Ərəb atalar sözləri

Wikipedia logo
Wikipedia logo
Ərəblər haqqında Vikipediyada məqalə var.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ac adam üçün çörək yaxşıdır, nəinki məscid.
  • Acın, üşüyənin və qorxaqın gözlərinə yuxu gəlməz.
  • Aclıq şiri leş yeməyə məcbur edər.
  • Adam bilmədiyi şeyi xoşlamaz.
  • Adam gərək gücü çatan işin dalınca gedə, gücü çatmayana girişməyə.
  • Adamı təhqir edən adamı öldürən kimidir.
  • Adamlar bir-birinə əl tutanda güclü olurlar.
  • Adamlar düz olsaydılar, hakimlər dincəlməyə gedərdilər.
  • Adamların bəzisi faydalı xörək kimidir, bəzisi isə öldürücü zəhər kimi.
  • Adət təlimdən güclüdür.
  • Adəti ancaq kəfən tərgidə bilər.
  • Axmaq adam elmin ləzzətini anlamaz.
  • Axmağa yetmiş səhvi keçərlər, alimə bir səhvi — yox.
  • Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır.
  • Ailənin sirrini uşaqdan soruş.
  • Ağıl geyimdir köhnəlməyən, bilik mədəndir tükənməyən.
  • Ağıl kordursa, gözlərdən nə fayda?
  • Ağılla göz ürəyin aynasıdır.
  • Ağıl geyimdir — köhnəlməyən, bilik mədəndir — tükənməyən.
  • Ağıllı adam bir iş görmək istədikdə, o işin mütəxəssisi olsa da, özgələr ilə məsləhət edər, çünki lovğalanan yolundan azar, tək özünə arxalanan tez yıxılar.
  • Ağıllı adam özünü layiq olduğundan artıq yüksəltməməlidir.
  • Ağıllı adamın sağlamlığının qiymətini anlamağı üçün xəstə olmağa ehtiyacı yoxdur.
  • Ağıllı xidmətçini istiqamətləndirməyə ehtiyac yoxdur. (Tənbəli öyrətmək və məcbur etmək lazımdır)
  • Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır.
  • Ağıllı lal adam danışan nadan adamdan yaxşıdır.
  • Ağıllı öz qarnının əsiri olmaz.
  • Ağıllı özü-özünü qoruyar.
  • Ağıllı uşaq nadan qocadan yaxşıdır.
  • Ağıllı zəhmətinə bel bağlar, ağılsız ümidinə.
  • Ağıllının xəzinəsi bilikdir, ağılsızın xəzinəsi var-dövlət.
  • Ağılsız adamın hökmranlığı uzun sürməz.
  • Ağılsızın acığı sözündə, ağıllının acığı işində olar.
  • Ağılsızın bütün ömründən alimin bir günü qiymətlidir.
  • Ağılsızın ürəyi dilində, ağıllının dili ürəyindədir.
  • Ağır ayaqda ağılsız da məsləhət verər.
  • Ağlı çatmayanın sözü də çatmaz.
  • Aqibətini düşünməyənə zəmanə dost olmaz.
  • Alçaq adamlardan qorxmaq lazımdır.
  • Alçalmanın açarı tamahdır, düşmənçiliyin açarı paxıllıqdır, peşmançılığın açarı şəhvətdir.
  • Aldadan adamın yanında aldanan adam xoşbəxtdir.
  • Alim odur ki, sözü, fikri, əməli bir ola.
  • Alim oğul atanı sevindirər.
  • Alim olub zillətdə yaşamaq, cahil olub işrətdə yaşamaqdan yaxşıdır.
  • Alimin paltarı olmasa da, elmi eybini örtər.
  • Alınası şey barədə narahat ol, satılası şey barədə yox.
  • Allahın gülü tikanlı yaratdığına heyrət etməkdənsə, tikanlar arasında gül yaratdığına heyrət edin.
  • Allah lütü paltar yumaq yükündən qurtarıb.
  • Alov toxunanı yandırar.
  • Atadan miras qalmayıbsa, əmiyə-dayıya ümid olma.
  • Atalar sözü — söhbətin duzu.
  • Atalar sözü — sözün düzü.
  • Atalar sözündə yalan olmaz.
  • Atasına hörmət edən adamın ömrü uzun olar.
  • Atlı ata minən kimi ayaqları ilə atı döyəcləyir. Vəzifəsində oturan da tiranlığa belə meyil edir.
  • Ay çıxanda ulduzların nə yararı var.
  • Ayağın büdrəməsi dilin büdrəməsindən yaxşıdır.
  • Ayıdan qaçdıq, quyuya düşdük.
  • Ayrılığın odu cəhənnəm odundan daha yandırıcıdır.
  • Baharın soyuğu da gül-çiçəyi artırar.
  • Baxış sözdən daha mənalıdır.
  • Bal olma ki, hamı səni yeyə, zəhər də olma ki, hamı sənə tüpürə.
  • Balası itən analar bir-birini çox istər.
  • Batanda allah yadına düşür.
  • Başa bəla dildən gələr.
