A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahın varlığını şübhə altına almaqdan qorxmayın. Çünki, əgər O varsa, ona kor qorxudan çox ağlın işığı xoş gələcəkdir. Tomas Cefferson
  • Aristotel yanılırdı: fəlsəfə biliyə olan nəcib istəyin deyil, qorxaqcasına ağrıdan qaçmaq istəyinin nəticəsi idi. Buna görə də dinin astanası cəhalət və qorxu idi ki, yetkin, maariflənmiş insan onu dəf etməli idi. Pol Anri Holbax
  • Azad insan hər cür qorxu və kədərdən azaddır. Konfutsi
  • Başqalarının bizim dəyərlərimiz haqqında fikirləri şərəfdir və bu obyektiv sayılır. Subyektiv isə bizim bu fikirlər qarşısında qorxumuzdur. Artur Şopenhauer
  • Bizim qorxularımız düşmənlər üçün cəsarət mənbəyidir. Tomas Mann
  • Əgər cəmiyyət müharibənin kişi cinsinin əsas məşğuliyyəti olduğunu israr edirsə, buna görə də bütün kişi uşaqların cəsarət nümayiş etdirmələrini tələb edir. Kişilərin və qadınların fərqli cəsarətləri üzərində təkid ifadə edilməsə belə, məşğuliyyət fərqi bu fikri üstüörtülü şəkildə ortaya qoyur. Bununla belə, cəmiyyət daha da irəli gedərək kişiləri cəsur, qadınları isə qorxaq kimi təyin etdikdə, kişilərə qorxu nümayiş etdirmək qadağan edildikdə və qadınlar qorxunun ən açıq şəkildə nümayiş etdirilməsinə rəvac verəndə, içəriyə daha açıq element daxil olur. İnsan xasiyyətinin ilk iki variantı, qorxuya nifrət və ya qorxu nümayiş etdirmək istəyi, onlar sosial olaraq iki cinsin şəxsiyyətlərinin ayrılmaz aspektlərinə çevrilmişdir. Və bu müəyyən edilmiş cinsi şəxsiyyətə görə, hər bir uşaq, əgər oğlan olsa, qorxunu boğmaq, qız olsa, göstərmək üçün təhsil alacaqdır. Marqaret Mid
  • Hörmət olan yerdə qorxu da olar, amma qorxu olan yerdə hörmət olmaz. Platon
  • İnsanı ancaq iki şeylə yerindən tərpətmək olar - qorxu və şəxsi maraq. Napoleon Bonapart
  • İnsanı ucaldan iki şey var: qorxu və maraq. Napoleon Bonapart
  • İyirminci əsrimiz qorxu çağıdır. Deyəcəksiniz ki, qorxu bir elm deyil, amma bu qorxuda elmin payı var. Alber Kamyu
  • Qorxu adama yalan söylədər. Azərbaycan atalar sözləri/Q
  • Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur. Şeyx Məhəmməd Xiyabani
  • Qorxu başa bəladır. Azərbaycan atalar sözləri/Q
  • Qorxu - bir fəlakətin baş verməsinə bilavasitə səbəb olmasa da, şübhəsiz, fəlakətdən törənən nəticələrin daha da genişlənməsində və gərginləşməsində həddindən artıq təsirli olur. Şeyx Məhəmməd Xiyabani
  • Qorxu-qəddarlığın anasıdır. Mişel de Monten
  • Qorxu - insanın düşüncə qüvvələrini, əqlini və kamalını fəaliyyətdən salır. Şeyx Məhəmməd Xiyabani
  • Qorxu - insanın təbiətində mövcud olan ən çirkin bir hiss və uğursuz həyəcan deməkdir. Şeyx Məhəmməd Xiyabani
  • Qorxu, ümid və şəfqətdinin təməlidir. Epiktet
  • Qorxu və ümid - insanları idarə edən bu iki alətdir. Bu iki alətdən istifadə etmək əvəzinə, onların arasında fərq qoymadan, onlardan təbiətinə uyğun olaraq istifadə etmək lazımdır. Qorxu təhrik etmir, qorxunun qabağını alır və cəzalar haqqında qanunlarda ondan istifadə edilməsi yaxşı işlər görmək üçün yox, pis işlər görməyə mane olmaq üçündür. Yoxsulluq qorxusu qarşısında avaraların nə vaxtsa zəhmətkeş insan olması inandırıcı deyil. Ona görə də insanlar arasında əməkdə əsl yarış ruhu yaratmaq üçün onlara göstərmək lazımdır ki, əmək aclıqdan xilas olmaq üçün yox, rifaha nail olmaq üçün vasitədir. Gəlin, belə bir ümumi qayda müəyyən edək: heç kəsi nəyisə etmədiyinə görə yox, etdiyi şeyə görə məzəmmət etmək lazımdır. Jan Jak Russo
  • Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür. Bernard Şou
  • "Qorxuram!" - sözünü demək adamın öz vicdanı qarşısında biabırcasına etdiyi bir etirafdır. Şeyx Məhəmməd Xiyabani
  • Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən. Azərbaycan atalar sözləri/Q
  • Təhlükə qorxusu təhlükənin özündən min dəfə qorxuludur. Daniel Defo: İngilis yazıçısı

İstinadlar

redaktə