Venom
Venom (ing. Venom) — Marvel Comics nəşriyyatı tərəfindən yayımlanan, əsasən Hörümçək-adamla əlaqəli komiks kitablarında görünən uydurma personaj. Personaj maye formalı amorf yad planetli Simbiot olmaqla, yaşaması üçün daşıyıcı - əsasən insanla əlqəyə girməsi vacibdir. Daşıyıcı ilə əlaqəyəgirdikdən sonra, Simbiot inkişaf etmiş güc və bacarıqlarını onun istifadəsinə verir. Venom Simbiotu insanla əlaqəyə girdikdən sonra yaranan yeni ikili varlıq özünü adətən “Venom” adlandırır. Personaj ilk dəfə canlı yad planetli kostyum kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində təqdim edilmiş, onun tam görünməsi isə “The Amazing Spider-Man #300” (may, 1988) baş tutmuşdur.
Venom | |
---|---|
ing. Venom | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
Yad planetli kostyumu kimi: The Amazing Spider-Man #252 (May 1984) Venom kimi: Kameo: The Amazing Spider-Man #299 (Aprel 1988) Tam iştirak: The Amazing Spider-Man #300 (May 1988) |
Yaradıcı(lar) |
Yad planetli kostyumu kimi: Rendi Şuller Rocer Stern Tom DeFalko Mayk Zek Ron Frenz Venom kimi: Devid Mişelini (yazıçı) Todd MakFarleyn (rəssam) |
Xüsusiyyətlər | |
Əsl adı |
Piter Parker New Goblin |
Doğum yeri | |
Cinsiyyəti | kişi[d] |
Boyu | 1,9 m |
Növü | klintar |
Komiks bioqrafiyası | |
Üzvlükləri | |
Düşmənləri | Hörümçək-adam |
Gücləri |
* Simbiotun ilk daşıyıcısı olmuş Hörümçək-adamın bütün güc və bacarıqları * Məhdud forma dəyişdirmə və kamuflyaj * Müstəqil Simbiot müdafiə bacarıqları * Hörümçək-adamın hörümçək hissiyatı tərəfindən hiss edilməmə |
Venom Simbiotunun ilk daşıyıcısı Piter Parker olmuş, lakin, Simbiotun pis xasiyyətini başa düşdükdən sonra Parker onu özündən ayıra bilmişdir. Simbiotun sonrakı daşıyıcıları arasında ən məşhuru Eddi Brok olmuş, məhz onun Venom olduğu dövrdə personaj Hörümçək-adamın əsas düşməninə çevrilmişdir.[1] Q.A.L.X.A.N.-ın məlumatlarında Venom, Maqneto, Doktor Dum və Qırmızı kəllə ilə birlikdə insanlıq üçün əsas təhlükə hesab edilir.[2]
Komiks müxbiri və tarixçisi Mayk Konroy personaj haqqında yazır: “Hörümçək-adam üçün dəyişik kostyum kimi başlayan bir şey, Marvelin ən böyük qarabasmalarından birinə çevrilmişdir.”[3][4] IGN tərəfindən təşkil edilmiş “Bütün zamanların ən böyük 100 komiks canisi” siyahısında Venom iyirmi ikinci yerdə qərarlaşmışdır.[5] IGN Mak Qarqanın Venom çevrilməsini, "The Top 50 Avengers" siyahısında on yeddinci[6], Fleş Tompsonun çevrilməsini iyirmi yeddinci[7] yerdə qərarlaşdırmışdır. “Empire” jurnalının “50 ən böyük komiks personajı” siyahısında personaj otuz üçüncü yerdə qərarlaşmışdır.[8]
Nəşr tarixi
redaktəNəzəriyyə və yaradılması
redaktəHörümçək-adamın yeni kostyumunun yaradılması haqqınd orijinal ideya Marvel Comicsə Norric, İllinoisdə yaşayan oxucu Rendi Şuller tərəfindən təklif edilmişdi.[9] 1982-ci ildə həmin vaxr Marvelin baş redaktoru olan Cim Şuter Şullerə məktub göndərərək, Marvelin ideya ilə maraqlandığını bildirmmiş və yekunda həmin ideya nəşriyyat tərəfindən 220 ABŞ dollarına alınmışdır.[10]
Şuter Hörümçək-adama ağ-qara kostum geyindirilməsi ideyasını Mayk Zek tərəfindən dizayn edilmiş yeni Hörümçək-qız kostyumunu görərkən düşünmüşdür.[11] Yazıçı/rəssam Con Birn öz saytında qeyd edir ki, öz-özünə sağalan bioloji materialdan hazırlanmış kostyum ideyası onun ağlına hələ Dəmir yumruq seriyası üzərində işləyərkən gəlmiş və bununla hər seriyada personajın geyiminin cırıldıqdan sonra, növbəti seriyada necə yenilənməsini izah etmək istəmiş, lakin, sonradan bu fikirdən istifadə etməmişdi. Sonradan Rocer Stern ona müraciət edərək həmin ideyanı Hörümçək-adam kostyumu üçün istifadə etməyə icazə almışdır. Stern də öz növbəsində mövzu haqqında fikirləşdə də, ayrıca başlıq etmək ideyasını inkişaf etdirməmişdir. Mişelinin seriyasından əvvəl yazıçı Tom DeFalko və rəssam Ron Frenz tərəfindən çıxarılan “Amazing Spider-Man” seriyasında ilk dəfə kostyumun yad planetli varlıq olduğu və yüksək səsə qarşı dözümsüzlüyü göstərilmişdir.[12]
Simbiot ilk dəfə Hörümçək-adamıın yeni qara kostyumu kimi “The Amazing Spider-Man #252” (may, 1984) komiksində "Homecoming!" hekayə xəttinin tərkibində təqdim edilmişdir. Hekayədə hadisələr Hörümçək-adamın ilk dəfə qara kostyum geyindiyi “Gizli müharibələr” (ing. Secret Wars) mini seriyasından sonra baş verir. Venomun ilk tam görünməsi Simbiotun Eddi Brokun bədəninə keçməsindən sonra “The Amazing Spider-Man #300” (may, 1988) komiksində baş vermişdir.
