Vikipediya:Kənd meydanı
Ana səhifə
redaktəSalamlar. Etirazınız yoxdursa, ana səhifənin məqalə bölmələrini bacara bildiyim qədər doldurmaq istəyirəm ki, ana səhifə boşda olmasın və birinci gün qırmızı keçidlər görüncə əlavələr edilməsin. Aktivlik olmaması səbəbilə bunu icra etmişdim, yaxşı məqalə 2025-ci ilin martına kimi hazırdır, digər bölmələr də bu ay üçün tam hazırdır. Bu fəaliyyətdə "Turkmen"dən başqa istifadəçilərdən etiraz gəlməyib, fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 03:02, 21 oktyabr 2024 (UTC)
- Əleyhinə: Qiymətləndirmədə məqalə olmadığı təqdirdə bir neçə həftəni nəzərə alıb artırmaq olar. Lakin bütün yarım ilin, və ya bütün il intervalının köhnə məqalələr ilə doldurulmasını dəstəkləmirəm. Az-vikidə kifayət qədər məzmun hazırlayan istifadəçi var. Layihə o qədər də deaktiv deyil ki, oraya 1 il intervalında köhnə məqalələr əlavə edək ki, birdən heçkim olmayanda boş qalmasın. Turkmen müzakirə 06:31, 21 oktyabr 2024 (UTC)
- Yeni məqalələrdirsə onsuz da əlavə edilməlidir, köhnə məqalələri doldurmağa isə qarşıyam Nemoralis (müzakirə) 08:50, 21 oktyabr 2024 (UTC)
- Gəlin onda belə edək, bir və ya bir neçə ayı hazır vəziyyətdə saxlayaq öncədən. Çünki hər həftə yeni məqalə gözləsək orası boş qalacaq. Hörmətlə, Qədir (müzakirə) 09:22, 21 oktyabr 2024 (UTC)
Addəyişmə bürokratiyası
redaktəBu dəqiqə bizdəki problemli sahələrdən biri budur. Səhifənin adının dəyişdirilməsi çox uzun çəkir, hüququn yoxdursa vay halına, get müraciət aç, addəyişdiricilər görməsə ya bəyənməsə səhifənin adı elə də qalacaq. 2022-ci ildə yaradılması üçün açılan müzakirədə "Qaralama" ad fəzasına nəzarətin gücləndirilməsi məqsədilə yaradılmalı olduğu bildirilib, amma bu daha böyük problem yaradıb. Normalda bir kliklə səhv adı geri qaytarmaq mümkündür amma belə bir sadə proses lazımsız yerə uzadılıb. Bizdə heç vaxt addəyişmə vandalizmi olmur. Axırıncı vandalizmi də elə addəyişdirici hüququ olan istifadəçi etmişdi. Qaralama və istifadəçi səhifəsi adlarınının dəyişdirilməsinin qarşısını süzgəc ilə almaq olar(dı). Buna görə də təklif edirəm ki,
- Bu hüququ əvvəlki vəziyyətinə, yəni avtotəsdiqlənmiş istifadəçilərə qaytaraq. Burda dəyişən şey odur ki, avtotəsdiqlənmiş almaq üçün artıq 10 redaktə etməlisən (əvvəl sadəcə 4 gün əvvəl hesabı yaratmış olmaq kifayət idi): Xüsusi:DaimiKeçid/7778766#Avtotəsdiqlənmiş qrupunun verilməsi üçün redaktə sayı tələbi
- Fayl addəyişdiricisi də məncə artıqdır və demək olar ki, heç istifadə edilmir. Bu qrupun hüquqlarını yeni yaradılmış yükləyici qrupuna verə bilərik. Fayl yükləyə bilən adını da dəyişdirə bilməlidir. Bizdə gərək bir istifadəçiyə hər iki hüququ da verəsən ki, ikisini də edə bilsin.
- Bunlardan əlavə təklif edirəm ki, addəyişdiricilərə sonradan əlavə etdiyimiz "suppressredirect" hüququnu təcrübəli istifadəçilər qrupuna verək. Bu zaman dəyişən bir şey olmayacaq və təcrübəli istifadəçilər də bundan istifadə edə biləcək.
P.S Təcrübəli istifadəçilərə sadəcə bir redaktədən ibarət olan yönləndirmə səhifələrini silib addəyişməni davam etmə imkanı verən delete-redirect
hüququnu da verə bilərik. [1] Nemoralis (müzakirə) 16:45, 28 oktyabr 2024 (UTC)
- Məncə bütün problemlər aktivliyin olmamasına görədir. Adlarla bağlı vandalizmin olması qaçınılmazdı.
- Addəyişdirmə hüququnu ləğv etsək gərək avtotəsdiqlənmişin redaktə sayını bir az da artıraq.
- Fayl addəyişdiricisinin, yükləyiciyə verilməsi ilə razıyam
- suppressredirect-lə də razıyam
- delete-redirectin nə olduğunu başa düşə bilmədim. — Bikar müzakirə 17:03, 28 oktyabr 2024 (UTC)
- Addəyişmə vandalizmi bu sistemdən əvvəl tez-tez olurdu. IP-ləri keçirəm, təcrübəli istifadəçilər də birdən görürdün heç bir əsas bildirmədən dəyişirdi adları. Bu, adi vandalizmdən daha baş yorandır. --► Hörmətlə: SolaVirum 17:03, 28 oktyabr 2024 (UTC)
- @Bikar, @Solavirum, addəyişmədə mübahisəli məqamlar (vandalizm ayrı şeydi) varsa bu müzakirə səhifəsində müzakirə olunmalıdır. Bəyənmədiyimiz addəyişmələrin qarşısını almaq üçün hamının əlindən addəyişmə hüququnu almaq düzgün deyil. Vandalizm isə həmişə olan bir şeydi və edilən vandalizmi bir düymə ilə geri qaytarmaq mümkündür. Vikipediya:Addəyişmə müraciətləri səhifəsində müraciət, uzun uzadı müzakirə, məqaləyə müzakirə ilə bağlı şablon əlavə etmək/silmək daha qısa yoldur yoxsu bir kliklə vandalizmi geri qaytarmaq? Həmçinin dediyim kimi axırıncı vandalizmi də elə addəyişdiricilərdən biri etmişdi. Vandalizmdən bu qədər qorxuruqsa onda gərək ən birinci elə yeni istifadəçilərə redaktə etməyi qadağan edək ancaq özümüz olaq. Vandalizmlə mübarizə üçün N qədər mexanizm var, heç birini istifadə etməyib baltanı kökündən vururuq. Nemoralis (müzakirə) 08:13, 29 oktyabr 2024 (UTC)
- Söhbət bəyənmədiyimizdən gedmir, yanlış olan addəyişmələrdən gedir. Məqaləyə şablon əlavə etmək, silmək qadcetlə olmalıdı(olacaq gələcəkdə). Vikipediya:Addəyişmə müraciətləri səhifəsində bürokratiya gedir, bəli. Axrıncı addəyişmə vandalizmi bir neçə dəfə müzakirələrdə xatırlanıb, çünki başqa müqayisə edəcək birşey olmuyub. Bir vandal kimi düşünsəm, məqalənin adını dəyişmək daha maraqlı görünür nəinki içində dəyişiklik aparmaq. N qədər patrullanmamış redaktə qalır, adlar da gedəcək arada. Mənə görə vikinin indiki halını saxlamaq daha vacibdi nəinki kimlərinsə teorik olaraq vikini genişləndirməyinə şərait yaraqmağımız. Təklif vermisən, olsun, avtotəsdiqlənmiş hüququn redaktə sayını artıraq, addəyişmə hüququ da alsınlar. — Bikar müzakirə 08:30, 29 oktyabr 2024 (UTC)
- @Bikar ilə tamamilə razıyam, mən qeyd edəcəkdim, gördüm qeyd edib artıq. Vandalizm və boş redaktələr arasında belə addəyişmələr də gözdən itəcək, mən keçmiş bir neçə belə xətalı və problemli addəyişmələrə rast gəlmişəm, onda bu hüquq heç yox idi. Sistemləşdirmişik, pozmayaq. Nə vaxt "sürüm kontrolü" kimi bir sistem tətbiq edərik, onda da bunu müzakirə edə bilərik. Hörmətlə, Qədir (müzakirə) 09:20, 29 oktyabr 2024 (UTC)
- Mübahisəli məqamdan bəhs etməmişəm. Təcrübəli istifadəçilər belə izahsız, əsassız dəyişikliklər edirlər öz xoşlarına görə, adətən də səhv olur. Adicə videooyun sahəsində Azərbaycan dilindəki adlandırmanı dəyişib türkcə edirlər, bunu da uzun müddət sonra görür adam. Bunları edənlər haqqında nəsə edəndə isə deyirsiniz blok cəza deyil. --► Hörmətlə: SolaVirum 10:21, 29 oktyabr 2024 (UTC)
- Özü də ADM-də səbəb göstərməlidirlər mütləq, keflərinə görə dəyişdirə bilmirlər. Mən ADM-ə vaxtaşırı diqqət yetirirəm, orada SNS falan kimi çox başlıq yığılıb qalmır, hər halda, bürokratiya daha yaxşıdır, qaldı ki, Vikipediyanın pozulması və pis günə düşməsi. Hörmətlə, Qədir (müzakirə) 10:57, 29 oktyabr 2024 (UTC)
- Sonra da deyirsiz niyə aktivlik yoxdu. Bəzilərinin xoşuna gəlir qərar verən şəxs olub özünü önəmli biri hesab etmək. Heç nə. Nemoralis (müzakirə) 15:25, 29 oktyabr 2024 (UTC)
- Səbəb-nəticə əlaqəsini başa düşə bilmədim. Mən də vandal IP-ləri blokluya bilmirəm, çıxım gedim vikidən? — Bikar müzakirə 16:08, 29 oktyabr 2024 (UTC)
- Sonra da deyirsiz niyə aktivlik yoxdu. Bəzilərinin xoşuna gəlir qərar verən şəxs olub özünü önəmli biri hesab etmək. Heç nə. Nemoralis (müzakirə) 15:25, 29 oktyabr 2024 (UTC)
- Mən şəxs addəyişə hüququnun ləğv olunmasını dəstəkləyirəm. Mən xatırlayıram ki, addəyişmə hüququ gələnə qədər vikidə ciddi vandalizm halları olmayıb bunla bağlı. Olanda da vandalı bloklayırdıq və ya addəyişmə mühafizəsi qoyurduq. Addəyişmə mühafizəsi bunun üçün var. Yanlış addəyişmə başqa məsələdir, vandalizm başqa. Ona qalsa, mən indi də yanlış addəyişmələr görürəm arada. Şiroi Akuma 16:18, 29 oktyabr 2024 (UTC)
- Mən o vaxt olmamışam, gələnnən sora da mənə problem yaratmıyıb. — Bikar müzakirə 16:49, 29 oktyabr 2024 (UTC)
