, Hərbi dəmiryolçular məktəbi, Şuşa hərbi-feldşer məktəbi fəaliyyətə başladı.[51]

3 yanvar 1919-cu ildə hərbi nazirin əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur bölmələri, idarələri və hərbi nazirliyin qurumları üçün ştatların və maaş cədvəllərinin hazırlanması üzrə komissiya yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin silahlı qüvvələrinin qurulmasında yerli şərait nəzərə alınmaqla, Çar Rusiyası ordusunun təşkilati quruluşu, komplektləşdirilməsi, idarə edilməsi və döyüş hazırlığı prinsipləri əsas götürülmüşdür. 10 yanvarda hərbi nazirin əmri ilə nazirlik yanında Hərbi Şura yaradıldı. Hərbi Şuraya hərbi qanunvericilik, yerləşdirilmə, təchizat, təlim və qoşunların tərbiyəsi məsələlərinin hazırlanması və həlli tapşırılmışdı. Mehmandarovun birbaşa rəhbərliyi altında Azərbaycanın milli ordusu formalaşdırıldı.[52]

 
Mehmandarov AXC-in Hərb naziri ikən.

İngilis ordusunun Bakıda olduğu dövrdə göstərdikləri davranışlara görə Mehmandarov baş nazir Nəsib bəy Yusifbəyliyə yazdığı məktubda İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri İngiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi. Mehmandarovun əmri ilə orduda əsas dil olaraq Azərbaycan türkcəsinə keçid edilmişdi. Hərbi marşların bu dildə oxunulması, dili bilməyən zabitlərin bu dili öyrənmələri, bu dildə Azərbaycana sədaqət andı içilməsi əmr edilmişdi. Eyni zamanda milli və tarixi rəmzləri özündə əks etdirən döyüş bayraqların və geyim formalarının layihələrini təsdiqlədi.[52] Mehmandarov 1919-cu ilin fevral ayının 25-də xalqa parlamentdəki çıxışı ilə müraciət etdi. O, həm bu çıxşında, habelə digər əmr və yazışmalarında imkanlı şəxslərin övladlarının xidmətdən yayındırılmasını sərt tənqid etdi. Əhalinin hərbi xidmət yaşı çatmış bütün kateqoriyalarının orduya cəlb edilməsi üçün çağırış və səfərbərlik işinin yeni sistemi tətbiq olundu, bu sistemi işlək vəziyyətə gətirəcək orqanların şəbəkəsi genişləndirildi, fərarilərin, habelə imkanlı şəxslərin xidmətdən yayınan övladlarının xidmətə qaytarılması üçün daxili işlər orqanları ilə əlaqələr gücləndirildi. Fərarilik və xidmətdən yayınmanın əsas səbəblərindən biri olan xidmət şəraitinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılmağa başlandı. Ordunun çevik və işlək strukturlan və idarəetmə orqanları yaradıldı, konkret tarixi şəraitdə Azərbaycanın hərbi təhlükəsizliyinin daha səmərəli təmin edilməsi vəzifələrinə uyğun olaraq, bu struktur və idarəetmə orqanları daha da təkmilləşdirildi, ordunun maddi-texniki təchizatının yaxşılaşdırılması və döyüş hazırlığının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirildi.[53]

Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyinin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdı. Hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazmışdı:[54]

Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz...

Denikin qoşunlarının hücum təhlükəsinin qarşısını almaq məqsədilə Bakı ətrafında və şimal sərhədi boyunca güclü müdafiə sisteminin yaradılması, Lənkəran bölgəsindəki separatçılığın aradan qaldırılması üçün planlaşdırılan döyüş tapşırığının icrasının təşkili, habelə 1920-ci il martın sonlarında Qarabağa erməni təcavüzünün qətiyyətlə dəf olunması və Cümhuriyyətin ərazi bütövlüyünün təmin edilməsi zamanı Mehmandarov hərbi nazir kimi fəaliyyətin göstərməkdə idi və bu proseslərdə yaxından iştirak etmişdi.[52]