  • Başın qarışmazdan əvvəl uşaqların təlim-tərbiyəsinə tələs.
  • Başını dilin xətasından qoru.
  • Bayquşdan xeyir gəlsəydi onu da ovlayardılar.
  • Bayquşun dalınca düşən xarabalığa gedib çıxar.
  • Beş şey alqışlanır: öz ailəsinin qeyrətini çəkmək, səxavətli olmaq, yumşaq xasiyyətli olmaq, doğrucul olmaq, şücaətli olmaq.
  • Beş şey böyük nemətdir: cansağlığı, əmin-amanlıq, ruzi bolluğu, müvafiq munis, yaxşı övlad.
  • Beş şey qəbahətdir: qocanın eşqə düşməsi, padşahın hiddətlənməsi, şərəfli adamın yalan danışması, dövlətlinin xəsisliyi, alimin tamahkarlığı.
  • Beş şey yaxşıdır: elm, ədalət, səxavət, səbr və həya. Elm — alimlərdə, ədalət — hakimlərdə, səxavət — varlılarda, səbr — yoxsullarda, həya — qız, gəlinlərdə.
  • Beş şeyi öldürmək günah deyil: qarğanı, çalağanı, ilanı, əqrəbi, quduz iti.
  • Beş şeyin müştərisi beş nəfərdir: zülmün — padşahlar, təkəbbürün — obalarda tək yaşayanlar, həsədin — alimlər, xəyanətin — tacirlər, hiylənin — pis qadınlar.
  • Bədəni yormaq xeyirlidir, ağlı — yox.
  • Bədənin qidası yemək, ağlın qidası elmdir.
  • Bədəninizi baharın soyuğu ilə üşüdün.
  • Bəxt yatanda aşağıda və ya yuxarıda olmağın fərqi yoxdur.
  • Bəlanın qapısı gen olar.
  • Bəsrə şəhəri xaraba qalandan sonra.
  • Bəzən sədəfdən də dürr çıxmır.
  • Bəzən uşağın ağzından peyğəmbərcəsinə söz eşidirsən.
  • Biabırçılıq ömürdən uzundur.
  • Bilik gərək başda olsun, sözdə yox.
  • Bilikli adamın bir günü nadan adamın bütün ömrünə bərabərdir.
  • Bilmədiyini bilməyəndən uzaq gəz, bilmədiyini biləndən öyrən, bildiyini bilməyənə öyrət, bildiyini bilənə itaət et.
  • Bir adamda olmayan cəhəti tərifləmək — ona gülməkdir.
  • Bir adamın ağlını yoxlamaq istədikdə söz arasə ona mümkün olmayan bir şey haqqındasöhbət aç, əgər o, buna inanmadı, bil ki, ağıllıdır və əgər təsdiq elədi bil ki, nadandır.
  • Bir adamla sözləşəndə barışığa yer qoy.
  • Bir allahı, bir də dostu aldatma.
  • Bir ata qüdrətindən aşağı səviyyədə, uşaqları qüdrəti nisbətində, qadın da qüdrətinin fövqündə geyinməlidir.
  • Bir işi görmək istəyən yolunu, etmək istəməyən bəhanəsini axtarar.
  • Bir şey etmək istəyən yolunu, etmək istəməyən bəhanəsini tapar.
  • Biri xurma yeyir, biri də tumunu yığır.
  • Bivecə məsləhət verərsən, sənə düşmən olar.
  • Biz onu dilənçiliyə öyrətdik, birinci bizdən başladı.
  • Bizim yerdə qara milçəklər özünü qırğı hesab edir.
  • Borc hər iki üzü (sifəti) qaraldır.
  • Borc vermək özünü məhv etməkdir. (düşmən qazanmaq istəyirsənsə borc ver)
  • Borcu verəndə dost olarsan, alanda — düşmən.
  • Böcək də anasının gözündə qəşəngdir.
  • Böyük görünmək istəyən hər bir şey kiçikdir.
  • Böyüyü tərbiyə elə, kiçik ondan öyrənəcək.
  • Danışılanlar qəlbdən çıxarsa qəlbə qədər gedər, amma dildən çıxarsa qulağı keçə bilməz.
  • Dəmiri isti-isti döyərlər.
  • Dənizin cavahiratı dibinə çökər, dərinliyə baş vurmayan onları çıxara bilməz.
  • Dənizin suyunu paylasan, dənizdə də su qalmaz.
  • Dərd şəkənlər bilər ki, dərd nədir.
  • Dəvəquşu yumurtasından da qiymətsizdir.
  • Dəvənin tükü yumşaq da olsa, möhkəm olar.
  • Dil boynun düşmənidir.
  • Dil özü sümüksüz olsa da, sümüyü sındırar.
  • Dil — ürəyin dilmancıdır.
  • Dili gözdən qoymasan — saxlar səni, gözdən qoysan — satar səni.
  • Dili qorumaq insanın rahatlığıdır.
  • Dilin topuq vurmağından ayağın axsamağı yaxşıdır.
  • Dosta heç olmasa hay verməklə kömək elə.
  • Dostluğun məhək daşı yaman gündür.