- Özü də ADM-də səbəb göstərməlidirlər mütləq, keflərinə görə dəyişdirə bilmirlər. Mən ADM-ə vaxtaşırı diqqət yetirirəm, orada SNS falan kimi çox başlıq yığılıb qalmır, hər halda, bürokratiya daha yaxşıdır, qaldı ki, Vikipediyanın pozulması və pis günə düşməsi. Hörmətlə, Qədir (müzakirə) 10:57, 29 oktyabr 2024 (UTC)
- Mübahisəli məqamdan bəhs etməmişəm. Təcrübəli istifadəçilər belə izahsız, əsassız dəyişikliklər edirlər öz xoşlarına görə, adətən də səhv olur. Adicə videooyun sahəsində Azərbaycan dilindəki adlandırmanı dəyişib türkcə edirlər, bunu da uzun müddət sonra görür adam. Bunları edənlər haqqında nəsə edəndə isə deyirsiniz blok cəza deyil. --► Hörmətlə: SolaVirum 10:21, 29 oktyabr 2024 (UTC)
- @Bikar ilə tamamilə razıyam, mən qeyd edəcəkdim, gördüm qeyd edib artıq. Vandalizm və boş redaktələr arasında belə addəyişmələr də gözdən itəcək, mən keçmiş bir neçə belə xətalı və problemli addəyişmələrə rast gəlmişəm, onda bu hüquq heç yox idi. Sistemləşdirmişik, pozmayaq. Nə vaxt "sürüm kontrolü" kimi bir sistem tətbiq edərik, onda da bunu müzakirə edə bilərik. Hörmətlə, Qədir (müzakirə) 09:20, 29 oktyabr 2024 (UTC)
- Söhbət bəyənmədiyimizdən gedmir, yanlış olan addəyişmələrdən gedir. Məqaləyə şablon əlavə etmək, silmək qadcetlə olmalıdı(olacaq gələcəkdə). Vikipediya:Addəyişmə müraciətləri səhifəsində bürokratiya gedir, bəli. Axrıncı addəyişmə vandalizmi bir neçə dəfə müzakirələrdə xatırlanıb, çünki başqa müqayisə edəcək birşey olmuyub. Bir vandal kimi düşünsəm, məqalənin adını dəyişmək daha maraqlı görünür nəinki içində dəyişiklik aparmaq. N qədər patrullanmamış redaktə qalır, adlar da gedəcək arada. Mənə görə vikinin indiki halını saxlamaq daha vacibdi nəinki kimlərinsə teorik olaraq vikini genişləndirməyinə şərait yaraqmağımız. Təklif vermisən, olsun, avtotəsdiqlənmiş hüququn redaktə sayını artıraq, addəyişmə hüququ da alsınlar. — Bikar müzakirə 08:30, 29 oktyabr 2024 (UTC)
- Həmçinin, artıq istifadəçilərin addəyişmə hüququnu bloklamaq mümkündür. Misal üçün: Nem0ralis hesabındakı bloka baxın: [2] Nemoralis (müzakirə) 16:23, 29 oktyabr 2024 (UTC)
- @Araz Yaquboglu, @Atakhanli, @Eldarado, @Firuza, @Nicat49, @Sortilegus, @Sura Shukurlu, @Toghrul R, @Turkmen, @Wertuose, @Yousiphh, @Freiheiten, @Мурад 97, @Rəcəb Yaxşı, @Qızılbaş, @Həsən İmanov, @NurAy, @Sebirkhan, @Sword313, @Əkrəm Cəfər, @C Mirəli2001, @Verman1, @A.Aida88, @En Merker, @Abutalub, @Qraf və digər istifadəçilər. Zəhmət olmasa müzakirədə iştirak edin. Kənd meydanında tez-tez müzakirələr açılır amma fikir bildirən həmişə eyni istifadəçilər olur. Biraz aktiv olaq. Nemoralis (müzakirə) 19:41, 2 noyabr 2024 (UTC)
- 10 redaktə məncə azdır. Bu rəqəm artırılsa daha yaxşı olardı. Thunder Storm (müzakirə) 19:43, 2 noyabr 2024 (UTC)
- Burda ondan söhbət getmir axı? 10 redaktə avtotəsdiqlənmiş üçün kifayətdir, amma bunu başqa başlıqda müzakirə etməliyik. İndiyə kimi heç 10 redaktə də yox idi, biz elə düşünürdük ki, var. Bu vaxta kimi problem yaratmadı, indi yaradacaq? 4 gündür qeydiyyatdan keçmiş olmaq və 10+ redaktə edən istifadəçi onsuz da tez gözə dəyir, anonimlər isə ümumiyyətlə addəyişə bilməyəcək. Bundan niyə qorxuruq? Nemoralis (müzakirə) 19:45, 2 noyabr 2024 (UTC)
- Həm də dediyim kimi, istifadəçilərin addəyişmə icazəsini bloklamaq da mümkündür. Bu qədər vandalizmlə mübarizə mexanizm var, 1-2 nəfər ortaya düşüb ki, yox gəlin ümumiyyətlə 10 redaktə tələbini də biraz qaldıraq. Mən inanıram ki əllərində olsa redaktəni də bağlayarlar ki, amandı birdən vandalizm olar. Nemoralis (müzakirə) 19:54, 2 noyabr 2024 (UTC)
- Mən ehtiyac görmürəm. İndiyə qədər bunun vikiyə nə zərəri olub? Şiroi Akuma 19:49, 2 noyabr 2024 (UTC)
- Mən hamının ad dəyişə bildiyi, avtotəsdiqlənmə redaktəsi 0 olan viki vaxtında olmamışam. Öz fikrinizi doğru hesab edə bilərsiz. Yoxlamaq istiyirsiz, buyurun. Redaktə sayı üçün başa başlıq açarıq. Tutaq bir vandal gəldi, 6 dənə redaktə elədi. Daha 4 redaktədən sonra addəyişməyə əlinin çatması ona stimul verməyəcək? — Bikar müzakirə 20:11, 2 noyabr 2024 (UTC)
- Siz düşünürsünüz ki, vandallar kompüterin başında oturan şeytani varlıqlardır, öz pis əməllərinə çatmaq üçün belə işlərlə məşğul olacaq? Bəs xoşniyyətli şəkildə addəyişmək istəyənlər nə olacaq? Vandalları bloklaya/qarşısını ala bilirik, xoşniyyətli istifadəçilərə nə edə bilirik? Heç nə. Nemoralis (müzakirə) 20:13, 2 noyabr 2024 (UTC)
- Özü də ki, heç bir vikidə belə bir tələb yoxdur. Avtotəsdiqlənmişlər rahat şəkildə addəyişə bilirlər. İngiliscə Vikipediyada vandal olmadı Azərbaycancada olacaq? Azərbaycanca Vikipediya yenə özündən amerika çıxarmağa davam edir. Sizin istədiyiniz odur ki, qətiyyən heç kim yanlış etməsin, qarşısını bütün yollarla alaq. Amma insan səhvlərlə öyrənir. Bir dəfə səhv addəyişəcək, bildiriləcək ki, elə olmaz belə etməlisiniz. Nemoralis (müzakirə) 20:17, 2 noyabr 2024 (UTC)
- Bu qədər dramatikləşdirməyə ehtiyac yox idi. Vandalların qarşısı ala bilərik, o halda ki aktivlik yüksək olsun. Aktivlik qalxmır, çünki xoşniyyətlə gələnlər ad dəyişə bilmiyib vikidə qalmırlar desək yalan olar.
Heç kim səhv etməsin halı bizim vikiyə uyğun deyil. O vikiyə uyğun olardı ki, vikidə heç aktiv inzibatçı, istifadəçi olmayaydı. Bizdə tam olmasa da nəzarət var.
2022-ci ildəki səsverməyə də baxıram, səs verənlər elə o vaxt da təcrübəsiz deyildi. Gəlib bura da şərh bildirsinlər, görək nə fikirləşirlər — Bikar müzakirə 20:32, 2 noyabr 2024 (UTC) - İndiki şərtlərdə əleyhinə: Çünki, çünki orada addəyişmə edəndə bir vaxt sonra baxılıb təsdiqlənir və sənə bildiriş gəlir bu barədə, mən özümdən bilirəm, neçə dəfə addəyişmə etmişəm ki, təsdiqlənmə bildirişi gəlib mənə. Orada da bu hüquq var, amma müəyyən səhifələrə şamil olunur, hər səhifə bağlı deyil yəni. Amma idarəetmə sxemləri var da, bizdə o da yoxdur, olsaydı dərd yarıydı. İndiki halda buna təkcə addəyişmə jurnalı, son dəyişikliklərdə xüsusi filter və xüsusi teqlərlə nəzarət etmək olar (o da inanmıram faydalı və maraqlı ola). Mən belə təklif edərdim ki, səhifələrdə "Adını dəyiş" düyməsi daxil olmuş, həmçinin IP-lərə belə görünsün, ora klikləyəndə avtomatik ADM-dəki kimi panel açılsın və ora qeyd etsin, sonra da müraciəti əlavə olunsun ADM-ə. Ya da başqa sistem inkişaf etdirmək də olar. Məsələn, envikidəki kimi, necə ki, yaradılan yeni səhifə (addəyişmə də daxil) və müəyyən şablonlarda redaktələr edəndə tələb göndərilir və onlar da bir müddət gözlənilib yoxlanılır və qəbul edilir, biz də o formada edə bilərik, ümumiyyətlə redaktələri, addəyişmələr də düşər ora. "Sürüm kontrolü" kimi bir sistemə ehtiyac duyduğumuz halda bu məhdudiyyəti götürmək bizə yaxşı heç nə gətirməyəcək. Mən özüm məhdudiyyətlərə qarşıyam, amma baxır məhdudiyyətə, bu məhdudiyyət hazırda vikinin xeyrinədir, zərərinə yox. Daha vacib məsələlər var, məsələn, SNS-dəki 500 redaktə limiti ləğv olunmalıdır. Ümumiyyətlə, vaxt-vaxt statuslu məqalələrə və s. mühafizə tətbiq edilməsi təklif olunur, mən belə təkliflərə qarşı mövqedəyəm. Amma faktiki olaraq addəyişdirici hüququları indiki vəziyyətində Azərbaycanca Vikipediyaya lazımdır və boş deyil. "Filan vandala görə filan xoşniyyətli addəyişmə"dən söhbət gedəcəksə, bura digər mühafizəli səhifələr və IP-ləri də əlavə etmək olar, bir sözlə bu düşüncə ilə getsək siyahı bitməz. Xoşniyyətlilər üçün ADM deyə bir səhifəmiz var axı. Bəzən belə istisnalar lazımdır, həm Vikipediyanın cari vəziyyətini də düzgün dəyərləndirmək lazımdır. Hörmətlə, Qədir (müzakirə) 06:09, 3 noyabr 2024 (UTC)
- Bu qədər dramatikləşdirməyə ehtiyac yox idi. Vandalların qarşısı ala bilərik, o halda ki aktivlik yüksək olsun. Aktivlik qalxmır, çünki xoşniyyətlə gələnlər ad dəyişə bilmiyib vikidə qalmırlar desək yalan olar.
- Özü də ki, heç bir vikidə belə bir tələb yoxdur. Avtotəsdiqlənmişlər rahat şəkildə addəyişə bilirlər. İngiliscə Vikipediyada vandal olmadı Azərbaycancada olacaq? Azərbaycanca Vikipediya yenə özündən amerika çıxarmağa davam edir. Sizin istədiyiniz odur ki, qətiyyən heç kim yanlış etməsin, qarşısını bütün yollarla alaq. Amma insan səhvlərlə öyrənir. Bir dəfə səhv addəyişəcək, bildiriləcək ki, elə olmaz belə etməlisiniz. Nemoralis (müzakirə) 20:17, 2 noyabr 2024 (UTC)
- Vikipediyada heç nə itmir. Addəyişmə qeydlərinə baxa bilərsiz. Məsələn, mən 2016-cı ilin yanvarındakı bütün addəyişmələrə baxdım. Ancaq bir vandalizm var idi, məqalənin adını "Şfşf" etmişdi, biri də (nazir) dəqiqləşdirməsini (partiya sədri müavini) etmişdi. Bu qədər. Şiroi Akuma 22:06, 2 noyabr 2024 (UTC)
- @White Demon, indi trollar və vikiyə qərəzli şəxslər artıb, özü də təcrübələri də az deyil. Adicə səhifələrə olunan redaktələrdən görürük, diapazon bloku tətbiq edirik neçə-neçə IP-lərə, indi sən əlavə vaxt ayır, ki, oturub bir-bir addəyişmələri təftiş edəsən. İndi heç bir problem yoxdur, bunu tətbiq etsək əlavə yük olacaq. Belə deyim, yuxarıda da yazmışam, bəzən müəyyən məhdudiyyətlər Vikipediyanın vəziyyətinin dəyərləndirilib daha yaxşı halda qalması üçün tətbiq olunur, bu da onlardan biri. Bu funksiyaların idxalını, səhv etmirəmsə, @Turkmen irəli sürmüşdü. Onun da o vaxtdan bu yana fikirləri maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 06:23, 3 noyabr 2024 (UTC)
- Siz düşünürsünüz ki, vandallar kompüterin başında oturan şeytani varlıqlardır, öz pis əməllərinə çatmaq üçün belə işlərlə məşğul olacaq? Bəs xoşniyyətli şəkildə addəyişmək istəyənlər nə olacaq? Vandalları bloklaya/qarşısını ala bilirik, xoşniyyətli istifadəçilərə nə edə bilirik? Heç nə. Nemoralis (müzakirə) 20:13, 2 noyabr 2024 (UTC)
- Mən hamının ad dəyişə bildiyi, avtotəsdiqlənmə redaktəsi 0 olan viki vaxtında olmamışam. Öz fikrinizi doğru hesab edə bilərsiz. Yoxlamaq istiyirsiz, buyurun. Redaktə sayı üçün başa başlıq açarıq. Tutaq bir vandal gəldi, 6 dənə redaktə elədi. Daha 4 redaktədən sonra addəyişməyə əlinin çatması ona stimul verməyəcək? — Bikar müzakirə 20:11, 2 noyabr 2024 (UTC)
- Burda ondan söhbət getmir axı? 10 redaktə avtotəsdiqlənmiş üçün kifayətdir, amma bunu başqa başlıqda müzakirə etməliyik. İndiyə kimi heç 10 redaktə də yox idi, biz elə düşünürdük ki, var. Bu vaxta kimi problem yaratmadı, indi yaradacaq? 4 gündür qeydiyyatdan keçmiş olmaq və 10+ redaktə edən istifadəçi onsuz da tez gözə dəyir, anonimlər isə ümumiyyətlə addəyişə bilməyəcək. Bundan niyə qorxuruq? Nemoralis (müzakirə) 19:45, 2 noyabr 2024 (UTC)
- Salam hörmətli həmkarlar. Məni müzakirəyə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm. Mən bir dəfə addəyişmə hüququ ilə bağlı müraciət etdim, mənə bildirdilər ki, hələ tezdir. Halbuki əvvəl bu hüququm olub. Düzdür, səhvlərim də çoxdur, səhv edərək düzgünləri öyrənirəm. Hörmətli və dəyərli həmkarlarımda bu işdə mənə öz köməkliklərini göstərirlər. Çox sağ olsunlar. Dediyim budur ki, təcrübəli, ən azı bir neçə aylıq təcrübəsi olan və yaxud da 100-dən, 1000-dən çox redaktəsi olan istifadəçilərə bu hüquq verilə bilər. Bu sadəcə olaraq bir təklifdir. İstəsəniz nəzərə ala bilərsiniz. Hörmətlə Tarixçi (müzakirə) 20:32, 2 noyabr 2024 (UTC)
- @Həsən İmanov, indi onsuz da siz deyən kimidir də? Dəyişən nədir. Müzakirənin girişini oxumusunuz? Nemoralis (müzakirə) 20:42, 2 noyabr 2024 (UTC)
- Oxumuşam hörmətli həmkar @Nemoralis. Ancaq mən istəyəndə vermədilər. Ona görə bu təklifi irəli sürdüm. Hörmətlə Tarixçi (müzakirə) 20:47, 2 noyabr 2024 (UTC)
- Burda təklif odur ki, avtotəsdiqlənmiş olan hamı ad dəyişə bilsin, əvvəlki kimi. Təkcə 100 və ya 1000 redaktəsi olan yox. Kimin hansısa addəyişməyə etirazı varsa özü müzakirə etsin. Hamısını bir mərkəzə yönəldib ordan nəyisə idarə etmək ya da hansısa mövcud olmayan vandalizmin qarşısını almağa çalışmaq mənasızdır və bürokratiyadır. Nemoralis (müzakirə) 20:49, 2 noyabr 2024 (UTC)
- Oxumuşam hörmətli həmkar @Nemoralis. Ancaq mən istəyəndə vermədilər. Ona görə bu təklifi irəli sürdüm. Hörmətlə Tarixçi (müzakirə) 20:47, 2 noyabr 2024 (UTC)
- @Həsən İmanov, indi onsuz da siz deyən kimidir də? Dəyişən nədir. Müzakirənin girişini oxumusunuz? Nemoralis (müzakirə) 20:42, 2 noyabr 2024 (UTC)
- Salam. Addəyişmənin xüsusi şəxslərə şamil olmasının tərəfdarıyam. Onsuzda vandalizmlə məşğul olanlar var,əksi olsa problem bir az da artacaq. Sword313 (müzakirə) 01:45, 3 noyabr 2024 (UTC)
- salammm :3
- düşünürəm, vp:MA avtotəsdiqlənmiş istifadəçilərin (4 gün + 10 edit) riayət etməsini gözləmək üçün kifayət qədər mürəkkəbdir. status-kvonu saxlamağın, mütləq dəyişiklik aparılmalıdırsa da, hüququn avtotəsdiqlənmişlər əvəzinə təcrübəli istifadəçilərə verilməsinin tərəfdarıyam :3 əkrəm. 09:10, 3 noyabr 2024 (UTC)
- Salam, mən Nemoralis istifadəçisi ilə razı oldum. Həm də öz fikirimi deyim: onsuzda vandalizmdən söhbət getsə - vandallar (və yalnız onlar deyil) qısa bir müddətdə IP və hesab blok olunur.
- Ad narazılığı olsa və ya bir səhifədə tez-tez addəyişmə olsa onu müzakirə edib uyğun nəticə seçib və səhifə adını təzədən dəyişmədən qorumaq olar məncə.
- Ayrıca, mənim fikrim odur ki bir çox səhifə adlarını ruscadan götürüb hərfi tərcümə edirlər, halbuki ingiliscədən (və ya türkcədən, fransızcadan, latıncadan və s.) tərcümə olunsa başqa bir termin alınır (amma təəsüf ki, bu rəsmi Azərbaycan dilinə aid bir haldır). Məncə belə olmamalıdır, səhifənin adı nə qədər uzun müddət bir adla getsə də, narazılıq olan halda bu geniş müzakirə olunmalıdı. Sebirkhan (müzakirə) 10:28, 3 noyabr 2024 (UTC)
- 10 redaktə məncə azdır. Bu rəqəm artırılsa daha yaxşı olardı. Thunder Storm (müzakirə) 19:43, 2 noyabr 2024 (UTC)
Açığı, fikrimcə, hazırda heç bir qayda dəyişikliyi üçün vaxt deyil. Müzakirə təxirə salınsa, yaxşı olardı. Konkret olaraq, indiki addəyyişmə qaydaları isə məni qane edir. Həm vandalizmin, həm redaktə müharibələrin, həm də bir sıra başqa problemlərin qarşısını alır. Məsələ doğrudan da, aktivliyin azalmasındadır, qaydalanın özündə deyil. --Мурад 97 (müzakirə) 22:16, 2 noyabr 2024 (UTC)
- Mən artıq həqiqətən düşünməyə başlayıram ki, müzakirənin girişini heç kim oxumur. @Мурад 97, nə qaydası? Yuxarıda texniki dəyişiklikdən bəhs edilir. Lap qayda olsa belə niyə bunun üçün indi vaxt olmasın? Nemoralis (müzakirə) 22:19, 2 noyabr 2024 (UTC)
- VP:SAD səhifəsini həqiqətən də oxumamışdım. İndi görürəm ki, orda adını dəyişmək hüququ kimdə olduğundan yazılmır. Məncə yazılmalıdır, amma bu ayrı məsələdir. Və yenə də o fikrindəyəm ki, hazırkı norma (qaydalarda olmasa da), yaxşıdır. Yavaş işləyir, çünki fəaliyyət normaldan azdır (bu yaxınlarda stats-da baxırdım, sentyabr ayı 2022-ci ilin ortasından bəri ən az redaktəli ayımız idi). Fəaliyyət daha çox olanda, daha yaxşı işləyəcək. Əslində, fəaliyyət az olanda, vandallığın təhlükəsi də artır. --Мурад 97 (müzakirə) 22:47, 2 noyabr 2024 (UTC)
- @Мурад 97, orada qeyd olunub axı, ikinci sətirə nəzər yetirin.: "Bunun üçün siz müvafiq olaraq səhifə addəyişdirisi və ya fayl addəyişdiricisi hüquqularına sahib olmalısınız. Əgər bu hüquqlara sahib deyilsinizsə və ya sadəcə oxucu isəniz, Vikipediya:Addəyişmə müraciətləri səhifəsinə müraciət edin. İstifadəçi adınızın dəyişdirilməsi üçün Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsinə baş çəkin.". Hörmətlə, Qədir (müzakirə) 06:27, 3 noyabr 2024 (UTC)
- Nemoralisin yazdığı bəndlərlə tanış oldum və uyğun hesab edirəm. Araz Yaquboglu (müzakirə) 05:38, 3 noyabr 2024 (UTC)
- Səhifənin adının dəyişdirilməsi çox uzun çəkməsinin səbəbi ilə Nemoralis qeyd etdiyi bəndləri tam uyğun hesab edirəm --NurAy (müzakirə) 04:48, 4 noyabr 2024 (UTC)
- Əleyhinə: bu yaxınlarda təcrübəsizlərin və IP-lərin redaktələrini yoxladım bir neçə dəfə. Həmin redaktələrin son 3 gün əvvəlinə qədər heçbir yoxlama olmamışdı. İndi addəyişmə belə rahat, hər kəsə açıq olsa heç kim prosesə nəzarət etməyəcək. Hələlik bu qaydada qalmasını daha uyğun görürəm. Turkmen müzakirə 06:29, 4 noyabr 2024 (UTC)
- VP:SAD səhifəsini həqiqətən də oxumamışdım. İndi görürəm ki, orda adını dəyişmək hüququ kimdə olduğundan yazılmır. Məncə yazılmalıdır, amma bu ayrı məsələdir. Və yenə də o fikrindəyəm ki, hazırkı norma (qaydalarda olmasa da), yaxşıdır. Yavaş işləyir, çünki fəaliyyət normaldan azdır (bu yaxınlarda stats-da baxırdım, sentyabr ayı 2022-ci ilin ortasından bəri ən az redaktəli ayımız idi). Fəaliyyət daha çox olanda, daha yaxşı işləyəcək. Əslində, fəaliyyət az olanda, vandallığın təhlükəsi də artır. --Мурад 97 (müzakirə) 22:47, 2 noyabr 2024 (UTC)
Əleyhinə: Bu məsələ ilə bağlı çox yazmaq istəmirəm. Amma, xatırladım ki, burda məlum istifadəçilər var, kimi ki, biz artıq elə burda, Kənd meydanında, bu il müzakirə etmişik. Bu məsələ ilə bağlı Vikicəmiyyətdə şübhələr var (zaman ilə həmin müzakirə elə bu cür şübhələrə görə açılmışdı). Yəni, həm təcrübəsizlik problemi var, həm də bu. --Мурад 97 (müzakirə) 11:25, 4 noyabr 2024 (UTC)
- Lehinə: Təklifi dəstəkləyirəm, bu mövzu ilə bağlı ciddi problemlərlə üzləşdiyimizi xatırlamıram. Nəzərə alsaq ki, artıq istifadəçilər üzərində sadəcə addəyişmə funksiyasını məhdudlaşdırmaq mümkündür, buna ehtiyac görmürəm. Hörmətlə --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:22, 5 noyabr 2024 (UTC)
Dil-az2 şablonunun adı
redaktəSalam, Şablon:Dil-az2 şablonu (Azərbaycan dili üçün şəkli dəyişdirilmiş ərəb mənşəli əlifba, qısa adı Əbcəd (Azərbaycan Əbcədi),
- adını bu dəfə az.-əski. olaraq dəyişdirmişlər. Bu bir tərəfdən maraqlı termindir, çünki Azərbaycanın keçmişinə referans edir, amma digər tərəfdən isə bu əlifba üçün "əski" sözü ancaq Azərbaycan Respublikası üçün relevantdır, başqa Azərbaycanlıların (subetnik qruplar daxil) dediyi nəzərə alınmır, bunların içində həmin əlifbanı işlədən İran, İraq, Əfqanıstan, Pakistan kimi dövlətlərin azərbaycanmənşəli vətəndaşları var.
- Başqa tez-tez dəyişilən ad az.-ərəb. olur, lakin belə qısaltma halında bunu "Azərbaycan ərəbcəsi" (Ərəb dilinin Azərbaycan/Şirvan ləhcəsi - bax Şirvan ərəbləri) termini ilə qarışdırılır. Bu qısaltmaya qarşı ikinci arqumentim odur ki, "az.ərəb" Azərbaycan dili üçün Ərəb əlifbasını nəzərdə tutur, lakin indiki Azərbaycan Əbcədi daha modifikasiya olunmuş və bir neçə reforma olmuş bir əlifbadır. Misal, üçün Mahmud Kaşğari öz Divanü Lüğat-it-Türk kitabında ərəb əlifbası işlətmişdir, amma Azərbaycanın İstiqlal Bəyannaməsi Azərbaycan Əbcədi ilə yazılıb. Bunların arasında böyük fərqlər var:
- Türk dilləri üçün əlavə olunan hərflər movcuddur: ŋəf ݣ [ŋ], gəf گ (G), çe ﭺ (Ç), və pə پ (P), və jey ژ (J).
- vizual çətinliyi aradan qaldırmaq məqsədi ilə ənənəvi ərəb Kəf hərfi üçün ك yox ک hərfi işlədilir.
- Hərf sıralamasında da Azərbaycan əlifbasında vov (و), hə (ه), yə (ی) gedir, halbuki original ərəbcə əlifba hə, vov, yə ilə bitir.
- vav hərfi o, ö, u, ü, v səslirini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ۋ ۆ وُ ؤ وٓ belə nadir hallarda yazılır, ancaq iki oxşar sözü ayırmaq üçün, məsələn بوُز (buz) və بوٓز (boz). Söz Vov hərfi ilə başlasa ancaq samit V səsini daşıyır ﻭ, onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır
- yə hərfi bu y, i (həmçinin [i:]), ı, e, səslərini bildir, lakin səsi konkret bildirmək üçün hərəkələr yazılır: ي (y), ی (i), ؽ (ı), ئ (e), amma praktiki olaraq hərəkələr ilə demək olar ki yazılmır. Söz ی ilə başlasa, ancaq ancaq samit Y səsini daşıyır, onun sözün əvvəlində saitə dönməsi üçün əvvəlində Əlif yazılır
- Samitlərin incəliyi və qalınlığı
- ة tə mərbutə işlənməməsi
- sayılar fərqi ۰۱۲۳۴۵۶۷۸۹
- işlənən xətt fərqi və s.
- Bunları qarışdırmamaq üçün mən yeganə uyğun qısaltma az.əbcəd təklif edirəm. Təklif edirəm deyəndə onsuzda bu bu əlifba üçün işlənən ən yayğın sözdür. Bunu həmçinin onlayn kitabxanalar da işlədir, məsələn ən böyük azərbaycandilli onlayn kitabxana bu əlifbada yazılan kitabların sonunda əbcəd yazır. Həm də Azərbaycan dilinin İzahlı Lüğətində mövcuddur. Sebirkhan (müzakirə) 16:02, 4 noyabr 2024 (UTC)
- @Samral, sizin etirazınız nəyədi? — Bikar müzakirə 16:07, 4 noyabr 2024 (UTC)
- @Bikar və @Sebirkhan, Azərbaycan Milli Ensiklopediyasına baxsaq, kifayətdir. İstifadəçi Sebirkhan yuxarıdakı uzun-uzadı mətnində mənim dəyişdirdiyim “əski əlifba” ifadəsini az qala bir kənara qoyub, “az-ərəb” ifadəsinə uzun-uzadı etiraz edib))) Bu ki mövzunu az qala manipulyasiya etməkdir). AME bu mövzuda öz ensiklopedik mövqeyini ortaya qoyubsa, məncə bu kifayətdir. samral müzakirə 17:17, 4 noyabr 2024 (UTC)
- amma Azərbaycan dilinin indiki əlifba ilə muqaisədə 6 dənə əski əlifbası var:
- həmin bu əbcəd
- Latın (1929–1933)
- Latın (1933–1939)
- Kiril (1940–1958)
- Kiril (1958–1991)
- Latın (1991–1992)
- Sebirkhan (müzakirə) 19:08, 4 noyabr 2024 (UTC)
- bu gün "əski əlifba" dedikdə hər hansı bir köhnə əlifba yox, məhz 1929-da ləğv edilən, ərəb yazısı (qrafikası) ilə olan əlifba başa düşülür. əkrəm. 09:15, 5 noyabr 2024 (UTC)
- bu qrafika sözünü vurğuladınız, həm də Ərəb qrafikalı Azərbaycan əlifbası yerinə Ərəb yazılı Azərbaycan əlifbası termini daha estetik olar məncə.
- Bunun səbəbi şərqi və qərbi terminlərini qarışmasa yaxşı olar, həm də bu əlifba XX əsrə kimi işlənmişdir deyə və XX əsrə kimi Azərbaycan dilində "qrafika" sözü olmamışdır deyə "yazı" daha doğruyaoxşar görsənər. Sebirkhan (müzakirə) 14:17, 5 noyabr 2024 (UTC)
- mən özüm yazı sözünü işlədirəm. azərbaycanın yerdə qalan əhalisi isə qrafika sözünü. bura da mənim şəxsi bloqum olmadığı üçün digər oxuculara həmin yazı sözünün ifadə etdiyi mənanı açıqlamalı oluram. ^^ əkrəm. 14:45, 5 noyabr 2024 (UTC)
- @Sebirkhan, bir söz əvvəllər mövcud olmayıb, daha sonralar lüğətə və dilə daxil olunubsa, o demək deyil ki, keçmiş vaxtdakı anlayışlar üçün həmin sözdən istifadə etmək olmaz. Burada birinci ümumişləkliyə baxılır. Bir vaxtlar məqalələrə arxaik sözləri əlavə edirdiniz, indi də "milli" mövqedən çıxır edir və "mən belə bəyənirəm" şəklində mülahizələrinizi qeyd edirsiniz. Xahiş edirəm, fərdi mövqelərinizi Vikipediyaya daşımayın. Hörmətlə, Qədir (müzakirə) 15:17, 5 noyabr 2024 (UTC)
- Onlar əski əlifba deyil, köhnə və ya keçmiş əlifbalardır. Termin baxımından əski əlifba ərəb qrafikalı Azərbaycan əlifbadır. AME də yazıb. Unkillable Demon King 10:18, 5 noyabr 2024 (UTC)
- bu gün "əski əlifba" dedikdə hər hansı bir köhnə əlifba yox, məhz 1929-da ləğv edilən, ərəb yazısı (qrafikası) ilə olan əlifba başa düşülür. əkrəm. 09:15, 5 noyabr 2024 (UTC)
- amma Azərbaycan dilinin indiki əlifba ilə muqaisədə 6 dənə əski əlifbası var:
- @Bikar və @Sebirkhan, Azərbaycan Milli Ensiklopediyasına baxsaq, kifayətdir. İstifadəçi Sebirkhan yuxarıdakı uzun-uzadı mətnində mənim dəyişdirdiyim “əski əlifba” ifadəsini az qala bir kənara qoyub, “az-ərəb” ifadəsinə uzun-uzadı etiraz edib))) Bu ki mövzunu az qala manipulyasiya etməkdir). AME bu mövzuda öz ensiklopedik mövqeyini ortaya qoyubsa, məncə bu kifayətdir. samral müzakirə 17:17, 4 noyabr 2024 (UTC)
- @Samral, sizin etirazınız nəyədi? — Bikar müzakirə 16:07, 4 noyabr 2024 (UTC)
- Əleyhinə: az.-ərəb. hamısından yaxşı idi. əkrəm. 09:20, 5 noyabr 2024 (UTC)
- Razıyam. @Toghrul R-nin bu dəyişikliyi tam yerindədir. Hörmətlə, Qədir (müzakirə) 10:19, 5 noyabr 2024 (UTC)
- bəli, həmin versiya qaytarılsa, əla olar. sondakı nöqtəni də düşünürəm, çıxarmaq lazımdır, ərəb orada ixtisar deyil, məncə :3 əkrəm. 10:56, 5 noyabr 2024 (UTC)
- [3] :) Hörmətlə, Qədir (müzakirə) 10:59, 5 noyabr 2024 (UTC)
- bəli, həmin versiya qaytarılsa, əla olar. sondakı nöqtəni də düşünürəm, çıxarmaq lazımdır, ərəb orada ixtisar deyil, məncə :3 əkrəm. 10:56, 5 noyabr 2024 (UTC)
- amma söhbət az.ərəb və az.əski qısaltmaları arasında getsə mən az.əski qısaltmanı seçərdim. Başlıqda olan "ərəb" sözü çox adamı narahat edir və sanki Azərbaycandan uzaqlaşdırır, digər tərəfdən az.əski sözü sırf Azərbaycan keçmişi ilə əlaqəlidirir Sebirkhan (müzakirə) 14:35, 5 noyabr 2024 (UTC)
- azərbaycan dilində minlərlə ərəb mənşəli söz var, təqribən 1 millenium boyu, hələ azərbaycan dilinin olmadığı vaxtlardan onun əcdad dillərini yazmaq üçün ərəb hərflərindən istifadə edilib və azərbaycan mədəniyyətinin ərəb təsiri altında olduğu uzuuuuun bir dövr var tarixdə. ola bilsin, siz nisbətən millətçi yanaşdığınız üçün bəyənmirsiniz, mən isə bunu öz mədəniyyətimizin unikallığına töhfə verən bir amil kimi görürəm (yəni solçu kimi yanaşıram :D).
- sizə şəxsən demək istədiyim bir söz var. siz ilk dəfə rus vikipediyasında hesab yaradanda mən hələ 1-ci sinfə təzə başlamışdım. bundan ötrü güman edirəm, yaşınız məndən xeyli çoxdur. xahiş edirəm, mənim (mənim kimi bir cavan uşağın — red.) ~1 il əvvələ qədər azərbaycanca vikilüğətdə elədiyim səhvləri bu gün gəlib vikipediyada, başqa bir vaxt ingiliscə vikilüğətdə təkrarlamayın. :) əkrəm. 14:51, 5 noyabr 2024 (UTC)
- Razıyam. @Toghrul R-nin bu dəyişikliyi tam yerindədir. Hörmətlə, Qədir (müzakirə) 10:19, 5 noyabr 2024 (UTC)
İzləmə siyahısında vacib səsvermələrə keçid vermə
redaktəSalamlar. "İzləmə siyahınıza" daxil olduqda səhifənin ən başında qarşınıza çıxan bu səhifədəki yazı ilə bağlı bu başlığı açıram. Açığı, digər vikilərdə belə bir ənənə var ki, ora vacib seçkiləri əlavə edirlər, bizdə isə 2021-ci ildən bu şəkildədir səhifə. İndi bu başlıq ona görə açılıb ki, təklif edirəm ki, ora qaydalarla bağlı vacib səsvermələrin keçidlərini, həmçinin inzibatçı-bürokrat seçkilərini (həmçinin hazırda İHM-də baş tutan interfeys inzibatçıları ilə bağlı müzakirələri də əlavə etmək olar) əlavə edək. Hazırkı, statuslu məqalələrlə bağlı müzakirələr də qala bilər, məncə, problem yoxdur. Yenə də bu barədə də fikirləriniz maraqlıdır. İndiyə qədər həmin səhifələrdə pozuculuq olmamasının səbəbi, yəqin ki, indiyə kimi həmin səhifələrin mühafizədə olması olub (birbaşa mühafizədə olan "Qiymətləndirmə" səhifəsinə yönləndirir). Yaxın vaxtlarda həmin səhifələr Vikipediyanın prinsiplərinə zidd olduğu üçün mühafizədən azad edilib. (Qeyd: Səsvermələrin əlavəsi yaddan çıxmayacaq, özüm həmin səhifəyə nəzarət edəcəyəm mütəmadi. Həmçinin bu istiqamətdə istifadəçilər müraciət də edirlər və VP:İM vasitəsilə müraciət də edə bilərlər.)
- Lehinə: təklifi verən olaraq. Hörmətlə, Qədir (müzakirə) 16:42, 5 noyabr 2024 (UTC)
- Lehinə:--Nicat49 ⋠müzakirə⋡ 22:39, 5 noyabr 2024 (UTC)
- Lehinə:--Turkmen müzakirə 09:15, 6 noyabr 2024 (UTC)
- Lehinə: Nemoralis (müzakirə) 13:21, 6 noyabr 2024 (UTC)
- Lehinə: — Bikar müzakirə 18:00, 6 noyabr 2024 (UTC)
- Yekdilliklə qəbul edildi.--Turkmen müzakirə 10:10, 13 noyabr 2024 (UTC)
Lüdviq Knit
redaktəLüdviq Knitin ölümündən 70+ il keçib, düşünürəm ki, rəsm əsərlərini Commonsa yükləyə bilərik.@Cavidaga, @En Merker, @Toghrul R, @Sefer azeri Nemoralis (müzakirə) 13:19, 6 noyabr 2024 (UTC)
- Ümumiyyətlə belə Azərbaycanlı müəlliflərin kataloqunu hazırlamaq lazımdır ki, müəllif hüquqları müddəti bitdikdə Commonsa yükləyək. Nemoralis (müzakirə) 13:20, 6 noyabr 2024 (UTC)
- Amma bir şey var ki, şəxsin əsəri ərsəyə gətirdiyi tarixin üzərindən o qədər vaxt keçməlidir, məsələn, həmin əsərin üzərindən 70 il, amma ölümündən 50 il keçibsə, uyğun deyil, bir 20 il də gözləmək lazım gəlir. Hörmətlə, Qədir (müzakirə) 18:33, 6 noyabr 2024 (UTC)
- Əla fikirdir. Dəstəkləyirəm. --Tarixi Nadir (müzakirə) 17:53, 6 noyabr 2024 (UTC)
- Hörmətlə, Qədir (müzakirə) 17:57, 6 noyabr 2024 (UTC)
- Məntiqlidi, əsərlərini hardan tapa biləcəyimiz barədə təsəvvürüm yoxdu — Bikar müzakirə 17:59, 6 noyabr 2024 (UTC)
- "Pinterest" dolu olar yəqin ki. Hörmətlə, Qədir (müzakirə) 18:03, 6 noyabr 2024 (UTC)
- Lüdviq Knitin Bakıda anadan olduğunu bilmirdim. utandım bilməməyimə :) təşəkkürlər, yeni şey öyrənmiş olduq Atakhanli (müzakirə) 18:30, 6 noyabr 2024 (UTC)
Həsən İmanov və yazdığı məqalələr
redaktəİstifadəçinin fəaliyyətinə nəzər yetirsəniz, görmək olar ki, hamısı maşın tərcüməsidir. Hətta elədir ki, istifadəçi "Content Translation" funksiyasından heç bir dəyişiklik etmədən istifadə edir.
Təklifim odur ki, istifadəçi müddətsiz bloklansın və yaratdığı məqalələr nəzərdən keçirilsin. Çoxu silinməlidir, amma bəziləri xırda redaktələrlə saxlanıla bilər. --► Hörmətlə: SolaVirum 15:15, 6 noyabr 2024 (UTC)
- Hər dəfə şirin dilə salır keçir — Bikar müzakirə 17:59, 6 noyabr 2024 (UTC)
- Açığı, son açdığı məqalələrdə dalbadal redaktələr edir, yenə də problemlər müşahidə edirəm amma. Başqa istifadəçilərdə də eyni problem var, məsələn, "Ələddin.Məlikov" adlı istifadəçi. Bu vəziyyətə artıq son verilməlidir, olmaz belə. Hörmətlə, Qədir (müzakirə) 18:02, 6 noyabr 2024 (UTC)
- Hər halda, hər iki istifadəçini bura teq edirəm: @Həsən İmanov, @Ələddin.Məlikov. Hörmətlə, Qədir (müzakirə) 18:10, 6 noyabr 2024 (UTC)
- Hər birinizi Salamlayıram. Hörmətli @Gadir əfəndi. Teq etdiyinizə görə təşəkkür etdirəm. Amma bir neçə nüansı qeyd etməyi özümə borc bilirəm: 1. Redaktə etməyə görə və önəmlisi dalbadal redaktə etməyə görə bloklamaq nə deməıkdir?! 2. Mən saytlardan istifadə edirdim, bildirdiniz ki, saytlardan istifadə edib istinad verməyin mümkün qədər çünki bu plaqiat sayılır və doğru deyil. İndi daha çox İngilis dilli vikidən istifadə edirəm. Vaxt olduğu qədər tərcüməyə vaxt ayırıram. Maşın tərcüməsi də etmirəm. Bloklanma niyə?! 3. Çalışıram digər istifadəçilərin də etdiyi səhvi və ya kiçik nüansları düzəldim, sübutü redaktə etdiklərimdir. 4. Mənbəsi olmayan məlumatları az vikipediyaya yazmamağa çalışıram. 5. Mümkün qədər faktları və xarici dildə olan səhifələrini Az vikidə yaradıram. Bloklanma niyə?! 6. Ümumiyyətlə kim bir xəta və ya səhv edir bildirirsiniz ki, "Ələddin Məlikov da belə edir!". Ayıbdır vallah! Mənim intellektim və səviyyəm bundan artıq icazə vermir yazmağa, amma belə də olmaz. Bəzən müsaid olanda səhifələrə baxıram elə kobud səhvlər və yazıları görürəm ki, siz də redaktə etmisiniz amma heç fikir bildirməmisiniz. Təbii ki, mən gördükçə düzəldirəm. Sizi doğrusu şəxsən tanımıram. Amma şəxsi qərəzliyinizin olmamasına ümid edirəm. Hörmətlə, Ələddin.Məlikov (müzakirə) 18:38, 6 noyabr 2024 (UTC)
- Mövzudan çox kənarlaşmayacam, amma siz məqalələri düzgün tərtib etmirsiniz. Digər məqalələri nümunə kimi alın, stil kitabçasına uyğunlaşdırın, dil normalarına fikir verin və ən əsası, maşın tərcüməsi istifadə edərkən diqqətli olun, dəfələrlə yazdıqlarınızı oxuyun. Mənim fəaliyyətimdə irad tutmağınız isə qəribədir, nəzərə alın ki, bura könüllü layihədir, mən hər redaktə etdiyim məqaləni əvvəldən axıracan oxumuram ki. Amma öz yaratdıqlarımda belə səhvlər minimum olur, o da etinasızlıqdan deyil. Qərəzdən söhbət gedə bilməz. Zəhmət olmasa, nəzakətli və xoşniyyətli olun. Hörmətlə, Qədir (müzakirə) 18:44, 6 noyabr 2024 (UTC)
- Ələddin Məlikov ilə bağlı narazılıq nədən ibarətdir? Mən məqalələrində ancaq daxili keçidlər verməməsini görürəm, bir də arada orfoqrafik səhvlər olur. Səhv tərtibat deyəndə nə nəzərdə tutulur? Unkillable Demon King 20:13, 6 noyabr 2024 (UTC)
- İstifadəçinin son yaratdığı bir neçə məqaləyə nəzər yetirək:
- 1. Barux Qoldşteyn:
- Məqalənin preambulasına diqqət yetirmək kifayətdir. "Amerikada doğulmuş, İsrail vətəndaşı olan yəhudiəsilli həkim, dini ekstremist." Bu necə təqdimatdır? İstifadəçinin o qədər fəaliyyəti var, digər məqalələrə və qaydalara heçmi diqqət yetirməyib? "O, 1994-cü ildə Hebrondakı İbrahim məscidində pulemyot vasitəsi ilə 29 nəfəri öldürən, 150 fələstinlini yaralayan və fələstinlilərə atəş açan kütləvi qatil." Cümlə girib bir-birinə. Bu cümlədən nəsə başa düşürsüz? Adicə, bu, hələ yaratdığı qısa məqalələrdəndi. Yazının davamına məqalədən özünüz nəzər yetirin.
- 2. Sibəveyh:
- Yenə premabuladan ibarət olan məqalənin həmin hissəsinə nəzər yetirək: "Sibəveyh Şirazi kimi tanınan Əbu Bəşər Əmr bin Osman bin Qənbər Sibəveyhin adının mənası “almaya aid”dir." Bu qəliz cümlədən kimsə nəsə başa düşdü? "İslamdan əvvəl və ilk İslam dövründə bir çox İran adları nisbi - wayh şəkilçisi ilə bitmişdir, məsələn: "Dadowieh", "Zadowieh" və s. Ona görə, avropada Sibaveyh adını Sibaveyh və ya Sibeveyh kimi tələffüz edirlər." Lazımi yerlərdə dırnaq yox, durğu işarələri doğru yerlərdə yox. "Avropa" niyə kiçiklə qeyd edilib?
- 3. Cəlaləddin Süyuti:
- Yenə preambulaya diqqət yetirək: "Hafiz Cəlaləddin Əbdürrəhman bin Əbu Bəkr Süyuti (849-911 hicri) sünni və Şafii alimlərindən biri və hədis, tarix, təfsir və digər elmlərə dair çoxlu əsərlərin müəllifidir. O, “əd-Durrul-Mənsur fi Təfsiril-Məsur”un mühüm təfsirinin və həmçinin “Əl-İtqan Fi Ulumil-Quran” adlı Quran elmləri haqqında ən əhatəli kitabın müəllifidir." Yenə yanlış dırnaqdan istifadə edilib və preambuladakı təqdimat xarakterli ilk cümləyə diqqətlə nəzər yetirin. Ora şəxsin milliyəti kimi ölkəsi və peşələri qeyd olunur. Həmçinin istifadəçilər təqdimatda mövzunu təqdim edən cümləni yanlış qeyd edirlər, izah kimi. Məsələn, doğrusu olmalıdır belə: "ABŞ — Amerika qitəsində ölkə.", onlar qeyd edirlər: "ABŞ — Amerika qitəsində ölkədir." Bu da təbii ki, maşın tərcüməsindən necə gəldi istifadənin və etinasızlığın yaratdığı problemdir.
- Səhvlər kiçik olsa, diqqətsizlikdən qaynaqlansa və istifadəçilər yeni olsa, bu qədər problem olmaz. Göründüyü kimi, kiçik səhvlər deyil və belə problemli məqalələri də heç kim mütəmadi izləmək və redaktə etmək məcburiyyətində deyil. Yəni ki, "filan məqalələrdə səhvlər doludur, siz onları da düzəltmirsiniz" arqumenti keçməyəcək. Bu arada, düzdü, bura könüllü olsa da, yenə də mənə maraqlıdır ki, bu iki istifadəçi mütəmadi bir-birinin yaratdığı məqalələri redaktə edir. Demək olar ki, hər iki istifadəçinin fəaliyyətində tərtibat və maşın tərcümələri ilə bağlı ciddi problemlər müşahidə olunur. @Ələddin.Məlikov, siz istifadəçi @Həsən İmanovu tanımırsınız, ya da əlaqəniz yoxdur ki? Hörmətlə, Qədir (müzakirə) 09:37, 7 noyabr 2024 (UTC)
- Qeyd: Məqalələrdə vikiləşdirmə apardım. Hörmətlə, Qədir (müzakirə) 11:10, 7 noyabr 2024 (UTC)
- Ələddin Məlikov ilə bağlı narazılıq nədən ibarətdir? Mən məqalələrində ancaq daxili keçidlər verməməsini görürəm, bir də arada orfoqrafik səhvlər olur. Səhv tərtibat deyəndə nə nəzərdə tutulur? Unkillable Demon King 20:13, 6 noyabr 2024 (UTC)
- Mövzudan çox kənarlaşmayacam, amma siz məqalələri düzgün tərtib etmirsiniz. Digər məqalələri nümunə kimi alın, stil kitabçasına uyğunlaşdırın, dil normalarına fikir verin və ən əsası, maşın tərcüməsi istifadə edərkən diqqətli olun, dəfələrlə yazdıqlarınızı oxuyun. Mənim fəaliyyətimdə irad tutmağınız isə qəribədir, nəzərə alın ki, bura könüllü layihədir, mən hər redaktə etdiyim məqaləni əvvəldən axıracan oxumuram ki. Amma öz yaratdıqlarımda belə səhvlər minimum olur, o da etinasızlıqdan deyil. Qərəzdən söhbət gedə bilməz. Zəhmət olmasa, nəzakətli və xoşniyyətli olun. Hörmətlə, Qədir (müzakirə) 18:44, 6 noyabr 2024 (UTC)
- Salam hörmətli həmkarlar. Necəsiniz? Məni də bura taq etdiyiniz üçün təşəkkür edirəm sizə hörmətli @Gadir bəy.
- Mən bacardığım qədər redaktələrimdə təbii oxunuşa, cümlələrin təbiiliyinə əhəmiyyət vermişəm. "Content Translation" funksiyasından istifadə edərkən sizi nümunə götürmüşəm hörmətli @Solavirum bəy. Əlimdən gələni edirəm. Ali təhsil səviyyəm mənə ancaq bu qədər kömək edir. Məqalələri yaradarkən təkcə maşın tərcüməsindən yararlanmıram. Bacardığım qədər üzərində redaktələr də edirəm. Məqalələrimdə Vikipediyanın rus, ingilis və türk dillərində olan versiyalarını əsas götürmüşəm. Orada olanları bura köçürmüşəm. Mənə dedikləri kimi, istinadlar vermişəm, kateqoriyalar əlavə etmişəm, stil kitabçasının şərtlərini ödəməyə çalışmışam.
- Şirin dilə gəlincə hörmətli @Bikar bəy. Mən həmişə şirin dilli olmuşam, bacardığım qədər hamı ilə şirin danışmışam. Sərt, acı danışıb qəlb qırmaq asan bir şeydir. İnsanın öz əməllərinə görə cəzalandığını bilirəm. Sərt, acı danışıb cəzalanmaqdansa, şirin dilli olmaq daha yaxşıdır. Mən heç kimi yola verməmişəm. Mənə bildirilən hər bir irada əhəmiyyət vermişəm.
- Bacardığım qədər Azərbaycan dilində olan vikipediyanı zənginləşdirməyə çalışmışam. Əlimdən gələn budur ancaq. Nə edə bilərəm. İstəsəniz bütün məqalələrimi belə silə bilərsiniz. Nə edə bilərəm? Verəcəyiniz hər bir qərarla razılaşmaqdan başqa çarəm yoxdur. Hörmətlə Tarixçi (müzakirə) 19:42, 6 noyabr 2024 (UTC)
- Mən uzumüddətli bloku düzgün hesab etmərəm. Yeni istifadəçi deyil. Məqalələr nəzərdən keçirilsin deyirik, kim keçirəcək? Yalan demiyəcəm, mən istifadəçinin yaratdığı məqalələri patrullamıram. Müzakirə səhifəsindəki müraciətlərə baxmaq kifayətdi. Nə cür həll təklif edə bilərəm? Deyəcəm şərt qoyaq, deyəcəksiz könüllü layihədi. Solavirumun bu yazısından sonra yaradılan yeni məqalələri nəzərdən keçirəcəm. — Bikar müzakirə 20:01, 6 noyabr 2024 (UTC)
- Bir az baxdım nə olub. Gördüyüm qədər, istifadəçi artıq bir neçə dəfə bloklanılmışdı bu məsələynən bağlı. Halbuki, onu da nəzərə almaq gərək ki, müsbət istiqamətə doğru bəzi dəyişikləri olub. Məsələn, əvvəl kateqoriyaları əlavə etmirdi, indi isə edir. Buna görə, blokun lap müddətsiz olmağı ilə razı deyiləm. --Мурад 97 (müzakirə) 20:10, 6 noyabr 2024 (UTC)
- İstifadəçinin müddətsiz bloklanmasına qarşyam. Doğrudur istifadəçi maşın tərcüməsindən istifadə edərək bir başa məqaləyə əlavələr aparır, ancaq hər hansısa Vandalizm və yaxud Vikipediya üçün böyük zərər vurmaq niyyətində olmadığı açıq göz qarşısındadır. Düşünürəm ki istifadəci üçün müəyyən zaman verilsin əgər bu fəaliyyəti hələ də eyni formada davam edərsə o zaman müəyyən müddət təyin edərək blok təyin edilməsi doğru olar . -- QRAF☠ (✉ → ♕) 09:10, 7 noyabr 2024 (UTC)
- @Qraf, yəni ki, vandalizm olmasın, amma buranı maşın tərcüməsi məzmunla doldurmaq olar? Bunun özü elə Vikipediyaya vandalizm qədər zərər vurur ən azı. Söhbət məqalələrin keyfiyyətindən və istifadəçilərin etinasız fəaliyyətindən gedir. Hörmətlə, Qədir (müzakirə) 09:38, 7 noyabr 2024 (UTC)
- @Gadir söhbət istifadəçinin niyyətindən gedir. Vikipediyaya zərər vermək düşüncəsində olmadığı qənaətindəyəm. İstifadəçi öz etdiyi səhvlər üzərində işləməlidir -- QRAF☠ (✉ → ♕) 10:35, 7 noyabr 2024 (UTC)
- @Qraf, hər iki istifadəçi də bu səbəblərə görə bloklanıb, xüsusilə də başlıqda qeyd olunan istifadəçi dəfələrlə. Gəlin belə edək, növbəti dəfə xoşniyyətimizi göstərib istifadəçilərə "yeni məqalə yaratma" qadağası tətbiq edək. Onlar da tərtib etdikləri əvvəlki məqalələrini gözdən keçirsinlər və qaydasına qoysunlar. Hörmətlə, Qədir (müzakirə) 11:05, 7 noyabr 2024 (UTC)
- @Gadir Cox əla fikrdir. yeni məqalə yaratmanı dayandırıb əvvəlki məqalələri üzərində ciddi işlər aparsalar daha əla olar razıyam sizinlə -- QRAF☠ (✉ → ♕) 17:37, 7 noyabr 2024 (UTC)
- Salam. Mövzu ilə bağlı məndə öz fikrimi bildirirəm. Mən hər iki istifadəçinin müddətsiz bloklanmağına qarşıyam. Məqalə yaradarkən nəyi bilmirsizsə həmkarlarımıza müraciət edərək onlar sizlərə köməklik göstərsinlər və bu cür hallar baş verməz. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 19:02, 7 noyabr 2024 (UTC)
- @Gadir Cox əla fikrdir. yeni məqalə yaratmanı dayandırıb əvvəlki məqalələri üzərində ciddi işlər aparsalar daha əla olar razıyam sizinlə -- QRAF☠ (✉ → ♕) 17:37, 7 noyabr 2024 (UTC)
- @Qraf, hər iki istifadəçi də bu səbəblərə görə bloklanıb, xüsusilə də başlıqda qeyd olunan istifadəçi dəfələrlə. Gəlin belə edək, növbəti dəfə xoşniyyətimizi göstərib istifadəçilərə "yeni məqalə yaratma" qadağası tətbiq edək. Onlar da tərtib etdikləri əvvəlki məqalələrini gözdən keçirsinlər və qaydasına qoysunlar. Hörmətlə, Qədir (müzakirə) 11:05, 7 noyabr 2024 (UTC)
- @Gadir söhbət istifadəçinin niyyətindən gedir. Vikipediyaya zərər vermək düşüncəsində olmadığı qənaətindəyəm. İstifadəçi öz etdiyi səhvlər üzərində işləməlidir -- QRAF☠ (✉ → ♕) 10:35, 7 noyabr 2024 (UTC)
- @Qraf, yəni ki, vandalizm olmasın, amma buranı maşın tərcüməsi məzmunla doldurmaq olar? Bunun özü elə Vikipediyaya vandalizm qədər zərər vurur ən azı. Söhbət məqalələrin keyfiyyətindən və istifadəçilərin etinasız fəaliyyətindən gedir. Hörmətlə, Qədir (müzakirə) 09:38, 7 noyabr 2024 (UTC)
- İstifadəçinin müddətsiz bloklanmasına qarşyam. Doğrudur istifadəçi maşın tərcüməsindən istifadə edərək bir başa məqaləyə əlavələr aparır, ancaq hər hansısa Vandalizm və yaxud Vikipediya üçün böyük zərər vurmaq niyyətində olmadığı açıq göz qarşısındadır. Düşünürəm ki istifadəci üçün müəyyən zaman verilsin əgər bu fəaliyyəti hələ də eyni formada davam edərsə o zaman müəyyən müddət təyin edərək blok təyin edilməsi doğru olar . -- QRAF☠ (✉ → ♕) 09:10, 7 noyabr 2024 (UTC)
- Bir az baxdım nə olub. Gördüyüm qədər, istifadəçi artıq bir neçə dəfə bloklanılmışdı bu məsələynən bağlı. Halbuki, onu da nəzərə almaq gərək ki, müsbət istiqamətə doğru bəzi dəyişikləri olub. Məsələn, əvvəl kateqoriyaları əlavə etmirdi, indi isə edir. Buna görə, blokun lap müddətsiz olmağı ilə razı deyiləm. --Мурад 97 (müzakirə) 20:10, 6 noyabr 2024 (UTC)
- Mən uzumüddətli bloku düzgün hesab etmərəm. Yeni istifadəçi deyil. Məqalələr nəzərdən keçirilsin deyirik, kim keçirəcək? Yalan demiyəcəm, mən istifadəçinin yaratdığı məqalələri patrullamıram. Müzakirə səhifəsindəki müraciətlərə baxmaq kifayətdi. Nə cür həll təklif edə bilərəm? Deyəcəm şərt qoyaq, deyəcəksiz könüllü layihədi. Solavirumun bu yazısından sonra yaradılan yeni məqalələri nəzərdən keçirəcəm. — Bikar müzakirə 20:01, 6 noyabr 2024 (UTC)
- Hər birinizi Salamlayıram. Hörmətli @Gadir əfəndi. Teq etdiyinizə görə təşəkkür etdirəm. Amma bir neçə nüansı qeyd etməyi özümə borc bilirəm: 1. Redaktə etməyə görə və önəmlisi dalbadal redaktə etməyə görə bloklamaq nə deməıkdir?! 2. Mən saytlardan istifadə edirdim, bildirdiniz ki, saytlardan istifadə edib istinad verməyin mümkün qədər çünki bu plaqiat sayılır və doğru deyil. İndi daha çox İngilis dilli vikidən istifadə edirəm. Vaxt olduğu qədər tərcüməyə vaxt ayırıram. Maşın tərcüməsi də etmirəm. Bloklanma niyə?! 3. Çalışıram digər istifadəçilərin də etdiyi səhvi və ya kiçik nüansları düzəldim, sübutü redaktə etdiklərimdir. 4. Mənbəsi olmayan məlumatları az vikipediyaya yazmamağa çalışıram. 5. Mümkün qədər faktları və xarici dildə olan səhifələrini Az vikidə yaradıram. Bloklanma niyə?! 6. Ümumiyyətlə kim bir xəta və ya səhv edir bildirirsiniz ki, "Ələddin Məlikov da belə edir!". Ayıbdır vallah! Mənim intellektim və səviyyəm bundan artıq icazə vermir yazmağa, amma belə də olmaz. Bəzən müsaid olanda səhifələrə baxıram elə kobud səhvlər və yazıları görürəm ki, siz də redaktə etmisiniz amma heç fikir bildirməmisiniz. Təbii ki, mən gördükçə düzəldirəm. Sizi doğrusu şəxsən tanımıram. Amma şəxsi qərəzliyinizin olmamasına ümid edirəm. Hörmətlə, Ələddin.Məlikov (müzakirə) 18:38, 6 noyabr 2024 (UTC)
- Hər halda, hər iki istifadəçini bura teq edirəm: @Həsən İmanov, @Ələddin.Məlikov. Hörmətlə, Qədir (müzakirə) 18:10, 6 noyabr 2024 (UTC)
- Açığı, son açdığı məqalələrdə dalbadal redaktələr edir, yenə də problemlər müşahidə edirəm amma. Başqa istifadəçilərdə də eyni problem var, məsələn, "Ələddin.Məlikov" adlı istifadəçi. Bu vəziyyətə artıq son verilməlidir, olmaz belə. Hörmətlə, Qədir (müzakirə) 18:02, 6 noyabr 2024 (UTC)
Başlıq çox uzanmasın və asan nəticə almaq üçün qeyd etdiyim təklifi alt başlıq şəklində qeyd edirəm, lütfən, imzalarınızı qeyd edin. İstifadəçilərin yeni məqalə yaratmaları qadağan olunur və yaratdığı məqalələrlə maraqlanırlar. İndilik belə edək, davam edərsə, başqa çıxış yolları fikiləşərik. Hörmətlə, Qədir (müzakirə) 20:59, 7 noyabr 2024 (UTC)
- Salam hörmətli @Gadir müəllim. Bu məhdudiyyət nə qədər davam edəcək? Tarixçi (müzakirə) 09:55, 8 noyabr 2024 (UTC)
- Hər halda, sizə daha uzunmüddətli şamil olunacaq, yaratdığınız məqalə sayı üç mini keçib. Hörmətlə, Qədir (müzakirə) 10:01, 8 noyabr 2024 (UTC)
- Açığı yaratdığım bütün məqalələrə diqqətlə baxıram, bacardığım qədər redaktələr də edirəm. Əlimdən nə gəlirsə onu da edirəm. Yenə də son qərar sizindir hörmətli həmkar @Gadir. Yenə də bundan sonra diqqətli olmağa çalışacam. Ancaq bəzən elə olur ki, bir məqalənin içərisində başqa məqalələrə keçid vermək lazım gəlir. Və yaxud da yeni bir məqalə yaratmaq lazım gəlir. Ona görə də, bir sıra hallarda yeni məqalələr yaratmalı oluram. Bundan sonra bacardığım qədər yenə də diqqətli olmağa çalışaram. Hörmətlə Tarixçi (müzakirə) 10:09, 8 noyabr 2024 (UTC)
- Son qərarı icma verəcək, mən sadəcə vəziyyətə həll yolu kimi düşündüyüm təklifimi irəli sürmüşəm. Görünür, fəaliyyətinizdə problemlər olduğunu tək mən hiss etmirəm və illərdir sizə müzakirə səhifəniz vasitəsilə bu barədə iradlar bildirilib, bu müddət ərzində fəaliyyətinizə məhdudiyyətlər gətirilib, amma hələ də fəaliyyətiniz tam düzəlməyib. Sonuncu blokdan sonra nisbətən inkişaf etsəniz də, görünür ki, hələ də istənilən nəticəni verə bilməmisiniz. Əslində, bu məhdudiyyət sizə həm şans, həm də redaktə imkanı verəcək. Beləcə, köhnə məqalələrinizə nəzər yetirərək özünüzü inkişaf etdirib və sübut edəcəksiniz. Yəni redaktə imkanlarınız əlinizdən tam alınmayacaq, təbii ki, əgər mənim bu təklifim qəbul olunarsa. Ümid edirəm ki, olunar, indiki vəziyyətdə ən yaxşı çıxış yolu budur hazırda, məncə. Hörmətlə, Qədir (müzakirə) 10:15, 8 noyabr 2024 (UTC)
- @Həsən İmanov, buradakı müzakirə sizə aid deyil? Hörmətlə, Qədir (müzakirə) 19:09, 11 noyabr 2024 (UTC)

- Şərh: Təəssüf ki, istifadəçi hələ də problemli məzmun yaratmağa davam edir. Aşağıdakı başlığa münasibət bildirən olmayıb, belə hesab edirəm ki, etiraz edən yoxdur. Zəhmət olmasa, bir neçə gündən sonra (profilaktik olaraq indi də icra edə bilər) müzakirədə iştirak etməyən üçüncü tərəf bir inzibatçı müvafiq proseduru tətbiq etsin. Zənnimcə, iki il yetərli müddətdir, amma qərarı məhdudiyyəti tətbiq edən inzibatçıya buraxıram. Yenə də istifadəçinin müzakirə səhifəsini də gözdən keçirib elə qərar versin. Hörmətlə, Qədir (müzakirə) 19:15, 11 noyabr 2024 (UTC)
- Salam hörmətli həmkar@Gadir. Necəsiniz? Sizə cəmi bir sualım var. Yaratdığım sonuncu məqalələrdə konkret olaraq nəyi problem kimi görürsünüz? Deyin, dərhal aradan qaldırım. İstinadlar vermişəm, kateqoriyalar əlavə etmişəm, təbii oxunur. Maşın tərcüməsi deyil, hər bir cümlənin üstündə işləmişəm. Nədə problem görürsünüz? Content Translation funksiyası ilə yazmağımda? Hörmətlə Tarixçi (müzakirə) 20:15, 11 noyabr 2024 (UTC)
- Mənim qarabaqara sizin fəaliyyətinizi izləmək niyyətim yoxdur, buna heç vaxtım da yoxdur. Axı sizə təklif olunur ki, yeni məqalələr yaratmayıb, köhnə məqalələr də daxil mövcud məqalələrinizin məzmunu təkmilləşdirəsiniz, siz isə heç nə olmamış kimi davam edirsiniz, səbəb kimi də qırmızı keçidi ortaya atırsınız. Buradan özünüz nəzər yetirə bilərsiniz. Mən bu mövzuda artıq heç nə demiyəcəm, çox güman ki, nəsə qərar çıxmasa növbəti başlığın açılması da gecikməyəcək, o vaxtı da yenə müddətsiz blokunuz təklif olunacaq, çünki artıq bu neçəncidir ki, təklif olunur. Uğurlar. Hörmətlə, Qədir (müzakirə) 20:32, 11 noyabr 2024 (UTC)
- Salam hörmətli həmkar@Gadir. Necəsiniz? Sizə cəmi bir sualım var. Yaratdığım sonuncu məqalələrdə konkret olaraq nəyi problem kimi görürsünüz? Deyin, dərhal aradan qaldırım. İstinadlar vermişəm, kateqoriyalar əlavə etmişəm, təbii oxunur. Maşın tərcüməsi deyil, hər bir cümlənin üstündə işləmişəm. Nədə problem görürsünüz? Content Translation funksiyası ilə yazmağımda? Hörmətlə Tarixçi (müzakirə) 20:15, 11 noyabr 2024 (UTC)
İstifadəçilərə məqalə yaratma məhdudiyyəti qoyulması
redaktə- Lehinə: Hörmətlə, Qədir (müzakirə) 20:59, 7 noyabr 2024 (UTC)
Qaralama şablonu haqqında
redaktəTəklif edirəm ki, {{Qaralama}} şablonu ləğv edilsin. Bunun əvəzinə X (məsələn, şəxs)-qaralama tipli şablonlar mövcuddur və daha az vizual yer tuturlar. EnVikidə daha çox bu tipli şablonlardan istifadə edilir. --► Hörmətlə: SolaVirum 23:43, 8 noyabr 2024 (UTC)
- Dəfələrlə təklif etmişəm ki, buradakı kimi standart formaya çevirilsin. Silinməsi yox, məhz standartlaşdırılması məqsədəuyğun olar, çünki elə olur mövzu ilə mütənasib qaralama şablonları olmur və o zaman da bundan istifadə olunur. Hörmətlə, Qədir (müzakirə) 09:26, 9 noyabr 2024 (UTC)
azwikipedia.org - Yeniləmə
redaktəXatırlayırsınızsa, may ayında bu saytla bağlı araşdırma paylaşmışdım və sonda qeyd etmişdim ki, bunu fonda bildirəcəm. İndi təsadüfən baxanda gördüm ki, sayt yerli-dibli yoxa çıxıb, üstəlik domeni Fond öz adına keçirib (buradan yoxlayın). Domenə keçid edəndə fondun rəsmi bloqundakı You don’t need to pay for a Wikipedia article məqaləsinə yönləndirir. Nemoralis (müzakirə) 22:17, 11 noyabr 2024 (UTC)
Vikipediya:Yardım masası səhifəsinin Ana səhifəyə əlavə olunması
redaktəSalam. Bu səhifəyə KM-dan keçid verilib və yeni gələnləri, həmçinin təcrübəsizləri ora yönləndirir. Təklif edirəm ki, düymə kimi Ana səhifəyə də əlavə edək ki, diqqətləri çəksin və istifadəçilər sadə sualları və mövzular üçün əlavə başlıqlar açaraq KM-ə müraciət etməsinlər, elə özümüz də sadə şeyləri ora qeyd edək, çünki KM layihənin inkişafı barədə başlıqlar üçündür. KM-dakı qeyd yaxşıdır, amma bəs deyil, düşünürəm ki, Ana səhifədə daha gözəçarpan olacaq. Bu səhifə mentor sistemindən daha uğurlu olacaq, məncə. Tək bir səhifə ilə müraciətləri koordinasiya daha uğurlu olacaq azviki üçün.
- Lehinə: təklifi verən olaraq. Hörmətlə, Qədir (müzakirə) 13:16, 13 noyabr 2024 (UTC)
- Lehinə: Ana səhifəyə vikidaxili bir keçidin əlavə olunması aləmi qarışdırmaz. Aktivlik olmuyacaq, o başqa problemdi. Yoxlayaq — Bikar müzakirə 17:24, 13 noyabr 2024 (UTC)
- Lehinə: — Təklifi məndə dəstəkləyirəm. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 12:32, 17 noyabr 2024 (UTC)
Müzakirə
redaktəAna səhifənin harasına? — Bikar müzakirə 13:24, 13 noyabr 2024 (UTC)
- Salam. Məndə o sualı verəcəkdim. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 16:08, 13 noyabr 2024 (UTC)
- Salam. Belə olacaq. Hörmətlə, Qədir (müzakirə) 17:11, 13 noyabr 2024 (UTC)
- Mentor sistemindən daha yaxşı olmayacaq, konkret mentora ünvanlanmış sual olanda özünü cavablamağa "məcbur" hiss edir.(Daha çox işə düzəlmə ilə bağlı müraciətlə olacaq məni qınama) — Bikar müzakirə 17:21, 13 noyabr 2024 (UTC)
- Yoxlamaq olar, aktivlik də, mentor sisteminin vəziyyəti də ortadadır. Heç olmasa belə olanda ümumi bir səhifədən suallara konkret cavablar vermək mümkün olacaq. İstifadəçiləri konkret qaydalara yönəldə biləcəyik. Hörmətlə, Qədir (müzakirə) 17:24, 13 noyabr 2024 (UTC)
- Bu arada, @Nemoralis ilə mentor sisteminin bu səhifə ilə əvəzlənməsi barədə müzakirə aparmışıq. Tətbiq olunsa, istifadəçilər default olaraq mentorlara yox, bura istiqamətləndiriləcək. Hörmətlə, Qədir (müzakirə) 17:25, 13 noyabr 2024 (UTC)
- Amma düşünürəm ki, bu düymə Ana səhifəyə əlavə olunsa, buna çox da ehtiyac qalmayacaq. İstifadəçi birbaşa bu səhifəyə müraciət edəcək, ya da mentordan cavab gəlmədikdən sonra kömək üçün bura gələcək. Hörmətlə, Qədir (müzakirə) 17:26, 13 noyabr 2024 (UTC)
- Ancaq o mentor panelinə qeyd etmək olar ki, "Mentorlar da sizin kimi könüllü istifadəçilərdir və suallarınıza gec cavab verə bilərlər. Suallarınıza daha cəld cavab ala bilmək üçün yardım masasına qeyd edə bilərsiniz.". Hörmətlə, Qədir (müzakirə) 22:45, 15 noyabr 2024 (UTC)
- Amma düşünürəm ki, bu düymə Ana səhifəyə əlavə olunsa, buna çox da ehtiyac qalmayacaq. İstifadəçi birbaşa bu səhifəyə müraciət edəcək, ya da mentordan cavab gəlmədikdən sonra kömək üçün bura gələcək. Hörmətlə, Qədir (müzakirə) 17:26, 13 noyabr 2024 (UTC)
- Bu arada, @Nemoralis ilə mentor sisteminin bu səhifə ilə əvəzlənməsi barədə müzakirə aparmışıq. Tətbiq olunsa, istifadəçilər default olaraq mentorlara yox, bura istiqamətləndiriləcək. Hörmətlə, Qədir (müzakirə) 17:25, 13 noyabr 2024 (UTC)
- Yoxlamaq olar, aktivlik də, mentor sisteminin vəziyyəti də ortadadır. Heç olmasa belə olanda ümumi bir səhifədən suallara konkret cavablar vermək mümkün olacaq. İstifadəçiləri konkret qaydalara yönəldə biləcəyik. Hörmətlə, Qədir (müzakirə) 17:24, 13 noyabr 2024 (UTC)
- Mentor sistemindən daha yaxşı olmayacaq, konkret mentora ünvanlanmış sual olanda özünü cavablamağa "məcbur" hiss edir.(Daha çox işə düzəlmə ilə bağlı müraciətlə olacaq məni qınama) — Bikar müzakirə 17:21, 13 noyabr 2024 (UTC)
- Salam. Belə olacaq. Hörmətlə, Qədir (müzakirə) 17:11, 13 noyabr 2024 (UTC)
Gadir (müzakirə • töhfələr • statistikalar) tərəfindən aparılan kütləvi mühafizə əməliyyatları
redaktəSalam, Gadir tərəfindən şablonlar, alt səhifələr və s. üzərində kütləvi mühafizə təyin edilir. Yarımmühafizə bir tərəfə, səhifə daha yuxarı mühafizə dərəcəsinə, "təcrübəli istifadəçi"lərin redaktə etmə limitinə qaldırılır. Lokal qaydalar olmasa da, digər böyük vikilərdə bununla bağlı müvafiq qaydalar var. Bunlar bir kənara, həmçinin bu az-vikinin müvafiq praktiki vəziyyətinə və "azad ensiklopediya" prinsipinə də əksdir. Belə olmaz. İstifadəçiyə burada digər istifadəçi, daha sonra isə mən yazmışam. Amma təəssüf ki, başa salmaq olmur və verdiyi cavablar demək olar şəxsi fikirləridir. Məqalələr, seçilmiş məzmun həqiqətən də çoxsaylı vandalizmə uğrayır, amma şablon və alt səhifənin mühafizə edilməsinin səbəbini başa düşə bilmirəm. Mühafizə ona görə lazımdır ki, ortada vandalizm olsun və bu da məzmunun qorunmasına səbəb olsun. Yoxsa durduq yerə niyə səhifə mühafizə olunsun ki? Belə olduğu halda yeni istifadəçilər layihəyə necə töhfə verə bilər?
- İstifadəçi tərəfindən oktyabrda ümumi 41 səhifə mühafizəyə alınıb, noyabrda isə bu say artıq 14-dür. Sayı bir kənara qoysaq və aşağıdakı əməliyyat səbəblərinə baxsaq ortada anlaşılmaz durum var:
- 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və s. bu səhifələrin redaktə limiti niyə təcrübəli istifadəçilər üçündür? Avtotəsdiqlənmiş istifadəçi niyə redaktə edə bilməz? Məsələn, son qeyd etdiyim 3 giriş səhifəsində hansısa orfoqrafik səhv olsa və biz onu görməsək istənilən istifadəçi bunu düzəldə bilərdi.
- Kritik kimi mühafizəyə alınan şablonlar, amma kritik deyil : 1, 2, 3
Əgər istifadəçi nəyisə bilmirsə, yaxud qərarsızdırsa bunu sual verə bilər, müzakirə aça bilər. Amma öz fəaliyyətə davam edir, mən belə başa düşürən ki, istifadəçi nəyi düşünürsə və onun üçün doğrudursa deməli bunu edə bilər. Turkmen müzakirə 09:10, 14 noyabr 2024 (UTC)
- @Turkmenlə razıyam, Gadir vandalizm olmayan, kritik əhəmiyyəti olmayan səhifələrə durmadan mühafizə tətbiq edir. İndi baxdım, yenə bəzi Bilirsinizmi namizədi şablonlarına mühafizə tətbiq edib. Heç Bilirsinizmi namizədləri səhifəsinin özündə belə vandalizm halı yaşanmayıb, şablonlarına niyə mühafizə tətbiq olunur? Unkillable Demon King 12:34, 14 noyabr 2024 (UTC)
- Məsələn, Kənd meydanının giriş şablonu niyə mühafizə altındadı? Bu şablonda illərlədir ki, vandalizm yoxdur, kritik şablon da deyil. Ancaq bir səhifədə istifadə olunur. Mühafizə xətrinə mühafizədir. Unkillable Demon King 12:37, 14 noyabr 2024 (UTC)
- Mən heç bir məqaləni durduq yerə mühafizə etməmişəm. Şablon və alt səhifələrə gəlincə, onlar da bəzi modul və şablonlar kimi mühafizədə olmalıdır. Burada da vandalizm olmayıb, amma birbaşa KM-ə bağlı şablon olduğu üçün mühafizəyə alınıb, belə çox nümunə göstərə bilərəm. Deyə bilərsiniz ki, enviki aktivliyi ilə azviki aktivliyi bir deyil, amma mən bunu səbəb kimi görmürəm. Məqalə deyil ki, həm zatən təkmil səhifələr olur, anonimlərin redaktəsinə ehtiyac olmur. Yenə də səhv etmiş ola bilərəm, icma deyirsə ki, mühafizə etmə, etmərəm. Hörmətlə, Qədir (müzakirə) 16:49, 14 noyabr 2024 (UTC)
- Zatən ara-ara səhifələr mühafizə olunur, yəqin ki, mən bunu davamlı etdiyim üçün diqqət çəkmişəm. Əvvəllər qəbul edilmiş prinsiplər də tam mühafizədə olub, bu barədə müzakirə isə xatırlamıram. Daha sonra həmin mühafizələrin düşürülməsi barədə mən təşəbbüs göstərmişəm. Bu səhifələr müəyyən səhifələrin alt səhifəsi funksiyası daşıdığı üçün mümkün spam və vandalizmə qarşı mühafizə olunur, adicə, məqalələrə edilən redaktələr gözdən qaçır, bu səhifələrə də hansısa edilən redaktə vasitəsilə səhifələrdəki mümkün funksiyalarda xətalar çıxa bilər. Belə çox lazımdırsa, məncə, texniki olaraq imkan yarada bilərik ki, anonimlər müzakirə səhifəsinə dəyişiklik barədə yazsınlar və onları ora yönləndirərik. Bu, mənim təklifimdir, fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 17:08, 14 noyabr 2024 (UTC)
- @Gadir, təəssüf ki, şərhləriniz mövzudan yayınma ehtiva edir. Çünki biz burada məqalə mühafizəsindən danışmırıq. Şablonların və alt səhifələrin mühafizəsindən danışırıq. Həmçinin qeyd etdiyiniz keçiddəki səhifə belə avtotəsdiqlənmişə redaktə etmə icazəsi verir. Hansı ki, en-vikidəki aktivlikdən bəhs etməyə ehtiyac yoxdur. Siz isə eyni giriş alt səhifəsinin az-vikidəki versiyasını avtotəsdiqlənmişdən belə yuxarı çəkərək , yalnız təcrübəlilərə redaktə şansı vermisiniz. Həmçinin diqqətlə baxsaz görərsiniz ki, keçidini qeyd etdiyiniz səhifədə sizin dediyinizdən fərqli olaraq müxtəlif zamanlarda vandalizm hallara baş verib. Turkmen müzakirə 20:43, 14 noyabr 2024 (UTC)
- Məsələn, bu şablonun mühafizə olunması üçün ortada heç bir səbəb yoxdur. Bu şablonda kimsə vandalizm etsə belə, subst ilə işləyir, yəni vandalizm digər yerlərdə öz əksini tapmayacaq. Yenə deyirəm ki, EnVikiyə ya da başqa vikilərə baxıb mühafizələr tətbiq etmək düzgün deyil. Gərəksiz mühafizələr götürülməlidir. Unkillable Demon King 06:53, 15 noyabr 2024 (UTC)
- Tapacaq, belə tapacaq, sən girib yeni namizədlik vermək istəyəndə artıq ora səhifənin dəyişiklik edilmiş məzmunu əks olunacaq. Birə-bir digər vikilərə görə davranmaq lazım deyil, əlbəttə, amma digər vikilər həmişə nümunə kimi göstərilir, normaldır. Dediyim kimi, mən mühafizələri yanlış hesab etmirəm, həmin səhifələri vandalizm, spam və boş redaktələrdən qorumaq məqsədilə vacib bilirəm. Problem yaranırsa, mühafizə tətbiq etmərəm, okey. Hörmətlə, Qədir (müzakirə) 17:28, 15 noyabr 2024 (UTC)
- Məsələn, elə bu cür səhifələr mühafizədə olmalı deyil? Anonim ora uzağı zərər vuracaq, nə töhfəsi ola bilər axı. Hörmətlə, Qədir (müzakirə) 19:09, 15 noyabr 2024 (UTC)
- etməsə olar, bunu sadəcə müzakirə səhifəsində qaldırmaq olardı. --► Hörmətlə: SolaVirum 23:07, 15 noyabr 2024 (UTC)
- Məsələn, elə bu cür səhifələr mühafizədə olmalı deyil? Anonim ora uzağı zərər vuracaq, nə töhfəsi ola bilər axı. Hörmətlə, Qədir (müzakirə) 19:09, 15 noyabr 2024 (UTC)
- Tapacaq, belə tapacaq, sən girib yeni namizədlik vermək istəyəndə artıq ora səhifənin dəyişiklik edilmiş məzmunu əks olunacaq. Birə-bir digər vikilərə görə davranmaq lazım deyil, əlbəttə, amma digər vikilər həmişə nümunə kimi göstərilir, normaldır. Dediyim kimi, mən mühafizələri yanlış hesab etmirəm, həmin səhifələri vandalizm, spam və boş redaktələrdən qorumaq məqsədilə vacib bilirəm. Problem yaranırsa, mühafizə tətbiq etmərəm, okey. Hörmətlə, Qədir (müzakirə) 17:28, 15 noyabr 2024 (UTC)
- Zatən ara-ara səhifələr mühafizə olunur, yəqin ki, mən bunu davamlı etdiyim üçün diqqət çəkmişəm. Əvvəllər qəbul edilmiş prinsiplər də tam mühafizədə olub, bu barədə müzakirə isə xatırlamıram. Daha sonra həmin mühafizələrin düşürülməsi barədə mən təşəbbüs göstərmişəm. Bu səhifələr müəyyən səhifələrin alt səhifəsi funksiyası daşıdığı üçün mümkün spam və vandalizmə qarşı mühafizə olunur, adicə, məqalələrə edilən redaktələr gözdən qaçır, bu səhifələrə də hansısa edilən redaktə vasitəsilə səhifələrdəki mümkün funksiyalarda xətalar çıxa bilər. Belə çox lazımdırsa, məncə, texniki olaraq imkan yarada bilərik ki, anonimlər müzakirə səhifəsinə dəyişiklik barədə yazsınlar və onları ora yönləndirərik. Bu, mənim təklifimdir, fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 17:08, 14 noyabr 2024 (UTC)
- Mən heç bir məqaləni durduq yerə mühafizə etməmişəm. Şablon və alt səhifələrə gəlincə, onlar da bəzi modul və şablonlar kimi mühafizədə olmalıdır. Burada da vandalizm olmayıb, amma birbaşa KM-ə bağlı şablon olduğu üçün mühafizəyə alınıb, belə çox nümunə göstərə bilərəm. Deyə bilərsiniz ki, enviki aktivliyi ilə azviki aktivliyi bir deyil, amma mən bunu səbəb kimi görmürəm. Məqalə deyil ki, həm zatən təkmil səhifələr olur, anonimlərin redaktəsinə ehtiyac olmur. Yenə də səhv etmiş ola bilərəm, icma deyirsə ki, mühafizə etmə, etmərəm. Hörmətlə, Qədir (müzakirə) 16:49, 14 noyabr 2024 (UTC)
- Məsələn, Kənd meydanının giriş şablonu niyə mühafizə altındadı? Bu şablonda illərlədir ki, vandalizm yoxdur, kritik şablon da deyil. Ancaq bir səhifədə istifadə olunur. Mühafizə xətrinə mühafizədir. Unkillable Demon King 12:37, 14 noyabr 2024 (UTC)
- Gadir aktiv inzibatçıdır. Amma çox vaxt mənə də elə gəlir ki, Gadir bu alətdən sırf rəqəm artırmaq üçün istifadə edir. Çünki bəzi etdiklərinə mən də izah tapa bilmirəm. Hər bir halda, fəaliyyətində daha diqqətli olub icmanın fikirlərini nəzərə alsa, daha düzgün olar. --Sura Shukurlu (müzakirə) 19:15, 16 noyabr 2024 (UTC)
- Mən belə bir başlığa görə narahat deyiləm. Rəqəmlər heç nə ifadə etmir, inzibatçılıq alətlərdən çox istifadə deyil, düzgün istifadədir, hansı ki, mən yanlış etdiyimi düşünmürəm. İcmanın fikirləri və qəbul etdiyi qaydalar nəzərimdədir, yenə də həmişə daha diqqətli olmağa çalışıram. Təbii ki, yuxarıda çəkdiyim nümunə, nəyinsə nə vaxt necə tətbiq edilməsi də əsas deyil, başlıq mənim müəyyən vaxt intervalında mühafizə tətbiq etdiyim səhifələrə görə açılıb. Hörmətlə, Qədir (müzakirə) 14:39, 17 noyabr 2024 (UTC)
- @White Demon, bilirsən niyə? Mən həmişə əsas səhifələrin hamıya açıq olmağını düzgün hesab etmişəm. Məsələn, bu yaxına kimi KM, SNS və BNS mühafizə altında idi, təşəbbüs göstərdim o barədə. Əsas səhifələr gözdə olur və onları heç vaxt mühafizə etməmişəm (vandalizm kimi hallardan qısamüddətli mühafizə istisna olmaqla). Çünki ora anonimlər də yaza, soruşa, həmçinin töhfələr verə bilər, elə alt səhifələrlə də bağlı. Amma konkret o səhifələrə qarşı əvvəlcədən qoruma məqsədli mühafizə tətbiq etmişəm, çünki ora hər vaxt daxil olub müntəzəm şəkildə yoxlayan yoxdur, nə isə redaktə olsa, yəqin ki, bir müddət elə qalacaq. Yəni belə səhifələri vandalizm baş vermədən mühafizə etmək məqbuldur deyə düşünürəm. Hörmətlə, Qədir (müzakirə) 14:53, 17 noyabr 2024 (UTC)
- Mən belə bir başlığa görə narahat deyiləm. Rəqəmlər heç nə ifadə etmir, inzibatçılıq alətlərdən çox istifadə deyil, düzgün istifadədir, hansı ki, mən yanlış etdiyimi düşünmürəm. İcmanın fikirləri və qəbul etdiyi qaydalar nəzərimdədir, yenə də həmişə daha diqqətli olmağa çalışıram. Təbii ki, yuxarıda çəkdiyim nümunə, nəyinsə nə vaxt necə tətbiq edilməsi də əsas deyil, başlıq mənim müəyyən vaxt intervalında mühafizə tətbiq etdiyim səhifələrə görə açılıb. Hörmətlə, Qədir (müzakirə) 14:39, 17 noyabr 2024 (UTC)
Qeydiyyatdan keçməmiş istifadəçilər redaktə edə bilməsinlər
redaktəSalam əziz və hörmətli həmkarlar belə bir fikir bildirmək istəyirəm. Qeydiyyatdan keçməmiş istifadəçilər (yəni anonim istifadəçilər) redaktə edə bilməsinlər. Çünki məqalələri çoxu bərbad vəziyyətə gətirən qeydiyyatdan keçməmiş istifadəçilər edir bəziləri hətda vandalizmlədə məşğul olurlar. Alınarsa belə bir şey əla olar. Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 18:19, 14 noyabr 2024 (UTC)
- Alınmaz. Bu, ən başda Vikipediyanın şüarına və yaranma səbəbinə ziddir, onsuz qəbul etməzlər. Vikipediya azad və açıq ensiklopediyadır. Hörmətlə, Qədir (müzakirə) 18:23, 14 noyabr 2024 (UTC)
- Həmin IP-lər bəzi hallarda bizim avtopatrul hüququ almış, təcrübəli istifadəçi adını qazanmış, hətta Vikipediya ilə bağlı təlim keçən istifadəçilərimizdən daha yaxşı və faydalı redaktələr edirlər)) Vandalizm hər vikidə olur. Belə hallarla mübarizə aparmaq üçün gərəkli hüquqları boşuna daşıyan istifadəçiləri təşviq etməliyik ki, hüquqları boşuna, ad xətrinə daşımasınlar, götürdükləri öhdəlikləri yerinə yetirsinlər. --Sura Shukurlu (müzakirə) 19:11, 16 noyabr 2024 (UTC)
- Aralarında faydalı redaktələr edənlər də az deyil. Qurunun oduna yaş yanmamalıdır. Thunder Storm (müzakirə) 14:45, 18 noyabr 2024 (UTC)
Salam. Patrullarla bağlı qısa siyasət səhifəsi hazırlamışam. Hər halda, bununla da bağlı qəbul edilmiş prinsipimiz olsa yaxşı olar. Müzakirəyə təqdim edirəm, təklifləriniz varsa, qeyd edin, müzakirə edərək düzəlişləri edib səsverməyə çıxaraq. Hörmətlə, Qədir (müzakirə) 00:36, 16 noyabr 2024 (UTC)