Daşıyıcıları
redaktəPiter Parker
redaktəHörümçək-adamın yeni qara kostyum alması hekayəsi Marvel Super Heroes Secret Wars #8 (dekabr, 1984) davamlılığında təsvir edilmiş, burada yazıçı Cim Şuter və rəssam Mayk Zek Marvel Kainatı qəhrəmanlarının Digər dünyalı tərəfindən Betlvorld adlı planetə çağırılması təsvir olunmuşdu. Canilərlə döyüşdə Hörümçək-adamın kostyumu məhv olduqdan sonra, Tor və Halk onu superqəhrəmanların bazasına göndərirlər; bazada məlumat verilir ki, maşın onun fikrini oxuyaraq istənilən kostyumu hazırlaya bilər. Maşın seçim etdikdən sonra qəribə qara maddə onun bədənini örtərək ağ-qara kostyuma çevrilir. Parkerin təəccübünə səbəb olan əsas xüsusiyyətlərdən biri adi küçə geyiminə çevrildiyi halda belə kostyumun güclü müdafiə təmin edə bilməsi idi.[13][14]
“The Amazing Spider-Man” davamlılığı zamanı yazıçı Tom DeFalko və rəssam Ron Frenz kostyumun hissiyyatlı yad planetli olması, onun oda və yüksəs səs enerjisinə qarşı dözümsüzlüyünü qeyd edirlər. Məhz həmin hekayə xəttində gecə yatdığı vaxt kostyum Piter Parkeri bürüyərək cinayətkarlara qarşı mübarizəyə çıxarır, səhər yuxudan oyandıqda isə Parker təəccüb içində qalaraq nə baş verdiyini anlamırdı. Parkerin kostyumu Rid Riçards (Mister Fantastik) tərəfindən sınaqdan keçirildikdən sonra onun canlı olması anlaşılmış, Parker kostyumun hər gün daha çox onun bədəninə bağlanmasını anladıqda ondan tamamilə imtina etmişdi, bundan sonra kostyum Fantastik Dördlük tərəfindən götürülmüşdü.[15][16] Lakin, Simbiot qaçaraq[17] Parkerə hücum etmiş, öz növbəsində Parker isə kafedral zənglərini istifadə edərək onu özündən uzaqlaşdırmağa müvəffəq olmuşdur.[18]
Eddi Brok
redaktə1985-ci ildə Piter Devidin “The Spectacular Spider-Man” hekayə xəttinə daxil olan "Sin Eater" hadisələrini əsas alaraq Eddi Brokun mənşə hekayəsi kimi istifadə edən Devid Mişelin yeni hekayə yazmışdır.[11] Venomun varlığı ilk dəfə “Web of Spider-Man #18” (sentyabr, 1986) komiksində təsdirlənmiş, burada o, Piter Parkeri qatarın altına itələsə də, onun hörümçək həssaslığı kömək etməmiş, buna baxmayaraq Venomun yalnız əli görünmüşdür. Növbəti dəfə Venom “Web of Spider-Man #24” (mart, 1987) komiksində görünmüş, burada Parker Hörümçək-adama çevrilmək üçün hündürmərtəbəli binadan atılsa da, arxadan uzanan qara əl onu tutaraq dartır, lakin hörümçək hissiyyatı yenidən xəbərdarlıq etmir. “The Amazing Spider-Man#299” (aprel, 1988) komiksinin son səhifəsində kameo kimi görünən Venom Parkerin həyat yoldaşı Meri Ceyn Uatsona hücum edir və bundan sonra, “The Amazing Spider-Man #300” komiksində (may, 1988) Venom ilk dəfə tam həcmli görünüş edir.[19]
Növbəti nəşrdə Hörümçək-adam onunla qarşılaşır, bu zaman Brok “Sin-Eater işi” üzərində çalışdığı zaman onun “Daily Globe” qəzetində jurnalist olmasını, “Sin-Eater” elan edilmiş insan Brokun kompulsiv etirafçı olmasının müəyyən edilməsindən sonra isə onun karyerası dağılmışdır. Hörümçək-adamı öz uğursuzluqlarında günahlandıran Brok, ondan tabloidlər üçün hekayə almağa çalışır. Stressi azaltmaq üçün o, bodibildinqlə məşğul olur. Lakin, bu fayda vermir və Brok, suisidal-depressiya vəziyyətinə düşür. Brok, Hörümçək-adamın Simbiotdan ayrıldığı kafedralda sakitlik axtararkən, Simbiot onun nifrətini hiss edir. Nəşr etdiyi sensasiyalı materiallardan sonra Brok Venom adını götürür.[20][21]
İllər ərzində Simbiot daha çox intellekt və əlavə daşıyıcı insanlar əldə etdikdən sonra, Venom adı məhz Simbiotun özünə və daşıyıcılara aid edilmişdir. Venom kimi Brok dəfələrlə Hörümçək-adamla döyüşmüş və bir neçə vəziyyətdə qələbə qazanmışdır. Venom həm daşıyıcı ilə, həm də onsuz dəfələrlə Piter Parkeri/Hörümçək-adamı öldürməyə çalışır. Parker özünü qara kostyum kimi təqdim edən Simbiotu tərk etdikdən sonra, Venom Parkerin həyat yoldaşı Meri Ceynlə üz-üzə gəlir.[22]
Hörümçək-adam və onun ailəsini cəzalandırmaq istəyən Venom, supercanilərin saxlandığı “Sərdabə” (ing. The Vault) adlı həbsxanadan qaçır.[23][24] Stiks virusuna yoluxan Simbiot bundan sonra komatoza çevrilir, Eddi Brok isə Rikher adasındakı həbsxanaya salınır.[25] Sağaldıqdan sonra Broku azad etmək üçün həbsxanaya gələn Simbiot, burada çoxalaraq Brokun həbsxana yoldaşı olan seriya qatili Seltus Kasadini yoluxdurur və nəticədə o, Karnaja çevrilir.[26] Bundan sonra Hörümçək-adam və Venom qumlu adada döyüşürlər, öz ölümünü saxtalaşdıran Hörümçək-adam Venomu orada qoyaraq gedir.[27] Lakin, qısa müddət sonra Karnajı dayandırmaq üçün Parker Venomu yenidən Nyu-Yorka gətirməli olur.[28] Venom yenidən çoxalır və daha beş Simbiot əmələ gətirir ki, onların da hər biri özünə daşıyıcı insan tapır.[29]
Hörümçək-adamdan qisas almaqla yanaşı, Simbiot Eddi Broka həm də vigilant kimi fəaliyyət göstərməyə kömək edir. O, Simbiotla birlikdə həm də günahsız insanları xilas etməklə məşğul olur ki, bu da nifrət etdiyi Hörümçək-adamla eyni işi görməsi anlamına gəlir. Bu özünü daha çox Karnajla qarşıdurmada büruzə verir. Hörümçək-adamın Venoma Brokun keçmiş həyat yoldaşı Enn Veyinqi xilas etməyə kömək etməsindən sonra, onlar arasında sülh yaransa da, Veyinqin sui-qəsdindən sinra sülhə son qoyulur.[30][31]
Müvəqqəti olaraq Simbiotu oğurlayan ABŞ Senatoru Stüard Uard, özünün yoluxduğu yad planetli virusu öyrənmək üçün Simbiotu yaxından tədqiq etmək istəsə də, Simbiot Broka geri qayıdır.[32] Lakin, bundan sonra Simbiot daşıyıcısı olan Brok üzərində dominantlıq edir.[33] Nəhayət ki, Simbiot xəstə olan Brokdan, Brok isə hər gün qana daha çox hərislik hiss edən Venomdan bezir və qarşılıqlı razılaşma ilə Brok Venomu canilərin hərracında satışa çıxarır.
