Sabirabad (Cəlilabad)
Sabirabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Sabirabad kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Sabirabad kəndi Qarazəncir kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sabirabad kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Sabirabad | |
---|---|
39°15′43″ şm. e. 48°31′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəYaşayış məntəqəsi təklə tayfasının çaylı, balabeyli, şeytanlı, haqverdili və b. tirələrinə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd şair M. Ə. Sabirin şərəfinə belə adlandırılmışdır.[3]
Tarixi
redaktəKənd 1910–1916-cı illərdə yaradılmışdır. Kəndin bünövrəsini keçmiş Lənkəran qəzasının Xol-Təklə və Xol-Qarabucaq kəndindən köçüb gələn adamlar qoymuşlar. Köçməyə səbəb həmin illərdə Xəzər dənizi suyunun çəkilməsi və içməli su qıtlığının yaranması olmuşdur. Əhalinin o vaxt əsas məşğuliyyəti balıqçılıq və heyvandarlıq imiş. İnsanların böyük hissəsi balıq vətəgələrində işləyirmiş. İlk köç edənlər özlərinə yaşamaq üçün evlər tikirmiş. Lakin o zaman bu torpaqlara sahiblik edən Hasıllıdan olan mülkədar Hacı Bağır oğlu Cahangir bəyin adamları imkan verməz, qurulan evləri uçurar və yandırarmışlar. Buna görə də bu ərazidə yaşamaq üçün Hacı Bağır oğlu Cahangirin yanına ağsaqqallar-Hampa oğlu Hacı Ağabala, İbayev İba, Bağırov Yadulla və digərləri yığılıb gedirlər ki, icazə alsınlar. Hacı Bağır oğlu Cahangir bəy onları eşitməyəndə, onda Hampa oğlu Hacı Ağabala Lənkəran qəzasına dəfələrlə get-gəl edəndən sonra öz şəxsi vəsaiti hesabına həmin torpaqların qərb hissəsini alır. Bundan sonra isə Hampa oğlu Hacı Ağabalanın xeyir-duası ilə bu əraziyə köç axını başlayır. Kəndin ilk adı Səbirabad olmuşdur. Deyilənə görə, kənd səbirlə, təmkinlə salındığı üçün o, kənd ağsaqqallarının, xüsusən kəndin yerini səbir və təmkinlə alan Hacı Ağabalanın rəyilə Səbirabad, sonralar isə böyük satirik şair M.Ə.Sabirin adı ilə Sabirabad qoyulmuşdur.
Coğrafiyası və iqlimi
redaktəKənd Lənkəran ovalığında yerləşir.
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3816 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəKənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı". 2018-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-29.
- ↑ Sabirabad (Cəlilabad) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
redaktə Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |