Viktor Vasnetsov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Viktor Mixayloviç Vasnetsov (rus. Ви́ктор Миха́йлович Васнецо́в; 15 may 1848 – 23 iyul 1926) — mifoloji və tarixi mövzularda peşəkarlaşmış rus rəssam. Rusiya rəssamlığında folklora üstünlük verən, romantik modernizm cərəyanının qurucularından, rus rəssamlığının dirçəlişindəki əsas fiqurlardan biri.
Viktor Vasnetsov | |
---|---|
rus. Виктор Михайлович Васнецов | |
| |
Doğum adı | Васнецов |
Doğum tarixi | |
Doğum yeri | Lopyal, Vyat quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri |
|
Fəaliyyəti | rəssam, memar, poçt markası dizayneri[d], boyakar[d], illüstrasiyaçı[d], səhnə dizayneri, dizayner, rəssam-sulu boyaçı, qrafika ustası[d] |
Təhsili |
|
Janr | tarix rəssamlığı |
Stil | realizm |
Tanınmış işləri |
Mənzildən mənzilə, Alyonuşka, Yolayrıcında cəngavər, Bahadırlar və s. |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəUşaqlığı (1848-1858)
redaktəViktor Vasnetsov 1848-ci ildə Vyat quberniyasının ucqar bir kəndi olan Lopyalda doğuldu.Görkəmli rəssam ailədə 6 uşağın ikincisi idi. Babası ikonist rəssam idi. Kənd rahibi olan atası Mixail Vasilyeviç Vasnetsov təhsilli biri idi. Mixail Vasnetsov fəlsəfəni yaxşı bilməklə yanaşı, təbiət elmləri, astronomiya və rəssamlığa maraq göstərirdi. Onun digər iki oğlundan biri Apollinari qardaşı kimi diqqətə layiq rəssam, Pyotr isə məktəb müəllimi oldu. Viktor Lopyalda əsasən mənzərə və kənd həyatını təsvir edən rəsmlərlə rəssamlıq həyatına başladı. O, Vladimir Stasova yazdığı məktubunda uşaqlıq xatirələrindən danışarkən kəndli uşaqlarla yaşadığını, onlara narodnik yox dost kimi hörmət bəslədiyini göstərmişdir. (Narodnik - Çar Rusiyasında inqilabçı kiçik burjua topluluğudur)
Vyat (1858-1867)
redaktəViktor on yaşından etibarən Vyatdakı bir dini məktəbdə oxumağa başladı. Hər yay ailəsi ilə birlikdə Ryabovoya köçürdü. İlahiyyat oxuduğu illərdə ikona satıcısının yanında işlədi. Bununla bərabər, Vyatdakı Aleksandr Nevski kilsəsi üçün freskalar çəkməkdə Polşadan sürgün olunan Mixal Andriolliyə kömək etdi.
Dini məktəbi bitirdikdən sonra Viktor, rəssamlıq təhsili üçün Sankt-Peterburqa köçməyə qərar verdi. Rusiyanın o vaxtkı paytaxtı Sankt-Peterburqa səyahətini maliyyə cəhətdən qarşılamaq üçün 1867-ci ildə çəkdiyi iki rəsmini - Məhsulyığan qadın və Südçü qadın rəsmlərini auksionda satdı.
Sankt-Peterburq (1867-1876)
redaktəViktor 1867-ci ilin avqustunda Sankt-Peterburqdakı incəsənət akademiyasına daxil oldu. Bu akademiya imperiyada birinci idi. Üç il sonra realist rəssamların Peredvijniki (Gəzəyənlər) cərəyanının nümayəndəsi kimi Akademiyaya qarşı çıxdı.
Vasnetsov Peredvijniki axımının lideri İvan Kramskoy ilə dost oldu, onu müəllimi hesab etdi. Bundan başqa tələbələrindən biri olan İlya Repin ilə çox yaxın münasibət qurmuşdu.