Venoma çevrilmiş varlıq Simbiotlar növündən olmaqla, yaşamaq üçün daşıyıcıya ehtiyac hiss edir. Adrenalinlə qidalanan parazit daşıyıcısına fövqəltəbii güc və bacarıqlar bəxş edir. 1995-ci ildə çıxarılmış “Planet of the Symbiotes” hekayə xəttindən məlum olur ki, daşıyıcısını istifadə etmək əvəzinə ona kömək etmək istəyən Venom, öz növü tərəfindən dəli kimi qəbul edilmişdir. Növün genofondunu korlamamaq üçün, o, Betlvorlddə həbs edilmişdi.
Venom komiks seriyasının üçüncü cildində Simbiot, yeni daşıyıcısı olan Li Praysla tanış olur. Seriya cəmi altı nüsxəyə kimi davam edir (noyabr 2016 – aprel 2017). Seriyanın sonunda Venom üzərində idarəni yenidən əlinə alan Eddi Brok #150 nömrə ilə Venom komiksini I cildə qaytarmışdır.[34]
Mak Qarqan
redaktəDaha əvvəl Xərçəng adı ilə tanınan cani Mak Qarqanın bədəninə yerləşən Simbiot, ikinci Venom kimi ona xüsusi bacarıqlar verir.[35] Qarqanın əlaqəyə girdiyi varlıq ona elə bacarıqlar vermişdir ki, bu bacarıqlar onun sonradan Norman Ozborn tərəfindən yaradılmış Məkrli on ikiliyə qəbul edilməsinə imkan yaratmışdır.[36] Qisasçılar On ikiliyin digər üzvləri ilə məşğul olduqlarına görə, Hörümçək-adam qısa müddətdə Maks Qarqanı məğlub edir. Onun belə tez məğlub olması isə Qarqanın Parkerə Eddi Brok kimi nifrət etməməsi ilə izah edilir.[37]
Qarqan daha sonra Yeni Qisasçıların qaçmış üzvlərinin izlənməsi üçün Qisasçılar tərəfindən yaradılmış [38]“Şimşək zərbələri” qrupuna daxil olmuşdur.[39] Sonradan məlum olur ki, Simbiotu nəzarət altında saxlamaq üçün dövlət tərəfindən onun bədəninə elektrik implantları yerləşdirilmişdir.[40]
Venomun daşıyıcısı olduqdan sonra Qarqan şəxsi keyfiyyətlərinin bir çoxunu itirərək tamamilə Simbiotun nəzarəti altına düşür və onun təhriki ilə hannibalizmlə məşğul olmağa başlayır. Simbiot bədənə təsir etmədikdə isə ürəkbulanması və orqanizm qarşısında qorxu hissi gətirirdi.[41] Anti-Venomla (Eddi Brok) döyüş zamanı Qarqan və Simbiot demək olar ki, bir-birindən ayrılmış və Venom Simbiotu az qala məhv edilmişdi. Lakin, Simbiotun genləri Qarqanın qanında yaşamağa davam edir və buna görə də, Ozborn ona vaksinlər vuraraq qalmış hissələrin inkişafına və yenidən əmələ gəlməsinə səbəb olur. Simbiotun tamamilə sağalmasına kimi Qarqan Xərçəngin zirehli geyimindən istifadə edir və buna görə də Hörümçək-adam onu “Ven-orpion” adlandırır. Lakin, Simbiot tam bərpa olunduqdan sonra Xərçəngin zirehini parçalayaraq çölə çıxır.
Norman Ozborn tərəfindən verilmiş kimyəvi maddənin qəbul edilməsindən sonra Venom daha çox insani forma alaraq, qara geyimli Hörümçək-adam kimi görünür. Qara Qisasçılar dəstəsinin yaradılması zamanı o, “Möhtəşəm Hörümçək-adam” kimi dəstəyə daxil olur.[42] Asqardın mühasirəsindən sonra, Qarqan da daxil olmaqla Qara Qisasçıların əksər üzvləri nəzarət altına götürülür. Raft həbsxanasında saxlandığı müddətdə Venom Simbiotu güclə Mak Qarqandan ayrılır.[43]
Fleş Tompson
redaktə9 dekabr 2010-cu ild Marvel Comics hökumətə aid yeni Venomu elan etmişdir. Həmin yeni Venom 2011-ci ilin martından çıxarılan Venom seriyasında iştirak edir. Yeni Venomun doğulması 2011-ci ilin febralında çıxarılmış “The Amazing Spider-Man #654” komiksində təqdim edilmişdir.[44] 28 yanvar 2011-ci ildə yeni Venomun Fleş Tompson olması elan edilmişdir.[45][46] Dövlət tərəfindən işə götürülən Fleş xüsusi agent kimi Venom Simbiotunu geyinmişdi. Fleş yalnız 48 saat ərzində simbiotu geyinməyə razılaşmışdı, çünki, daha artıq müddətdə isə onun təsiri altına düşmək ehtimalı var idi. Simbiotla yanaşı Fleş həm də ehtiyac olan istənilən silaha çevrilə bilən “Multi-Silah”la silahlanmışdı. Hökümət də ehtiyat tədbiri görərək, Fleşin nəzarəti itirəcəyi halda onu məhv etmək üçün silah hazırlamışdı. Fleş nəzarəti itirməmiş, sonradan Gizli Qisasçılar[47], Şimşək zərbələri[48], Qalaktika Mühafizəçiləri[49] dəstələrinə qoşulmuş və Klintar tərəfindən Kosmik cəngavər elan edilmişdi.[50]
Li Prays
redaktəFleş Tompsondan ayrıldıqdan sonra Venom Simbiotu qara bazarda satışa çıxarılaraq, Qara Pişik və Tombston cani dəstələri arasındakı hərracda satılır. Bundan sonra, Venom, Qara Pişik dəstəsində Xərçəng olan, keçmiş hərbçi Li Praysı daşıyıcı seçir. Zəifləmiş Simbiot, Praysın da Tompson kimi qəhrəman olmasına çalışır. Lakin, Simbiotun istəyini rədd edən Prays, onun güc və bacarıqlarını istifadə edərək daha ciddi cani Venom yaratmışdır.[51]
Li Prays Qara Pişiyin himayəsinə keçsə də, burada Xərçəng onu günahlandıraraq atışmaya səbəb olur. Venomun Qara Pişiyə hücum etməsindən sonra, Li Prays onların sığınacağını tərk edir, çünki, Xərçəng yavaş-yavaş Lidən şübhələnməyə başlayır. MKİ agentləri onun ayrılmasını müşahidə edirlər. Qısa müddət sonra Li Prays Tombston dəstəsindən Atəşböcəyinin hücumuna məruz qalır. Atəş böcəyini məğlub edən Liyə yaxınlaşan MKİ-nin bazukalı agenti onun həbs olunduğunu deyir.[52]
Eddi Brok və Li Prays tərəfindən həbs edilən Li Prays Simbiotu itirir və NYPD tərəfindən həbs olunur.[34]
