Vikipediya:Kənd meydanı

Ən son rəy:1 saat öncə, Interfase tərəfindən "Həsənov qardaşlarının evi" mövzusunda


Vikipediya:Təmiz başlanğıc

redaktə

Salam. Planımda olan qaydalardan daha birini hazırlaya bildim nəhayət. Hər birinizi müzakirəyə dəvət edirəm, ardınca səsverməyə çıxaracağam. Hörmətlə, Qədir (müzakirə) 10:42, 23 sentyabr 2024 (UTC)Cavabla

Təşəkkür edirəm qayda üçün. Keçən dəfə bu barədə müzakirə gedirdi, yaxşı oldu bunun tərcümə olunmağı. Şiroi Akuma 15:17, 24 sentyabr 2024 (UTC)Cavabla
Dəstəkləyirəm. --► Hörmətlə: SolaVirum 14:59, 28 sentyabr 2024 (UTC)Cavabla

White Demon, Solavirum,  Y müvafiq səsvermə başladıldı. Müddət 25 gün təyin olunmuşdur. Hörmətlə, Qədir (müzakirə) 11:13, 29 sentyabr 2024 (UTC)Cavabla

Vikipediya məcburiyyət deyil

redaktə

Salam. Zəhmət olmasa bu səsvermədə iştirak edin, qısa bir prinsipdir (2-3 cümlə), qəbul edək. Hörmətlə, Qədir (müzakirə) 17:56, 24 sentyabr 2024 (UTC)Cavabla

Ayrıca kateqoriya

redaktə

Salam. Soruşmaq istəyirəm ki, Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanlarının faylları üçün ayrıca kateqoriyalara ehtiyac varmı yoxsa elə hərbçilərə aid kateqoriyaya salmaq kifayət edərmi? Onda belə çıxır, hər orden alanı da müvafiq kateqoriyaya əlavə edək? Məsələn, "Qarabağ" ordeni alanlar və "Zəfər" ordeni alanlar. Hörmətlə, Qədir (müzakirə) 20:02, 24 sentyabr 2024 (UTC)Cavabla

Hamısının ayrıca kateqoriyası varda. Anlamadım Atakhanli (müzakirə) 20:12, 24 sentyabr 2024 (UTC)Cavabla
Medallar üçüb ayrıca kateqoriyalar var?? Şəxslər üçün məqalə yox, fayl kateqoriyalarını deyirəm. Kateqoriya:Hərbçilərin şəkilləri kimi. Yanlış anladız məncə. Hörmətlə, Qədir (müzakirə) 20:23, 24 sentyabr 2024 (UTC)Cavabla
Birinci hə, elə bildim məqalənin özün deyirsiz. Amma Medal lentini deyirsiz? Commonsdadırlarda onlar onsuz. Nümunə verə bilərsiz? Atakhanli (müzakirə) 20:28, 24 sentyabr 2024 (UTC)Cavabla
Söhbətin medal faylları ilə əlaqəsi yoxdur, söhbət medal, ad, rütbə alan şəxslərdən gedir. Məsələn, Kateqoriya:Azərbaycan Milli Qəhrəmanlarının şəkilləri. Belə baxanda əsas kateqoriyada alt kimi vermək də olar. Yəni bunun kimi, ""X" ordeni laureatları" kateqoriyası da medallarda da alt kateqoriya kimi lazımdır? Həmçinin rütbələr. Azərbaycana xas kateqoriyalardansa ümumi kateqoriyalara əlavə etmək hardasa başadüşülən olar yenə (məsələn, "Azərbaycan generallarının şəkilləri" yox, "Generalların şəkilləri"). Uzağı VMQ və AMQ üçün ola bilər, o da ehtiyac varmı deyə soruşuram. Hörmətlə, Qədir (müzakirə) 20:38, 24 sentyabr 2024 (UTC)Cavabla
redaktə
Apologies for cross-posting in English. Please consider translating this message.

Hello everyone, a small change will soon be coming to the user-interface of your Wikimedia project. The Wikidata item sitelink currently found under the General section of the Tools sidebar menu will move into the In Other Projects section.

We would like the Wiki communities feedback so please let us know or ask questions on the Discussion page before we enable the change which can take place October 4 2024, circa 15:00 UTC+2. More information can be found on the project page.