Hərbi nazir vəzifəsində XI Qırmızı Ordunun 28 aprel 1920-ci ildə Azərbaycanı işğalına qədər çalışmışdır.[53]

 
Dekabr 1919 Aslan bəy Səfikürdski, Xudadat bəy Məlik-Aslanov, Səməd bəy Mehmandarov, Nəsib bəy Yusifbəyli, Məmməd Yusif Cəfərov, Rəşid xan Qaplanov, Ağa Əminov, Camo bəy Hacınski, Nəriman bəy Nərimanbəyli

Bolşevik işğalı zamanı

redaktə

1920-ci il aprelin 26-dan 27-nə keçən gecə Bakıda bolşevik üsyanı və XI Qızıl Ordunun hərbi müdaxiləsi başladı, eyni zamanda şimaldakı sərhəddən XI Qızıl Ordu daxil oldu. Ertəsi gün onlar hökumətə və ölkənin parlamentinə Azərbaycan Kommunist (bolşevik) Partiyasına hakimiyyətin təslim edilməsi haqqında ultimatum verdilər. Eyni zamanda, sərhədi Sovet Rusiyasına aid zirehli qatarlar keçdi, onların ardınca isə XI Qızıl Ordunun əsas qüvvələri irəliləməyə başladı. Hadisələr eyni vaxtda həm paytaxtda, həm də kənar bölgələrdə cərəyan edirdi, lakin qoşunların davranışı fərqli xarakter daşıyırdı. Sərhədi keçən zirehli qatarlar yerli müqavimətlə qarşılaşırdı, lakin bu müqavimət böyük deyildi. 27-ci apreldə Səməd bəy Mehmandarov hətta qərb cəbhəsinə – Azərbaycan ordusunun əsas hissələrinin yerləşdiyi istiqamətə təcili teleqram göndərərək bildirmişdi:[55][56]

Bolşeviklər Yalama stansiyasına hücum ediblər, irəliləyirlər, Xudatı ələ keçiriblər, vəziyyət kritikdir. Bu gün Qazaxdan və Gəncədən hər birində 500 nəfərdən az olmayan, pulemyotlarla təchiz olunmuş bir batalyonu Qızılburuna göndərməyi əmr edirəm; hərəkət heyəti artıq hazırdır. Yola düşmə vaxtını teleqrafla bildirin, bu batalyonların sabah gəlməsini gözləyirəm.

Ertəsi gün, aprelin 28-də Gəncədən hərbi nazirə teleqrafla məlumat çatdırıldı ki, AğstafaGəncə stansiyalarından gecə saat 1-də pulemyot rotası ilə batalyonlar yola düşəcək.[56]

Lakin Bakıda hadisələr tamamilə fərqli inkişaf edirdi. Bəzi hərbi hissələr üsyançıların tərəfinə keçməyə başladı. “Yardım Alayı” adlanan polk Bakının bir neçə məhəlləsini ələ keçirdi.[57] Zavokzal rayonunda isə 5-ci artilleriya batareyası və süvari dəstəsi döyüşsüz üsyançılara təslim oldu.[58] Axşam isə Azərbaycan ordusunun 7-ci Şirvan piyada polku üsyançılara qoşuldu.[57][59] Həmin axşam, aprelin 28-də hakimiyyətin təslim edilməsi haqqında ultimatumun müzakirəsi üçün parlamentin fövqəladə iclası açıldı. Məsələ müzakirəyə çıxarılmadan əvvəl çıxış edən Mehmandarov parlamentə silahlı müqavimətin mümkünsüz olduğunu bildirdi.[60] Azərbaycan Kommunist Partiyasının üzvü A. Şahbazovun sözlərinə görə, o, aprelin 28-də səhər hərbi qərargahda rabitəçi işlədiyi zaman növbətçi praporşik Mehmandarova bildirdi ki, fəhlə patrulları işə gedən zabitləri saxlayır və onlara paqonlarını çıxarmağı əmr edirdi. Mehmandarov yarım saat sonra qərargaha gəldi və Şahbazov onun “mən artıq hərbi nazir deyiləm, bu gecə hökumət hakimiyyəti fəhlə-kəndli hökumətinə təhvil verib” dediyini eşitdi.[59]