  • Dostluğun tərzi sədaqətdir.
  • Dostun bal kimi şirinsə, elə o saat yalama.
  • Dostun iradına qulaq asmaq, dostu itirməkdən yaxşıdır.
  • Dostunun da düşmənindən, düşməninin də dostundan ehtiyatlı dolan.
  • Dörd şey vardır ki, onların azı da çıxdur: od, xəstəlik, düşmən və borc.
  • Dülgərin qapısı həmişə sınıq olar.
  • Dünya həm şirindir, həm də acı, acısı daha çoxdur.
  • Dünya iki gündən ibarətdir ki, biri sənin xeyrinədir, digəri zərərinə.
  • Dünya piyadanı həmişə piyada, atlını da həmişə piyada qoymaz.
  • Dünyada üç şey gizlədilməz: duman, eşq, pulsuzluq.
  • Dünyanın möhnəti beşdir: qərib yerdə xəstələnmək, qocalıqda yoxsulluq, gözlü ikən kor olmaq, ağıllı ikən dəli olmaq, cavan ölmək.
  • Düşəni götürərlər.
  • Düşmən zəif olsa da, ondan arxayın olma.
  • Düşməndən bir dəfə qorun, dostundan isə min dəfə, çünki bəzən dost dönər düşmən olar və daha çox ziyan verə bilər.
  • Düşməndən özünə dost seçmə.
  • Düşməninə inanan əlini ilanın ağzına salana bənzər.
  • Düz adamın baxışı aydın olar.
  • Ehtirasına qul olan düşmənini sevindirər.
  • Ehtiyatsız siçan pişiyə yem olar.
  • Ehtiyatsız yola düşmək yolçunu geri dönməyə vadar edər.
  • Ehtiyacda olan kor olar.
  • Elmin səmərəsi rahatlıq, dünya malının səmərəsi əzabdır.
  • Elçini nə döyər, nə də təhqir edərlər.
  • Erkək qumru quşu xurma yeyər.
  • Ev sahibi evdə olanları yaxşı bilər.
  • Evdən kənarda min düşmənin olsun, ev içində bir düşmənin olmasın.
  • Evin yaxşısı odur Kİ, həyəti geniş ola, tavanı uca.
  • Evlənmək — bir aylıq sevinc, bir ömürlük qayğıdır.
  • Əgər ağa nökərindən bezardırsa, günahı olmasa da, yox yerdən ona ayıb tapar.
  • Əgər görsəniz ki, alim şah qapısına tez-tez gedir, bilin ki, o, oğrudur.
  • Əgər istəyirsən dostluğun pozulmasın — nə borc al, nə də borc ver.
  • Əxlaqsız adamlarla oturub-duran öz şərəfini itirər.
  • Əlacsızın çarəsi səbrdir.
  • Əmanət saxlamayan adamda iman da olmaz.
  • Əmir olmağa qılınc gərək, şeyx olmağa — çörək.
  • Əmirin iti də elə əmirdir.
  • Ən bərk ağrı o ağrıdır ki, indi incidir.
  • Ən gözəl nemət ağıl, ən böyük bədbəxtlik isə nadanlıqdır.
  • Ən istəkli övlad — nəvədir.
  • Ən uzaq məsafə ürəyin ayırdığıdır.
  • Ən yaxşı adət dili dişlə tutmaqdır.
  • Ən yaxşı xəzinə — ürək məhəbbətidir.
  • Ən yaxşı kömək — təcili köməkdir.
  • Ən yaxşı miras ədəbdir, ən yaxşı yoldaş əxlaqdır.
  • Əsərsiz alim — yağışsız buluda bənzər.
  • Gecə vaxtı çölə tək çıxma.
  • Geçəni çöldə keçirməyən ov edə bilməz.
  • Geri qaytara bilməyəcəyin oxu atma.
  • Gəminin kapitanı bir yol, matros başqa yol nəzərdə tutanda dalğaların qurbanına çevrilər.
  • Gördün ki, qonşunun saqqalını qırxırlar, sən öz saqqalını islat.
  • Gördüyünü qəbul et, eşitdiyini at bir tərəfə.
  • Göz görmürsə ürək qəmlənməz.
  • Gözdən uzaq olanı ürək də unudar.
  • Gözəl qız istəyən kəbin haqqı verər.
  • Gözəlin hər işi gözəldir.
  • Gözəllik xoşbəxtliyin əvvəlidir.
  • Gözün işığını itirmək ağlı itirməkdən yüngüldür.
  • Gülərüzlük də insan üçün nemətdir.
  • Günah kimin olur-olsun, günahkar yenə də kasıbdır.
  • Günahkar qisasdan qorxar.
  • Günahsızı döyürlər ki, günahkar günahını boynuna alsın.
  • Günəşi örtmək mümkün deyil.
  • Haqq işdə susan, nahaq işdə haray çəkənə bənzəyər.
  • Heç vaxt adam arasında məsləhət vermə.
  • Heyvanı qulağından, insanı dilindən tutarlar.
  • Həbsxana bir bağça içində olsa belə həbsxanadır.
  • Həkimsənsə, öz gözünə müalicə elə.