Supergüclü insanların saxlanması üçün supermühafizəli Nyu-York həbsxanasında saxlandığı müddətdə oradakı canilərdən ehtiyat edən Prays, yeməkxanada baş verən döyüşdə caniərdən üçünü məğlub da edə bilir. Li, çıxdıqdan sonra yenidən Venom Simbiotu ilə birləşərək onu incidənlərdən qisas almağı planlaşdırır.[53] Bir müddət sonra, Lini ziyarət edən vəkili onunla döyüşmüş canilərdən ikisinin ölü tapıldığı və xəbərlərdə yenidən Venomun qayıtmasından danışıldığını deyir.[54] Məhkəmə prosesində Praysın vəkili onun Venom kimi törətdiyi işlərin hamısına görə Venom Simbiotunun cavabdeh olduğunu və Simbiotun hələ də azadlıqda olmasını qeyd edir. Bundan sonra hakim Lini azadlığa buraxır. Azad edilən Li isə, Venomla yenidən birləşərək düşmənlərindən qisas almağa davam edir.[55]
Digər daşıyıcıları
redaktəEnn Veyinq
redaktəEnn Veyinq ilk dəfə “The Amazing Spider-Man#375” komiksində təqdim edilmişdir. O, Eddi Brokun keçmiş həyat yoldaşı və müvəffəqiyyətli hüquqşünasdır. Brokla bağlı bəzi hekayələrdə o, Hörümçək-adama kömək edir. Daha sonra, o, Hörümçək-adamı müşahidə edərək, onun valideynlərinin Venom tərəfindən əsir alındığı əyləncə parkına gəlir. O, Broku sakitləşdirir və düşmənçiliyini sona yetirmək üçün yola gətirir. Daha sonra, sosial ədalət üçün mübarizə aparanlarla birlikdə Günah yeyən ona da hücum edərək atəş açır, bu zaman onu qorumaq üçün Venom müvəqqəti olaraq Veyinqin bədəninə yerləşir və o, ilk Qadın-Venom olur. Qadın-Venom onu incitmiş kişilərə hücum edir, Veyinqə görə narahat olan Brok Venomu qayıtmağa məcbur edir. Enn Venomun təsiri altında etdiyi işlərdən dəhşətə gəlir. Daha sonra Venom üçün qurulmuş tələyə əsasən, Enn saxta bəhanə ilə həbs edilir. Brok onu xilas etməsi üçün Venomu göndərir və Enn Qadın-Venoma çevrilərək xilas olur. Bir müddət sonra Hörümçək-adamın onun pəncərəsi qarşısından qara kostyumda keçməsindən sonra, Brokun Venomu geri almaq üçün gəldiyini düşənən Enn qorxaraq intihar etməyə çalışır.[32]
Patrisiya Robertson
redaktəPatrisiya Robertson ABŞ Ordusunun əlaqələr üzrə mütəxəssisidir.[56] Ararat Korporasiyasına məxsus forpostun yoxlanması zamanı, o, bir alim istisna olmaqla hər kəsin öldürülməsinin şahidi olur. Məlum olur ki, Ararat Korporasiyası kiçik hörümçək robotlara bənzər yad planetlilər tərəfindən idarə olunur, korporasiyanın rəhbəri Bob isə hökumət sıralarına sıza bilmişdir. Ararat Korporasiyası insanlığın daha sürətli məhv edilməsi üçün Venomu klonlaşdırsa da, klon öz sahibini məhv etməyə başlayır. Forpost gözətçilərinin öldürülməsinə görə də, məhz klon cavabdehlik daşıyır.[57]
Robertson, sonradan Rid Riçards tərəfindən təsadüfən Yer kürəsinə gətirilmiş və Bob kimi kiçik robotvari kosmik varlıq olan Syutun simasında özünə tərəfdaş tapır.[58] Robertson özündə olmadığı müddətdə Syut onu inkişaf etdirir ki, klonla qarşılaşacağı təqdirdə müqavimət göstərməyə qadir olsun. Syut Şimal porsuğunu sabotaj edir, klonlar sahibinə üstünlük verərək onu Robertsonla əlaqə saxlamağa məcbur edirlər. Bobin agentlərindən biri Robertsonu inandırır ki, insanlığın xilas edilməsi üçün əsl Venom öldürülməlidir, buna görə də onu, həbsə salınmış Venomu azad etməyə məcbur edir. O və Venom dalaşırlar, lakin, Venom qaça bilir. Bob, Robertsona klonu idarə etməyə imkan verən texnologiyanı deaktivləşdirir. Venom və Robertsonun növbəti qarşılaşmasında birinci klonu udur.[59] Bundan sonra, Venom Ararat Korporasiyası tərəfindən klon qarşısında qoyulmuş məqsədi həyata keçirməyə başlayır. Lakin, seriya davam etdirilməmiş və 2012-ci ildən bəri süjet tamamlanmamış qalmışdır. Sonradan Venom Simbiotu klonu öz bədənindən ayırmış və bu ona, Andrea “Endi” Benton adlı yeniyetmə ilə birləşməyə imkan vermişdir. Maniya adını götürən Benton bir müddət Agent Venomin partnyoru olmuşdur.[60]
Ancelo Fortunato
redaktəAncelo Fortunato ilk dəfə “Marvel Knights Spider-Man #7” komiksində təqdim edilmiş və sonrakı nəşrdə öldürülmşüdür. Ancelo, Koza nostranın məşhur üzvlərindən biri Don Fortunatonun oğludur. Zəif bədən quruluşu və utancaq xasiyyətinə görə Ancelo, tez-tez atasının izdivac mənbəyinə çevrilir. Don, hərracda iştirak edərək Venom Simbiotunu Brokdan $100 milyona alır. Brok Anceloya Simbiotla bağlı xəbərdarlıq etsə də, ikinci itiriləsi bir şeyinin olmadığını deyir.[61] Simbiotla birləşdirkdən sonra, Hörümçək-adamn kimliyini öyrənən Ancelo onu öldürməyə çalışır. Hörümçək-adam sonda ona qalib gəlir və Ancelo binaların arasından atılarkən Simbiot onu tərk edir və aşağı düşərək ölməsinə səbəb olur. Hörümçək adam onu xilas etməyə çalışsa da, buna müvəffəq olmur.[62]
Dedpul
redaktə“Deadpool's Secret Secret Wars #3” komiksində bəlli olur ki, Dedpul Simbiot kostyumu Hörümçək-adamın orijinal “Secret Wars” hadisələrindən daha əvvəl geyinmişdir və Simbiotun aqressiv xarekteri onun Dedpulla əlaqədə olduğu müddətdə dəli olması ilə əlaqələndirilir.