Nə qədər tarixi və mifoloji rəsmlərlə tanınsa da, ilk əvvəllər bu mövzulardan bacardıqca uzaq gəzdi. "İsa və Ponti Pilat xalqın qarşısında" rəsminin qrafik kompozisiyası üçün Akademiya onu gümüş medalla mükafatlandırdı. 1870-ci ilin əvvəllərində gündəlik həyatla bağlı çoxlu oymalar hazırladı. Bunlardan ikisi - Əyalət kitabxanaçısı və Araq şüşəsi ilə oğlan ilə London Dünya Sərgisində bürünc medal qazandı. Bu dövrdə yağlı boya ilə gündəlik həyatı əks etdirən rəsmlər çəkdi. Kəndli musiqiçilər, Mənzildən mənzilə kimi əsərlər rus cəmiyyətindəki demokratik dairələr tərəfindən hərarətlə qarşılandı.
Paris (1876-1877)
redaktə1876-cı ildə Repin Vasnetsovu Gəzəyənlər cəmiyyətinə qoşulmağa çağırdı. Viktor Fransada yaşayarkən akademiyada çəkdiklərilə impressionizm arasında fərq hiss edilməyən klassik və müasir rəsmlər çəkdi. Bu dövrdə O, 1877-ci ildə Akrobatlar rəsmini ərsəyə gətirdi, cürbəcür qravüralar hazırladı, bəzi əsərlərini Salonda sərgilədi. Parisdə pərilərlə bağlı nağıllar onu cəzb etdi və O, İvan Çareviç boz qurdu minir, Alov quşu kimi rəsmlərini çəkdi. Vasnetsov, Repinin Sadko Sualtı Krallığında rəsmində Sadkonun modeli oldu. 1877-ci ildə Moskvaya geri döndü.
Moskva (1877-1884)
redaktə1870-ci illərin sonlarında Vasnetsov Rus nağılları və epik narrativ şeir olan Bılinaya illüstrasiyalar çəkməyə kökləndi. Onun ən məşhur bilinən əsərlərinin bir qismi bu dövrə aiddir: Yolayrıcında cəngavər, Şahzadə İqorun döyüş meydanı, Yeraltı Krallığın 3 şahzadəsi, Uçan xalça və Alyonuşka. Bu əsərlər ilk vaxtlar çox rəğbət qazanmadı. Bir çox radikal tənqidçi bu rəsmlərin Gəzəyənlərin realist prinsipləri ilə üst-üstə düşmədiyini qeyd etdi. Pavel Tretyakov kimi rəssamlığa xüsusi diqqət ayıranlar belə bu rəsmləri almaqdan imtina etdi. Vasnetsov 80-ci illərdə dini mövzularda rəsmlər, Savva Mamontovun malikanəsi üçün ikona seriyaları çəkdikdən sonra onun rəsmlərinə maraq artdı.
Kiyev (1884-1889)
redaktə1884-1889-cu illərdə Vasnetsov Kiyevdəki Müqəddəs Vladimir kilsəsi üçün freskalar çəkmək sifarişi aldı. Bu iş həm rus, həm də qərb dini rəsm adət-ənənəsinə əks idi. Tənqidçi Vladimir Stasov bu əsərləri Rus xalqının dini duyğularına hörmətsizlik kimi şərh etdi. Başqa bir tənqidçi Dmitri Filosofov isə bu freskaları rus cəmiyyətinin siniflərini bir-birindən ayıran 200 illik uçurum üzərindəki ilk körpü kimi qiymətləndirdi.
Vasnetsov Kiyevdə olanda kilsənin dekorasiyası ilə məşğul olan Mixail Vrubel ilə dost oldu. Bu vaxt O, İvan Çareviç boz qurdu minir rəsmini bitirdi, Bahadırlar rəsminə başladı.
Rəssam 1885-ci ildə İtaliyaya getdi. Həmin il Nikolay Rimski-Korsakovun Qar dənəciyi operasının səhnə dizaynı və kostyumları üzərində işlədi.
Sonrakı illər (1890-1926)
redaktəQarşıdaki 20 il Vasnetsov üçün məhsuldar keçdi. 1897-ci ildə qardaşı Apollinari ilə birgə Rimski-Korsakovun "Sadko" əsərinin səhnə dizaynını işlədi.
XIX əsrin sonunda Vasnetsov ona məşhurluq gətirən nağıl üslubunu inkişaf etdirdi. İlk bəyənilən əl işi Vasili Polenov ilə birgə ərsəyə gətirdiyi Abramtsevo kilsəsinin dizaynı idi. 1894-cü ildə Moskvadakı malikanəsini dizayn etdi. 1898-ci il Paris Dünya Sərgisindəki Rusiyanın pavilyonu bunun məntiqi davamı idi. Nəhayət, 1904-cü ildə nağılların ən məşhur binası Tretyakov qalereyasını dizayn etdi.
