Silvestr Stallone
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Silvestr Qardensio Stallone (ing. Silvestr Stallone; 6 iyul 1946[1][2][…], Hells Kitçen[d], Manhetten, Nyu-York, Nyu-York ştatı, ABŞ[3]) — ABŞ aktyoru və filmmeykeri. Rokki və Rembo rollarının ifaçısıdır. O, 1977-ci ildə ekranlara çıxan "Rokki" filmindəki roluna görə "Oskar" mükafatına namizəd göstərilib. 2016-cı ildə çəkilən "Krid" filmində Robert "Rokki" Balboa obrazını yenidən canlandırıb. Bu ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Silvestr Stallone | |
---|---|
ing. Sylvester Stallone | |
Doğum adı | Sylvester Gardenzio Stallone |
Doğum tarixi | 6 iyul 1946[1][2][…] (78 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktyoru, kinorejissor, ssenarist, film prodüseri |
Fəaliyyət illəri | 1968-ci ildən |
Təhsili | |
Boyu | 1,77 m |
Mükafatları |
|
IMDb | ID0000216 |
sylvesterstallone.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSilvestr Stallone 1946-cı il iyul ayının 6-sı ABŞ-nin Nyu-York ştatının Nyu-York şəhərində yerləşən Manhetten borosundakı Hells Kitçen məhəlləsində anadan olub. Onun atası ABŞ-yə köçmüş italiyalı immiqrant Frenk-Stallone-böyük (ing. Frank Stallone, Sr., 1919–2011[5]) bərbər vəzifəsində çalışmış, anası Jaklin Stallone (Jaklin Leybofiş) isə əslən Ukrayna yəhudisi olan astroloq, rəqqas və boks təbliğatçısı olmuşdur.[6] Anasının doğuşu ağır keçmiş və həkimlər yanlışlıqla Stallonenin sinirlərini zədələmişdir. Onun dodaqları, dili və çənəsi iflic olmuşdur. Öz sözlərinə əsasən uşaqlığı elə də xoşbəxt keçməyib. Üzü ilə baş vermiş problemlər sonradan onun bir növ vizit kartına çevrilmişdir Valideynləri həm Silvestrə həm də onun qardaşı Frank Stallone-kiçikə qarşı çox laqeyd idilər. Valideynləri 1957-ci ildə boşandıqdan sonra 11 yaşlı Silvestr öz atası ilə qaldı. Davranışla bağlı problemləri olduğu üçün tez-tez oxuduğu məktəblərdən xaric edilirdi. Onun qiymətləri olduqca pis idi və o tez-tez sinif yoldaşları tərəfindən ələ salınırdı.
Uşaqlıq illərində o öz fantaziyalarında özünü super qəhrəman kimi canlandırırdı. 15 yaşında Stallone Filadelfiyaya, anası və onun yeni ərinin yanına köçür. Bu vaxtlar o ağırlıq qaldırma ilə məşğul olur və emosional pozğunluqları olan uşaqlar üçün nəzərdə tutulmuş "Deveraux High School" məktəbində təhsil alır. Burada o həmçinin qılınc oynatma, futbol və disk atma kimi idman növləri ilə məşğul olur və məktəb pyeslərində rol alır. Məktəbi bitirdikdən sonra Stallone İsveçrənin Amerika kollecində atletik təqaüdü qazanır. Burada o qızların atletika üzrə məşqçisi olur və məktəb tərəfindən təşkil edilən Artur Millerin "Satıcının ölümü" adlı əsərində baş rolda çıxış edir. ABŞ-yə qayıtdıqdan sonra, Mayami Universitetində təhsil almış və 1969-cu ildə Nyu-Yorka köç etmişdir.
Karyerası
redaktəİlk öncələr Stallone bir sıra aşağı səviyyəli teatrlarda rollar qazanırdı. Gənc yaşlarında hətta bir sıra yumşaq pornofilmlərdə də çəkilmişdi. 1971-ci ildə Stallone Vudi Allenin "Bananas" filmində rol alır. Amma 1971-ci ildə ona müraciət etdiyi "Xaç atası" filmində rol vermirlər. 1973-cü ildə "No Place to Hide" filmində baş rola çəkilir. 1974-cü ildə aktrisa Saşa Çak ilə ailə həyatı qurur və Kaliforniyaya köçür. 1974-cü ildə "The Lords of Flatbush" filmində rol alaraq uğur qazanır. "Rokki" filmi üçün yazdığı ssenari dərhal aparıcı film studiyalarının fikrini cəlb edir. 1976-cı ildə çəkilmiş "Rokki" filmi bir neçə kateqoriyada Oskar mükafatına layiq görülür.