2016-cı ildə çıxarılmış “Deadpool: Back in Black” adlı mini-serialda göstərilir ki, qısa müddət sonra, “Web of Spider-Man #1” hadisələrində Hörümçək-adamdan ayrıldıqdan sonra, Simbiot qısa müddət ərzində yenidən Dedpula qayıtmışdı.
Güc və bacarıqları
redaktəYaşamaq üçün canlı daşıyıcıya ehtiyacı olmasına baxmayaraq, Venom Simbiotu daşıyıcının kimliyindən asılı olmayaraq özünü müdafiə eləməyə qadirdir. Simbiot bacarıq və imkanlarını inkişaf etdirməyə, tikanlar yaratmağa və onları böyütməyə qadirdir. Simbiot daşıyıcısı olan humanoidlərin formasını ala bilir. Orqanizm həm də gizlənmək üçün rəngini dəyişə və ya tamamilə şəffaf ola bilir. Yaratdığı xüsusi boş hissə sayəsində daşıyıcısına əlavə çantaya ehtiyac olmadan kiçik əşyaları özü ilə götürməyə imkan verir. Həm də telepatik bacarığa malik olan Simbiot, bu bacarığını daha çox daşıyıcısı ilə ünsiyyəti zamanı istifadə edir.
Hörümçək-adamla ilkin əlaqəsinə görə, Simbiot sonrakı bütün daşıyıcılarına qəhrəmanın güc və bacarıqlarını, həmçinin hörümçək hissi tərəfindən aşkarlanmamaq bacarığı verir. Hörümçək-adamın döyüş bacarığı qismən hörümçək hissindən asılı olduğuna görə, Eddi Brokla döyüş zamanı o, çətinlik yaradır. Hörümçək-adamla birləşdiyi dövrü xatırlayan Venom, onun kimi hörümçək toru yaratmağa da qadirdir.
Simbiot, daşıyıcısı olan şəxsin fiziki gücünü dəfələrlə artırır. Daşıyıcı daha iri cüssəli və əzələli olur. Simbiot qeyri-insani iti dişlərə malikdir və adətən ağzından iri dili sallanır. Venom, fiziki olaraq Hörümçək-adamdan[63] daha böyük təsvir olunur və o, daha kobud gücə malikdir.
Venom digərlərinin bəzi superinsan güclərinə qarşı immunitetı malikdir, məsələn Kabus sürücünün qəddarlığı hiss etmə və Hörümçək-adamın hörümçək hissiyyatı Venoma qarşı keçərli deyildir. Venom bəzi hallarda həm də özünü kopyalaya bilir. Məsələn, 2005-2006-cı illərdə çıxarılmış “Spider-Man: Reign” mini-seriyasında tənhalıqla mübarizə aparmaq üçün, Venom öz kopyasını yaradır.[20]
Venom Simbiotu alova və səs dalğalarına qarşı dözümsüzdür. O, Karnaj istisna olmaqla bütün digər Simbiotları izləyə bilir. Karnaj Seltus Kasadi ilə birləşdikdən sonra Venomun bu bacarığının qarşısını alma bilmişdi.[28]
Digər versiyaları
redaktəUydurma personaj kimi Venom komiks kitablarından filmlər və teleseriallara kimi müxtəlif müxtəlif uyğunlaşdırmalarda görünmüşdür. Hər versiya özünəməxsus davamlılıq yaratmaqla, bəzən hətta personajın xarici görünüşü də kıskin fərqlənən paralel kainatlar təqdim edir.
Digər mediada
redaktəTeleviziyada
redaktə- 1994-cü ildə çıxarılmış “Hörümçək-adam” teleserialında Venomun Hörümçək-adam versiyası Kristofer Deniel Barns, Eddi Brok versiyası isə Henk Azaria tərəfindən səsləndirilmişdir. "The Alien Costume: Part Two" seriyasının sonunda Simbiotun Hörümçək-adam tərəfindən rədd edilməsindən sonra, Eddi Brok daşıyıcıya çevrilir. "The Alien Costume: Part Three" seriyasının sonunda Venom məğlub edilir. Üçüncü mövsümdə sonuncu dəfə görünən Venom, Karnaj, Dormammu və Baron Mordoya qarşı mübarizədə Hörümçək-adam və Dəmir adamla birləşir.
- 1999-cu ildə çıxarılmış “Məğlubedilməz Hörümək-adam” serialında Venomun Eddi Brok versiyası görünür və Brayan Drammond tərəfindən səsləndirilir.
- 2008-ci ildə çıxarılmış “Hörümçək-adamın yeni macəraları” teleserialında Venomun Hörümçək-adam versiyası Coş Kiton, Eddi Brok versiyası isə Bencamin Diskin tərəfindən səsləndirilmişdir. "The Uncertainly Principle" seriyasında kosmik gəmiyə sızan Simbiot Yerə gəlir. "Intervention" seriyasında Hörümçək-adam tərəfindən rədd edildikdən sonra, o, Eddi ilə biləşir, "Nature vs. Nurture" seriyasında isə tamamilə məğlub edilir. İkinci mövsümün "First Steps", "Growing Pains" və "Identity Crisis" seriyalarında geri qayıdan Venom Hörümçək-adamın gizli kimliyini açmağa çalışsa da, onun planı iflasa uğrayır.
- 2012-ci ildə çıxarılmış “Mükəmməl Hörümçək-adam” serialında Harri Ozborn Mett Lanter, Qoblin-Venom isə Stiven Ueber tərəfindən səsləndirilmişdir.[64] "Venom" seriyasında Doktor Osminoq Hörümçək-adamın qanından Venom Simbiotunu yaradır. Daha sonra o, yaradıcılarından qaçaraq Fleş Tompson, Nova, Pauer-men, Dəmir yumruq və Hörümçək-adam kimi müxtəliif personajlarla birləşir.[65] "Back in Black" adlı seriyada Harri Simbiotun daşıyıcısına, tədricən isə qəzəbli Venoma çevrilir. "Venomous" adlı seriyada Simbiot yenidən Harrini nəzarəti altına alır, lakin, Anti-Venomun köməkliyi ilə Hörümçək-adam və digərləri onu azad edə bilirlər. Simbiot daha sonra, "Carnage", "Venom Bomb", "Second Chance" və "The Avenging Spider-Man" seriyalarında da görünür.[66]
- “Fines və Ferb” cizgi serialının 2013-cü ildə çıxarılmış “Fines və Ferb: Marvel missiyası” adlı xüsusi buraxılışında görünən Venomu Denni Trejo səsləndirir.[67][68]
- Venom “Halk və Z.Ə.R.B.Ə casusları” cizgi serialının “The Venom Inside” adlı seriyasında görünür.[69] Doktor Osminoq Venom Simbiotunun yeni versiyasını yaradır, Skaar, Qadın-Halk, Qırmızı Halk və Halk növbə ilə onun daşıyıcısı olurlar. Lakin, Halklar və Hörümçək-adan birləşərək Venomu məğlub edirlər. Əsl Venom Simbiotunun isə sağ olub-olmaması bilinmir.
