Tənqid

(Tənqidçi səhifəsindən yönləndirilmişdir)

Tənqid – şifahi, yazılı və ya feli ola bilər. Lüğət mənası ilə tənqid – hər hansı bir insan, əsər və ya mövzunun doğru-yanlış, əskik-artıq, gözəl-çirkin cəhətlərini tapıb göstərmə işidir. Tənqidin əxlaqi cəhətdən yaxşı və ya pis dəyərləndirilməsi; kimə, nə vaxt, hansı dərəcədə, hansı məqsədlə və hansı niyyətlə edildiyindən asılıdır. Bu baxımdan tənqid, müsbət tənqid (faydalı olan) və mənfi tənqid (zərər verən) olaraq iki yerə bölünür. Tənqidin təsiri də yuxarıdakı söylədiyimiz xüsusiyyətlərə görə fərqli ola bilər.

İnsan nə üçün tənqid edir?

redaktə

Fərdi və ictimai həyatın daha da yaxşılaşması üçün xətaların fərq edilib lazımi qaydada ifadə edilməsi yararlıdır. Ancaq bu ifadə formasının insana və ətfarına zərər verməməsi, ifadələrin müsbət niyyətli olması vacibdir. Bu formada edilən müsbət tənqidlərdə səhvləri düzəltmə mülahizəsi vardır. Ailə və cəmiyyətdə mənfi tənqidə bağlananlar getdikcə hər şeydə bir əskiklik axtararlar. Bu şəkildə tənqidin bir alışqanlıq kimi edilməsi müşahidə olunur. Zərərli tənqidin arxasında hissi və nəfsi mülahizələr yata bilər. Rəqabət və qısqanclıq da insanı davamlı tənqidə aparar. Bu durumda tənqidə mövzu olan xüsusiyyəti düzəltmə və həll etmə qayəsi olmadığı üçün iki tərəf də bundan zərər çəkər. Qısaca, "üzüm yemək yerinə bağbanı döymək" üçün danışmaq olmaz. Dəyərləndirmələrdə səmimi olmaq, hissi və nəfsi mülahizələri tərk etmək vacib faktordur. Beləliklə, zərərli tənqidin qarşısını almış olarıq.

Zərərli tənqid ictimai bir xəstəlik halına çevrilə bilər. Məsələn, KİV-də məşhur olan insanlar belə bəzən duyğularına məğlub olaraq zərərli tənqid edirlər. Televiziyalardakı bəzi müzakirə proqramlarındakı insanlar tənqiddən çox qarşı tərəfə maddi-mənəvi zərər verməyə çalışırlar. Qarşıdakı insan nə deyirsə desin onu dediklərini tənqid etməyə çalışırlar, bu da şəxsi mənfəətin qorunması məqsədini daşıyır. Beləliklə, mənlik və ənaniyyətin mənfi tənqidi artırdığının şahidi oluruq.

Tənqidçinin psixologiyası

redaktə

Mənfi tənqidlərdə empatiya çatışmazlığı mövcuddur. Qarşıdakı insanın vəziyyəti nəzərə alınmır. Lazımi qədər empatiya qura bilən insanlarda mənfi tənqid çox az olar. Mənfiliyə fokuslanan və ümidsiz insanlarda çatışmayan cəhəti tapma həvəsi daha çoxdur. Hamının və hər hadisənin əskik və yanlışlıqları onlara təsir edir. Bikef və distimik (uzun müddətli kefsizlik halı) insanlarda iradi və ya qeyri-iradi ümidsizlik tənqidi çoxaldar. Bu vəziyyətdə insanlar içində olduqları durumu hiss etməyə bilərlər. Ətrafındakı insanlar bunu fərq etməli və belə insanlara kömək etməlidir. Məsələn, ümidsiz bir uşaq oynadığı yoldaşlarının ona qarşı olan normal münasibətini qəsd kimi dəyərləndirə bilər, beləliklə onları tənqid edər və sevilmədiyini düşünər. Bu durumda onu yaxından tanıyan insanlar onunla maraqlanmalıdır. Çox mükəmməlçi insanlarda, özünü və başqalarını davamlı dəyərləndirmə, xətaları tapıb meydana çıxararaq hər şeyin xətasız olmasını istəmə hərəkəti müşahidə edilir. Mükəmməlçi insanlar ətrafındakıların xətalarını taparaq stressin artmasına səbəb olarlar. Məsələn, mükəmməlçi bir ana, uşağının dörd almasını qəbul etməz, həmişə beş almasını istəyər. Bu isə uşaqda stressin artmasına, müvəffəqiyyətinin azalmasına gətirib çıxara bilər. Ən mükəmməli istəmək və gözləmək bəzi gözəlliklərin sönməsinə səbəb ola bilər.