Stallone artıq Hollivudun "A" kateqoriyalı aktyorları arasına düşmüşdü. O 4 ədəd əlavə "Rokki", "Rembo" və "F.I.S.T." filmlərinin ssenarilərini qələmə almış və onlarda çəkilmişdi. Rejissor debütünü isə "Paradise Alley" adlı əsəri ilə etmişdi. Bundan başqa o, başqa rejissorlar tərəfindən çəkilən "Demolition Man", "Hakim Dredd" və "Cop Land" filmlərində rol almış və hətta yaşlanmış şerifi təsvir etmək üçün 30 fut kökəlmişdi. Stallonenin "Stop! Or My Mom Will Shoot" və "Oscar" kimi filmləri uğurluluq və gəlirlilik cəhətdən müvəfəqiyyətsiz olublar. 1998-ci ildə baş qəhrəmanlarından birini səsləndirdiyi "Antz" cizgi filmi olduqca böyük uğur qazanır.
Şəxsi həyatı
redaktəSilvestr Stallone üç dəfə ailə həyatı qurub. Onun ilk evliliyindən iki oğlu, üçüncü evliliyindən isə üç qızı dünyaya gəlib. İlk həyat yoldaşı olan Saşadan iki oğlu Sage və Seargeoh doğulub. 1979-cu il təvəllüdlü oğlu Searhgeoh-ə autizm diaqnozu qoyulmuşdur. 1985-ci ildə Stallone Saşa ilə boşanır və Brigitt Nilsenlə ailə həyatı qurur. Bu evlilik 1987-ci ilə qədər davam edir.
1997-ci ildə isə Ceniffer Flavinlə ailə həyatı qurur və cütlüyün üç qızı dünyaya göz açır.
Stallonenin oğlu Sage Moonblood Stallone 2012-ci ildə 36 yaşında olarkən ürək xəstəliyindən vəfat etmişdir.
Çəkildiyi filmlər
redaktəİl | Film | Rol | Qeydlər |
---|---|---|---|
1970 | Kitti və Stad ətrafında şənlik | Stud | |
1970 | Lovers and Other Strangers | Extra | |
1970 | No Place to Hide | Jerry Savage | |
1971 | Klute | Extra/Man dancing in club | |
1971 | Bananas | Subway Thug #1 | |
1974 | The Lords of Flatbush | Stanley Rosiello | Writer (additional dialogue) |
1975 | Farewell, My Lovely | Jonnie | |
1975 | Death Race 2000 | Machine Gun Joe Viterbo | |
1975 | Capone | Frank Nitti | |
1975 | The Prisoner of Second Avenue | Youth in Park | |
1975 | Police Story | Caddo | TV guest star |
1975 | Kojak | Detective Rick Daly | TV guest star |
1976 | Rokki | Rokki Balboa | Writer |
1976 | Cannonball | Mafioso | Cameo |
1978 | Paradise Alley | Cosmo Carboni | Director and Writer |
1978 | F.I.S.T. | Johnny D. Kovak | Writer |
1979 | Rokki 2 | Rokki Balboa | Director and Writer |
1981 | Escape to Victory | Captain Robert Hatch | a.k.a. Victory |
1981 | Nighthawks | Det. Sgt. Deke DaSilva | |
1982 | İlk qan | Con Rembo | Writer |
1982 | Rokki 3 | Rokki Balboa | Director and Writer |
1983 | Staying Alive | Man on Street (Cameo) | Director, Producer and Writer |
1984 | Rhinestone | Nick Martinelli | Writer |
1985 | Rokki 4 | Rokki Balboa | Director and Writer |
1985 | Rembo 2 | Con Rembo | Writer |
1986 | Kobra | Lieutenant Marion 'Cobra' Cobretti | Writer |
1987 | Var gücü ilə | Lincoln Hawk | Writer |
1988 | Rembo 3 | Con Rembo | Writer |
1989 | Tanqo və Keş | Raymond 'Ray' Tango | |
1989 | Lock Up | Frank Leone | |
1990 | Rokki 5 | Rokki Balboa | Writer |
1991 | Oskar | Angelo 'Snaps' Provolone | |
1992 | Dayan! Yoxsa anam atəş açacaq | Sgt. Joe Bomowski | |
1993 | Demolition Man | Con Spartan | |