1906-1911-ci illər arasında Vasnetsov Varşavadakı Aleksandr Nevski kilsəsinin mozaikalarının dizaynı ilə məşğul oldu, eyni zamanda Moskvadakı Aleksandr Nevski kilsəsinin dizaynı ilə maraqlandı.
1912-ci ildə çar II Nikolay Vasnetsova alicənab titulu verdi. 1914-cü ildə I Dünya Müharibəsinin qurbanları üçün yığılan xeyriyyə pullarının dizaynı da Vasnetsova tapşırıldı.
Hələ Fevral inqilabı başlamamış, Vasnetsov Tretyakov qalereyasının aktiv idarəçisi oldu. Şəxsi gəlirinin mühüm bir hissəsini Dövlət Tarix Muzeyinə ayırdı. Muzey kolleksiyasının böyük bir hissəsi Vasnetsovun pulu ilə əldə edilmişdi. O, Oktyabr inqilabından sonra kilsədəki bəzi dini rəsmlərin, xüsusilə də Aleksandr İvanovun rəsmlərini Tretyakov qalereyasına köçürülməsinə rəhbərlik etdi.
1918-ci ildə Vasnetsov yeni yaradılan Qırmızı Ordunun formalarının dizaynında iştirak etdi. Budenovka adlı bir hərbi papağın yeni formasını yaratdı ki,bu papaq qədim Rusların konusşəkilli dəbilqələri üslubundaydı.
Təsiri
redaktəSovet astronavtı Lüdmila Juravlyova tərəfindən 1978-ci ildə kəşf edilən kiçik planet 3586 Vasnetsov Viktor və Apollinari Vasnetsovların xatirəsinə adlandırılmışdır.
Yelizaveta: Qızıl Dövr (Elizabeth: The Golden Age) adlı filmdə IV İvan I Yelizavetaya evlənmə təklifin edəndə Vasnetsovun Qorxunc İvan rəsmini İngiltərəyə göndərir ki,bu da filmdə böyük səhvdir.
Əsərlərindən seçmələr
redaktə-
Arxip Kuinci (1869)
-
Qəbirqazan (1871)
-
Əylənmə
-
Mənzildən mənzilə (1876)
-
Yeraltı Krallığın 3 şahzadəsi (1879)
-
Uçan xalça (1880)
-
Alyonuşka (1881)
-
Radonejli Sergey (1882)
-
Tatyana Mamontova (1884)
-
Çar Berendenin Sarayı. (1885)
-
Şahzadə İqorun döyüş meydanı (1889)
-
Bakirə və uşaq (1887)
-
Tanrının oğlu (1885-1896)
-
Rus müqəddəslər (rahib ve keşişlər) (Müq. Vladimir Kilsəsi freskası)
-
Günaha Çağrı (1885-1896) (Müq. Vladimir Kilsəsi freskası)
-
Kiyevlilərin xaç suyuna salınması. (Müq. Vladimir Kilsəsinin içi)
-
Şahzadə Vladimirin xaç suyuna salınması (1890)
-
Dəfnetmə (1896)
-
Peyğəmbər quşu (1897)
-
Çar Qorxunc İvan (1897)
-
Mariya Maqdalena (1898)
-
Bahadırlar (1898)
-
Qar qız (1899)
-
Oleqin xatirəsinə qonaqlıq (1899)
-
Şimal Torpağı (1899)
-
Bakire və Uşağı (1901)
-
Xilaskar (1901)
-
Sonuncu Hökm (1904)
-
Ögey ata (1907)
-
Vladimir Monomax, Ovdan Sonra istirahət edir.
-
Rusiyalı böyük vəliəhd Sergey Aleksandroviçin öldürüldüyü meydandakı xaç, Vasnetsov tərəfindən hazırlanmışdır.
-
İlya Muromets (1914)
-
İskitlər və Slavyanların müharibəsi
-
Qurbağa Çariça (1918)
-
Kədərli Çariça (1916-1926)
-
Ölümsüz Kaşçei (1917–1928)
-
Böyük şahzadə Müq. Andrei Boqolyubski