Xanəndə

muğam ifa edən müğənni

XanəndəAzərbaycan mədəniyyətində müğənni, muğam ifa edən musiqiçi.

Xanəndələr klassik musiqi sərvətlərinin — muğamların yaradıcıları və qoruyucularıdır. Xanəndəlik sənəti bu gün də yaşayır və fəal inkişaf edir.[1]

Xanəndəlik

redaktə

Xanəndəlik xalqın mənəvi aləminin ifadəçisi olan xalq musiqisini və muğam sənətini təbliğ etmək, yaşatmaq və qoruyub saxlamaq sənətidir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında bir çox görkəmli xanəndələrin adları dərin iz salmışdır. Bu xanəndələr musiqi sənətinin bir çox janrlarının inkişafında aparıcı qüvvə olmuşdur. Şifahi ənənəli musiqi mədəniyyəti xəzinəsini öz yaratdıqları nadir sənət inciləri ilə zənginləşdirən xanəndələrin, eyni zamanda, Azərbaycan operasının yaranmasında və bəstəkar yaradıcılığının genişlənməsində böyük xidmətləri olmuşdur.[2]

Azərbaycan xanəndələri

redaktə

İstinadlar

redaktə
  1. "Musiqi tarixi — azerbaijans.com saytı". 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.
  2. "Xanəndələr: Xanəndəlik — azerbaijans.com saytı". 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-28.