We welcome your feedback and questions.
MediaWiki message delivery (müzakirə) 18:57, 27 sentyabr 2024 (UTC)Cavabla

İkinci Qarabağ müharibəsinin ildönümü

redaktə

Azərbaycan ərazisinin işğal altında olan böyük hissəsinin işğaldan azad olunması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin 4-cü ildönümü münasibətilə vikipediyaçı həmkarlarımı təbrik edirəm. Həmin müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlağı diləyirəm. Yaşasın bütöv, suveren Azərbaycan!--Sortilegus (müzakirə) 14:15, 28 sentyabr 2024 (UTC)Cavabla

Təbrik, kədər və sevinclərimi bütün icma ilə paylaşıram. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəbirləri nurla dolsun. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! ✊ Hörmətlə, Qədir (müzakirə) 14:40, 28 sentyabr 2024 (UTC)Cavabla
Allah rəhmət etsin, ümid edirəm bir də yaşamarıq belə çətin günləri. Mənim iki yaxın dostum şəhid olmuşdu, bir yaxın qohumum isə iştirak edirdi, hansı ki, bitəndən sonra öyrənmişdik. --► Hörmətlə: SolaVirum 14:56, 28 sentyabr 2024 (UTC)Cavabla
Mən bir şəhid ailəsi kimi məndə bu sözlərə qoşuluram. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Qəbirləri nurla dolsun. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza can sağlığı versin. Yaşasın   Azərbaycan Ordusu. Qarabağ Azərbaycandır! Hörmətlə, Vusalsuvarov1996 (müzakirə) 15:21, 28 sentyabr 2024 (UTC)Cavabla
4 il nə tez ötdü... Zaman sürətlə ötür. Grenzsoldat 16:40, 28 sentyabr 2024 (UTC)Cavabla

"Wikimedia CEE Meeting 2024"də iştirak haqqında

redaktə

Hörmətli həmkarlar. Sizə iştirak etdiyimiz Mərkəzi və Şərqi Avropa ölkələrinin Vikimediya toplantısı haqqında hesabat xarakterli kiçik məlumat vermək istəyirəm. Bildiyiniz kimi bu il CEEM-də ölkəmiz (istifadəçi qrupumuz) 3 nəfərlik nümayəndə heyəti ilə təmsil olundu. Mən həmişə icmamız üçün bu tədbiri digər tədbirlərdən daha üstün hesab edirəm. Çünki burada iştirak edən icmalar, istər problemlər, istərsə də boşluqlar baxımından bizim icmaya daha yaxın icmalardırlar. Hətda bəzən elə mövzulara toxunulur ki, sanki AzViki haqqında danışılır. Yəni bir sözlə ortaq mövzu və problemlər çoxdur və onların həll yollarını bu tədbir vasitəsi ilə öyrənmək mümkündür. CEEM-də qazanılmış təcrübələrin zamanla icmamıza gətirilməsini çox vacib amil hesab edirəm. Bu səbəbdən aktiv istifadəçilərimizin gələn il Yunanıstanın Saloniki şəhərində keçiriləcək növbəti CEE toplantısına qatılmaları üçün ciddi cəhd göstərmələrini tövsiyyə edirəm.

Bu ilki toplantıya gəldikdə ilk öncə tədbirin keçirildiyi yer, tarixi baxımından çox önəmli bir yer idi və oradan eşitdiyim məlumata görə səhv etmirəmsə ilk dəfə CEE tədbiri açıq hava şəraitində keçirilirdi. Bu, tədbirə xüsusi maraq qatırdı.

Mənə görə tədbirin öyrənmə günü, Asaf Bartovun Vikimediya hərəkatı haqqında verdiyi qısa məlumat demək olar ki, bizim icma üçün heç də qısa sayılmazdı. Kaş ki, icmamızın bütün üzvləri bu məlumatı eşidə biləydi. Tədbirin ilk günü 4 təlim diqqətimi çəksə də iki mövzu mənə görə Vikipediya üçün çox ciddi və vacib mövzular idi: birincisi Natalia Ćwik, Marios Magioladitisin təqdimatında Süni intellekt dövründə Vikimedianın gələcəyi və Asaf Bartovun təqdimatında Silahlandırılmış süni intellektə qarşı vikilərimizi müdafiə edirik (tərcümədə səhvə yol verə bilərəm) mövzuları idi. Asaf Bartovun təqdimatının PDF versiyası mövcuddur və hər kəsin bu mövzuyla mütləq tanış olmasını tövsiyyə edərdim. Nəticə etibarı ilə süni intellektin vikipediyaya təsiri qaçılmaz görünür amma düzgün istifadə möhtəşəm nəticələr verə bilər.