- “Lego Marvel Super Heroes: Maximum Overload” leqo animasiya filmində görünən Venomu Di Bredli Beyker canlandırır.
- Venom 2017-ci ildə çıxarılmış “Hörümçək-adam” adlı teleserialda görünür. Simbiot ilk dəfə V-252 adı altında “A Day in the Life” seriyasında görünür.
- Venom Simbiotu “Qisasçılar dəstəsi” serialının “The Immortal Weapon” adlı seriyasında görünür.[70]
- Venom, “Qalaktika mühafizəçiləri” serialının “Drive Me Carnage” adlı seriyasında görünür.[71]
Film
redaktəVenomun filmlərdə ilk dəfə görünməsi “New Line Cinema” prodüsserliyi və Devid Qoyerin ssenarisi əsasında hazırlanmış filmdə görünməsi nəzərdə tutulurdu. Filmdə Venom anti-qəhrəman, Karnaj isə antaqonist rolunda çıxış etməli idi. Lakin, 2007-ci ildə Venomun ekranlaşdırılması hüququ Sony şirkətinə keçir.[72]
Hörümçək-adam trilogiyası
redaktəEddi Brok / Venom 2007-ci ildə çıxarılmış “Hörümçək-adam 3” filminin əsas antaqonisti olmaqla Toper Qreys tərəfindən canlandırılmışdır. Filmdə, Piter Parker tərəfindən rədd edilən Simbiot, fotoqraf kimi çalışan Brokla birləşir. Venom, Hörümçək-adamı məğlub edə bilmək üçün Flint Marko / Qum-adam ilə işbiriyi etməyə çalışsa da, onun planı iflasa uğrayır, özü isə Yeni Qoblinin balqabaq bombalarından birinin partlaması nəticəsində ölür.
2007-ci ildə Sonynin icraçı direktoru Avi Arad, Sem Reyminin “Hörümçək-adam” trilogiyasına Venom Simbiotuna fokuslanmış spin-off filminin çəkilməsi planından bəhs etmiş, Ceykob Aaron Estesə isə “Venom” adlı ssenarinin yazılması həvalə edilmişdir.[73] Estesin ssenarisindən imtina olunmasından sonra, 2008-ci ilin sentyabrında ssenarinin yazılması Ritt Riz və Pol Vernikə həvalə edilmiş[74], rejissorluğu isə Qari Ross öz öhdəsinə götürmüşdür.[75] “Variety” jurnalı “Venom”un anti-qəhrəman filmi olacağını, “Marvel Entertainment”in isə filmə prodüsserlik edəcəyini bildirir.[76] Lakin, sonradan potensial filmin istehsalı dayandırılmışdır.
Yeni Hörümçək-adam seriyası
redaktə“Yeni Hörümçək-adam 2” filminin sonunda Venom Simbiotu kameo görünüşü almışdır. Filmin sonunda Oskorp binasında Osminoqun kəşfi olan texnologiyaların yanından keçən Centlmen /Qustav Fiers, Qırğının mexaniki qanadları və Oskorpun mxaniki silahları ilə yanaşı Simbiotu da görür. Filmin təbliğatı üçün Eddi Brokun adından (Venomun ən məşhur daşıyıcılarından biri) nəşr edilmiş məqalədə Enn Veyinqin (sonradan Qadın-Venoma çevrilmişdi) köməkliyi ilə Seltus Kassidinin (sonradan Karnaja çevrilmişdi) ələ keçirilməsi ətraflı təsvir edilirdi.[77]
2012-ci ildə “Yeni Hörümçək-adam” seriyasının tərkibi kimi “Venom” filminin çəkilməsi üçün Coş Trankla danışıqlara başlanılır.[78] 2013-cü ilin dekabrında Sony “Yeni Hörümçək-adam” film seriyasına daxil olan və Venomun da iştirak etdiyi “Venom: Karnaj” və “Məkrli altılıq” filmlərini elan edir, birinci filmin ssenarisinin Aleks Kurtzman, Roberto Orci və Ed Solomon tərəfindən yazılacağı, Kurtzman tərəfindən çəkiləcəyini bildirir.[79] 2014-cü ilin sentyabrında Kurtzman bildirir ki, onlar personajın Eddi Brok, Enn Veyinq və Fleş Tompson kimi müxtəlif versiyalarını nəzərdən keçirirlər.[80] Sonynin Marvel Studiosla anlaşmasından sonra digər spin-offlar kimi Venomla bağlı film də təxirə salınmışdır.
Sonynin Marvel Kainatı
redaktə2016-cı ilin martında Hörümçək-adamın Marvel Kinematoqrafiya Kainatında təqdim edilməsindən sonra, Sony Venomla bağlı ayrıca film çıxarılcağını, filmin ssenarisinin Dante Harper tərəfindən yazılacağı, prodüsserliyini isə Arad, Met Tolmaç və Emi Paskalın öhdəsinə götürəcəyini elan edir. Filmin nə MKK ilə, nə də Hörümçək-adamla heç bir əlaqəsi olmayacağı, özünün davamlığında yer alacağı bildirilir.[81][82][83] Bir il sonra, Sony Venom filminin 5 oktyabr 2018-ci ildə çıxarılacağını, Skott Rozenberq və Ceff Pinknerin isə ssenari müəllifi olacağını bildirir.[84] R reytinqi ilə çəkilən filmin Sonynin Marvel Kainatına daxil olan ilk film olacağı elan edilir.[85][86] 2017-ci ilin mayında Tom Hardinin Eddi Brok/Venom rolunu canlandıracağı filmin Ruben Fleyşerin rejissorluğu ilə çəkiləcəyi xəbər verilir.[87] Eddi Brokun həyat yoldaşı Enn Veyinqin də görünəcəyi filmin ehtimal edilən antaqonisti Seltus Kasadi / Karnajdır. Ruben Fleyşer film üzərində işləyərkən Devid Kronenberq və Con Karpenterin işlərindən ilhamlandığı bildirilmişdir.[88][89] Filmin ikinci plan rollarını Riz Ahmed, Mişel Uilyams və Cenni Sleyt canlandırmışlar. “Variety” Pinkner və Rozenberqlə yanaşı, Kelli Marselin də filmin ssenarisinin yazılmasında iştirak etdiyini qeyd edir.[90] Filmin çəkilişlərinə 23 oktyabr 2017-ci ildə başlanmışdır.[91] Venom film ABŞ-də 5 oktyabr 2018-ci ildə təqdim edilmişdir.