 
Mehmandarovun 1918-1931-ci illərdə yaşadığı Bakının İstiqlaliyyət küçəsindəki evin divarındakı xatirə lövhəsi

Təcrübəli hərbçi olan Mehmandarov həm şəhərdəki vəziyyəti, həm də Bakı qarnizonunun vəziyyətini nəzərdən keçirdi və qan tökülməsini istəmədi. Baş Qərargah rəisinin səlahiyyətlərini müvəqqəti icra edən general-mayor Əbdülhəmid Qaytabaşı ilə birlikdə “bütün hissələrdə, qərargahlarda, idarələrdə, hərbi nazirliyə aid olan qurumlarda işin indiyə qədər olduğu kimi davam etməsi, yeni hakimiyyətə təhvil verilənədək” göstərən № 237 saylı əmri imzaladı.[61] Hərbi nazir sonuncu əmrində hərbçilərə xidmətlərinə görə təşəkkür etdi və Azərbaycan ordusunun əsgər və zabitlərinin “yeni hakimiyyət dövründə də hamımıza əziz olan Azərbaycan üçün şərəflə və igidliklə xidmət edəcəklərinə” inamını ifadə edərək, “Allahdan bunu diləyirəm” deyə bildirdi.[61][62] Sonralar aviasiya marşalı olacaq Sergey A. Krasovski xatirələrində Mehmandarovun davranışını azərbaycanlı parlament üzvlərinin Gürcüstana mühacirət etməsi ilə müqayisə edərək, Mehmandarovun xalqına sədaqətlə xidmət etdiyini, təcrübəsini və qüvvələrini Qızıl Ordunun qurulmasına həsr etdiyini vurğulamışdır.[63]

Sovet Azərbaycanında

redaktə

Mehmandarovun oğlu Pir və ya İqor Mehmandarov Aprel işğalı günü barədə bunları paylaşmışdır:[64]

Atam aprelin iyirmi yeddisində parlaman iclasından qayıdıb özümüzlə aparmaq üçün anamın hazırladığı çamadanları gördükdə dedi ki, bunları boşalt, heç yerə gedəsi deyilik. Anam: "Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki, səni güllələyəcəklər?" Atam cavab verdi ki, parlamanın son iclası qurtaranda “Hümmət” fraksiyası lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin etdi ki, Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz verirəm ki, başınızdan bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə… Anam isə etiraz edib dedi: "Ola bilər ki, sənə heç nə eləməzlər, amma oğlunun taleyi, gələcəyi, mənim vəziyyətim?.." Atam qəti səslə: – Heç yerə getməyəcəyik, – dedi. Anam inadla: – Axı, qatar Biləcəridə gözləyir… Atam: – Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım yoxdur, – cavabını verdi. Doğrudan da Biləcəridə müsavat hökumətinin başçılarını Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi.

1920-ci ilin may ayının sonunda Gəncədə baş verən anti-sovet üsyanının amansızcasına yatırılmasından sonra Azərbaycan milli ordusunun demək olar ki, bütün yüksək rütbəli zabitləri həbs edildi. Həbs olunanlar arasında generallar Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski də var idi. Onları Bakıda ÇK-nın (Fövqəladə Komissiya) həbsxanasında saxlayırdılar. Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin hərbi attaşesi yanında xüsusi tapşırıqlar üzrə ober-zabit və 1921-ci ilin iyul ayından etibarən Türkiyədə Azərbaycan hərbi attaşesi vəzifəsində çalışan A. Əsgərov-Kəngərlinin xatirələrinə görə, ÇK-da generallara müxtəlif təhqir və alçaldıcı hərəkətlər tətbiq edilirdi.[65] Onları repressiyalardan yalnız o zaman Azərbaycan Sovnarkomunun rəhbəri olan Nəriman Nərimanovun müdaxiləsi xilas etdi. Gəncə üsyanından sonra iyunun 4-də həbs edilən həbs edilən Mehmandarov və Şixlinski Moskvaya yola salınırlar. Nərimanov generalları V. İ. Leninə ünvanlanan aşağıdakı müşayiət məktubu ilə Moskvaya göndərdi:[66]