  • Həqiqəti de — sənin əleyhinə olsa da.
  • Həmişə miyoldayan pişik heç nə tapa bilməz.
  • Hər alim üçün bir səfeh adam tapılar.
  • Hər bir işin başlanması çətin olur.
  • Hər bir məhəbbətdə min sirr gizlənir.
  • Hər cür nöqsanı ağıl ilə var örtür, kasıblıq ilə kobudluq açır.
  • Hər dövrün öz kitabı var.
  • Hər gördüyünə inanma, çünki görünüşdə duz belə, şəkər tozuna bənzəyir.
  • Hər kəs hədd-hüdudunu qoruyar, ancaq çaxır içən adamlar üçün hədd-hüdud yoxdur.
  • Hər kəs öz ayıbını görsə, özgələrin ayıbından vaz keçər.
  • Hər kəs özünü ağıllı hesab etsə, xalq onu nadan sayar.
  • Hər kəsin öz qayğanağı öz ağzında şirin olar.[1]
  • Hər quşa öz nəğməsi xoşdur.
  • Hər quşun əti yeməli olmur.
  • Hər səhər hal-əhval tutduğun qonşu ilə savaşma.
  • Hər şey çox olduqda ucuz olar, ancaq ağıldan başqa.
  • Hər şeydən çətin özünü öyrənməkdir.
  • Hər yanğını söndürən tapılar, lakin paxıllıq odunu söndürmək olmaz.
  • Hər yaranın sağalmasına ümid etmək olar, lakin namus yarası sağalmaz.
  • Həya getsə, bəla gələr.
  • Həya olmasa, nə dünyanın faydası var, nə də yaşamağın.
  • Həyasız qonşu qonşuların ağasıdır.
  • Hirsin əvvəli — ağılsızlıq, axırı — peşmançılıqdır.
  • Hirsli adam ağılsızın qardaşıdır.
  • Hiyləgər adam vaxtından əvvəl ölər.
  • Hörməti dövlətə eləyirlər, dövlətliyə yox.
  • Xalq arasında şuluqluq salan özü hörmətsiz olar.
  • Xalqa necə yanaşarsan, xalq da sənə o cür yanaşar.
  • Xəsis öz hesabına yeyər, səxavətli — özgəsinin.
  • Xəstə sağalandan sonra həkimi yaddan çıxarar.
  • Xeyir verən yalandan, ziyan verən doğru yaxşıdır.
  • Xeyir verməyən elm, çarə qılmayan dərman kimidir.
  • Xeyirxahların ürəyi sirlər məzarıdır.
  • Xeyirxahlıq etməsən, şər görməzsən.
  • Xeyirli meyvə beşdir: nar, alma, heyva, üzüm, tər xurma.
  • Xəbərçiyə inanan dostunu məhv edər.
  • Xəstə xəstəni sakitləşdirə bilməz.
  • Xoruzdan soruşdular:- Yuxuda nə gördün?
-Gördüm ki, adamlar taxıl səpirlər.
  • Xoşbəxt güzəran ürəyi sağlam edər, paxıllıqsa sümükləri çürüdər.
  • Xoşluqca imtina etmək süründürücü vəddən yaxşıdır.
  • Xörəyini az etsən xəstələnməzsən.
  • İblis evini dağıtmaz. O, Allahı tanısa da şər əməlindən qalmır.
  • İçi boş çəllək dınqıldayar.
  • İgid hərbdə, dost dərddə, kamil adam hiddətdə bəlli olar.
  • İgid igiddən geri qalar, amma təslim olmaz.
  • İgidliyin tacı təvazökarlıqdır.
  • İki arvadı olan kişi iki od arasında olan birinə bənzər. Hansı tərəfə getsə yanar.
  • İki ölünü bir qəbirə qoymaq olar, iki arvadı bir evdə saxlamaq olmaz.
  • İki şeyin qiyməti itəndən sonra bilinir: bir cavanlığın, bir də sağlamlığın.
  • İlan öz zəhərindən ölmür.
  • İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar.
  • İmkanlı şəxslərə hədiyyə ver ki, gözünə baxmağa utansın.
  • İnsan ağlının sanbalı sözündədir.
  • İnsan böyüdükcə qayğısı da böyüyür.
  • İnsan həyatının meyvəsi yaxşı addır.
  • İnsan səxavətli olmalı, lakin israfçılıq etməməlidir.
  • İnsana bədbəxtlik gələndə bütün sahələrdə –evdə, işdə, hər yerdə onu yaxalayacaq. Amma səbr etmək lazımdır.
  • İnsanda səhv olar.
  • İnsanın başına bəlalar gələr.
  • İnsanın boynunda beş haqq var: salamın cavabını almaq, çağırışa getmək, qonşuluqda sülh yaratmaq, xəstəyə baş çəkmək, dəfndə iştirak etmək.
  • İnsanın dəyəri işində bilinər.
  • İnsanın etiqadı andından məlum olur.
  • İnsanlar uğurlarından az, uğursuzluqlarından çox şey öyrənirlər.
  • İnsanın dözümü onun köməkçisidir.