İstinadlar
redaktə- ↑ "Venom: Dark Origin #5 - Marvel Comics Catalog: The Official Site - Iron Man, Hulk, Spider-Man, X-Men, Wolverine and all Marvel Comics and Graphic Novels | Marvel Comics Catalog". Marvel.com. 2008-12-31. 2009-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ Mark Miller (w), Terri Dodson (p), Reyçel Dodson (i). Spider-Man Ultimate Collection (December 2011), Marvel Comics
- ↑ Conroy, Mike. 500 Comicbook Villains, pp.358, Collins & Brown, 2004.
- ↑ Goldstein, Hilary. "Spider-Man villain poll". IGN. 2006-02-01. 2007-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ "Venom is number 22". IGN. 2010-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ "The Top 50 Avengers". IGN. April 30, 2012. 31 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ "The Top 50 Avengers". IGN. April 30, 2012. 31 August 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ "Empire | The 50 Greatest Comic Book Characters". Empireonline.com. 2006-12-05. 2015-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2018.
- ↑ Cronin, Brian. "Comic Book Urban Legends Revealed Extra: Randy Schueller's Brush With Comic History |". Comic Book Resources. May 16, 2007. October 23, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 29, 2018.
- ↑ August 3, 1982 letter from Jim Shooter to Randy Schueller Arxiv surəti 4 noyabr 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 4, 2015, at the Wayback Machine. Comic Book Resources. Yoxlanılıb: 29 may 2018
- ↑ 1 2 David, Peter (June 4, 1993). "The Wacko Theory", Comics Buyer's Guide, Reprinted in the collection But I Digress (1994). pp. 104-106
- ↑ Byrne, John. "How is it that JB "created" Venom?" Arxiv surəti 8 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 8, 2007, at the Wayback Machine. "Frequently Asked Questions". Byrne Robotics, Yoxlanılıb: 29 may 2018.
- ↑ Shooter, Jim (w), Zeck, Mike (p), Beatty, John; Abel, Jack; Esposito, Mike (i). "Invasion!" Marvel Super Heroes Secret Wars 1 (December 1984), Marvel Comics
- ↑ "Venom: The Sordid History of Spider-Man's Black Costume". Marvel Comics. November 29, 2006. October 4, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 may 2018.
- ↑ Tom DeFalco (w), Ron Frenz (p), Josef Rubinstein (i). ""The Sinister Secret of Spider-Man's New Costume"" The Amazing Spider-Man 258 (November 1984), Marvel Comics
- ↑ Byrne, John. "How is it that JB "created" Venom?" Arxiv surəti 8 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib sentyabr 8, 2007, at the Wayback Machine. "Frequently Asked Questions". Byrne Robotics. Yoxlanılıb:29 may 2018.
- ↑ Fantastic Four. Marvel Comics. November 1984.
- ↑ Simonson, Louise (w), LaRocque, Greg (p), Mooney, Jim (i). "Til Death Do Us Part!" Web of Spider-Man (April 1985), Marvel Comics
- ↑ "Amazing Spider-man #300 Vol 1" Arxivləşdirilib 2015-10-18 at the Wayback Machine, Comics Price Guide, Yoxlanılıb: 30 may 2018.
- ↑ 1 2 David Michelinie (w), Todd McFarlane (a). "Venom" The Amazing Spider-Man 300 (May 1988), Marvel Comics
- ↑ "(Eddie Brock) - Marvel Universe: The definitive online source for Marvel super hero bios". Marvel.com. 2009-09-15. 2018-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may 2018.
- ↑ David Michelenie (w), Todd McFarlane (a). "Survival of the Hittist" The Amazing Spider-Man 299 (April 1988), Marvel Comics
- ↑ David Michelenie (w), Todd McFarlane (a). "A Matter of Life and Debt!" The Amazing Spider-Man 315 (May 1989), Marvel Comics
- ↑ David Michelinie (w), Todd McFarlane (a). "The Sand and the Fury!" The Amazing Spider-Man 317 (July 1989), Marvel Comics
- ↑ David Michelinie (w), Erik Larsen (p), Mike Machlan (i). "Stalking Feat!" The Amazing Spider-Man 333 (July 1990), Marvel Comics
- ↑ David Michelinie (w), Erik Larsen and Mark Bagley (p), Randy Emberlin (i). The Amazing Spider-Man 344-345 (February–March 1991), Marvel Comics
- ↑ David Michelinie (w), Erik Larsen (p), Randy Emberlin (i). "The Boneyard Hop!" The Amazing Spider-Man 347 (May 1991), Marvel Comics
- ↑ 1 2 David Michelinie (w), Mark Bagley (p), Randy Emberlin (i). "Carnage" The Amazing Spider-Man 361-363 (April–June 1992), Marvel Comics
- ↑ David Michelinie (w), Mark Bagley (p), Sam de la Rosa and Allen 'Al' Milgrom (i). "Lethal Protector, Part 1: Darksoul Drifting" Venom: Lethal Protector 1 (February 1993), Marvel Comics
- ↑ David Michelinie (w), Mark Bagley (p), Randy Emberlin (i). "Spidey Vs. Venom: The Final Confrontation!" The Amazing Spider-Man 375 (March 1993), Marvel Comics
- ↑ Howard Mackie (w), Erik Larsen (p), John Beatty (i). "Mirror Mirror" The Amazing Spider-Man v2, 19 (July 2000), Marvel Comics
- ↑ 1 2 Howard Mackie (w), John Romita, Jr. (p), Scott Hanna (i). "The Distinguished Gentleman From New York Part 1" The Amazing Spider-Man v2, 22 (October 2000), Marvel Comics
- ↑ Peter Sanderson (w). Official Handbook of the Marvel Universe: Spider-Man. 2004
- ↑ 1 2 Venom Vol. 3 #6. Marvel Comics.
- ↑ Mark Millar (w), Terry Dodson (p), Rachel Dodson (i). "The Last Stand, Part 1 of 4" Marvel Knights Spider-Man 9 (February 2005), Marvel Comics
- ↑ Mark Millar (w), Terry Dodson (p), Rachel Dodson (i). "The Last Stand, Part 2 of 4" Marvel Knights Spider-Man 10 (March 2005), Marvel Comics
- ↑ Mark Millar (w), Terry Dodson (p), Rachel Dodson (i). "The Last Stand, Part 3 of 4" Marvel Knights Spider-Man 11 (April 2005), Marvel Comics
- ↑ Leinil Francis Yu (a), Tom Brevoort, Molly Lazer and Joe Quesada (ed). Civil War: Choosing Sides 1 (December 2006), Marvel Comics
- ↑ Mark Millar (w), Steve McNiven (p), Dexter Vines (i). "Civil War, Part Four of Seven" Civil War 4 (October 2006), Marvel Comics
- ↑ Heroes for Hire Vol. 2 #2
- ↑ Warren Ellis (w), Mike Deodato (a). Thunderbolts 112 (May 2007), Marvel Comics
- ↑ Brian Michael Bendis (w), Mike Deodato (a). Dark Avengers 1 (March 2009), Marvel Comics
- ↑ Dan Slott (w), Humberto Ramos (p), Carlos Lobo Cuevas (i). The Amazing Spider-Man 648 (January 2011), Marvel Comics
- ↑ "New Venom". IGN. 2010-12-09. 2011-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2018.
