Tunel (pirsinq)
Tunel — qulağın sırğalıq nahiyyəsinə taxılan halqa şəklində və böyük ölçüdə olan bəzək əşyası. Adi sırğadan dəliyin böyük diametri ilə fərqlənir. Həmçinin sonradan həmin dəliyin bağlanma prosesi Plaq (ing. plug — «tıxac») adlanır.
Tarix
redaktəTunel və Plaqlar hələ qədim dövrlərdən məlum idi, çünki qulaqların modifikasiyası hələ Afrika kontinentində yaşayan erkən insanlar tərəfindən təcrübələnirdi.
Xalqların Afrika materikindən yeni ərazilərə köçməsi ilə tunel də Avrasiya və digər kontinentlərə də yayıldı. Arxeoloji qazıntılar tunellərin Qədim Misirdə, İnd vadisi mədəniyyətində, Hind-Çində və Mezoamerika mədəniyyətlərində geniş istifadəsini təsdiqləyir.
Mohenco-Daroda aparılan arxeoloji qazıntılarda çoxlu sayda qulaq dəliklərini genişləndirmək üçün istifadə edilən alətlər və halqalar aşkar edilmişdi. İnd vadisi boyunca yaşayan xalqlarda tunel və plaqlar kundala (sanskr. कुण्डलिन्; “halqalarla bəzədilmiş qulaqlar”) adlanırdı. Həmçinin kundalalar Ardhanarişvaranı (sanskr. अर्धनारीश्वर Ardhanārīśvara) - Şiva (sağ yarımı) və Şakti (sol yarımı) tanrılarının androgin forması idi, hər ikisinin ümumi şəkli olaraq bütün təbiəti simvolizə edirdi.
Sırğalığın deşilməsi
redaktəQulaqda deşik edilməsi üçün bir neçə müxtəlif yol var:
- Cərrahiyyə yolu ilə - sırğalıq skalpel ilə lazımi diametrdə kəsilir. Bu üsul sırğalığın kifayət qədər ətli olduqda mümkündür. Onun əsas keyfiyyəti - tezlikdir.
- Genişləndirici alətlərlə tədricən sırğalıq dəliyinin böyüdülməsi. Bunun üçün əvvəlcədən edilmiş dəlik nahiyyəsinə akrildən və ya cərrahiyyə poladından düzəldilmiş halqa şəklində böyüdücülər daxil edilir. Bir seansa dəlik 2–6 mm böyüdülür.
- Teflon lentası ilə