Hörmətli Vladimir İliç!

Gəncə üsyanı zamanı köhnə Azərbaycan ordusunun bütün zabitləri həbs edilmişdi, onların arasında bu məktubu gətirən tanınmış generallar Mehmandarov və Şıxlinski də var idi.

Ətraflı araşdırmadan sonra məlum oldu ki, bu generallar üsyana qarışmayıblar, lakin bizim mövqeyimizin gücləndirilməsi və ümumi işimizə yardım məqsədilə biz qərara aldıq ki, onları hərbi iş üçün Sizin sərəncamınıza göndərək. Onlar hərbi mütəxəssis kimi əvəzedilməzdirlər. Onlardan biri, Şıxlinski, çar ordusunda “artilleriya tanrısı” hesab edilirdi.

Polyak cəbhəsi sonlanana qədər onların Moskvada işləməsinə icazə verin, sonra isə xahiş edirəm ki, bizim hissələrimizi formalaşdırmaq üçün onları bizə göndərəsiniz. Bu müddət ərzində onların qayğısına qalmaq vacibdir.

Onların siyasi baxışları: onlar müsavatçılara nifrət edir, Azərbaycanın Sovet Rusiyasız mövcud ola bilməyəcəyinə inanırlar, İngiltərəyə düşməndirlər, Rusiyanı sevirlər.

Kommunist salamlarımla

N. Nərimanov. 1 avqust 1920-ci il.

Moskvaya çatan kimi hər ikisi yenidən həbs edilirlər və Butursk adlı həbsxanaya salınırlar. Qatarı qarşılayanlar içərisində Sovet Azərbaycanının Moskvada nümayəndəsi Behbud xan Cavanşir qatarın gəlməsi, amma generalları tapa bilməməsi barədə Nərimanova məlumat göndərir. Hal-hazırda Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanılan Stalinin məktubunun nüsxəsindən aydın olur ki, Nərimanov bu məsələ ilə bağlı ona müraciət etmişdir. Stalin o vaxtkı Ümumittifaq Fövqəladə Komissiyasının birinci müavini H.Q.Yaqodaya 1920-ci il 12 noyabr tarixli məktubunda yazır:[67]

Yoldaş Yaqoda! Hərtərəfli yoxlamadan sonra məlum oldu ki, Azərbaycan generalları S.Mehmandarov və Ə.Şıxlinski heç nədə günahkar deyillər. Xahiş edirik onların həbsxanadan buraxılmasına nail olasınız. - İ.Stalin

Yeddi gündən sonra azad edilib Daimi Artilleriya Komissiyasının üzvü kimi səhra qərargahına göndərilir.[68]

1920-ci ilin avqust ayının əvvəlində Mehmandarov Moskvaya gəldi və burada Ümumrusiya Baş Qərargahının sərəncamına verildi, daha sonra isə Artilleriya Nizamnaməsi Komissiyasına daxil edildi.[67]

Bu arada Azərbaycanda Azərbaycan Qızıl Ordusunun formalaşdırılması işi gedirdi. Hərbi və dəniz işləri üzrə xalq komissarı (narkomvoenmor) Əliheydər Qarayev generallar Şıxlinski və Mehmandarov kimi hərbi mütəxəssisləri işə cəlb etmək qərarına gəldi. Qarayev Mehmandarovu hələ Azərbaycan Xalq Cümhuriyyətinin parlamentindən yaxşı tanıyırdı.[69]