- ↑ "The Next Big Thing: Venom". 2012-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.
- ↑ "New Venom Identity Revealed". ifanboy.com. 2011-01-28. 2011-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 may 2018.
- ↑ Secret Avengers Vol. 1 Issues 23-37
- ↑ Thunderbolts Volume 2 issue 1-23
- ↑ Guardians of the Galaxy Vol. 3
- ↑ Venom: Space Knight Vol. 1 1-13
- ↑ Mike Costa (w), Gerardo Sandoval (p), Gerardo Sandoval (i), Dono Sanchez Almara (col), VC's Clayton Cowles (let), Devin Lewis (ed). Venom v3, #1 (23 November 2016), United States: Marvel Comics
- ↑ Venom Vol. 3 #2
- ↑ Venom #155
- ↑ Venom #157
- ↑ Venom #158
- ↑ Venom #1
- ↑ Venom #8
- ↑ Venom #10
- ↑ Venom #17
- ↑ Venom (vol. 2) #38-42
- ↑ Mark Millar (w), Terry Dodson (p), Rachel Dodson (i). "Venomous, Part 3 of 4" Marvel Knights Spider-Man 7 (December 2004), Marvel Comics
- ↑ Mark Millar (w), Terry Dodson (p), Rachel Dodson (i). "Venomous, Part 4 of 4" Marvel Knights Spider-Man 8 (January 2005), Marvel Comics
- ↑ Daniel Way (w), Francisco Herrera (p), Carlos Lobo Cuevas (i). "Patterns. Part 2" Venom 12 (2003), Marvel Comics
- ↑ Mozzocco, J. Caleb (January 10, 2012). "'Ultimate Spider-Man' Cartoon to Kick Off Disney XD Marvel Programming Block April 1" Arxiv surəti 11 may 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine. Comics Alliance.
- ↑ Venom // Ultimate Spider-Man. 1 sezon. 4 epizod. April 15, 2012. Disney XD.
- ↑ Arrant, Chris (July 20, 2013). "DisneyXD's Ultimate Spider-Man Renewed For 3rd Season, Hulk-S.M.A.S.H. Clip" Arxivləşdirilib 2019-07-13 at the Wayback Machine. Newsarama.
- ↑ "Phineas and Ferb: Mission Marvel Preview". Marvel.com. July 18, 2012. August 31, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ Goldman, Eric (June 28, 2013). "Phineas and Ferb: Mission Marvel Debut Date Announced" Arxivləşdirilib 2013-07-05 at the Wayback Machine. IGN.
- ↑ "Listings - TheFutonCritic.com - The Web's Best Television Resource". www.thefutoncritic.com.
- ↑ The Immortal Weapon // Avengers Assemble. 4 sezon. 19 epizod. January 14, 2018. Disney XD.
- ↑ Drive Me Carnage // Guardians of the Galaxy. 3 sezon. 3 epizod. March 25, 2018. Disney XD.
- ↑ Jayson, Jay (March 16, 2017). "The History of Unmade Venom Movies" Arxivləşdirilib 2017-03-17 at the Wayback Machine. ComicBook.com.
- ↑ Paul Fischer. "Interview: Avi Arad for "Bratz"". Dark Horizons. 2007-07-24. 2014-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ Leslie Simmons. "Two more films on the way". The Hollywood Reporter. 2008-09-06. 2008-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ Fleming, Michael (October 7, 2009). "Gary Ross takes on 'Venom'" Arxivləşdirilib 2012-11-08 at the Wayback Machine. Variety.
- ↑ Fleming, Mike. "More Details on the Ross 'Venom' Film" Arxiv surəti 11 oktyabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 11, 2009, at the Wayback Machine. Variety. October 7, 2009
- ↑ "'Amazing Spider-Man 2': Daily Bugle Viral Post Drops Multiple Villain Easter Eggs". 24 October 2013. 3 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2018.
- ↑ "Chronicle's Josh Trank in Talks to Direct Spider-Man Spin-Off, VENOM". Collider. March 6, 2012. July 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ Patten, Dominic. "Sony Sets Spider-Man Spinoffs 'Venom,' 'Sinister Six' With New "Franchise Brain Trust"". Deadline. December 13, 2013. October 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ Huver, Scott. "Alex Kurtzman on the Real Genius of 'Scorpion,' the Hard Choices of 'Venom'". Comic Book Resources. September 16, 2014. September 16, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ Kit, Borys. "'Spider-Man' Spinoff 'Venom' Revived at Sony (Exclusive)". The Hollywood Reporter. March 4, 2016. May 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ Weintraub, Steven. "Tom Rothman on 'Spider-Man' Spin-Off Movies and When We'll See the First 'Dark Tower' Trailer". Collider. October 10, 2016. June 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2018.
- ↑ Kit, Borys. "'Spider-Man' Spinoff 'Venom' Revived at Sony (Exclusive)". The Hollywood Reporter. March 4, 2016. May 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2018.
- ↑ "Sony announce Venom movie will be out next year". Vaunter. March 16, 2017. March 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ "Venom will reportedly be an R-rated kickoff to a Marvel universe at Sony". JoBlo. March 27, 2017. March 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ "Twitter". mobile.twitter.com. 2021-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
- ↑ Kroll, Justin. "Tom Hardy to Star in 'Spider-Man' Movie 'Venom,' Ruben Fleischer to Direct". Variety. October 10, 2016. May 20, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 4, 2018.
- ↑ "Another Symbiote Host From Marvel Comics Appearing in Venom". 10 July 2017. 27 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2018.
- ↑ "Venom Movie Will Feature Carnage". 21 June 2017. 27 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 June 2018.
- ↑ Kroll, Justin. "Jenny Slate Joins Venom". Variety Magazine. 2018-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyun 2018.
- ↑ ""Venom Movie" on Twitter". 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-04.
Xarici keçidlər
redaktə- Venom (Eddie Brock) Comic Book Verilənlər Bazasında
- Venom (Angelo Fortunato) Comic Book Verilənlər Bazasında
- Venom (Mac Gargan) Comic Book Verilənlər Bazasında
- Venom (Flash Thompson) Comic Book Verilənlər Bazasında
- History of the alien costume on Marvel.com
- List of Venom Comics at TheVenomSite.com
- "Venom (Angelo Fortunate; Spider-Man foe)". The Appendix to the Handbook of the Marvel Universe
- Synopsis and Reviews of the Venom 2003 Series at Spiderfan.org