İkinci gün ən çox marağımı çəkən təlimlərdən biri Tomasz Wszeborowskinin Polşa Vikipediyasının admin dəstəyi proqramı təqdimatı idi. Bu təqdimatın da PDF versiyası var və inzibatçılarımızın gözdən keçirməyində fayda olacaq. Digər mövzu isə Marios Magioladitisin çoxlarımıza tanış olan AutoWikiBrowser təqdimatı oldu. Buradan da öyrənəcəyimiz çox şeyin olduğunu düşünürəm. Təqdimatçıya verilmiş "AWB istifadəsi üçün müləq bot hesabının olması vacibdirmi?" sualı və onun qısaca "yox" cavabı verməsi də məndə bir az rahatlıq yaratmışdı. Çünki mən bəzi əməliyyatların bot hesabı ilə edilməsini daha məqsədə uyğun sayırdım. Daha sonra bubu ən maraqlı təlimlərdən sayıla bilərdi.

Tədbirə getməmişdən öncə mən və Firuza belə bir qərar vermişdik ki, fərqli təlimlərdə iştirak etsək həmin təlim haqqında bir-birimizə ətraflı məlumatlar verək. Düşünürəm ki, bu çox effektiv oldu və bunun sayəsində demək olar qatılmadığımız təlim qalmadı. Son olaraq bir daha bütün aktiv istifadəçiləri bu kimi təlimlərdə iştirak etmək üçün ciddi səy göstərməyə səsləyirəm. Və tədbirlər sonrası aktiv istifadəçilərlə vikigörüşlərin keçirilməsini vacib hesab edirəm. Diqqətiniz üçün çox sağ olun. Hər kəsə fəaliyyətlərində uğurlar. Hörmətlə, Patriot Kor (müzakirə) 19:39, 28 sentyabr 2024 (UTC)Cavabla

İştirakınız üçün hər birinizə təşəkkürlər. --eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:59, 28 sentyabr 2024 (UTC)Cavabla
Təşəkkürlər, uğur olsun. --► Hörmətlə: SolaVirum 23:59, 28 sentyabr 2024 (UTC)Cavabla
Təcrübələrinizi paylaşdığınız üçün təşəkkürlər. Uğurlar. Hörmətlə, Qədir (müzakirə) 11:21, 29 sentyabr 2024 (UTC)Cavabla
Həm iştirakınıza görə həm də ətraflı məlumata görə təşəkkür edirəm! Rəcəb Yaxşı (müzakirə) 10:21, 30 sentyabr 2024 (UTC)Cavabla

Statuslu məqalələrlə bağlı

redaktə

Salam. Təklif edirəm ki, ana səhifəyə çıxarılan məqalələrin məzmununda paraqraflara bölməyək və mümkün olduğu təqdirdə 2k bayta qədər məzmun əlavə edək. Digər tərəfdən, mən bu səhifələri uzun müddət üzrə yaratmağı planlayıram, bu barədə də fikirləriniz maraqlıdır. Digər bir məsələ isə, məqalə adlarının ana səhifə və status namizədliyi üçün yaradılan qiymətləndirmə səhifəsi ilə yanaşı, statusla əlaqəli digər bütün səhifələrdə də tam verilməsinin təmin olunmasıdır; mötərizə (dəqiqləşdirmə), kursiv, dırnaq və s. Ad necə varsa elə veriləcək. Fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 07:39, 30 sentyabr 2024 (UTC)Cavabla

Salam, ümumiyyətlə Ana səhifəyə 1 il intervalında köhnə statuslu məqalələri əlavə etmək fikriniz doğru deyil. Ola bilər ki, başqa bir istifadəçi həmin məqalələrdən birinin statusunun alınması üçün müraciət edər və status alındıqdan sonra Ana səhifəyə çıxarılar. Yaxud güncəl məqalə əlavə etmək lazım gələr və məcbur onu 1 il sonraya əlavə edərik. Təbii ki, aktual hadisə ilə bağlı məqalə 1 ildən sonra öz əhəmiyyətini itirəcək. Beləliklə, nəzarət etməkdə problem yaranacaq. İkincisi Ana səhifənin indiki veb versiya interfeysinə görə sütunlar yan-yana olmalıdır (həmçinin digər layihələrdə də belədir). Məqalələri bolməzmunlu etdikdə isə bu sütunların biri aşağıda, digəri yuxarıda olacaq. Həmçinin bu müzakirəni artıq işlərinizə qarışıb etiraz etməyimdən sonra açmağınız təəssüf doğurur. Layihə könüllü olsa da icma ümumidir, müzakirə açıb qərar verməmiş özfəaliyyətlə məşğul olmaq doğru deyil. Turkmen müzakirə 08:07, 30 sentyabr 2024 (UTC)Cavabla
@Turkmen, düzü, xoşniyyətlə etmişdim, amma düz deyirsiniz. Yenə də müəyyən bir vaxtı öncədən təşkil etmək lazımdır. Envikidə bir neçə ayı (deyəsən 3) öncədən hazır edirlər, biz də 3 ayı öncədən hazır edə bilərik, yəni bu 3 ay həmişə hazır olacaq. Özü də bizdə həftəyə görədir deyə, bu, edir təxminən 14 məqalə. Məzmundan asılı olmayaraq paraqraflara bölməyə ehtiyac olmadığını düşünürəm. Siz dediyiniz kimi sütunlar düz olanda şəkil mətndən böyük olur. Amma bu barədə ana səhifədə dəyişiklik aparmağımız lazımdır, görünür ki. Hörmətlə, Qədir (müzakirə) 11:52, 30 sentyabr 2024 (UTC)Cavabla

Həsənov qardaşlarının evi

redaktə

Xoş gördük həmkarlar. "Viki Abidələri Sevir" layihəsi üçün "Həsənov qardaşlarının evi"nin şəkillərini çəkib Vikianbara yükləmişəm. Amma abidənin inventar nömrəsini müəyyən edə bilmirəm. Abidə Cəfərov qardaşları küçəsində yerləşir. Lakin abidələr siyahısında siyahıda bu küçədə heç bir abidə qeyd olunmayıb. Küçənin keçmiş adları 3-cü Köndələn və Qafur Məmmədov olub. Bu adlarla da nəsə tapa bilmirəm. Binanın üstündə inventar nömrəsini göstərən lövhə də yox idi. Bu mövzuda təcrübəli olan istifadəçilər kömək etsələr sevinərəm.

@Interfase, @Sefer azeri, @Nemoralis. Rəcəb Yaxşı (müzakirə) 12:00, 30 sentyabr 2024 (UTC)Cavabla

Normalda üzərində Mədəniyyət Nazirliyinin lövhəsi olur. Yoxdursa yəqin ki, heç əlavə edilməyib. Nemoralis (müzakirə) 12:06, 30 sentyabr 2024 (UTC)Cavabla
Bu binanın çox güman ki, inventar nomrəsi heç yoxdur. Ancaq niyə bu binanı "Sadıqov qardaşlarının evi" adlandırırsız? Sadıqov qardaşlarının evi budur axı. Həmdəki binanın üzərində "Həsənov qardaşlarının" yazılıb[1] Interfase (müzakirə) 12:20, 30 sentyabr 2024 (UTC)Cavabla
Şəkillər çox idi deyə səhvən elə yazmışam. Düz yazmısız bu Həsənov qardaşlarının evidir. Çox sağ olun yazdığınıza görə. Kateqoriya və Vikidatada düzəltdim. Qaldı şəkillərin adları. Rəcəb Yaxşı (müzakirə) 13:04, 30 sentyabr 2024 (UTC)Cavabla
@Rəcəb Yaxşı, salam. Adlarını dəyişə bilərəm. Addəyişmə üçün müraciət edib 1-ci punktu seçin: "Criterion 1 (At the original uploader’s request)", sonra xəbər edin. Müraciət elə addəyişmə punktu ilə eyni yerdədir. Turkmen müzakirə 13:11, 30 sentyabr 2024 (UTC)Cavabla
Var olun. Biri ilə bağlı eyni birinci punktla sorğu verdim. Hər biri haqqında sorğu verməliyəm ya biri bəsdir? Rəcəb Yaxşı (müzakirə) 13:12, 30 sentyabr 2024 (UTC)Cavabla
@Rəcəb Yaxşı, yox, hər biri haqqında ayrı sorğu olmalıdır. Turkmen müzakirə 13:15, 30 sentyabr 2024 (UTC)Cavabla
Yaxşı bu dəqiqə edirəm. Çox sağ olun. Rəcəb Yaxşı (müzakirə) 13:16, 30 sentyabr 2024 (UTC)Cavabla
@Rəcəb Yaxşı, dəyməz, 1-ni həll etdim artıq. Turkmen müzakirə 13:18, 30 sentyabr 2024 (UTC)Cavabla
həmin şəkillər panaromik azadlıq səbəbilə silinmir ki? --► Hörmətlə: SolaVirum 16:16, 30 sentyabr 2024 (UTC)Cavabla
Əgər memarın ölümündən 70 il keçibsə - yox. Əgər memar bilinmirsə, və bina 70 il bundan öncə inşa edilibsə - yox. Əgər binanın nə memarı nə də ki təxmini inşa tarixi bilinmirsə, onda silinə bilər. Interfase (müzakirə) 05:49, 1 oktyabr 2024 (UTC)Cavabla
Binanın üzərində ki ad (Бр. Гасановыхъ) köhnə rus əlifbası ilə yazılıb deyənə, belə ehtimal etmək olar ki, bina 1918-ci ilə qədər inşa edilib. Ancaq bu bir ehtimaldır... Interfase (müzakirə) 05:56, 1 oktyabr 2024 (UTC)Cavabla