1921-ci ilin payızında hər iki general Bakıya geri dönürlər. Bu barədə Əliağa Şıxlinski bunları qeyd etmişdir:[70]

İyulun on Şəmistan Nəzirli 431 səkkizində biz ikimiz də Bakıya yola düşüb, iyulun iyirmi ikisində gəlib Bakıya çatdıq. Bakıda biz Azərbaycan Sovet Qoşunları Qərargahına daxil edildik. Bundan başqa hər ikimiz Azərbaycan Komandirlər Məktəbində topçuluqdan – Mehmandarov rus, mən isə Azərbaycan dilində dərs deməyə başladıq. Qarnizon rəisi öz sədarəti altında olaraq, "Bakı Qarnizonu HərbiElmi Cəmiyyətinin təşkili haqqında" əmr verdi. Mən sədr müavini təyin edildim. Qarnizon rəisi özü sədrlik etmirdi, adətən iclasları mən aparırdım. Mehmandarov isə bu cəmiyyətin üzvlüyünə təyin edilmişdi.

Qarayev təklifi ilə Sovet Azərbaycan hökuməti öz tərəfindən bu iki generalın Azərbaycan SSR qoşunlarının gücləndirilməsi işinə cəlb edilməsi məsələsini qaldırdı. Azərbaycan hökumətinin xahişi əsasında Serqo Orconikidzenin xüsusi teleqramı ilə generallar Mehmandarov və Şıxlinski Azərbaycan hərbi və dəniz işləri üzrə xalq komissarının sərəncamına göndərildi. 1924–1928 illərdə Birləşmiş Komandirlər məktəbində müəllim işləmişdir. Mehmandarov 1924–1927-ci illərdə Azərbaycanda hərbi sahədə aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir. 1928-ci ildə Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunmuş və ona fərdi dövlət təqaüdü verilməsi müəyyən edilmişdi[71][72][73]

Onları Azərbaycan Qızıl Ordusunun qərargahına qəbul etdilər.[73] Mehmandarov Xalq Hərbi-Dəniz Komissarlığında xüsusi tapşırıqlar üzrə müşavir vəzifəsində çalışdı. O, gənc Azərbaycan Qırmızı Ordusunun hərbi işlərinin inkişafı, yeni bölmələrin, qoşun növlərinin və xidmət sahələrinin yaradılması, eləcə də struktur təşkilati məsələləri üzrə əsas mütəxəssislərdən biri hesab edilirdi.[69] Qarayevin müavini, gələcək general-leytenant A.İ.Todorski qeyd edirdi:[74]

Xalq Hərbi-Dəniz Komissarlığının Baş Qərargahında iki görkəmli hərbi mütəxəssis çalışırdı — Mehmandarov və Şıxlinski.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 24 oktyabr 1922-ci il tarixli qərarı ilə “Xalq Hərbi-Dəniz Komissarlığında xüsusi tapşırıqlar üzrə çalışan Mehmandarov Səməd bəyə” aylıq maaşına qızıl ilə 50 rubl əlavə edilmiş və bu əlavənin ömürlük, hətta hərbi xidmətdən çıxdıqdan sonra da saxlanılması qərara alınmışdı.[75]

1924-cü ildən 1928-ci ilə qədər o, Azərbaycan Komanda Heyətinin Birləşmiş Məktəbində dərs demişdir. Bakı qarnizonunun Hərbi-Elmi Cəmiyyətinin üzvü olmuşdur. Azərbaycan Hərbi və Dəniz İşləri Komissarlığında məsləhətçi vəzifəsində çalışmışdır. 8 fevral 1928-ci ildə Qafqaz Qırmızı Bayraqlı Ordusunun İnqilabi Hərbi Şurası Səməd bəy Mehmandarova fərdi dövlət təqaüdünün təyin edilməsi haqqında vəsatət qaldırmışdır. 1 iyun 1928-ci ildə SSRİ İnqilabi Hərbi Şurasının əmri ilə Səməd bəy Mehmandarov səhhətində yaranan problemlərə görə Qızıl Ordu sıralarından tərxis edilmişdir. [76]