  • İsti olanda qarınca olma.
  • İşin axırını fikirləşən bəlanı özündən sovuşdurar.
  • İşin görülmüşü yaxşıdır.
  • İştah birinci tikədən, dava isə birinci kəlmədən başlayır.
  • İtin hürməsi göyü narahat etməz.
  • İt hürüşünə get, çaqqal ulamasına yox: birinci evə, aparıb çıxarır, ikinci — çölə.
  • İtin quyruğunu qəlibə salsan da düzəlməz.
  • Kamil alim olmaq istəyən qadın düşkünü olmamalıdır.
  • — Kasıb ağasından xahiş edir ki, yemiin qabığını ona versin.
"Eşit"-deyə ağası cavab verir. Sənin ağan yemişi qabığı ilə yeyir.
  • Kasıb yalnız göz yaşları ilə yardım edə bilər.
  • Kasıbın sözünü heç kəs eşitməz.
  • Kasıblıq insan olsaydı, öldürərdim.
  • Kasıblıq namussuzluq deyil.
  • Kənddə suyun gurultusu abadlıq nişanəsidir.
  • Kəndlinin əlindən alınan yumurta dadlı olar.
  • Kim ki, çox and içir, çox da yalan deyir.
  • Kim səbirlidir, o qalib gəlir.
  • Kimdə nə görür, onu götürür.
  • Kimin danışdığını yox, nə danışdığını yoxlayın.
  • Kirayəyə götürülən palto səni qızdırmaz.
  • Kişi tamahı ucbatından alçalar.
  • Kişilər dörd qisimdir:bir kişi bilir və bilir ki, o, həqiqətən bilir — o, alimdir, ona tabe olun. Bir kişi bilir və bilmir ki, o, həqiqətən bilir — o, yatan adam kimidir, onu oyadın. Bir kişi bilmir və bilir ki, o, həqiqətən bilmir — o yol itirəndir, ona yol göstərin. Bir kişi bilmir və bilmir ki, o, həqiqətən bilmir — o, nadandır, ondan uzaqlaşın.
  • Kişilər üç cür olur: tam kişi, yarım kişi, kişi olmayan kişi. Tam kişi odur ki, özünün ağlı, bacarığı ola-ola, öz dostları ilə də məsləhətləşə, yarım kişi o adamdır ki, özünün ağıl və bacarığına arxalanaraq məsləhətsiz iş görə. Kişi olmayan kişi odur ki, nə özünün ağlı var, nə də başqası ilə məsləhətləşər.
  • Kişinin xəzinəsi onun sənətidir.
  • Kitab bilik xəzinəsidir.
  • Kitab insanın cibində daşıdığı bir bağça kimidir.
  • Kitab sənə fayda verər, səndən heç nə almaz.
  • Kitabı adı ilə, məktubu ünvanı ilə mühakimə et.
  • Kordan şahid olmaz.
  • Kölgəsi olmayan ağacı kəsərlər.
  • Külək evin içində deyil, kənarda əsərsə ondan daldalanmaq olar, lakin evin içində əsən küləkdən daldalanmaq olmaz.
  • Külək gül-çiçək içindən keçərsə, özü ilə xoş ətir aparar, zibillikdən keçərsə, üfunət aparar.
  • Küləklə dəniz həmişə münaqişədə olur.
  • Küləksiz yelkən sadə bir kətandır.
  • Qabiliyyətli dil böyük dövlətdir.
  • Qadağan olunan hər şey arzu olunar.
  • Qadın kölgə kimidir; onu izləyəndən qaçar, özü önündəkinin arxasınca düşər.
  • Qadın qoxusunu yalnız tənhalıqda ətrafa yayan bir çiçəkdir.
  • Qadına ətir tapşırma.
  • Qadının ağlı gözəlliyində, kişinin gözəlliyi ağlındadır.
  • Qadının gözəlliyi uşaq əlindəki silah kimidir-həm onun özü, həm də ətrafdakılar üçün təhlükədir.
  • Qan heç zaman suya dönməz (yəni qohumluq qanı hər şeydən üstündür).
  • Qardaşların da arasında haqq-hesab var.
  • Qarınqulu adam həmişə ac olar.
  • Qarışqanın bir ildə yığdığını monax bir gecədə yeyir.
  • Qarşılıqlı razılaşma dostluğun ilk şərtidir.
  • Qayda-qanunu pozmaq böyüklərin işidir.
  • Qəbahətini etiraf edərək əfvini istə; zira bir cinayəti gizlətmək onu ikiləşdirər.
  • Qəribin gözləri olsa da kordur.
  • Qəza gələndə göz kor olar.
  • Qəzəblənəndə könül də kor olar, göz də.
  • Qılınc yoxdursa, qının nə faydası.
  • Qılıncı olmayan, meydanda məğlub olar.
  • Qocalan şirə çaqqal gülər.
  • Qocanın eşqə düşənini heç kəs saxlaya bilməz.
  • Qonaq həmişə qonaqdır, hətta bütün yayı da qalsa.
  • Qonaq sevən adamın ruzisi bol olar.
  • Qonşu sənin müəllimindir.