Tənqidçinin şüur altında "Mən daha yaxşı bilirəm, daha yaxşı edərəm" kimi bir düşüncəsi ola bilər. Bu düşüncə ilə insanların və ya hər hansı bir hadisənin səhv tərəflərini tapar. Buna istinadən qarşıdakı insandan daha yaxşı bildiyini özünə görə isbat etmiş olar. Beləliklə, ənaniyyətin artmasına səbəb olar. Bu cür tənqid getdikcə daha da mənfi mahiyyətə çevrilər.

Bəziləri isə xətalarını qeyri-iradi olaraq örtmək üçün tənqid edər. Xüsusilə iş yerlərində bu daha çox yayılmışdır. Başqaları tənqid edildikdə və ya əskik tərəfləri tapıldıqda, tənqidçi, yerinin möhkəmləndiyini zənn edər, xətalarının örtüldüyünü düşünər. Ailədə də səhvlərin başqalarına yüklənməsi fərdin öz səhvini düzəltməsinə mane olar və ailə daxili münasibətlərin zədələnməsinə yol açar. Davamlı hər şeyi və hər kəsi mənfi dəyərləndirən insanlar, özlərini stresə yuvarladıqları kimi ətraflarına da neqativ enerji yaydıqları üçün yalnız qalarlar.

Tənqid edilənin psixologiyası

redaktə

Söylənən hər sözün qarşı tərəfdə bir əksi yaranır. Bu əks müsbət və ya mənfi ola bilər. Dəyərləndirməmişdən əvvəl nəyi nə üçün tənqid etdiyimizi və bunun nəticəsində kimin nə qədər faydalanacağını hesablamalıyıq. Söylədiklərimizlə sadəcə qarşı tərəfə mesaj verməklə kifayətlənməyib, o insanın qısa, orta və uzun müddətdəki davranışlarına da təsir etdiyimizi unutmamalıyıq. Müsbət üslubu saxlaya bilmədiyimiz dəyərləndirmədə qarşı tərəfə zərər verə bilərik.

Tənqid daha çox tənqid ediləndə stresə çevrilər, bu da insanların bir-birlərindən uzaqlaşmasına səbəb olar. Hər şeyi zərərli şəkildə tənqid edən insanların ailədə də tək olduqları hiss olunur. Heç kim ona öz dərdini danışmaq istəməz, çünki həmişə mənfi dəyərləndirməkdədir. Tənqid ilə birlikdə həmsöhbətdə incimə və xaric edilmə duyğusu yarana bilər. Bir insana davamlı əskik tərəflərini söylədikdə o insanın özü haqqında fikri mənfi istiqamətdə dəyişər. Özünü bacarıqsız hiss edər. Narahatçılığı artar. narahatlıq və stresi artan insanların da xətaları çoxalar.

Tənqid ilə həmsöhbətin ya cəsarətinin azalaraq passivləşməsinə və yaxud daha da hiddətlənməsinə səbəb oluna bilər. Davamlı tənqid edilən insanlarda tənqid edilmə qorxusu ilə cəsarətsizlik baş verər. Tənqid edilən insan tənqid edənə hirsləndikdə aradakı dialoq pozular.

Bir insanın və ya şeyin bir çox gözəl cəhətləri olduğu halda, yalnız səhv tərəflərini aşkarlamaq haqlılıq və ədalətə münasib deyil. Tənqid edilən insanın gözəl tərəflərinin görülməməsi onun gözəl yanlarının azalması deməkdir. Bir bağçada onlarla gözəl çiçək olduğu halda sadəcə bir neçə yabanı ota ilişib qalmaq o çiçəklərin azalmasına səbəb olar. Davamlı tənqid edilən insanın kefsizləşməsi və özünə qapanması qaçınılmazdır.

Müsbət tənqid necə olur?

redaktə

Bir mövzunu və insana dəyərləndirərkən niyyətimiz və seçdiyimiz üslub çox vacibdir. Qarşı tərəfin tənqidimizdən istifadə etməsində ən vacib ünsür niyyətimizdir. Davranışlarımız və mövzuya yanaşmamızla niyyətimizin yaxşı olduğunu hiss etdirməliyik. Həmsöhbətin bizə qarşı çıxış etməsindən ehtiyat etməliyik. Tənqid yumşaq formada edilməlidir. Beləliklə də müsbət davranmış olarıq. Qarşı tərəfin dediklərimizi qəbul etməsi və görüşlərimizdən istifadə etməsi üçün zəmin hazırlamış olarıq. Niyyətimizin və üslubumuzun yaxşı olmadığı təqdirdə, həm bizdən uzaqlaşmasına, həm də görüşlərimizi qəbul etməməsinə səbəb olarıq.