Ölümü

redaktə

Mehmandarov rus, türkfars dillərini yüksək səviyyədə bilirdi. Ömrünün son üç ilində islam tarixi və fəlsəfəsi ilə məşğul olmuşdur. 12 fevral 1931-ci ildə Bakıda vəfat edib Çəmbərəkənd qəbiristanlığında dəfn edilmişdir.[77] 1939-cu ildə qəbiristanlıq yerində S.M.Kirov adına park (indiki Şəhidlər Xiyabanı) salınmış və Mehmandarovun məzarı itib-batmışdır.[78]

Mükafatları

redaktə

Siyahısı:[79]

Xatirəsi

redaktə
 
Port Arturun müdafiəsinə görə Səməd bəy Mehmandarova təqdim edilən xatirə medalı. Medal Bakı şəhərində Azərbaycan Tarix Muzeyində saxlanılmaqdadır.

Bakı, Bərdə, Gəncə, Ağcabədi, Lənkəran, QubaQəbələ şəhərlərində mərkəzi küçələrdən biri Səməd bəy Mehmandarovun adını daşıyır. Eyni zamanda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin bir tankeri General Mehmandarovun adını daşımaqdadır.[80] O, Aleksandr Stepanovun "Port-Artur" və "Zvonarev ailəsi" romanlarının əsas qəhrəmanlarından biridir.

BakıLənkəran şəhərlərində Səməd bəy Mehmandarov adına parklar açılmışdır.

Mehmandarovun Vladiqafqazın Vorontsovskaya küçəsində (indiki Butırina küçəsi) yaşadığı çar ordusunun polkovniki İrzabəy Axundovun (yazıçı və dramaturq Mirzə Fətəli Axundovun qohumu) malikanəsinin fasadında onun şərəfinə xatirə lövhəsi vurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.[81]

Filmoqrafiya

redaktə
  1. Sizi dünyalar qədər sevirdim (film, 1985)
  2. Səmədbəy (film, 1995)
  3. Artilleriyanın allahı sayılırdı (film, 1996)
  4. Tənha ruh (film, 1998)[82]
  5. Cümhuriyyət generalları (film, 2006)[83]
  6. Sərdar (film, 2015)
  7. Rusiyanın fəxr etdiyi müsəlmanlar (rusca:Мусульмане, которыми гордится Россия)[84]