  • Qonşunu — ev tikənəcən tap.
  • Qorxaq adam çox yaşamağı yaxşı ad qazanmaqdan üstün tutar.
  • Qorxağın anası övladından ötrü narahat olmaz.
  • Qorxanı vurarlar.
  • Qorxursan — demə, dedin — qorxma.
  • Qurddan soruşurlar:-Bu bədbəxt qoyunu niyə izləyirsən, dalınca düşmüsən?
Qurd cavab verir: — Onun qaldırdığı toz göz üçün çox xeyirlidir.
  • Quş öz qanadı ilə uçduğu kimi, adam da öz hikməti ilə uçur.
  • Quşu quşla tutarlar.
  • Qürbətdə insan üçün ən əziz — vətəndir.
  • Lal olmaq yalan danışmaqdan yaxşıdır.
  • Lalın dilini anası bilər.
  • Lüt köçəri ərəb küçəyə atılmış xurma gördü, Ərdəbil pişiyi küftə gördü.
  • Matroslar heç vaxt küləyi arzulamırlar.
  • Meymun xasiyyətli hakimiyyət məmurlarının qarşısında rəqs etmək lazımdır.
  • Mədə boş, sağlıq düzgün, kisə boş, əxlaq düzgün.
  • Mədə hansı yeməyi yaxşı qəbul edirsə, o yaxşı yeməkdir.
  • Mədə xəstəliyin evi, sağlıq müalicənin başıdır.
  • Məhəbbət korluğun bacılığıdır.
  • Məhəbbətin gözü kordur.
  • Məhəbbətin gözü kordur. Sevdiyin meymun da olsa gözəldir.
  • Məhəbbətin məsləhətçiləri yoxdur.
  • Mən ev satmamışam, qonşu satmışam.
  • Məni başa düş, sonra istəyirsən öldür.
  • Məsciddə sidiyə gedən meymuna irad tutdular: "Allahdan qorxmursan, günahına görə səni başqa canlıya çevirər?"
"Onda qorxardım ki, məni marala çevirsin" — meymun cavab verir. (Ərəblərin arasında meymun eybəcərlik, maral isə gözəllik rəmzi kimi müqayisə olunur. Ona görə meymun belə cavab verir) "Allah səni dəyişə bilər" təhqir kimi yayılıb.
  • Məsləhəti böyüklə də elə, kiçiklə də, amma qənaətə öz ağlınla gəl.
  • Məzlumun duası yerdə qalmaz.
  • Milçək üzdəki süd yerini yaxşı tanıyır.
  • Milçəklər doşab satanı saqqalından tanıyırlar.
  • Müdrik adam səhv edəndə, bütün dünya çaşıb qalır.
  • Müdrik insanlar bir-biri ilə mübahisə etmirlər.
  • Müharibənin də öz adamları var.
  • Mülayimlik həm dövlətdir, həm də ləyaqət.
  • Müsibət zamanı səbirsiz olmaq, müsibətin özündən də acıdır.
  • Müvəffəqiyyət insanı bacarıqlı edir.
  • Nadanlıq elə bir dəvədir ki, onu minən alçalar və onunla yoldaş olan itib-batar.
  • Nadanlıqdan böyük müsibət yoxdur.
  • Nə qədər zəlili ağıl zillətdən qoparmış, nə qədər hörmətli adam öz nadanlığı üzündən zəlil olmuşdur.
  • Nə mənfur adamın yardımından fayda olar, nə də xəsis adamın dostluğundan.
  • Nəsihət nadanın bir qulağından girib o biri qulağından çıxar.
  • Nəticəsiz ümid barsız ağac kimidir.
  • Nifrətini gizlə, məhəbbətini göstər.
  • O adam ki, bilmir və bilmədiyini bilmir, o nadandır, ondan uzaqlaşın.
  • O alimə rəhm edin ki, nadan adamlar əsrində zəlil olur.
  • Od sənə lazımdırsa, öz çaxmağından yapış.
  • Oxucuya əmanət kitab tapşırma.
  • Olmayan şeyi axtaran xar olar.
  • On quşun ağacda olmağındansa, bir quşun əldə olması yaxşıdır.
  • On zəhmətkeş kişi bir bədxərc arvadın öhdəsindən gələ bilməz.
  • Otarılan öküzün ağzını bağlamazlar.
  • Ovçu gərək itlə həmsöhbət ola.
  • Öküz yıxılanda üstünə çoxlu bıçaq qalxar.
  • Öldürənin anası unudar, ölənin anası — yox.
  • Ölən adamdan başqa heç kəsə ağlama.
  • Ölkənin dağılmağını istəyirsənsə, dua elə başçısı çox olsun.
  • Ölüm dırnaqlarını ilişdirdikdə heç bir dua, tilsim fayda verməz.
  • Ömrün bərəkəti əməlin yaxşı olmasındadır.
  • Öyrəşən qorxmaz.
  • Öz başına gələnlərdən özün üçün ibrət al. Bu günüdən sabah üçün ölçü götür. Ölüm gələndən sonra daha bir iş görə bilməzsən.