Dəyərləndirdiyimiz şeyin anlayışımıza görə əskik və səhv tərəfləri varsa, subyektiv tənqid etmiş olarıq. Meyar və standartlara görə dəyərləndirmişiksə, deməli obyektiv tənqid etmişik. Buna belə misal vermək olar. Tənqidə başlayanda "məncə, mənə görə, mənim anlayışıma görə" kimi ifadələr qarşı tərəfin qəbul etməməsinə səbəb ola bilər. Bunun əvəzinə isə obyektiv ifadələr işlətsək, "bir kitaba görə, bir böyük alimin dediyinə" şəklində ifadələr faydalı nəticə verə bilər.

Müdürlərimizin və ya təcrübə və biliyi çox olan insanların tənqidi müsbət qəbul edilər. Çünki bu insanların fikrini bildirməsi ilə qarşı tərəfin yaxşılığı, faydası və müsbətliliyi təmin olunur. Bir çox insan bu insanlardan qəbul etdiyi tənqidlərlə özünü yetişdirər və əskikliklərini azaltmağa çalışar. Tənqiddəki qayəmiz qarşıdakı insanın xətasını düzəltmək olsa da, o xətanın yerləşməsinə gətirib çıxara bilər. Bir insana səhv söyləməkdənsə, ona necə olmalıdır onu söyləməliyik. Əgər qarşıdakı insan xətalarının söylənməsinə vərdiş edibsə, bu insanları tez-tez tənqid etmək düzgün deyil. Bu cür insanlara xətalarını söylədikcə xətaların yerləşməsi meydana gələ bilər. Bunun əvəzinə, bu insanların müsbət cəhətlərin önə çıxarıb əskik tərəflərinə işarə etmək daha faydalıdır. Məhəmməd Peyğəmbər (səs) insanların xətalarını adını çəkmədən düzəltməyə çalışmışdır. Şəxslərin xətalarının ön plana qoyulması, adı çəkilərək danışılması, şəxsin psixologiyasına görə uyğun olmaya bilər. Bu mövzuda Peyğəmbərimiz (səs) bizə rəhbərdir.

Uşaqlarda olan münasibətlərdə onların yaxşı tərəflərini önə çəkmək vacibdir. Məsələn, sinifdə bir sual soruşdunuz. Şagirdlərdən biri cavab verdi, ancaq cavab səhvdir. Bu durumda səhvə işarə etmədən şagirdin müsbət tərəflərini, cavabındakı bilgi hissələrindən istifadə edərək ona kömək etməliyik. Bundan sonra cavabın səhv olduğunu ifadə etmək olar. Onda şagird inciməz və sonrakı suallarda cavab vermə cəsarətini itirməz.

Komanda kimi işləyənlərin öz yoldaşlarını tənqiddən qaçmalıdır. Tənqid edən şəxs başqalarının tənqidə başlamasına qapı açar; dedi-qodu və qeybətin artmasına səbəb olar. Bununla da birlikdə çalışma ruhu zədələnər. İnsanlar davamlı bir-birlərinin səhvlərini görməyə başlayar. Qardaşlıq və yoldaşlıq zərərə uğrayar.

Müsbət tənqidin faydalarına müqabil mənfi tənqidin zərərləri vardır.

Hər şeyi tənqid edənlər özlərini də nəfis mühasibəsinə tabe tutmurlarsa, bu vəziyyət onların xətalarını düzəltmələrinə maneə təşkil edər. Həmişə başqalarını tənqid edənlər öz xətaları mövzusunda da o qədər həssas olmalıdırlar.

Tənqid vərdişi dedi-qodu və qeybəti özü ilə birlikdə gətirər. Bu səbəblə tənqidə başlayan şəxs bir müddət sonra qeybətə yaxalana bilər.

Gözəli təqdir etmək hər zaman təşviq edici bir davranışdır. "Gözəl görən gözəl düşünər, gözəl düşünən həyatından ləzzət alar" ifadəsi bizim üçün gözəl örnəkdir. Həyata baxışımız bu cür olarsa, həm qəlb qırmamış, həm də müsbət davranmış olarıq.

Mənbə

redaktə
  • Sızıntı Jurnalı, Türkiyə