Qeydlər

redaktə
  1. Mehmandarovun arvadı Yelizaveta Nikolayevna Teslav sonradan uşağının adını dəyişib İqor Samedoviç Mehmandarov etmişdir.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 "Мехмандаров Самед-Бек-Садык-Бек-оглы". www.regiment.ru. 10 dekabr 2011. 26 noyabr 202 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2024.
  2. 1 2 "Samedbey Mehmandarov". www.nationmaster.com. 17 may 2009. 30 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2024.
  3. Nəcəfova, 2012. səh. 13
  4. Исмаилов, 2007. səh. 13
  5. Мехмандаров Самед. Документы о награждениях, 2020. səh. 13
  6. "Tarixi şəxsiyyətlər: Qarabağın görkəmli şəxsiyyətləri". www.virtualkarabakh.az. 23 avqust 2014. 8 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2024.
  7. "Qədim soylu Mehmandarovlar". 2020-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-10.
  8. 1 2 Исмаилов, 2005. səh. 130
  9. Кавказский календарь на 1851 год, 1850. səh. 23
  10. "Əfsanəvi general Səməd bəy Mehmandarov". presarxiv.gov.az. 26 fevral 2018. 6 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2024.
  11. Nəzirli, 2012. səh. 419-420
  12. Hacıyev, 1993
  13. Günay Rəsulqızı. "Səməd bəy Mehmandarovun Bakıda səssiz ölən oğlu - İqor Mehmandarovdan qalan yeganə nişanə kimdir". modern.az. 19 iyun 2017. İstifadə tarixi: 3 noyabr 2024.
  14. Fikiri, Zulfiyye. "40 minlik ordunun əfsanəvi generalı – Səməd Bəy Mehmandarov". Ens.az - 4 dildə xəbərlər və ensiklopediya (az.). Ens.az. 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2020.
  15. Коллектив авторов, 2015. səh. 498—501
  16. 1 2 3 4 "ВЭ/ВТ/Мехмандаров, Самед-Бек-Садык-Бек". Мехмандаров, Самед-Бек-Садык-Бек // Военная энциклопедия : [в 18 т.] / под ред. В. Ф. Новицкого … [и др.]. — СПб. ; [М.] : Тип. т-ва И. Д. Сытина, 1911—1915. 1911—1915. İstifadə tarixi: 4 noyabr 2024.
  17. Аттестационный список капитанам (по старшинству в чинах) 38 Артиллерийской бригады. Составлен к 1 сентября 1892 года, 1892. səh. 46
  18. ВП по военному ведомству, 1896. səh. 478
  19. Список (по старшинству в чинах) штаб и обер-офицерам и классным чиновникам Забайкальского артиллерийского дивизиона /За март месяц 1902 года, 1902. səh. 1
  20. Шихлинский А.-А. "Служба на Дальнем Востоке и китайский поход // Мои воспоминания". www.grwar.ru. 27 fevral 2007. 6 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2024.
  21. Список полковникам по старшинству, 1903. səh. 719
  22. Шихлинский, 1944. səh. 51
  23. Исмаилов, 2007. səh. 353
  24. 1 2 3 Qaraoğlu, 2017. səh. 13
  25. 1 2 3 Список генералам по старшинству, 1913. səh. 236
  26. Ларенко, 2005. səh. 473
  27. Ларенко, 2005. səh. 481
  28. Список генералам по старшинству, 1906. səh. 1126
  29. Булгаков, 1906. səh. 252
  30. Сорокин, 1952
  31. Ларенко, 2005. səh. 547
  32. "Список офицеров и чиновников Российской империи, вернувшихся из плена во Владивосток после подписания русско-японского мира в октябре 1905 г. — январе 1906 г." rgiadv.ru. 4 mart 2016. 15 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2024.
  33. Послужной список начальника артиллерии 3-го Сибирского армейского корпуса генерал-лейтенанта Мехмандарова // Российский государственный военно-исторический архив. ф. 409 (Коллекция «Послужные списки офицеров»), № 143—223, ss. 189—196 об.
  34. Список генералам по старшинству, 1914. səh. 232
  35. Залесский, 2003. səh. 407
  36. "ВЫСОЧАЙШИЕ ПРИКАЗЫ ВО ВОЕННОМУ ВЕДОМСТВУ К № 1268 «РАЗВЕДЧИКА». ВЫСОЧАЙШИЕ ПРИКАЗЫ: ПО ВОЕННОМУ ВЕДОМСТВУ". www.grwar.ru. 18 sentyabr 2016. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2024.