  • Öz dilinlə özünü tərifləmə, qoy sənin tərifin dost və tanışların ağzından eşidilsin.
  • Öz xalqını danan axmaq adamdır.
  • Öz məhəlləsində tütək-ney çalan tanınmaz.
  • Öz millətindən ayrılan əclafdır.
  • Öz tamahından qaçmaq şir əlindən qurtarmaqdan daha faydalıdır.
  • Özündən başqa heç kimi mühakimə eləmə.
  • Özündən yüksək adama ehtiram göstər.
  • Özünə inamı olmayan adamın nailiyyəti olmaz.
  • Özünü öyən — davadan sonra igid olar.
  • Padşaha qulluq edən adam onun yanına gedəndə kor, çıxanda isə lal olmalıdır.
  • Paxıl adam öz varının qoruqçusu və vərəsəsinin anbardarıdır.
  • Paxıl adamlar bəxşiş verməzlər.
  • Paxılın yeri cəhənnəmdir.
  • Paxıllıq adamı xalqdan uzaqlaşdırar.
  • Pis arvad əyri qabırğa kimidir, sındırarsan, amma düzəldə bilməzsən.
  • Pis qonşu evə gətiriləni görür.
  • Pis qoz yüngüllüyündən tanındığı kimi insan dili ilə tanınır.
  • Pis müştəri ya tez gələr, ya gec.
  • Pişik getdi, köpək gəldi.
  • Pişiyin bütün arzuları siçanlar barədə olur.
  • Pozğunluq, fahişəlik bazarı həmişə açıqdır.
  • Puluna dost olanın dostu olmaz, puluna düşmən olanın — düşməni.
  • Sağlığı olanın ümidi, ümidi olanın hər şeyi var.
  • Sevənlərin acığı yaz yağışı kimidir.
  • Səbəbsiz gülüş pis tərbiyənin əlamətidir.
  • Səbr edən adam öz bacarığını artırar, inadcıllıq adamın nadanlığını artırar.
  • Səbr hər yerdə dərmandır, amma səbrə dərman yoxdur.
  • Səbr ilə iş görən adam peşiman olmayıb və ola da bilməz.
  • Səbr sevincin açarıdır.
  • Səbr yaxşıdır, əgər bütün ömrü səbr etməsən.
  • Səhərin işığında çırağa ehtiyac yoxdur.
  • Sən elədiyin yaxşılığı gizlə; sənə olunan yaxşılığı de.
  • Sən kəmhövsələ, mən küsəyən, biz necə birləşə bilərik.
  • Səndən aşağı olana mehriban ol.
  • Sənə başqasının söyüşünün çatdıran, əslində özü səni söyür.
  • Sənə kölgə salan ağacı kəsmə.
  • Sənə xidmət edilən evi dağıtma.
  • Sənə o adam xəbər gətirir ki, özü o işdən xəbərdar deyildir.
  • Sənin düşmənini istəyən, səni istəməz.
  • Sənin xeyrini istəməyən adamdan adamdan xeyir gözləmə.
  • Siçana dedilər:-bu iki tikə qəndi götür, bu məktubu apar ver pişiyə.
Siçan cavab verir:Mükafat əladır, amma tapşırıq çox ağırdır.
  • "Simürğ" (quş adı) ayrı, "si mürğ" (otuz quş) ayrı.
  • Sirkə satıcısı digər sirkə satanı sevməz.
  • Sirr iki nəfərin arasına düşəndə qalar, üç nəfərin arasına düşəndə isə qapını açar və çıxıb gedər.
  • Sirrini düşməndən gizləmək üçün gərək dostdan gizləyəsən.
  • Sonsuz özbaşınalıqdan tiranlıq yaxşıdır.
  • Sovqat ürəyə, qulağa və gözə məhəbbəti cəlb edər.
  • Sözün qiyməti qısalığındadır.
  • Su başdan lillənər.
  • Su götürdüyün quyuya daş atma.
  • Susmaq axmağa yaxşı cavabdır.(Axmağın qarşısında susarlar)
  • Susmaq — biliklinin bəzəyi, biliksizin pərdəsidir.
  • Susmaq da cavabdır.
  • Sürünən kimi doğulanlar hər yerə dırmaşa bilirlər.
  • Şahlar camaatın, alimlər isə şahların üzərində hökmranlıq edərlər.
  • Şahin ölən zaman da gözü ov axtarır.(Tiran həmişə tirandır)
  • Şahın sözü sözlərin şahıdır.
  • Şam özünü yandırıb özgəyə işıq salar.
  • Şəhvət əsiri kölədən də pisdir.
  • Şərab adamın qəlbində olanı aşkara çıxarır.
  • Şərəf puldan qiymətlidir.
  • Şir elə qəfəsdə də şirdir.
  • Taxıl əldən-ələ keçsə də son məqamda dəyirmana qismət olur.
  • Tamahı çox olanın insafı az olar.
  • Tamaşaçıya döyüş çox asandır.
  • Tez — tez söz-sözə gəlmək dostluğu zəif salar.
  • Təhlükəli işin axırı yaxşı qurtarsa da, yenə də təriflənməməlidir.