1993 | Qayayadırmaşan | Qeyb Uolker | Writer |
1994 | Mütəxəssis | Ray Quick | |
1995 | Muzdlu qatillər | Robert Rath | |
1995 | Hakim Dredd | Judge Joseph Dredd | |
1996 | Gün işığı | Kit Latura | |
1997 | Cop Land | Sheriff Freddy Heflin | |
1997 | The Good Life | Boss | not released |
1998 | An Alan Smithee Film: Burn Hollywood Burn | Himself | Cameo |
1998 | Qarışqa Zed | Weaver | Voice Acting |
2000 | Get Carter | Jack Carter | |
2001 | Driven | Joe Tanto | Writer |
2002 | D-Tox | FBI Agent Jake Malloy | (released on DVD as Eye See You) |
2002 | Avenging Angelo | Frankie Delano | |
2003 | Taksi 3 | Le premier passager | Cameo |
2003 | Spy Kids 3-D: Game Over | The Toymaker | |
2004 | Shade | Dean 'The Dean' Stevens | |
2005 | Las Vegas | Frenk | TV guest star (2 episodes) |
2005 | The Contender | Presenter | TV show |
2006 | Rokki Balboa | Rokki Balboa | Director and Writer |
2008 | Rembo 4 | Con Rembo | Director and Writer |
2009 | Kambakth Ishq | As Himself | Bollivud filmi |
2010 | Qabağıalınmazlar | Barney Ross | Director and Writer |
2012 | Qabağıalınmazlar 2 | Barney Ross | Director and Writer |
2013 | Qaçış planı | Rey Breslin | |
2014 | Qabağıalınmazlar 3 | Barney Ross | Director and Writer |
2014 | Reach Me | Chief Gerald Cavallo | |
2015 | Krid | Robert "Rocky" Balboa | |
2016 | Ratchet & Clank | Lieutenant Victor Von Ion | Səsləndirmə |
2017 | Qalaktika mühafizəçiləri 2 | Stakar Ogord | |
2017 | Animal Crackers | Bulletman | Səsləndirmə |
2018 | Escape Plan 2: Hades | Ray Breslin | |
2018 | Creed II | Robert "Rocky" Balboa | |
2018 | Backtrace | Detective Sykes | |
2019 | Escape Plan: The Extractors | Ray Breslin | |
2019 | Rallying Cry | Jasper Reese | |
2019 | Rambo: Last Blood | John J. Rambo | |
2019 | One Night: Joshua vs. Ruiz | Özü | Sənədli film |
2021 | The Suicide Squad | Nanaue / King Shark | Səsləndirmə |
2021 | The Making of 'Rocky vs. Drago' | Özü | Sənədli film |
2022 | Samaritan | Joe Smith / Samaritan / Nemesis | |
2022 | MVP | ||
2023 | Creed III | ||
2023 | Qalaktika mühafizəçiləri 3 | Stakar Ogord | |
2023 | Expend4ables | Barney Ross | |
2024 | Armored | Məlum deyil | |
2025 | Levon's Trade | Məlum deyil | |
2025 | Alarum | Chester |
İstinadlar
redaktə- ↑ 1 2 Sylvester Stallone // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Sylvester Stallone // filmportal.de. 2005.
- ↑ 1 2 https://www.theguardian.com/film/2016/feb/24/sylvester-stallone-profile-creed-rocky.
- ↑ 1 2 http://sports.yahoo.com/mlb/blog/big_league_stew/post/Rinku-and-Dinesh-go-Hollywood-with-Sylvester-Sta?urn=mlb-259628.
- ↑ "В Америке скончался отец Сильвестра Сталлоне — Новые Известия". 2012-09-15 tarixində 011-07-13/147736-v-amerike-skonchalsja-otec-silvestra-stallone.html orijinalından (#bad_url) arxivləşdirilib. İstifadə tarixi: 2020-09-17.
- ↑ "Украинская кровь западных звезд: девушка Бонда — бердянская вампирша, а отец Сталлоне родился в семье циркача". 2012-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-18.