  37. Список генералам по старшинству, 1916. səh. 17
  38. Российский государственный военно-исторический архив. ф. 2351, 2024. səh. 35-36
  39. Nəzirli, 2012. səh. 422-423
  40. Шабанов, 2004. səh. 640
  41. "Кавалеры Ордена Святого Георгия и Георгиевского Оружия За Лодзинскую Операцию 1914 года". www.lodz1914.pl. 22 mart 2012. 20 may 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2024.
  42. "ВЫСОЧАЙШИЕ ПРИКАЗЫ ВО ВОЕННОМУ ВЕДОМСТВУ К № 1277 «РАЗВЕДЧИКА». ВЫСОЧАЙШИЕ ПРИКАЗЫ: ПО ВОЕННОМУ ВЕДОМСТВУ". www.grwar.ru. 18 sentyabr 2016. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2024.
  43. Российский государственный военно-исторический архив. ф. 2296, 2024. səh. 36
  44. Nəzirli, 2012. səh. 424
  45. "ВЫСОЧАЙШИЕ ПРИКАЗЫ ВО ВОЕННОМУ ВЕДОМСТВУ К № 1281 «РАЗВЕДЧИКА». ВЫСОЧАЙШИЕ ПРИКАЗЫ: ПО ВОЕННОМУ ВЕДОМСТВУ". www.grwar.ru. 18 sentyabr. 21 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2024.
  46. Nəzirli, 2012. səh. 423
  47. Nəzirli, 2012. səh. 421, 423
  48. Гапоненко, 1968. səh. 49-51
  49. "Азери» в Осетии". terskievedomosti.ru. 29 mart 2019. 5 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2024.
  50. Qanunverici aktlar, 1998. səh. 355
  51. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild, 2005. səh. 179
  52. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild, 2005. səh. 179-180
  53. 1 2 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild, 2005. səh. 180
  54. "AZƏRBAYCAN TƏHLÜKƏSİZLİK ORQANLARININ TARİXİ". www.mns.gov.az. 5 aprel 2005. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 niyabr 2024.
  55. Гасанлы, 2010. səh. 531—534
  56. 1 2 Армия. (Документы и материалы), 1998. səh. 376
  57. 1 2 История Азербайджана, 1963. səh. 228—229
  58. Дарабади, 1991. səh. 158
  59. 1 2 Дарабади, 1991. səh. 158-159
  60. Агамалиева, 1998. səh. 265—266
  61. 1 2 Дарабади, 1991. səh. 252
  62. Исмаилов, 2005. səh. 141
  63. Амирханова-Кулиш və Зульпукаров, 1981. səh. 57
  64. Nəzirli, 2012. səh. 430
  65. Аскеров-Кенгерлинский, 1990. səh. 84
  66. Шихлинский А.А. "Русская армия в Великой войне // Мои воспоминания". www.grwar.ru. 28 fevral 2007. 30 yanvar 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2024.
  67. 1 2 Nəzirli, 2012. səh. 425
  68. Шихлинский, 1944. səh. 190
  69. 1 2 Абасов, 1977. səh. 68
  70. Nəzirli, 2012. səh. 430-431
  71. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild, 2005. səh. 180-181
  72. Ибрагимов, 1975. səh. 84
  73. 1 2 Гусейнов, 1976. səh. 51
  74. Ибрагимов, 1975. səh. 84-85
  75. Ибрагимов, 1975. səh. 85
  76. Nəzirli, 2012
  77. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: II cild, 2005. səh. 181
  78. Шамистан НАЗИРЛИ. "Судьба генерала". kaspiy.az. 3 fevral 2016. 31 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 2024.
  79. Э. Э. Исмаилов. "Мехмандаров Самед-бек". george-orden.nm.ru. 19 dekabr 2007. 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 noyabr 22024.
  80. "Азербайджанское Государственное Каспийское Морское Пароходство — Флот" (PDF). 2016-07-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-03-14.
  81. "Səməd bəy Mehmandarovun anım günüdür". oxu.az. 12 fevral 2023. 28 iyul 2024 tarixində arxivləşdirilib.
  82. "Tənha Ruh". obastan.com. İstifadə tarixi: 4 noyabr 2024.
  83. ""CÜMHURİYYƏT GENERALLARI" FİLMİ TEZLİKLƏ NÜMAYİŞ ETDİRİLƏCƏKDİR". azertag.az. 22 sentyabr 2006. İstifadə tarixi: 4 noyabr 2024.
  84. "Мусульмане, которыми гордится Россия". www.dumrf.ru. 3 mart 2014. İstifadə tarixi: 4 noyabr 2024.