  • Təhlükəli vəziyyətdə nə qardaş olur, nə də dost.
  • Tələskən adamın — rahatlığı, hirsli adamın — sevinci, usandırıcı adamın dostu olmaz.
  • Təmiz adam rahat yatar.
  • Tənbəl insan şeytanın oyuncağıdır.
  • Tənbəllik ilə ətalət bir-birilə evləndi, iki uşaqları oldu: birinin adı yoxsulluq, digərinin adı məhrumiyyət.
  • Tərbiyə qızıldan qiymətlidir.
  • Tərbiyəçisi olmayan adamı zamanı özü tərbiyə edər.
  • Təzə bir dil öyrənmək təzə bir adam tapmaq kimidir.
  • Tox ürək dolu kisədən yaxşıdır.
  • Turşumuş xörək turşumuş sözdən yaxşıdır.
  • Ulaq noxtası ilə bağlanar, adam dili ilə.
  • Ulağı ya odun daşımaq üçün, ya da su gətirmək üçün çağırarlar.
  • Unu olan adam odu söndürməz.
  • Uşaq vaxtı öyrəndiyin, daşa yazılan naxış kimi yadda möhkəm qalar.
  • Uzaqda olmaq həsrət, yaxında olmaq soyuqluq yaradar.
  • Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə.
  • Üç şey adama məhəbbət gətirər: mədənilik, təvazökarlıq, mülayimlik.
  • Üç şey adamda məhəbbət oyadır: inam, təvazökarlıq və səxavət.
  • Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş.
  • Üç şey ömrü uzadır, geniş ev, bərk qaçan at və sakit arvad.
  • Üç şeyə yaxınlaşma ki, üç şeydən canını qurtarasan: paxıl olma ki, kədərlənəsən, xəsis adamla oturub-durma ki, danlaq görərsən, dünyanın malına çox əhəmiyyət vermə ki, xalqı özünə düşmən edərsən.
  • Ürək gözdən qabaq görər.
  • Ürək də dəmir kimi paslanır.
  • Ürəkdən gələn söz ürəklərə də təsir edər.
  • Ürəyi kor olanın gözü də görməz.
  • Ürəyini bərk etməyən, uşaq tərbiyə edə bilməz.
  • Üzgücü suyun axarına doğru üzdüyü kimi, ağıllı adam da, zəmanəyə uyğun rəftar etməlidir.
  • Üzün gözəlliyi xasiyyətin gözəlliyindədir.
  • Varı ola-ola naşükür olmaq axmaqlıqdır.
  • Varın yaxşısı yoxsullara xərclənəndir.
  • Vətən sevgisi olmasaydı, pis ölkələr xaraba qalardı.
  • Vətəni sevmək imandandır.
  • Yaxındakı tüstü kor elər.
  • Yaxşı danışan gözəl də qulaq asar.
  • Yaxşı sözü deyən zahirən gözəl olmasa da, sözünü qəbul et.
  • Yaxşılıq etmək istəyən yaxşılıq etmiş kimidir.
  • Yaxşılığı ancaq mərd adamdan gözləmək olar.
  • Yaxşılığı elə, yaddan çıxarıb at suya.
  • Yalan danışmaq bütün xətaların əsasıdır.
  • Yalan deyibsənsə, yadında saxla.
  • Yalançı adamın dostluğuna dözən özü də yalançıdır.
  • Yalançı adamın öz hiyləsilə nail ola bilmədiyinə düz adam öz düzlüyü sayəsində çatar.
  • Yalanın ömrü uzun olmur.
  • Yalanla nahar edə bilərsən, amma axşam yeməyinə qədər davam etməyəcək.
  • Yaman xəbər tez çatar.
  • Yamanlığın lap azı da çoxdur.
  • Yarasa deyər gündüz uçsam, gözəlliyimi görüb məni ovlayarlar.
  • Yer dardır, eşşək isə təpik atan.
  • Yetimə ağlamaq öyrətmə.
  • Yəhudiyə kömək etmək istəyəndə: "Bu gün mənim bayramımdır"-deyə sevinir.
  • Yoxsul yaşayıb varlı ölən nadandır.
  • Yoxsulluqla nifrət bir yerdə təhlükəlidir.
  • Yoxsulun təsəllisi gözünün yaşıdır.
  • Yumşaq cavablar qəzəbi yatırar, kobud söz hay-küy qaldırar.
  • Zalımların evləri xarabadır.
  • Zarafat sahibini qiymətdən salar, dinləyicini qəzəbləndirər.
  • Zəifə qalib gəlmək məğlub olmaq kimidir.
  • Zəifin silahı şikayətdir.
  • Zəmanə yaxşı müəllimdir.
  • Zibil dənizi bulandıra bilməz.
  • Zirək xoruz yumurtada banlar.
  • Zırramanın cavabı dilinin ucunda olur.
  • Zor olmadan yağ çıxmaz.
  • Zülm zalımı məhv edər.

İstinadlar

redaktə
  1. Ərəbcə-azərbaycanca atalar sözləri və zərbi-məsələlər. Bakı, 1978. səh.8.